İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

14 

 

böyük təhlükə onların müqəddəs mübarizədən əl çəkmədən əldə olunmayan rifaha meyl salmalarıdır. 



 

                    Bu sözdə imam xalqı tağutlara yaxınlaşmaq hesabına əldə olunan gözəl və yalançı həyatdan, 

rifahdan çəkindirmək üzərində ən çox təkidi göstərir. Siz imamın bu sözündə və ondan nəql olunan bir 

çox sözlərdə və qısa rəvayətlərdə insanları dünyadan çəkindirməsini görürsünüz. 

 

                    Dünyadan çəkindirmək nə deməkdir? Yəni insandan imanı alıb rifah verən, mübarizliyi 



zəiflədib imtiyaz verən cinaha yaxınlaşmaqdan qorusun. Bu, möminlərə müraciətdədir. Ümumi 

müraciətdə bu cəhət az nəzərə çarpır. Qabaqca işarə vurduğumuz kimi, ümumi müraciətdə daha çox 

nəzərə çarpan budur ki, ey camaat, Allahı, qəbri, qiyaməti unutmayın, özünüzü sabaha hazırlayın və sair. 

 

                    Bu qisim sözləri deməkdə imamın məqsədi nədir? Məqsəd kadr hazırlamaqdır. İmam istəyir 



ki, bəlli zaman üçün lazımlı mömin kadrlar hazırlasın. Buna görə də onları hakimiyyətə və yalançı rifaha 

yaxınlaşmaqdan çəkindirir. Bu sözlərdə dəfələrlə hakim rejimi xatırladır, halbuki öncəki sözdə belə açıq 

şəkildə demirdi. Burada həzrət Səccad (ə) dəfələrlə hakim rejimi sərt sözlərlə xatırlayır və şeytanın 

kənarında qeyd edir. Məsələn, bir yerdə buyurur ki, gecə-gündüz rastlaşdığınız qaranlıq fitnələr, zülmkar 

rejimlərin yaratdığı yeni bidətlər, zalım ənənələr, dövrün çətinlikləri, sultanın heybəti, şeytanın 

vəsvəsəsi... Baxın, imam sultandan sonra dərhal şeytanın vəsvəsəni qeyd edir. Yəni açıq şəkildə dövrün 

hakimini şeytanın kənarında yada salır. O, sözünün davamında çox maraqlı bir cümlə deyir. Çox mühüm 

olduğuna görə onu xatırlatmaq istəyirəm. Bu cümlə qabaqca qeyd etdiyim məsələdən xəbər verir. Deyir 

ki, şiddət dövründə insan həyatında gecə-gündüz baş verən bu hadisələr qəlbləri niyyət və 

istiqamətindən saxlayır, mübarizə həvəsindən salır, cəmiyyətdə mövcud olan hidayəti yaddan çıxarır və 

haqq tərəfdarını tanımağa qoymur. 

 

                    Həzrət Səccad (ə) qeyd etdiyim şəkildə bunlara moizə edir. Deyir ki, belə hadisələr həyatda 



tutduğunuz xətti sizə unutdurmasın. İmam dəfələrlə zalım hakimi yada salır. Başqa bir yerdə buyurur ki, 

günahkarlarla həmsöhbət olmayın və zalımlara kömək etməyin. 

                    Burada günahkarlar dedikdə kimləri nəzərdə tutur? Zalım Əbdülməlik rejiminə 

yaxınlaşanları. Deyir ki, onlara yaxınlaşmayın və zalımlara kömək etməyin. 

 

                    Siz İmam Səccadı (ə) belə bir simada təsvir edin, görün beyninizdə necə şəxsiyyət 



formalaşar! Beyninizdə heç bir şeylə işi olmayan xəstə, azdanışan və məzlum bir imam təsviri qalarmı?! 

İmam möminlərdən, dostlarından və tərəfdarlarından bir qismini toplayıb onları bu şəkildə dövrün zalım 

hakimiyyətinə yaxınlaşmaqdan və mübarizəni unutmaqdan çəkindirir, onları mübarizə yolundan 



15 

 

yayınmağa qoymur. İmam onları fəal və həvəskar saxlayır ki, bir gün İslam hakimiyyəti qurmaq üçün 



köməkləri toxunsun. 

 

                    İmam Səccadın (ə) sözlərinin bu hissəsində mənim üçün çox maraqlı və mühüm görünən bir 



parça Əhli-beytin keçmiş təcrübələrini xatırlatmasıdır. İmam Səccad (ə) bu hissədə deyir ki, siz bilirsiniz 

keçmişdə zalım hakimlər tərəfindən sizə hansı təzyiqlər edildi? Məqsəd Müaviyənin, Yezidin və Mərvanın 

dövründə Əhli-beyt tərəfdarlarına edilən təzyiqlər – Hərrə hadisəsi, Aşura faciəsi, Hücr ibn Ədinin, 

Rüşeyd Həcərinin şəhadəti və onlarla digər mühüm və məşhur hadisədir. Əhli-beyt tərəfdarları keçmişdə 

bunları təcrübə etmiş və xatırlayırdılar. İmam keçmiş təcrübələrini və acı xatirələrini yada salmaqla onları 

mübarizədə bərkitmək istəyir. Bir yerdə deyir ki, canıma and olsun, siz arxada qoyduğunuz hadisələrin, 

çoxlu fitnələrin, bu fitnələrə qərq olmağın təcrübəsindən istifadə edə, azğınlardan, bidətçilərdən və 

yerdə fəsad törədənlərdən uzaq durmaq üçün onlara istinad edə bilərsiniz.[122] 

 

                    Yəni sizin təcrübəniz var, bilirsiniz ki, zülm və fəsad törədən zalım hakimlər iş başına gələndə 



sizinlə necə rəftar edəcəklər. Siz keçmişə baxıb onlardan ayrılmalı, uzaqlaşmalı və onlara qarşı çıxmalı 

olduğunuzu bilirsiniz. 

 

                    İmam Səccad (ə) bu sözlə imamət məsələsini - yəni xilafəti, vilayəti, hakimiyyəti və İslam 



quruluşunun idarəsini açıq şəkildə ortaya qoyur. İmam burada imamət məsələsini açıqca söyləyir, 

halbuki həmin dövrdə bu sözü ümumi xalq üçün belə açıq deyə bilməzdi. Buyurur ki, Allahın fərmanını, 

Ona, həmçinin Allah tərəfindən itaəti vacib edilən şəxsə itaəti birinci iş sayın. 

 

                    İmam burada Şiə baxımından imamətin fəlsəfəsini və əsasını müəyyən edir. Bildirir ki, 



Allahdan sonra itaəti vacib edilən şəxsə tabe olmaq lazımdır. O dövrün əhalisi bu haqda düşünmək 

istəsəydilər, çox asanlıqla bu nəticəyə gələrdilər ki, Əbdülməlikə itaət etmək vacib deyil. Çünki Allah 

onun itaətini vacib edə bilməz. Bu qədər zülm və fəsad törədən Əbdülməlik itaətə layiq birisi deyil. İmam 

burada imamət məsələsini qeyd edir. Sonra isə dinləyicilərinin beynində olan yeganə şübhəni aradan 

qaldırmaq üçün buyurur ki, tağutların - yəni əbdülməliklərin itaətini Allahın, Onun rəsulunun və həqiqi 

əmr sahiblərinin itaətindən önə keçirməyin.[123] İmam Səccad (ə) sözlərinin bu hissəsində də imamət 

məsələsini açıq şəkildə söyləyir. 

 

                    İmam Səccad (ə) həm qabaqkı, həm də bu sözdə iki mühüm məsələyə toxunur. Bu sözdə 



qabaqca işarə vurduğum üç məsələdən ikisinə toxunmuşdur: biri xalqın dini düşüncə və inamlarına 

yenidən baxış, onları İslam etiqadları haqda düşünməyə vadar etmək və dinə yenidən baxmağa 

həvəsləndirmək, ikincisi isə İslam quruluşunun siyasi hakimiyyət məsələsidir. İmam o zaman xalqı bu iki 



Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə