İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

 

 



                    İkinci dərəcəli işlərdən başqa birisi hakim rejimlə, yaxud ona bağlı qüvvələrlə yüngül 

toqquşmadan ibarətdir. Bu toqquşma İmam Səccadla (ə) Əbdülməlik və ona bağlı olan azğın alimlər, o 

cümlədən Məhəmməd ibn Şahab Zöhri arasında, həmçinin imamların tərəfdarları ilə xəlifələrin 

tərəfdarları arasında dəfələrlə baş vermişdir. Bu işlər cəmiyyəti bir qədər açmaq məqsədi ilə 

görülmüşdür. 

 

                    Kimsə mənim bəyan etdiyim amilləri nəzərə alaraq İmam Səccaddan (ə) nəql olunan əxlaqi 



rəvayətləri, moizələri, məktubları, digər hədisləri və onun həyatında baş verən hadisələri araşdırsa, 

hamısınə düzgün dərk edər, onların hamısının işarə vurduğumuz bu üç istiqamətdən birində olduğunu və 

bunların ümumilikdə İslam hakimiyyəti yaratmaq üçün baş verdiyini görər. Əlbəttə, imam İslam 

hökumətinin onun öz dövründə qurulması haqda düşünmür və bunun gələcəkdə, yəni İmam Sadiqin (ə) 

dövründə həyata keçəcəyini bilirdi. (İslam keşikçisi, say: 8) 

 

                    Bu üç işlə İslam hakimiyyəti və Əli (ə) quruluşu yaratmağa şərait yaranırdı. Bir daha 



vurğulamaq istəyirəm ki, İmam Sadiqdən (ə) fərqli olaraq, İmam Səccad (ə) bu hakimiyyətin öz imamlığı 

dövründə qurulmasını və İslam hökumətinin o zaman bərqərar olunmasını düşünmürdü. Çünki, onun 

dövründə buna şərait yox idi, zülm, repressiya, şiddət və təzyiq o qədər çox idi ki, onları otuz il ərzində 

aradan qaldırmaq mümkün deyildi. İmam Səccad (ə) gələcək üçün çalışırdı. Hətta çoxlu dəlillərə əsasən 

başa düşürük ki, İmam Baqir (ə) də öz dövründə İslam hakimiyyəti qurmaq niyyətində deyildi. Yəni 61-ci 

ildən İmam Səccadın (ə) şəhid edildiyi 95-ci ilə və 95-ci ildən İmam Baqirin (ə) şəhid edildiyi 114-cü ilə 

qədər bu hakimiyyətin reallaşması haqda düşünmür və gələcək üçün çalışırdılar. İşarə vurduğumuz kimi, 

İmam Səccadın (ə) uyğun fəaliyyət proqramı uzunmüddətli idi. 

 

                    İndi İmam Səccadın (ə) sözlərini araşdırmaq və qeyd etdiklərimizə onun sözlərindən 



nümunələr göstərmək istəyirik. Çünki İmam Səccadın (ə) həyatını təhlil edəndə bizim bu məqsəd üçün ən 

əsas mənbəyimiz o həzrətin sözləridir. 

 

                    Bütün imamların həyatına dair araşdırma üsulumuz budur. Biz imamların fikirlərini və 



onların dilindən çıxan rəvayətləri onların həyatını öyrənmək üçün ən yaxşı mənbə və əsas sayırıq. Lakin 

öncə də qeyd etdiyim kimi, biz bu sözləri o zaman düzgün dərk edə bilərik ki, imamların hərəkət 

istiqaməti, bu mübarizə və fəaliyyətdə onların məqsədi ilə tanış olaq. Belə olmasa, onların sözlərini də 

pis izah edərik. Sözügedən məqsədin özü də onların sözləri sayəsində başa düşülür. Hər halda, bu 

məqsədlə tanış olduqdan sonra görəcəyik ki, imamların sözlərindən bu sahədə necə düzgün bəhrələr 

götürə bilərik. 




10 

 

 



                    Mövzuya başlamazdan öncə qısa bir məqamı xatırlatmaq istəyirəm. İmam repressiya 

çağında yaşadığından və nəzərdu tutduğu fikirləri açıq-aşkar söyləyə bilmədiyindən moizə və dua 

üsulundan istifadə edirdi. Dua və Səhifeyi-Səccadiyyə haqda sonra danışacağıq. Moizə isə o həzrətdən 

nəql olunan söz və rəvayətlərə aiddir. İmam Səccadın (ə) əksər sözləri, bəlkə də demək olar ki, hamısı 

moizə üslubundadır. İmam moizə və nəsihət əsnasında qabaqca işarə vurduğum məsələni bəyan 

etmişdir. Siz bu sözlərə baxanda imamın çox dəqiq və ağıllı üsulunu görürsünüz. Həmin üsulla moizə və 

nəsihət əsnasında xalqın beyninə salmaq istədiklərini insanlara ötürür. Bu, düzgün düşüncə və 

ideologiyaları ötürməyin ən yaxşı tərzidir. 

 

                    İmam Səccadın (ə) sözlərində siyasi mübarizə motivləri 



 

                    Burada "Tühəf əl-üqul" kitabında İmam Səccaddan (ə) nəql olunmuş sözləri araşdırmaq 

istəyirik. Bu sözlərdə qeyd etdiymiz cəhətlərə işarə vurulan bir neçə məsələ müşahidə olunur. 

 

                    Bunların bir qismi ümumi insanlara ünvanlanan sözlərdir. Bu sözlərin özündən bəlli olur ki



dinləyici və oxucu İmam Səccadın (ə) yaxınlarından və kadrlarından olan xüsusi qrup deyil. 

 

                    Bu müraciətdə daim Quran ayələrinə istinad olunur. Çünki İmam Səccada (ə) bir imam kimi 



baxmayan ümumi xalq onun sözlərinə dəlil və əsas istəyir. Buna görə də imam ya Quran ayələrinə istinad 

edir, ya da metaforik şəkildə ayələrdən yardım alır. Bu rəvayətdə birbaşa və ya dolayı şəkildə bəlkə də 

əllidən artıq Quran ayəsinə istinad edilir. Digər rəvayətdə isə müraciət tərəfi möminlər olduğundan belə 

deyil. Onlar İmam Səccadı (ə) tanıyır, sözlərini qəbul edirlər. Buna görə də daha Quran ayələrinə istinad 

etmir. Əvvəldən axıra qədər baxsanız, görərsiniz ki, Quran ayəsi çox azdır. 

 

                    "Tühəf əl-üqul" kitabında nəql olunmuş bu geniş rəvayətin əvvəlində deyilir ki, bu, İmam 



Səccadın (ə) səhabələrinin, şiələrinin və dostlarının hər cümə günü kollektiv, yaxud fərdi şəkildə 

oxumaları üçün moizədir. Bu geniş rəvayətin özündən onun geniş kütlə üçün nəzərdə tutulduğu anlaşılır. 

Burada əvvəla müraciət "Ey möminlər!", yaxud "Ey qardaşlar!" formasında deyil, ümumi müraciət 

formasında "Ey insanlar!" deyilir; halbuki bəzi rəvayətlər möminlərə müraciətlə başlayır. Deməli, burada 

müraciət tərəfi ümumi kütlədir. 

 

                    İkincisi, bu rəvayətdə hakim rejimi açıq şəkildə qınayan bir şey yoxdur, insanın bilməli 




11 

 

olduğu etiqadları və İslam təlimlərini xatırladır. Qeyd etdiyim kimi, bunların hamısı nəsihət 



formasındadır. Rəvayət belə başlayır: "Ey insanlar! Allahdan çəkinin və təqvalı olun! Bilin ki, Ona tərəf 

qayıdacaqsınız".[116] Söz moizə formasında başlayır, sonra isə İslam etiqadlarına toxunub insanların 

diqqətini İslamı düzgün dərk etməyə yönəldir. Bunun mənası odur ki, İslamı düzgün anlamırsınız. O bu 

yolla insanlarda İslamı düzgün tanımağa maraq oyadır. 

 

                    Görün İmam Səccad (ə) nə qədər maraqlı üslubdan istifadə edir. Nəsihət edərək deyir ki, 



qəbrə qoyulacağın zamandan qorx; o zaman Nəkir və Münkər yanına gəlib səndən ilk olaraq ibadət 

etdiyin Allah haqda soruşacaqlar. O, dinləyicilərin beynində Allahı tanımağa və tövhidi dərk etməyə 

maraq oyadır. Sonra insanlarda nübüvvət məsələsini öyrənməyə maraq oyadır: "Və sənə göndərilən 

Peyğəmbər haqda soruşacaqlar". Sonra isə buyurur: "İnandığın dinin və oxuduğun kitabın haqda 

soruşacaqlar". 

 

                    Sonra İslamın bu əsas etiqadları olan tövhid, nübüvvət, Quran və din arasında nəzərdə 



tutduğu əsas məqamı bəyan edir: "Və vilayətinə inandığın imamın haqda soruşacaqlar"[117]. Burada 

imamət məsələsini irəli sürür. İmamların sözündə imamət məsələsi hakimiyyət deməkdir. Vilayət və 

imamət arasında fərq yoxdur. Vəli və imamın müxtəlif fərqli mənaları olsa da, imamların vilayət və 

imamət sözlərində məqsəd birdir. Burada deyilən imam cəmiyyəti həm dini baxımdan hidayət, həm də 

dünyəvi baxımdan idarə vəzifəsini daşıyan şəxs, yəni Peyğəmbərin (s) canişinidir. İmam cəmiyyətin 

rəhbəri, həm dinimizi öyrəndiyimiz, həm də dünyamızın idarəsini tapşırdığımız şəxsdir. Həm dini, həm də 

dünyəvi işlərdə ona itaət göstərmək vacibdir. Lakin siz görün Şiə dünyasında uzun əsrlər boyu bu məsələ 

necə səhv mənada oturuşmuşdu. İnsanlar elə bilirdilər ki, bir nəfər cəmiyyətdə hakim olub ölkəni idarə 

etməli, müharibə, sülh və digər işləri görməli, vergi təyin etməli, xalqa fərman verməli, qadağalar 

qoymalıdır, bir nəfər də dini işləri idarə etməlidir. Birincisi hakim, ikincisi isə qeyb dövründən sonra alim, 

imamların dövründə isə imamdır. Yəni biz imamların yaşadığı dövrdə onları qeyb dövründəki din alimi 

kimi təsəvvür edirdik. Bu səhv təsəvvürdür. 

 

                    İmam - rəhbər deməkdir. İmam Sadiq (ə) Minada, yaxud Ərəfatda belə fəryad edirdi: "Ey 



insanlar! Həqiqətən Allahın rəsulu imam olmuşdur". İmam xalqın həm dini, həm də dünyəvi işlərinə 

rəhbərlik edəndir. İmam Səccadla (ə) eyni vaxtda yaşamış Əbdülməlik Mərvanın dövründəki İslam 

cəmiyyətində bu səhv məna oturuşmuşdu. Cəmiyyətin imamlığı - yəni imamətin mühüm sahəsi olan 

quruluşun və xalqın idarəsi sahiblərindən alınıb ləyaqəti olmayanlara tapşırılmışdı. Həmin ləyaqətsizlər 

də özlərini imam bilir, hakimiyyətdə olduqları uzun müddət boyu xalq tərəfindən imam tanınırdılar. Yəni 

insanlar Əbdülməlik Mərvanı, ondan öncə Mərvanı, ondan öncə Yezidi, Əbdülməlikdən sonra digərlərini 

imam tanıyır, cəmiyyətin rəhbəri və xalqın ictimai quruluşuna hakim kimi qəbul edirdilər. Bu, insanların 

beynində oturuşmuşdu. 

 



Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə