İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
  1   2   3   4   5   6   7   8   9


 

 



 

İmam Səccad (ə) haqqında bilmədikləriniz. 

İmam Səccad (ə) haqda danışmaq və yazmaq çətindir. Çünki insanların bu böyük imamla tanışlığına şərait 

çox əlverişsizdir. Əksər tarixçi və təhlilçilər elə bilirlər ki, bu imam bir tərəfdə oturub ibadətlə məşğul 

olmuş və siyasətə qarışmamışdır. Bəziləri bunu açıqca söyləmişlər, açıq söyləməyənlərin də qənaəti 

bundan başqa bir şey olmamışdır. Bunu imama verilən ləqəblərdən və deyilən sözlərdən də anlamaq 

olar. 

 

Bəzi adamlar ona Xəstə ləqəbi verirlər, halbuki onun xəstəliyi Aşura hadisəsinin baş verdiyi bir neçə günü 



əhatə edirdi, ondan sonra davam etmədi. Hər bir adam ömründə bir neçə gün xəstələnə bilər. 

Baxmayaraq ki, bu imamın xəstəliyi ilahi məsələhət üçün olmuşdur. Məqsəd bu idi ki, həmin gün Allah 

yolunda müdafiə və cihad vəzifəsi onun üzərinə düşməsin və gələcəkdə ağır əmanət olan imamət yükünü 

götürsün, atasından 35, yaxud 34 il sonraya qədər yaşasın və Şiə məzhəbinin ən çətin dövründə ona 

rəhbərlik etsin. 

 

Siz İmam Səccadın (ə) həyat sərgüzəştlərinə baxsanız, çoxlu diqqətəlayiq və maraqlı hadisələr görərsiniz. 



Bizim digər imamlarımızın həyatı da belədir. Lakin siz bunların hamısını bir yerə toplasanız da, İmam 


 

Səccadın (ə) həyatını öyrənə bilməzsiniz. Hər bir kəsin əsl həyatı o zaman aydın olar ki, biz onun ümumi 



istiqamətini bilək və sonra onun həyatının ayrı-ayrı hadisələrini araşdıraq. Bu ümumi istiqamət bilinsə

ayrı-ayrı hadisələr də mənasını tapar. Ümumi istiqamət bilinmədikdə, yaxud səhv bilindikdə isə ayrı-ayrı 

hadisələr də mənasız olar, yaxud səhv başa düşülər. Bu prinsip yalnız İmam Səccada (ə) və digər 

imamlara məxsus deyil, hamının həyatında keçərlidir. 

 

İmam Səccadın (ə) Məhəmməd ibn Şahab Zöhriyə məktubu onun həyatından bir nümunədir. Bu, 



Peyğəmbər (s) ailəsinə mənsub bir şəxsin dövrün bir məşhur aliminə məktubudur. Bu barədə müxtəlif 

fikirlər irəli sürmək olar: bu məktub köklü və geniş bir mübarizənin bir hissəsi, yaxud sadəcə pis işlərdən 

çəkindirmə və yaxud bir nəfərin başqa birisinə etirazı sayıla bilər. Öz-özlüyündə və o dövrün digər 

hadisələrini nəzərə almadan bu məktublaşmadan bir şey anlamaq olmaz. Demək istəyirəm ki, hər hansı 

hadisəni imamın həyatındakı ümumi istiqamətdən ayırsaq, onun bioqrafiyası anlaşılmaz. Mühüm olan 

budur ki, biz ümumi istiqaməti diqqətdə saxlayaq. 

 

Bizim ilk mövzumuz İmam Səccadın (ə) həyatdakı ümumi istiqaməti haqdadır. Bunu o həzrətin öz 



sözlərindən və həyatından faktlarla, eləcə də imamların həyatına dair ümumi qənaətlə xatırladacaq və 

izah edəcəyəm. 

 

Bizim fikrimizcə, İmam Həsənin (ə) qırxıncı ildə həyata keçən sülhündən sonra Peyğəmbər (s) Əhli-beyti 



evdə oturub yalnız ilahi hökmləri başa düşdükləri kimi bəyan etməklə qane olmadılar. Sülhün əvvəlindən 

bütün imamların proqramı bu idi ki, nəzərdu tutduqları şəkildə İslam hakimiyyəti qurmaq üçün fəaliyyət 

göstərsinlər. Bunu İmam Müctəbanın (ə) həyatında və sözlərində aydın şəkildə görürük. 

 

İmam Həsənin (ə) işi köklü, çox dərin və fundamental iş idi. İmam Həsən (ə) on il belə yaşadı. O bu 



müddətdə öz ətrafına bəzi qüvvələr topladı və yetişdirdi. Bəzi adamlar müəyyən yerlərdə öz şəhadətləri, 

öz etirazları ilə Müaviyə rejiminə qarşı çıxdılar və nəticədə onu zəiflətdilər. 

 

Ondan sonra növbə İmam Hüseynə (ə) çatdı. O həzrət də Mədinədə, Məkkədə və digər yerlərdə eyni 



üsulu davam etdirdi. Nəhayət, Müaviyə dünyadan köçdü və Kərbəla hadisəsi baş verdi. Kərbəla hadisəsi 

İslamın gələcəyi üçün çox faydalı və səmərəli qiyam olsa da, hər halda, İmam Həsənin (ə) və İmam 

Hüseynin (ə) izlədiyi məqsədi gecikdirdi. Çünki xalqı qorxudub İmam Həsənin (ə) və İmam Hüseynin (ə) 

yaxın ətrafını məhv etdilər, hakimiyyətlərini möhkəmlətdilər. Bu təbii şəkildə baş verdi. Əgər İmam 

Hüseynin (ə) qiyamı bu formada olmasaydı, güman ki, ondan sonra və ona yaxın gələcəkdə Şiə 

hakimiyyətinə şərait yaranardı. Bu o demək deyil ki, İmam Hüseyn (ə) qiyam etməməli idi. Əslində 

şəraitə görə həmin vaxt İmam Hüseynin (ə) qiyamı mütləq baş verməli idi. Bunda heç bir şübhə yoxdur. 



 

Lakin o şərait olmasaydı və İmam Hüseyn (ə) şəhid edilməsəydi, böyük ehtimalla İmam Həsənin (ə) 



nəzərdə tutduğu gələcək tezliklə həyata keçərdi. 

 

İmamlar bu xətti və məqsədi izləyir, həmişə İslam hakimiyyəti qurmağa çalışırdılar. İmam Səccadın (ə) 



fəaliyyəti əslində İmam Hüseyn (ə) Kərbəlada şəhid ediləndən və o, xəstə vəziyyətdə əsir aparılandan 

başlandı. Əgər o zamana qədər İmam Həsən (ə) və İmam Hüseyn (ə) sözügedən gələcəyi təmin etməli 

idilərsə, o zamandan İmam Səccad (ə) vəzifəsinə başlamalı oldu və sonra da digər imamlar. 

 

Buna əsasən, biz İmam Səccadın (ə) bütün həyatında bu ümumi məqsədi və əsas xətti axtarmalı, mütləq 



bilməliyik ki, İmam Səccad İmam Həsən (ə) və İmam Hüseynin (ə) nəzərdə tutduğu amalı həyata 

keçirmək istəyirdi. 

 

İmam Səccad (ə) hicri tarixi ilə 61-ci ilin aşurasında imamətə çatdı, 94-cü ildə də zəhərlədilərək şəhid 



edildi. O həzrət bütün bu müddətdə həmin məqsədi izlədi. İndi bu baxışla İmam Səccadın (ə) gördüyü 

işləri araşdırın. Görün hansı mərhələləri keçdi, hansı taktikalardan istifadə etdi və hansı nailiyyətləri əldə 

etdi. O həzrətin bütün cümlələrini, hərəkətlərini, Səhifeyi-Səccadiyyədə toplanmış dualarını, 

münacatlarını və raz-niyazlarını həmin ümumi xəttə və həmçinin imamət müddətində müxtəlif qüvvələrə 

qarşı tutduğu müxtəlif mövqelərə əsasən izah etmək olar: 

 

1- Übeydullah ibn Ziyadın və Yezidin qarşısında çox şücaətli və fədakar mövqe seçməsinə; 



 

2- Yezid hakimiyyətinin üçüncü ilində və Yezidin əmri ilə Mədinəni dağıdıb xalqın mallarını qarət edən 

Müsrif ibn Üqbənin qarşısında çox yumşaq və mülayim mövqe seçməsinə; 

 

3- Ən güclü və ən ağıllı Əməvi xəlifəsi olan Əbdülməlik ibn Mərvan qarşısında bəzən sərt, bəzən isə 



mülayim mövqe seçməsinə; 

 

4- Ömər ibn Əbdüləzizlə rəftarına; 



 

5- İmamın səhabələri və dostları ilə rəftarına və dostlarına verdiyi tövsiyələrə; 

 



Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə