İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

 

6- Saraya və zalım hakimlərə bağlı alimlərlə rəftarına. 



 

Bütün bu hərəkət və rəftarları diqqətlə araşdırmaq lazımdır. Mənim qənaətim budur ki, bu ümumi xətt 

diqqətdə saxlansa, hər bir hərəkət və hadisə çox dəqiq və səlis məna kəsb edər. Əgər İmam Səccadın (ə) 

həyatını belə araşdırsaq, o həzrətin yer üzündə Allah hakimiyyətini həyata keçirməkdən və İslamı 

reallaşdırmaqdan ibarət olan müqəddəs məqsəd yolunda bütün səyindən istifadə edən, ən peşəkar və 

ən təsirli fəaliyyətlə məşğul olan, Aşura hadisəsindən sonra tükənmək üzrə olan İslam karvanını 

nəzərəçarpacaq həddə inkişaf etdirən, iki böyük və əsas məsuliyyəti – bu haqda danışacaq və deyəcəyik 

ki, bizim imamlarımız onların hər ikisini üzərlərinə götürmüşdülər - həyata keçirmiş, işlərdə siyasət

şücaət, diqqət və zərifliyə əməl etmiş bir insan olduğunu bilərik. O, tarixin bütün peyğəmbərləri və 

uğurlu insanları kimi 35 il yorulmaz mübarizədən və missiyasını yerinə yetirəndən sonra şərəflə 

dünyadan köçdü və məsuliyyəti özündən sonrakı imama - İmam Baqirə (ə) tapşırdı. İmamətin və yer 

üzündə Allah hakimiyyətini qurmaqdan ibarət olan böyük vəzifənin İmam Baqirə (ə) tapşırılması 

hədislərdə aydın şəkildə göstərilmişdir. Rəvayətdə deyilir ki, İmam Səccad (ə) övladlarını toplayandan 

sonra Məhəmməd ibn Əliyə, yəni İmam Baqirə (ə) buyurdu ki, bu sandığı və silahı götür, bunlar sənə 

əmanətdir. Sandığı açdıqda isə içində Quranın və bir kitabın olduğunu gördülər. 

 

Məncə o silah siyasi rəhbərliyin, kitab isə ideoloji və düşüncə rəhbərliyinin rəmzidir. İmam onu özündən 



sonrakı imama təhvil verib rahatlıqla, arxayınlıqla, Allah-Taalanın və ayıq insanların qarşısında çox 

başıuca halda dünya ilə vidalaşdı. İmam Səccadın (ə) həyatının ümumi təsviri bu idi. (İslamın keşikçisi, 

say: 6) 

 

İmam Səccadın (ə) dövrü çoxlu çətinliklərlə başlayır. Kərbəla hadisəsi Şiə mərkəzlərində və hətta İslam 



dünyasının hər bir yerində güclü bir təkan yaratdı. Qətl, təqib, işgəncə və zülm əvvəllər də vardı, amma 

Peyğəmbər (s) oğlunu öldürmək, Peyğəmbər (s) ailəsini əsir tutmaq, şəhər-şəhər gəzdirmək, Zəhra (ə) 

əzizinin - Peyğəmbərin (s) onu necə öpdüyünü görənlər hələ də vardı - başını nizəyə taxmaq İslam 

dünyasını heyrətə saldı. Heç kəs vəziyyətin bu həddə çatacağına inanmazdı. Əgər həzrət Zeynəbə aid 

edilən bir şeir düzgün olsa, sözügedən məzmunu çatdırır və bu hal bütün xalqa aiddir. Qəfildən siyasətin 

dəyişdiyi, şiddətin güman edildiyindən artıq olduğu hiss olundu, təsəvvüredilməz məsələlər həyata keçdi. 

Buna görə, Kufə istisna olmaqla bütün İslam dünyasını güclü qorxu bürüdü. Kufə yalnız Təvvabin 

qrupunun və sonra Muxtarın sayəsində bundan uzaq qaldı. Kərbəla hadisəsindən irəli gələn qorxu 

Mədinədə, digər yerlərdə, hətta bir qədər sonra Abdullah ibn Zübeyrin qiyam etdiyi Məkkədə də vardı. 

İslam dünyasında misilsiz bir qorxu hökm sürürdü. 

 

  Xalqın dini, əxlaqı islah olunmalı, xalq fəsad batlağından çıxmalı, dinin məğzi və ruhu olan mənəvi 



istiqamət cəmiyyətdə yenidən dirçəlməli idi. Buna görə siz İmam Səccadın (ə) zahidliyə geniş yer 


 

verdiyini görürsünüz: "Dünyaya meylsiz və axirətə rəğbətli olanların əlaməti..."[115] Bu, geniş bir 



söhbətin bağlanğıcıdır. Bu söhbətdə də bəzi məsələlərə və qeyd etdiyimiz məqsədlərə işarə var. 

 

                    İmam Səccadın (ə) sözlərinin çoxu zahidlik haqdadır, dua formasında söylənmiş İslam 



təlimləridir. Qeyd etdiyimiz kimi, o dövrdə olan repressiya və əlverişsiz durum İmam Səccadın (ə) 

insanlarla açıq danışmasına imkan vermirdi. Maneə isə yalnız hakim qüvvələr deyildi, xalq da istəmirdi. O 

cəmiyyət ümumiyyətlə fəsad dolu zay bir cəmiyyət idi, yenidən qurulmalı idi. 61-ci ildən 95-ci ilə qədər 

sürən 34-35 ildə İmam Səccadın (ə) həyatı belə keçdi. Əlbəttə, zaman ötdükcə vəziyyət yaxşılaşdı. Çünki 

İmam Sadiq (ə) "Hüseyndən (ə) sonra insanlar dindən döndülər" hədisinin davamında deyir ki, sonradan 

gəldilər və çoxaldılar. Biz görürük ki, həqiqətən belədir. İmam Baqirin (ə) dövründə artıq vəziyyət 

dəyişmişdi. Bu, İmam Səccadın (ə) 35 illik zəhmətlərinin səmərəsi idi. (1986) 

 

                    Bəzən düşünürlər ki, İmam Səccad (ə) Bəni-Üməyyə hakimiyyətinə qarşı çıxmaq istəsəydi, o 



da qiyama qalxmalı, yaxud Muxtara və ya Abdullah ibn Hənzələyə qoşulmalı, onlara rəhbərlik etməli və 

açıq silahlı mübarizə aparmalı idi. Həzrət Səccadın (ə) dövrünün vəziyyətini nəzərə alanda isə bu 

təfəkkürün imamların məqsədinə əsasən yanlış olduğunu anlamaq olar. 

 

                    İmamlar, o cümlədən İmam Səccad (ə) belə bir şəraitdə açıq radikal addımlar atsaydı, 



şübhəsiz, şiəliyin kökü kəsilər, Əhli-beyt məktəbinin, vilayət və imamət quruluşunun bütün inkişaf 

perspektivləri məhv olardı. Məhz buna görə İmam Səccad (ə) Muxtarla açıq əməkdaşlıq etmədi. Düzdür, 

bəzi rəvayətlərdən Muxtarla gizli əlaqəsinin olduğu görünür, amma heç şübhə yoxdur ki, aşkar şəkildə 

heç bir əlaqəsi olmayıb və hətta bəzi rəvayətlərə əsasən onu pisləyib də. Bu da çox təbii məsələdir. Bu 

onların arasındakı əlaqənin hiss olunmaması üçün təqiyyə metodundan istifadədir. 

 

                    Muxtar qələbə çalsaydı, hakimiyyəti Əhli-beytə verərdi, amma məğlub olsaydı, İmam 



Səccadın (ə) onunla əlaqəsinin bilindiyi təqdirdə, bunun ziyanı İmam Səccada (ə) və Mədinə şiələrinə də 

toxunardı, şiəliyin sonu çatardı. Bu səbəbdən İmam Səccad (ə) onunla heç bir açıq əlaqə qurmurdu. 

 

                    Rəvayətdə deyilir ki, Müslim ibn Üqbə Hərrə hadisəsində Mədinəyə gələndə hamı onun ilk 



növbədə Əli ibn Hüseynlə (ə) haqq-hesab çəkəcəyinə əmin idi. Lakin İmam Səccad (ə) elə dəqiq siyasət 

işlətdi ki, bu bəla dəf edildi, o həzrət qaldı və Şiənin əsas mərkəzi kimi fəaliyyətini davam etdirdi. 

 

                    Düzdür, bəzi əsərlərdə, o cümlədən "Bihar əl-ənvar" kitabında həzrət Səccadın (ə) Müslim 



ibn Üqbənin yanında özünü alçaldaraq ona təzim etdiyini ifadə edən rəvayətlər var. Mən bu rəvayətləri 


Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə