İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Bu üzvlərin digər faydaları



Yüklə 354,47 Kb.
səhifə6/20
tarix14.04.2018
ölçüsü354,47 Kb.
#38164
1   2   3   4   5   6   7   8   9   ...   20

Bu üzvlərin digər faydaları


Səs orqanları ilə danışmağı və hərfləri tələffüz etməyi sənə öyrətdim.Amma bu üzvlərdə başqa faydalar da gizlənmişdir ki, sən onlara çox möhtacsan. Nəfəs borusu havanın həmişə cərəyan etdiyi yol və qəlbi sərinlədən bir vasitədir. Əgər bu yol bir an bağlansa insan ölər. Insan dil ilə dadları bir-birindən ayırır. Şirini, acıdan, şoru şirindən və dadlını dadsızdan ayırır. Bütün bu yollarla qida və su asan keçir.

Dişlər də qidanı əzib, yumşaldır və yemək rahat olur. Dişlər dodaqlar üçün söykənəcəkdir ki, onlar daxildən ağızı qoruyur. Şübhəsiz ki, dişi olmadığına görə dodaqları əsən kəsləri görmüsən. Insan içkiləri dodaqlar vasitəsilə yavaş-yavaş içir ki, boğulmasın. Dodaqlar ağız üçün bir qapı kimidir ki, istədiyi vaxt açır və istədiyi vaxt bağlayır. Bu dediklərinmdən sonra mə`lum oldu ki, hər üzvün müxtəlif faydaları vardır. Necə ki, birinin vasitəsi ilə bir neçə iş görmək olar.


Beyin, baş sümüyü və onların mühafizəsi


Əgər maneələr olmasa beyinin xətərdən qorunması üçün necə örtüldüyünü görərsən. Baş sümüyü də özü bir papaqdır ki, beyni zərərlərdən və ziyanlardan qoruyur. Insanın başı da tüklərlə örtülmüşdür ki, paltar kimi onu istidən və soyuqdan qorusun. Həqiqətən Ondan başqa kim beyni bu cür yaratmış və onu bütün hislər üçün tənzimləyici qərar vermişdir. Və kim onu bu cür möhkəm bir qalanın içində yaratmışdır.

Göz qapağında olan, e`cazkarlıq.


Ey Müfəzzəl! Göz qapağı haqda fikirləş. Gör o, necə bir pərdə kimi gözlərin üstünü örtmüşdür. Onun kənarında bəndlər və halqalar düzəldilmişdir ki, insan istədiyi vaxt gözü aça bilsin. Göz bir qalanın içində qərar verilmişdir və pərdə və kipriklərlə qorunur.

Nəfəs və qida borusu


Kim boğazda iki məcra yaratmışdır. Biri səsin xarici üçündür ki, nəfəs borusu ilə ağ ciyərə birləşmişdir. O biri isə qida borusudur ki, qidanın mə`dəyə getməsi üçündür.

Kim boğazda bir pərdə yaratmışdır ki, yeməyin ağ ciyərə yetişməsinin və ölümün qarşısını alır? Kim ağ ciyəri ürəyi sərinlədən qərar vermişdir? O, insanın həmişə işlənməsinə baxmayaraq qəlbdəki hərarəti azaldır və ölümlə nəticələnmir.


Insan bədənindən artıq Maddələrin xaric olmasının tə`siri


Allahdan başqa kim insan bədənində sidik və nəcisin xaric olmasından ötəri borular qərar vermişdir ki, istədiyi vaxt onları açıb-bağlasın ki, həmişə axım halında olmasın? Insan yaşayışını əzab-əziyyətə salmasın. Doğurdan da insan Allahın saysız ne`mətlərin ələ gətirməyə qadir deyildir. Şübhəsiz ki, Allahın ne`mətləri insan biliyindən daha da çoxdur.

Həzm orqanizmi və qara ciyər.


Allahdan başqa kim mə`dəni bu cür möhkəm yaratmışdır ki, ağır qidaları həzm etsin? Kim qara ciyəri bu qədər yumşaq və lətif yaratmışdır ki, şirəni və qidanın yumşaqlığın qəbul etsin və onun həzmini mə`dədə asanlaşdırsın?

Bu işlərdə azacıq da olsa belə uyğunsuzluq görürsənmi? Əslən! Bunlar hamısı həkim bir müdəbbirin işidir. O, yaradılışdan da əvvəl qadir və alim olmuşdur və heç bir şey onu qüdrətsiz edə bilməz. O, Lətif və Xəbirdir.


Beyin, qan, qulağın üstü, dırnaqlar və ayağın üstü


Ey Müfəzzəl! Fikirləş ki, niyə zərif beyin lüləşəkilli sümüklərin içərisində qərar tutmüşdur? Niyə axar qan boruya oxşar damarların içindən axır? Bu qanı qorumaqdan və düzgün hidayət olunmasından başqa bir şey üçündürmü? Niyə dırnaqlar barmaqların başından çıxır? Bu barmaqları qorumaq və insana işləməkdə kömək etmək üçündür. Niyə qulağın arası zindan və sərdabələr kimi qarışıqdır? Bu səsin qulağa yetişməsi və onun sınmaması və qulaq pərdəsinə zərər yetişməməsi üçündür. Niyə insan ayağının üstünün ətlərini və oturacaqlarını özü ilə daşıyır? Bu insanın bərk yerdə oturanda əziyyət çəkməməsi üçündür.

Insanın kişi və qadın surətində yaradılışı


Kim insanı kişi və qadın yaratdı? Onlarda cinsiyyət orqanları yaratdı? Hansı kəs insanda ümid və inam hissyyatı yaratdı?

Kim onu ümidvar yaratdı və iş ləvazimatlarını onun ixtiyarında qoydu? (bədən üzvləri). Hansı kəs onu iş görmək qabiliyyətinə malik etdi? Kim insanı iş görmək qabiliyyətinə malik etdi və onu ehtiyaclı saxladı? Kim insanı ehtiaclı yaratdı və onun ehtiyaclarını ona əta etdi? Kim insanın ehtiyaclarını ona əta etdi və hacətlərinin rəvan olmasına zamin oldu? Kim insanı məxluqatın arasında ağıllı və şüurlu olması ilə seçdi və kim ona yaddaşı və fikri bağışladı? Kim ona çarə verdi ki, öz işlərində çarə qılsın. Kim ona bu qüdrəti verdi ki, höccəti onun üçün tamam etsin? Kim onun çarə qıla bilmədiyi işlərə çarə qıldı? O kəs ki, ondan başqa heç kim həqiqi şükrə layiq deyildir.

Dediklərimiz haqqında yaxşı fikirləş. Bu quruluşda və tərtibdə nizamsızlıq görürsənmi?

Allah-Taalaqur`ani-kərimdə buyurur: Allah onların vəsf etdiyi şeylərdən pak və münəzzəhdir. (Ən`am surəsi 100-ci ayə.)


Ürək və onun ağ ciyərə bağlılığı


Ey Müfəzzəl! Indi ürəyi sənin üçün şərh edirəm:

Ağ ciyərin deşiklərinin müqabilində ürəkdə də deşik vardır ki, ürək istiləşməsin. O, vaxta qədər ki, bu deşiklər münəzzəmdir, hava və nəfəs ürəyə yetişir və insan həlak olmur ağıllı bir insan fikirləşərmi ki, bu özbaşına belə olmuşdur? Və ya onun ağlı bu uyğunluğu təsdiq edərmi?

Əgər petləsi olan bir qapının tayını görürsən. Məgər bunun bihidə olduğunu fikirləşirsən?

Heç vaxt! Bəlkə fikirləşirsən ki, bu tayı düzəldən, O biri tayı da düzəldmışdir ki, onlara birləşib birlikdə bir hədəfi yerinə yetirsinlər və başqalarına xeyir versinlər.

Ölüm olsun o kəslərə ki, fəlsəfə və hikmət iddiaçısıdırlar. Ancaq onlar yaradılışın mö`cüzələrin görmürlər. Varlıqda olan tədbiri və hədəfi inkar edirlər.

Dişlərdə olan e`cazkarlıq


Ey Müfəzzəl! Bir az dişlər haqda fikirləş. Onların bə`zisi itidir ki, qidanı bölsün və kəssin və bə`ziləri enlidir ki, qidanı yumşaltsın və xırdalasın. Allah-Taalabu cür dişləri insana vermişdir Çün ki, insan bunlara möhtacdır.

Tük, dırnaq və onların faydaları


Yenə də Allahın, tük və dırnağı bu cür hikmətlə yaratdığı barədə fikirləş. O, yerdən ki, bunlar inkişaf edir və uzanır, həmin yerdən də qəsaldılmalıdır. Bunların hissiyyatı yoxdur ki, insan onları qısaltdığında əziyyət etsin. Əgər insan bunları qısaldanda əziyyət çəksəydi, iki yol arasında qalardı: Ya bunları gərək qısaltmayaydı, ya da onları əziyyətlə qısaldaydı.

Müfəzzəl deyir: ərz etdim: Nə olardı ki, əgər Allah onları elə yaradaydı ki, uzanmazdılar və qısaltmağa ehtiyac olmazdı? İmam (ə) buyurdu: Allah-mütəal bu işdə çoxlu ne`mətlər qoymuşdur ki, insanlar bundan xəbərsizdilər. Agah ol! Bədəndə olan dərdlər tükün çıxması ilə və bədənə nüfuz edən şeylər dırnağın çıxması ilə bədəndən xaric olur. Ona görə də göstəriş verilmişdir ki, hər həftə “nurə” (tükün bir müddət çıxmaması üçün hazırlanmış maddə) sürtməklə və təraş etməklə tükü və dırnağı qısaltmaqla bu işə əncam versin. Bu iş səbəb olur ki, tük və dırnaqlar sürətlə inkişaf etsin. Dərdlər və xəstəliklər tezliklə bədəndən xaric olsun. əgər insan bu cür etməsə, bədəndə müxtəlif xəstəliklər meydana gələr.

Tüklərin bədənin bir neçə yerində çıxmasının insan üçün zərəri var idi ki, onun qarşısı alınmışdır. Əgər tük insanın gözlərində çıxsaydı, yemək, içmək onun üçün çətin və ləzzətsiz olmazdı? Əgər əlinin içində çıxsaydı insanı işdən saxlayardı. Bəs o yer ki, məsləh və xeyirli deyil, orda tük yoxdur. Bu heyvanlarda da belədir. Baxmayaraq ki, onların bədəni tüklə örtülmüşdür, həmin deyilən yerlərdə tük yoxdur.gör yaradılış necə xətadan, ziyandan və nəzmsizlikdən uzaqdır və hər şey hikmət və məsləhətlə yaradılmışdır.


Yüklə 354,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə