İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

 

qəti şəkildə rədd edirəm. Çünki: 



 

                    Əvvəla, bunlar heç bir doğru hədis sənədinə əsaslanmır; 

 

                    İkincisi, məzmun baxımından onları təkzib edən digər rəvayətlər vardır. 



 

                    İmam Səccadın (ə) Müslim ibn Üqbə ilə görüşünə dair bir-biri ilə uyğun olmayan çoxlu 

rəvayətlər var. Bu rəvayətlərin bəzisi imamların rəftar və üsuluna daha uyğundur. Biz təbii ki, onları 

qəbul edirik. Onları qəbul edəndə isə digər rəvayətlər bütünlüklə rədd edilir və mən onların qeyri-düzgün 

olmasına şübhə etmirəm. 

 

                    Hər halda, İmam Səccad (ə) o rəvayətlərin bəzisində göstərilən şəkildə rəftar etməmişdir



amma şübhə yoxdur ki, Müslim ibn Üqbəyə sərt münasibət də göstərməmişdir. Çünki belə olsaydı, onu 

qətlə yetirərdi və bu, İmam Səccadın (ə) vasitəsi ilə apalıran İmam Hüseyn (ə) düşüncəsinə ölümcül zərbə 

vurardı. İmam Səccad (ə) qalır və İmam Sadiqin (ə) hədisində gördüyümüz kimi, insanlar yavaş-yavaş ona 

qoşulur və çoxalırlar. İmam Səccadın (ə) işləri belə ağır, əlverişsiz və çətin şəraitdə başlayır. 

 

                    İmam Səccadın (ə) 34 illik imamət dövrünün çoxu Əbdülməlikin hakimiyyətinə təsadüf edir. 



Əbdülməlik rejimi imamın həyatına və rəftarına tam nəzarət edirdi. Onun hətta özəl ailədaxili məsələləri 

də təyin olunmuş casuslar tərəfindən xəbər verilirdi. 

 

 

                    İmam Səccadın (ə) məqsədləri 



 

                    İmam Səccadın (ə) dövrünün şəraiti aydın oldu. İndi imam belə bir şəraitdə işə başlamaq 

istəyir. Mən imamların seçdiyi məqsəd və üsula qısa işarə vurub o həzrətin həyatının bu üsulla bağlı 

xırdalıqlarına keçəcəyəm. 

 

                    Şübhəsiz, həzrət Səccadın (ə) son məqsədi İslam hakimiyyəti qurmaqdır. İmam Sadiqin (ə) 



hədisində qeyd olunduğu kimi, Allah-Taala 70-ci ili İslam hakimiyyəti üçün nəzərdə tutmuşdu. Həzrət 

Hüseyn ibn Əlinin (ə) şəhid edildiyinə görə isə 147-148-ci illlərə qədər təxirə saldı. Bu onu göstərir ki




 

İmam Səccadın (ə) və digər imamların son məqsədi İslam hakimiyyəti qurmaq olmuşdur. Amma o 



şəraitdə İslam hakimiyyəti necə qurula bilərdi? Bunun üçün bir neçə məqama aydınlıq gətirmək lazımdır: 

 

1- Həqiqi daşıyıcıları imamlardan ibarət olan və İslam hakimiyyətinin əsası sayılan düzgün İslam 



düşüncəsi yazılmalı, tədris olunmalı və yayılmalıdır. 

 

                    İslam cəmiyyəti uzun illər düzgün İslam düşüncəsindən uzaq qaldığı, xalq arasında düşüncə 



şəraiti yaradılmadığı və əsaslı hökmlər yazılmadığı halda düzgün İslam təfəkkürü əsasında hakimiyyət 

qurmaq olardımı?! 

 

                    İmam Səccadın (ə) ən böyük rolu əsl İslam təfəkkürünü – yəni tövhidi, nübüvvəti, insanın 



mənəvi məqamını, Allahla əlaqəsini və digər mövzuları yazmasıdır. Səhifeyi-Səccadiyyənin ən başlıca rolu 

bu idi. Siz Səhifeyi-Səccadiyyəyə nəzər salıb, sonra o dövrün insanlarının İslam düşüncəsinə baxsanız, 

bunların bir-biri ilə nə qədər fərqli olduğunu görərsiniz. İslam dünyasının bütün insanlarının maddiyyat 

istiqamətində, maddi amillərə doğru hərəkət etdiyi, xəlifə Əbdülməlik Mərvandan tutmuş onun 

ətrafındakı alimlərə, o cümlədən Məhəmməd ibn Şahab Zöhriyə qədər hamının özünü və dünyasını 

düşündüyü zaman İmam Səccad (ə) insanlara müraciətlə deyir: "Bu it artığını öz adamlarına buraxan 

azad bir insan yoxdurmu?!" 

 

                    Bu cümlədə İslam təfəkkürü mənəviyyatı məqsəd seçməkdən, mənəvi və dini amallar 



naminə çalışmaqdan, insanı Allaha və üzərinə düşən vəzifələrə bağlamaqdan ibarətdir. Bu, ozamankı 

insanların maddi təmayüllərinin yaratdığının əksidir. Bunu bir misal kimi söylədim. İmam Səccad (ə) o 

qədər belə işlər görməli idi ki, nəticədə düzgün İslam təfəkkürü İslam cəmiyyətində qorunsun və məhv 

olmasın. Bu, İmam Səccadın (ə) ilk işi idi. 

 

                    2- İnsanları hakimiyyətə haqlı olanlarla tanış etmək lazım idi. İmam Səccadın (ə) dövrünə 



qədər Peyğəmbər (s) ailəsi əleyhinə on illərlə aparılan əks-təbliğat öz işini görmüş, İslam dünyasını 

bürümüş, Peyğəmbərin (s) dilindən Əhli-beytin hərəkət istiqamətinin əksinə, hətta bəzən lənətlənməsinə 

dair çoxlu saxta hədislər quraşdırılmış və xalq arasında yayılmışdı. İnsanların Əhli-beytin həqiqi və 

mənəvi məqamından əsla xəbərləri yox idi. Belə olan şəraitdə Əhli-beyt tərəfindən necə hakimiyyət 

qurula bilərdi?! 

 

                    Buna əsasən, İmam Səccadın (ə) digər mühüm məqsəd və hərəkətlərindən biri budur ki, 



xalqı Əhli-beytin haqlı, vilayət, imamət və hakimiyyət məqamına sahib və onların Peyğəmbərin (s) həqiqi 


 

xəlifələri olması barədə maarifləndirsin, xalq bu məsələlərlə tanış olsun. Bu, İslam ideologiyasından və 



İslam təfəkküründən olsa da, eyni zamanda siyasi mahiyyət daşıyır və hakim rejim əleyhinə siyasi hərəkət 

sayılır. 

 

                    3- İmam Səccad (ə) gələcək siyasi hərəkətlərin əsas mərkəzi olan bir təşkilat yaratmalı idi. 



Xalqın repressiya, yoxsulluq, maddi və mənəvi sıxıntılar səbəbindən tənhalığa, yalqızlığa, bir-birindən 

kənar gəzməyə vərdiş etdiyi, güclü təzyiq və qorxu altında şiələrin təşkilati dayaqlarının məhv edildiyi bir 

cəmiyyətdə İmam Səccad (ə) tək-tənha, yaxud pərakəndə və təşkilatsız bir qrupla necə işləyə bilərdi?! 

 

                    Bu baxımdan, İmam Səccadın (ə) başqa bir işi şiələri təşkilatlandırmaqdır. Bizim fikrimizcə, 



bu təşkilat Əmirəlmömininin (ə) dövründən olmuş, Aşura faciəsindən, Hərrə hadisəsindən və Muxtarın 

məğlubiyyətindən sonra isə dağılmışdı. İmam Səccad (ə) bunu yenidən bərpa etməli idi. 

 

                    Nəticə budur ki, İmam Səccadın (ə) üç əsas işi var: 



 

                    1. Uzun müddət təhrif edildikdən və undulduqdan sonra İslam düşüncəsini düzgün formada 

və Allahın nazil etdiyi kimi yazmaq; 

 

                    2. Əhli-beytin xilafət və imamətə haqlılığını isbat etmək; 



 

                    3. Peyğəmbər (s) ailəsinin tərəfdarları olan şiələr üçün nizam-intizamlı təşkilat yaratmaq. 

 

                    Biz bu üç əsas işi araşdırmalı və görməliyik ki, İmam Səccad (ə) həyatı dövründə onların 



hansına təşəbbüs göstərmişdir. Bu üç işin kənarında ikinci dərəcəli əhəmiyyət kəsb edən digər işlər də 

görülmüşdür; misal üçün, repressiv mühiti müəyyən həddə açmaq üçün bəzən imamın özü, yaxud 

tərəfdarları tərəfindən bəzi fikirlər bildirilmiş və addımlar atılmışdır. 

 

                    İmamın tərəfdarları, yaxud özü bir qədər möhkəmləndikdən sonra çoxlu məsələlərdə 



müəyyən fikirlər irəli sürmüşlər. Bu fikirlər yalnız sözügedən qorxu mühitini aradan qaldırmaq və tutqun 

səmada bir qədər gözəl hava yaratmaq üçün olmuşdur. Bu, ikinci dərəcəli işlərdən biridir. Belə işlərə dair 

nümunələri qeyd edəcəyəm. 



Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə