İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı



Yüklə 354,47 Kb.
səhifə5/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   2   3   4   5   6   7   8   9   ...   20

Qidanın həzm olması, qanın yaranması və onun bədəndəki dövranı


Ey Müfəzzəl! Bədənin qidalanması və onda gizlənən hikmətlər haqda yaxşı fikirləş. Qida əvvəl mə`dəyə daxil olur. Mə`də onu həzm edir. O, vaxt onun şirəsi qidanın çox xırda və nazik bir məcrasının yolu ilə qara ciyərə yetişir. Bu xirda məcra qəliz bir şeyin ona yol tapmaması üçündür. Ciyər onu qəbul edir və onu qana çevirir və damarların yolu ilə onu bütün bədənə yetirir. Necə ki, yerdə olan çaylar suyu dünyanın hər tərəfinə yetirir. Bədəndə olan artıq və bulaşıq maddələr özünə məxsus qablarında qərar tutur. Kor bağırsağa aid olanlar kor bağırsağa tərəf, rütubətə aid olanlar sidik kisəsinə tərəf gedir. Bədənin quruluşunda olan ilahi hikmətə nəzər et. Gör bədənin hər üzvü öz yerində necə qərar tutmuşdur.

Allah-Taalabədəndəki qabları elə qoymuşdur ki, artıq və bulaşıq maddələri özünə cəm etsin. Əgər bu maddələr bədənə yayılsa bədəni xəstə və zəif edər.

“Nə uca məqamdır o kə`s ki, təqdiri gözəl edib və tədbiri möhkəm etdi. “Ona, laiqincə şükür olsun”.

Bədənin inkişafının başlanğıcı və onun ana bətnində formalaşması.


Müfəzzəl deyir: ərz etdim! Bədənin tədrici inkişafından onun kamil mərhələsinə qədər şərh edin.

Buyurdu: Əvvəl körpə ana bətnində göz görməyən və əl çatmayan yerdə formalaşır. Bunun beləcə davamı vardır. İnsan orada kamilləşir və möhkəmləşir və sonra dünyaya gəlir. İnsanın kamil və möhkəm bədənində çox şeylər gizlənmişdir. Allah-Taalakörpəni yırtıcılardan və digər amillərdən qorumuşdur ki, onun sümüyü, əti, damarları, beyni və.s. üzüvləri bu dünyaya gələndə, gördüyün kimi hər bir üzv yerli-yerində və həmahəng inkişaf etsin. Onları nə artırmaq və nə azaltmağa ehtiyac yoxdur.


Beş hiss orqanının insana məxsus olması və onun üstünlüyü


İndi ey Müfəzzəl! Insanın şərafət nişanəsi və onu digər canlılardan üstün edən, hiss orqanları haqda fikirləş. İnsanın gözləri baş nahiyəsində elə qərar tutmuşdur ki, hər şeyi onlarla düzgün şəkildə görür. Gözlər əgər əldə və ayaqda olsaydı, onları qorumaq çətin olardı və insan heç bir iş görə bilməzdi. Allah-Taalaonları qarında, kürəkdə, və ya bədənin orta hissəsində qərar verməmişdir ki, bu vaxt bir şeydən xəbər tutmaq və görmək çox çətin olardı.

Hiss orqanlarının sirri


İndi ki heç bir üzv gözlər üçün münasib olmadı, şübhəsiz ki, baş insanın hiss orqanları üşün ən yaxşı yerdir.

İnsan ücün beş hiss orqanı yaradılmışdır ki, beş hiss olunan şeyi dərk etsin. Göz rəngləri və surətləri seçmək üçün yaradılmışdır. Qulaq səsləri eşitmək üşün yaradılmışdır. Əgər səslər olsaydı qulaqlar olmasaydı, onda onlara ehtiyac olmazdı.

Başqa hiss orqanları da bu cürdür. Bunların əksi də belədir. Məsələn: əgər göz olsaydı İmam (ə) olmasaydı. Onda bunların heç bir mə`nası olmazdı.

Indi məxluqata fikir ver, gör necə hər şey öz yerində yaradılmışdır. Hər bir hiss üçün özünə məxsus məhsus1 yaradılmışdır. Bundan əlavə bunların arasında qarşılıqlı bir əlaqə də vardır. Məsələn: İşıq və hava. Əgər işığın rəngi və surəti göz üşün əyan olmasaydı, göz onu görə bilməzdi. Əgər hava səs dalğaların qulağa yetirməsəydi, qulaq da səsi eşidə bilməzdi

Əgər bir kəs bütün bunları yaxşı mütaliə etsə, nəticədə belə qərara gələr ki, bu hikmətli işlər fəqət lətif və xəbir olan Allah tərəfindəndir.

Bə`zilərinin gözdən, qulaqdan və ağıldan məhrum olmalarının hikməti


Ey Müfəzzəl! Kor adamın vəziyyəti haqda fikirləş. Gör necə işlərində çatışmamazlıqlar meydana gəlir. Bu şəxs ayağının altını görmür, qarşısını görmür, rəngləri bir-birindən seçə bilmir və yaxşını pisdən ayıra bilmir. Əgər birdən bir çuxurla rastlaşsa onu görməyəcəkdir. Əgər düşmən ona hücum etsə, onu tanımayacaqdır. Həmin şəxsin əgər ağlı da olmasa, süqut edən bir daşa bənzəyər.

Həmçinin bir kəs ki, eşitmir, həyatda çoxlu çətinliklərlə üzləşir. Insana rahatlıq verən nəğmələrdən məhrum olur. Insanlarala söhbət etmək onun üçün çox çətin olur. O, şəxs bir ölü və qeyb olmuş kimidir ki, insanlardan xəbərsizdir. Bir halda ki, o hər şeyi müşahidə edir və yaşayır.

Amma əgər insan ağılsız olsa, heyvana bənzəyər.

Görürsənmi insanın üzvləri necə yaradılmışdır. Onlardan birinin olmaması vəya naqis olması onun üçün çətinliklər yaradır.

Müfəzzəl deyir: Ərz etdim: Niyə bə`zi insanların bədən üzvləri naqisdir. Amma onlar buyurduğunuz çətinliklərlə üzləşmirlər?

Buyurdu: Bə`zən bu iş o şəxsləri ədəbləndirmək və başqalarının da bundan ibrət dərsi alması üçündür. Necə ki, şahlar başqalarına dərs olsun deyə belə işlər görürlər

Belə şəxslər əgər allaha şükr etsələr və tövbə etsələr, ölümdən sonra böyük əcr sahibi olarlar.

Bəbən üzvlərinin tək və cüt yaradılışı.


Ey Müfəzzəl! Bədən üzvlərinin təkvə cüt yaradılışı və onlarda gizlənən hikmətlər haqda fikirləş. Baş tək olan üzvlərdəndir. İnsanın əgər iki başı olsaydı, onun xeyrinə olmazdı. Çünki, həmin başda bütün lazım olan hissiyyat üzvləri cəm olmuşdur. Əgər digər bir baş olsaydı, lazımsızlığından əlavə, onu tənzim etmək olmazdı. Əgər insanın iki başı olsaydı, həqiqətdə insan iki hissəyə bölünərdi. Əgər biri danışsaydı, o biri lazımsız qalardı. Əgər hər ikisi ilə danışılsaydı, digəri artıq olardı.

Əllər cüt yaradılmışdır çünki, insan bir əllə çox işlərinə yetişə bilmir. Məsələn: bənnanın, nəccarın bir əli olsaydı, işini lazım olan qaydada görə bilməzdi.


Səs sistemlərinin yaradılışı.


Ey Müfəzzəl! Səs, danışmaq və onların insanda olan orqanları haqqında fikirləş. Qırtlaq bir boru kimi səsi boğazdan xaric edir. Dil, dodaqlar və dişlər də hərfləri və nəğmələri tələffüz etmək üşün bir vasitədir. Görmürsənmi ki, o kəslərin ki, dişləri yoxdur, “sin” hərfini, onların ki, dodağı yoxdur “kaf” hərfini, onların ki, dilləri ağırdır “Ra” hərfini tələffüz edə bilmirlər.

Bu orqanlar hər şeydən çox qara zurnaya oxşayır. Qırtlaq onun səs borusuna oxşayir və ağ ciyər bir kisəyə oxşayir ki, onunla üfürürlər ki, hava ona daxil olsun. Ağ ciyər əzələləri ki, səsi çölə çıxaran barmaqlığa oxşayır ki, zurnada səsin hərəkətə gəlməsi üçün qoyurlar. Dodaq və dişlər zurnanın ağzında olan dəmir alətə oxşayır ki, onunla üfürməklə müxtəlif səslər meydana gəlir.



Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə