İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab



Yüklə 354,47 Kb.
səhifə20/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   ...   12   13   14   15   16   17   18   19   20

Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab


Münkirlərin inkar etdiyi şeylərdən biri də ölüm və yoxluqdur. Onların əqidəsi budur ki, insan ölməməlidir və həmişə yaşamalıdır. Və gərək bütün bu bəlalar ona yetişməsinlər.

Əgər bu işin nəticəsinə diqqət olunsa, onun fəsadı açıq aşkardır. Əgər məxluqat ölməsə, yer sıxlıq olmazmı? Əgər belə olsa, onlar arasında məskən və torpaq üstündə müharibələr baş verər. Bu vaxt tamah, hərislik və qəlb qəsavəti onlara hakim olardı. Əgər insan ölməyəcəyindən xatircəm olsa, heç kəs sahib olduğu şeyə qane olmaz. Çətinlikləri və bəlaları unutmazdı. Həmçinin həyatdan və dünya işlərindən bezərdi.

Əgər desələr: yaxşı olardı ki: çətinliklər və bəlalar olmazdı ki, onlar ölümü tələb etməzdilər?

Biz də cavabında bu şübhəyə işarə edirik ki, bu iş onların fasid və lovğa olmaqlarına səbəb olardı.

Əgər onlar desələr: yaxşı olardı ki, insanların sayı artmazdı və yaşayış yeri dar olmazdı. Cavabında deyilməlidir: Əgər insan nəsli artmasa, onların çoxu yaranışın böyük ne`mətindən, dünya və axirət ne`mətlərindən məhrum olardılar.

Əgər onlar desələr: Gərək dünyanın əvvəlindən axırına qədər yaradılacaq insanlar bir zamanda yaradılardı?

Onlara belə cavab veririk: Yenə də qeyd etdiyimiz çətinliklər qarşıya çıxardı. Bu vaxt onların yeri dar və ruzusu kifayət etməzdi.

Yaranışda olan tədbirə edilən başqa bir irad və ona verilən cavab


Bəlkə bir şəxs dünyanın hikmətinə və tədbirinə başqa bir irad edə bilər: Bu necə tədbirdir ki, güclülər, gücsüzlərə zülm edir və onların malını qəsb edirlər. Salehlər və mömin bəndələr fəqir və giriftar, fasidlər və facirlər isə ne`mət işində yaşayırlar. Və onlar ki, böyük günahlara mürtəkib olurlar, tez cəzalanmırlar. Əgər dünyada tədbir və hesab-kitab olsaydı, salehlər ne`mət və ruzu içində yaşayar və fasidlər ondan məhrum olardılar. Həmçinin əgər tədbir olsa, gərək günahkar tez cəzalanardı və əzaba giriftar olardı.

Bu iradın cavabı belədir: Heç kəs savaba və əcrə xatir və ilahi və`dəyə i`timad edərək saleh əməllər etməzdi. Həm də bu vaxt insanlar heyvana bənzəyərdi ki, öz ixtiyarlarında olmazdılar. Nəhayət gərək saatbasaat əsa ilə təhdid oluna, otla qidalana və işləyərdi. Bu vaxt heç kəs savaba yəqin etməklə və cəzadan qorxmaqla iş görməzdi. Insanlar qeybdən xəbərsiz olardı və yalnız dünya ne`mətlərinə xatir işləyərdilər.

Həmçinin əgər bu cür olsa, yaxşı insan yalnız dünya işlərinə və ruzusuna görə yaxşı işlər görərdi. Və zülmkarlar ani əzaba görə zülm etməzdilər. Xülasə insanların bütün əməlləri dünyaya görə olardı. Amma həmişə irad edən şəxsin fikirləşdiyi kimi deyil. Salehlərin də çoxu varlıdır.

Həmçinin fasiqlərin də tüğyani çoxalanda elə bu dünyada cəzalanırlar. Necə ki, Fir`on qərq oldu, “buxt nəsr” həlak oldu və bəlbis öldü.

Bə`zi fasidlərə möhlət verilməsi ya salehlərin savabının bu dünyada verilməsi, allahın bir məsləhətidir ki, bəndələr ondan xəbərsizdirlər. Hətta padşahlar da bəzən bu üsuldan istifadə edirlər. Onlar bəzən bir işi tə`xirə salır, başqasın qabağa salırlar. Bu onların ağıllı və tədbirli olmasına bir dəlildir.

Xaliq və yaradan yalnız üç halda öz məxluqunu öz halına buraxır: ya aciz və qüvvəsizdir, ya xəbərsizdir ya da pislik onun fitrətindədir. Bütün bu işlər Allah-Taalaüçün mahaldır. Çünki əgər aciz olsaydı bu cür e`cazkar məxluqatı yarada bilməzdi. Əgər bu cür cahil olsaydı, yaranışda bu qədər hikmət və tədbir olmazdı. Əgər bədxah və şərur olsaydı, mövcudatı xəlq etməzdi. Indi ki, belədir, bəs gərək bu varlığın xaliqi həkim və müdəbbir olsun.

Əgər bir dərman sənin üçün mübhəm1 ya onun haqda şübhədə qalsan, iki ya üç dəfə təcrübədən sonra onun haqqında rahat hökm verəcəksən. Bəs niyə nadanlar və münkirlər bu qədər saysız dəlillərlə varlıqda olan hikməti inkar edirlər? Əgər aləmin hikmətinin yarısı bizə mə`lum deyilsə bu aqilanə deyil ki, bütün dünyadı öz-özünə və təsadüfi hesab edək. Çünki onun qalan hissəsini görürük ki, dünyada nə qədər hikmət və tədbir vardır. Əgər bütün hadisələri təftiş və təhqiq etsək, onda olan e`cazkar hikməti və tədbiri dərk edərik.

Yunanlıların bu dünyaya verdiyi ad


Ey Müfəzzəl! Bil ki yunanlılar bu dünyanı “kosmos” adlandırırlar. Bu kəlmə gözəllik mə`nasındadır. Bu adı ona fəlsəfə və hikməta iddiaçıları verilmişlər. Onlar dünyada olan nizam-intizamla razılaşmadığından ona gözəllik və zinət adı vermişlər. Yunanlar bununla demək istəyirlər ki, dünyada hikmətlə yanaşı “hüsn” və “qiymət” və “gözəllik” də vardır.

Mani kordur və hikmətin dəlillərin görmür


Ey Müfəzzəl! Təəccüb edirəm, o kəslərə ki, tibdə eyib görmürlər, amma təbibdə səhv axtarırlar. Bu qurup dünyanın hər şeyin öz başına və hikmətsiz görməməklərinə baxmayaraq onu təsadüfi hesab edirlər. Qəribədir o kəslər ki, hikmət iddia edirlər ancaq yaranışın hikmətin inkar edirlər və Allah-Taalahaqda nəlayiq sözlər deyirlər. Təəccüblü o, bədbəxtin (mani) işidir ki, yaranışın hikmətin görmür. Yaradılışda səhv və xəta olduğunu hesab edir. Və Allah-taalaya cəhl nisbət verir.

Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz


Müəttiləyə təəccüb edirəm. Onlar istəyirlər elə bir şeyi hiss etsinlər ki, ağıl da onunla müvafiq olsun. Onlar o şeyi ki, dərk edə bilmirlər, onu inkar və təkzib etməyə cəhd göstərirlər və deyirlər: Niyə ağıl da onu dərk etmir?

Onlara belə cavab verilir. Çünki O ağıldan və düşüncədən üstündür. Necə ki, göz hər şeyi görə bilmir. Əgər havada bir daş görürsən, dərk edirsən ki, kimsə onu havaya atıbdır. Bu etiqadı, gözün deyil, bəlkə ağıl ona hökm edir. Çünki ağıl hökm edir ki, daş öz-özünə uca bilməz. Deməli ağıl da allahı tanımaqda acizdir və öz həddini aşmır. Amma insan onu ağılla iqrar edir və bilir ki, bir şey mövcuddur, amma görülən deyil və heş bir hiss onu dərk etmir.


Ağıl allahı iqrar etməklə dərk edir, nəinki əhatə ilə


Buna əsasən deyirik: ağıl yaradanı onu iqrar etməklə tanıyır, nəinki onu əhatə etməklə.

Əgər onlar desə: O zəif bəndəni necə az bir ağılla onu tanımağa mükəlləf etmişdir? Bir halda ki, insanın ağlı onu əhatə edə bilmir. Cavab: İnsanlar bir həddə qədər mükəlləfdirlər. Yə`ni onlar gərək bir həddə qədər çalışıb ona yəqin olsunlan. Onun əmr və nəhyinə əməl etsinlər. Onlar onu hiss etməyə mükəlləf deyillər. Necə ki, padşah xalqına onun hündür ya alçaqboy, ağ ya sarışın olmasını əmr etmir. Bəlkə o, insanlardan onun əməllərinə itaət etməyi tələb edir. Görürsən ki, bir kəs padşahın hüzuruna gələndə şah ona deyir: “Özünü mənə yaxşı tanıt, yaxsa sənin sözlərini eşitmərəm”. Allahı hiss etməyi iqrar edən də özünü ilahi qəzəbinə mə`ruz qoyur.

Əgər onlar desələr: Niyə onu vəsf edərək əziz, həkim, cavad və kərim Allah deyirik? Onlara belə cavab veririk: Bütün bu sifətlər iqrar etmək üçündür, nəinki hiss. Bilirik ki, o həkimdir. Amma onun həqiqətin dərk etmirik. “Qədir”, “cavad” və başqa sifətlər də belədir. Necə ki, biz səmanı görürük, ancaq onun həqiqətini dərk etmirik. Dənizə nəzər salırıq amma onun dərinliyindəkilərdən agah deyilik. Ancaq Allah-Taalabunlardan da üstündür. Bu misallar onu bəyan etmək üçün çox kiçikdir. Amma ağıl onu tanıtdıran və hidayətçidir.

Əgər onlar desələr: Niyə onun haqqında olan əqidələr müxtəlifdir? Cavab: Çünki ağıl onun əzəmətinin və böyüklüyünün qarşısında aciz qalır.


Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları


Bu işlərdən biri də günəşin yer üzünə saçması və onun həqiqətinin öyrənilməsidir. Ona görə də alimlər onun haqqında müxtəlif fikirlər söyləmişlər. Bəziləri deyir: Günəş ulduzdur Və onun daxili atəşlə doludur. Onun ağzı var və şöləsi bu cür paylayır.

Bir başqası deyir: O da, bir buluddur.

Bir neçəsi deyir: O bir şüşəyə ya aynaya bənzəyir. O, atəşi alır və əks etdirir. Bəzisi deyir: O, atəş hissələridir ki, bir yerə cəm olmuşdur. Başqaları deyir: O, yerdən kiçikdir. Başqa bir hissəsi deyir: günəş yerdən çox böyükdür.

Həndəsəçilər deyirlər: Günəş yerdən 170-dəfə böyükdür. Onun haqda olan müxtəlif nəzərlər alimlərin hələ günəşin həqiqətinə yetişmədiklərini göstərir.

Günəşin gözlə görülməsinə baxmayaraq aqillər onun həqiqətinə yetişməkdə acizdirlər. Necə ondan da lətif bir mövcudu hiss və dərk etmək olar?

Əgər onlar desələr: Niyə o gizlidir?

Onların cavabı budur: Bizim məqsədimiz bu deyil ki, o insanlar kimi gizlənmişdir. Bəlkə məqsəd budur ki, o, o qədər lətifdir ki, məxluqat onu dərk edə bilmir. Necə ki, “nəfəsi” insan müşahidə edə bilmir.

Əgər onlar desələr: O, ki bu deyilənlərdən daha üstündür, bəs niyə lətifdir? Bu düz söz deyil. Çünki o kəs ki, hər şeyin xaliqidir, gərək onların hamısından fərqli və üstün olsun. Həqiqətən o təfəkkürlərin fikirləşdiyindən mühəzzər və ucadır.


Onu dörd yolla tanımaq


Əgər desələr: Allah-Taalabu qədər fərqlərlə necə hər şeydən üstün ola bilər? Cavab verilməlidir ki; Haqqı dörd yolla tanımaq olar:

1- Öyrənilməlidir ki, o mövxuddur ya yox.

2- Onun zatı və cövhəri tanınmalıdır.

3- Onun keyfiyyəti və sifəti tanınmalıdır.

4- Bilmək lazımdır ki, o niyə belədir? Bütün bunların arasında insan onun yalnız mövcud olduğunu öyrənə bilər. Əgər soruşsaq: O, necədir və nədir? Cavab tapa bilmərik. Çünki onun həqiqətini tapmaq qadağandır. Əgər onun dəlili və səbəbi barədə soruşsaq, həqiqətdə biz onu xaliqiyyatdan uzaqlaşdırmışıq. Çünki Allah-Taalahər şeyin səbəbidir və heç nə onun səbəbi ola bilməz. Insanın onun mövcud olduğunu bilməsi kifayətdir. Daha onun mahiyyətin və keyfiyyətin öyrənməsi lazım deyil. Necə ki, insan öz nəfəsini tanıyır. Hətmən vacib deyil ki, onun mahiyyətini və keyfiyyətini də tanısın. Ruhani və lətif işləri də belədir.

Əgər desələr: Bəs indi biz onu necə vəsf edək. Elə onda deyin ki, o namə`lumdur.

Onların cavabı budur: Allah, onun həqiqətini dərk etmək cəhətindən belədir. Ancaq digər cəhətdən əgər o düz və kifayət qədər dəlillə isbat olunsa, Allah-Taalahər şeydən bizə yaxın olar. O, bir tərəfdən açıq-aşkar və vazeh başqa bir tərəfdən isə məxfi və dərk edilməzdir. Ağıl da belədir. Dəlillər və sübutlarla açıq-aşkar və zahir, ancaq öz-özlüyündə gözlərdən gizlidir.

Təbiət əhli və onların münaqişəli sözləri


Təbiət əhli deyirlər: Təbiət faydasız iş görmür və onda olan hər şey tam və kamildir. Onlar hikməti bu əqidənin dəlili hesab edir. Əgər onlara deyilsə: Bu hikməti təbiətə kim vermişdir. Heç nə öz həddindən xaric olmur. O şey ki, aqıllar bu qədər təcrübələrlə yenə də onun müqabilində acizdir.

Əgər desələr: təbiətin özündə bu qüdrət və hikmət vardır həqiqətdə onlar inkar etdiklərini iqrar edirlər. Çünki bu sifətlərin hamısı allahda vardır. Keçmiş insanlar hikməti, tədbiri və hədəfi inkar edir və fikirləşirdilər ki, hər şey təsadüfi yaranmışdır. Onlar bu əqidələrini isbat etmək üçün bir neçə şeyə istinad edirlər. Məsələn: İnsanın naqis dünyaya gəlməsi ya onun bir barmağının artıq olması. Onlar bu dəlillərə görə deyirlər ki, dünya təsadüfi meydana gəlmişdir. Aristotel onlara belə cavab verir: Bə`zən təsadüfi işlər bir sıra dəlillərə görə meydana gəlir və öz təbii halından çıxır. Bu təsadüflər nadirdir və daimi deyildir.

Ey Müfəzzəl! Çox vaxt sən heyvanları bir halda görürsən. Məsələn: İnsan dünyaya gələndən, onun iki əli iki ayağı və beş barmağı olur. Amma bə`zilərinin bu dediklərimizin əksinə dünyaya gəlməsi, ana bətnindəki qadınlığa görədir. Necə ki, insan bə`zən işin hikmətlə və tədbirlə, bəzən isə vəsaitin naqis olduğuna görə bunun əksini iş görür. Bu qeyd etdiklərimiz təbiətdə də meydana gəlir. Ona görə də biz təbiəti nizamsız, hikmətsiz, tədbirsiz və təsadüfi adlarında bilmərik.

Bəs döğru deyil ki, bir kəs təbiətdə bə`zi səbələrə görə meydana gələn işləri əsas götürərək, ümumən bütün təbiəti hikmətsiz hesab etsin.

Əgər onlar desələr. Niyə belə hadisələr baş verir?

Onların cavabı budur: Bütün işlərin zəruri olaraq təbiət tərəfindən baş verməsinin hesab olunması, bəlkə yaradılışın təqdirlə və hikmətlə həkim olan yaradan tərəfindən baş verməsi dərk olunması üçündür. Çünki təbiət elə yaradılmışdır ki, çox vaxt bir xətt üzərində olur. Bəzən xüsusi səbəblərə görə özü həmşəki yolundan çıxır. Ya bu yolla təbiətin başqa bir kəs tərəfindən idarə olunması sübut olunsun. Biz hədəfə yetişmək üçün allah-taalanın qüdrətinə möhtacıq. Həqiqətən o əhsənul-xaliqindir. (xəlq edənlərin ən gözəlidir).

Ey Müfəzzəl! Sənə dediklərimi öyrən və hifz et. Allah taaladan sənə verdiyi ne`ymətlər müqabilində şükr et və onun böyük övliyalarına itaət et. Yaranışın dəlillərinin bir hissəsinin və dünyanın hikmət və tədbirini sənin üçün şərh etdim. Dediklərin haqqında yaxşı fikirləş və onlardan ibrət dərsi al.

Ərz etdim, mənim ağam! Sizin köməyinizlə inşaalah belə edərəm. Bu sözü dedim və huşdan getdim. Özümə gələndə İmam (ə) buyurdu: Ey Müfəzzəl özünü necə görürsən? Dedim, Mövlamın (ə) köməyi və dəstəyi ilə yazdıqlarımdan ehtiyacsız oldum və məndə olan maarifi oxuyuram. Mövlama (ə) layiqincə şükr edirəm.

Sonra İmam (ə) buyurdu. Ey Müfəzzəl zehnini, fikrini və rahatlığını qoru ki, gələcəkdə səmaların mələkut elmi, yer və onda olan e`cazkarlıqlar, mələklər, sidrətilmüntəhaya qədər olan təbəqələr, 7-ci yerdə olan insanlar və cinlərin yaranışı və onun altında olanlar haqda sənin üçün şərh edəcəyəm. Indi bildikləriniz yalnız onların bir hissəsidir. Istədiyin vaxt get, gəl ki, səninlə müsahibə edim. Sənin bizim yanımızdakı məqamın çox ucadır. Sənin möminlərin qəlbindəki yerin susuz üçün su kimidir.

Müfəzzəl deyir:

Çox şad bir halda İmamın (ə) məhzərindən mürəxxəs oldum.

MÜNDƏRİCAT


İmam Sadiqin (ə) bəyani ilə 1

YARANIŞİN SİRLƏRİ 1

BAĞİŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ 2

Ön söz 3

Müfəzzəl ibni Ömərin həyatı haqqında qısa mə`lumat 4

Müfəzzəlin rəvayətlərdəki üstün məqamı 4

Müfəzzəl İslam alimləri baxımından 6

Bir şübhəyə cavab 7

Müfəzzəlin Tovhid kitabı 8

Tovhidi-Müfəzzəlin Qur`ani-Kərimə oxşarlığı 8

İmam Sadiqin (ə) kəlamının mö`cüzəsi 10

Birinci fəsl 11

İbni Əbiouca ilə Müfəzzəlin söhbəti 12

İmamın (ə) bu kitabı Müfəzzələ buyurmasının səbəbi 12

Şəkk əhlinin yaranışın səbəbləri haqqındakı xəbərsizliyi 13

Dünyanın yaranışı. 14

İnsanın yaranışının və körpənin ana bətnindəki hikməti 15

Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ olması. 15

Üzdə tükün çıxmasının sirri. 16

Əgər insan ağıllı dünyaya gəlsəydi. 16

Uşağın ağlamağının faydaları 17

Bədən üzvlərinin faydaları 18

Təbiət əhlinin fikirlərinə cavab. 18

Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı 19

Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması. 19

Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü 20

Hiss orqanlarının sirri 20

Bə`zilərinin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti 21

Bəbən üzvlərinin tək və cüt yaradılışı. 22

Səs sistemlərinin yaradılışı. 22

Bu üzvlərin digər faydaları 23

Beyin, baş sümüyü və onların mühafizəsi 23

Göz qapağında olan, e`cazkarlıq. 23

Nəfəs və qida borusu 24

Insan bədənindən artıq Maddələrin xaric olmasının tə`siri 24

Həzm orqanizmi və qara ciyər. 24

Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü 25

Insanın kişi və qadın surətində yaradılışı 25

Ürək və onun ağ ciyərə bağlılığı 26

Dişlərdə olan e`cazkarlıq 26

Tük, dırnaq və onların faydaları 26

Qoltuğun və qarının altında tükün çıxmasının sirri 27

Ağız suyunun faydaları 28

Niyə paltarda olduğu kimi insanın qarnında düymə yoxdur? 28

Yeməyin və yatmağın sirləri. 28

Daxili qüvvələr və onların bədəndəki yeri 30

Hafizə və unutqanlıq ne`məti 30

Heyvanlar arasında yalnız insan həyalıdır... 31

İnsanın nitqə və yazmağa sahib olması 31

İnsanın dini və dünyavı ehtiyaclarının həlli. 32

İnsanın ömrünün müddətindən xəbərsiz olmağı 33

Yuxu və onun yalan və doğru olmasının sirri. 35

İnsanın ehtiyacını ödəmək üçün yaradılmış şeylərin şərhi. 35

Çörək və su insanın həyatının əsas amilidir. 36

Insanların bir-birinə bənzəməməsi heyvanların və quşların bir-birinə oxşarlığı. 36

Heyvan bədəninin inkişafı və onun inkişafının bir həddə dayanmasının sirri. 37

Insan üçün yol getməyin və hərəkət etməyin çətinliyi 37

Dişi və erkəyin tapılması, heyvanların nəslinin davam etməsinin amilidir. 38

Qarnın altında tükün çıxmasının və kişilərin üzündə tükün inkişafının sirri. 38



İkinci fəsl 38

Heyvanların yaranışı 40

Heyvanların üç növ yaradılışı. 41

Ətyeyən heyvanlarda gizlənən hikmətlər və tədbirlər. 41

Heyvan balalarının azadlığının sirri 42

Heyvanın ayaqları və onların hərəkəti 42

Bə`zi heyvanların insanın müqabılındə tabe olmasının sirri 43

Yırtıcıların ağlının və şüurunun olmamasının sirri. 43

It, vəfalı bir heyvan və insanın müdafiəçisidir. 44

Heyvanın üzünün, quyruğunun və ağzının formasının sirri. 44

Fil və onun xortumunun yaradılışının sirri. 45

Zürafənin mö`cüzəli yaradılışı 46

Meymunun yaranışı və onun insandan fərqi 46

Heyvanların bədənin örtülməsinin və onların ayaqlarının oxşar olmamasının sirri 47

Heyvanlar ölümü hiss edən zaman gizlənirlər 48

Dağ keçisi, tülkü və delfinin ağıllı olmasının sirri 48

Əfi ilan və bulud 49

Quşların, Hörümçəklərin və bövlərin fitrəti. 49

Quşun yaradılışında gizlənmiş hikmətlər 50

Quşların yumurtasının yaradılışı və onda gizlənən tədbirlər 52

Quşun çinədanı 52

Quşların rənginin müxtəlifliyinin sirri. 52

Quşların lələkləri 53

Bəzi quşların uzunayaqlı olmasının sirri. 53

Sərçələr həmişə ruzu axtarırlar 54

Yarasa və bayquşun ruzusu 54

Yarasanın yaranışı. 54

Bal arısı yuva düzəldəndən bal düzəldənə qədər 55

Çəyirtkə zəif bir heyvandır və eyni halda güclüdür. 56

Çəyirtkə seli 56

Balıqların yaranışı 56

Balıqların çox olmasının sirri. 57

Yaradanın hikmətinin genişliyi və məxluqatın elminin azlığı 57

Üçüncü fəsl 58

Səmanın rənginin sirri. 58

Günəşin çıxmasının və batmasının faydaları 59

Ilin dörd fəslinin faydası və hikməti 59

Günəşin hərəkətinin vasitəsi ilə fəsilləri və günləri tanımaq 60

Ay, Qəməri ayların əmələ gəlməsinin amilidir 60

Ayın nurunun faydası. 60

Ulduzlar və onların bə`zilərinin tək və bə`zilərinin birlikdə hərəkəti 61

Bə`zi ulduzların faydaları 62

Günəş, ay və ulduzlar allahı isbat edən dəlillərdir. 63

Gecə və gündüzün vaxt saatları 63

Isti və soyuq və onların faydaları. 64

Külək və onda olan xüsusiyyətlər 65

Hava və səslər 65

Yerin forması 66

Suyun faydaları və onun çox olmasının səbəbləri 67

Atəşin faydaları və onun cisimlərdə gizlənməsi 68

Yağışın yağması, havanın saflığı və havanın müxtəlifliyinin faydası 69

Yağış yağmasının faydalrı və onda olan hikmətlər 69

Dağların faydası 70

Mə`dənlər və insanın onlardan istifadə etməsi 71

Bitkilərin faydaları 72

Dənli bitkilərin sirri 72

Dənlərin örtülməsinin sirri 72

Ağac və bitkilərin yaranışının hikməti 73

Ağacın yarpağının yaranışı və vəsfi. 73

Ağacların və bitkilərin tumu və çəyirdəyi. 74

Ağacların ölməsində və onların yenidən canlanmasında gizlənmiş hikmətlər 75

Narın e`cazkarlığı və xilqətin hədəfinin nişanələri 75

Zəif kollar və böyük meyvələr 76

Meyvələr yetişəndə bizim onlara ehtiyacımız olur 76

Xurma ağacında olan hikmətlər və onun budaqları və çubuqlar 76

Dərman bitkilərinin xüsusiyyətləri 77

Dördüncü fəsl 78

Bəlalar, cahillərin əqidəsi və onların şübhəsinə cavab 79

Niyə bəlalar həm facırlər və həm salehlər üçün gəlir? 81

Ölüm, yoxluq cahillərin fikirləri və onlara cavab 82

Yaranışda olan tədbirə edilən başqa bir irad və ona verilən cavab 83

Yunanlıların bu dünyaya verdiyi ad 85

Mani kordur və hikmətin dəlillərin görmür 85

Müəttilənin fikrincə niyə ağıl dərk etməyəni hiss etmək olmaz 85

Ağıl allahı iqrar etməklə dərk edir, nəinki əhatə ilə 86

Günəşin yaranış və filosofların onun forması və miqdarı barəsində ixtilafları 87

Onu dörd yolla tanımaq 88

Təbiət əhli və onların münaqişəli sözləri 89



MÜNDƏRİCAT 91

Kitabın adı...................................................Yaranışın sirləri

Müəllif...........................................................İmam Sadiq (ə)

Mütərcim................................................Ramil Novruzoğlu

Redaktor..............................................Xanış Məhəmmədov

Texniki redaktor.............................................Ramiz Nəcəfi

Tiraj...................................................................................0000

Çap tarixi.........................................................................2004



1 “Fussilət” 52

1 - İnsanın yetkinlik yaşına çatdığı bir dövr.

1 Hiss olunan bir şey

1 azğınlıq

1 - Əqrəba ilə əlaqəni kəsməmək.

1 - fail – iş görən.

1 - Allahın adlarından biri.

1 -İngiliscə “sagapenum” adlanır. Ondan bitki şirəsi hazirlanir. Şirənin xarici görünüşü qırmızı ya sarı rəngə çalır. Amma onun daxili tamamilə ağ rəngdə və tünd iylidir. Dadı bir az turş və bir azda acıdır.

1 - Pis əməl sahibi.

1 mübhəm – gizlin, müəyyən olunmayan bir şey


Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə