İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

16 

 

məsələ ilə tanış edir və özünün nəzərdə tutduğu Əli (ə) quruluşunu - ilahi və dini quruluşu təbliğ edir. 



 

                    İmam Səccadın (ə) sözlərinin başqa bir qismi bu iki qisimdən də maraqlıdır. Bu sözlərdə 

imam xalqı təxminən açıq şəkildə xüsusi bir İslam təşkilatına dəvət edir. Bu dəvət yalnız o həzrətə bağlı 

olanlara edilir. Çünki ümumi xalqı belə bir təşkilata dəvət etsəydilər, üstü açılardı və imama böyük 

problem yaranardı. Xoşbəxtlikdən, bu növ sözlərin bir nümunəsi "Tühəf əl-üqul" kitabında qeyd 

olunmuşdur və biz burada deyəcəyik. 

 

İmam əvvəldə buyurur ki, dünyaya göz yumanların, ona könül verməyənlərin əlaməti onlarla eyni fikirdə 



və həmrəy olmayan hər bir dostu tərk etmələridir.[124] Bu isə açıq şəkildə Şiə təşkilatına çağırışdır. 

 

                    İnsanlar bu sözdən öyrənirlər ki, onların məqsədini izləməyən, onlarla bir maraqda, Əli (ə) 



və haqq hakimiyyəti qurmaq istəyində olmayan başqa şəxslərə yad və özgə olsunlar. Təbii ki, get-gəlləri 

və əlaqələri ola bilər, amma bu əlaqə inqilabdan qabaqkı dövrdə İran xalqının əlaqəsi kimidir; o zaman 

bilirdilər ki, filan mağazanın sahibi SAVAK adamıdır və insanlara göz qoyur. İmam buyurur ki, sizin 

istəyinizdə və düşüncənizdə olmayan, sizin yolunuzla getməyən və məqsədinizi izləməyən adamlarla 

get-gəliniz və rəftarınız özgə kimi olmalıdır və onları tərk etmək lazımdır. 

 

                    İmamın sözlərinin başqa bir qismi mənim işarə vurduğum bu xüsusi cəhətlərin olmadığı 



ümumi sözlərdir. Məsələn, İmam Səccadın (ə) Hüquq risaləsi belədir. İmam Səccadın (ə) indiki şəriət 

risalələri qədər çox geniş bir məktubu var. Risalə məktub deməkdir. Hüquq risaləsi imamın dostlarından 

birinə yazdığı və orada insanların bir-birinə qarşı hüquqlarını qeyd etdiyi məktubudur, amma həqiqətən 

bizim bugünkü şəriət risalələrimiz qədər böyükdür, tərcümə edilib çap olunsa, özü bir kitab olar - bəlkə 

də çap olunub. Burada imam müxtəlif vəzifələrdə çalışan müxtəlif insanların bir-birinə qarşı bütün 

hüquqlarını qeyd edir. Orada həmçinin Allahın, bədən üzvlərinin, ətin, gözün, dilin və əlin hüquqları 

sadalanır; sonra İslam cəmiyyətinin hakiminin sənin və sənin onun üzərində haqqın, sənin dostların, 

qonşuların və ailən üzərində haqqın və sair. İslam quruluşunda insanlar arasında münasibətləri tənzim 

edən hüquqların hamısı bu risalədə bəyan olunmuşdur. İmam hakimiyyət, mübarizə və gələcək 

quruluşun adını çəkmədən bu məktubda çox sakit şəkildə gələcək quruluşun əsas münasibətlərini qeyd 

etmişdir. Məqsəd budur ki, İmam Səccadın (ə) öz dövründə, yaxud ondan sonra nə zamansa İslam 

hakimiyyəti yaransa, həmin quruluşda xalq arasındakı münasibətlər öncədən tənzim edilmiş olsun. Yəni 

insanları gələcəkdə hökuməti qurulacaq İslamla tanış edir. Bu da İmam Səccadın (ə) çox diqqətəlayiq 

sözlərindən başqa bir qismidir. 

 

                    Başqa bir qisim də sizin Səhifeyi-Səccadiyyədə gördüyünüzdür. Səhifeyi-Səccadiyyə mövzusu 




17 

 

çox geniş mövzudur. Mütəxəssislər bu kitab üzərində işləməlidirlər. Səhifeyi-Səccadiyyə insanın məqsədli 



bir həyatda üzləşdiyi bütün mövzular haqda dualar toplusudur. Bu dualarda ən çox təkid insanın mənəvi 

əlaqələri üzərindədir. Bu kitabda müxtəlif münacatlar, dualar, kamilliyə səbəb olan çoxlu və 

saysız-hesabsız mənəvi istəklər var. İmam bu dualarda insanların beynində bir İslam həyatına maraq 

oyadır. 


 

                    Duanın bizim dəfələrlə təkrar etdiyimiz nəticələrindən biri ürəklərdə sağlam və düzgün 

maraqlar oyatmaqdır. "Ey Allahım! Bizim işlərimizin aqibətini xeyirli et" deyəndə bu dua sizə aqibətinizi 

xatırladır. İnsan bəzən öz aqibətini yaddan çıxarır. Hələlik yaşayır, gününü keçirir və aqibətin insan 

taleyində necə həlledici və mühüm rol oynadığına diqqət yetirmir. Bu duanı etdikdə isə birdən-birə bunu 

yadınıza salır, sizdə aqibətə maraq oyadır və siz aqibətinizin yaxşı olmasına çalışırsınız. Bunu necə 

yaxşılaşdırmanız başqa bir mövzudur. Mən duanın insanı düzgün məqsədlərə yönəltməsinə dair bir misal 

vurmaq istədim. Səhifeyi-Səccadiyyə kitabı əvvəldən sona qədər insanlar üçün şərafətli dualarla doludur. 

İnsan onlara diqqət yetirsə, bu kitab həqiqətən bir cəmiyyəti islah etməyə və oyatmağa qadirdir. 

 

Bunlardan əlavə, İmam Səccaddan (ə) çoxlu qısa rəvayətlər də nəql olunmuşdur. Mən bir nümunəsini 



bayaq qeyd etdim: "Bu it artığını öz adamlarına buraxan azad bir insan yoxdurmu?!" Bu cümlədə işlənmiş 

"lumazə" sözü itin artığına deyilir. Görün bu söz nə qədər əhəmiyyətlidir! İtin artığı nədir? Dünya 

bəzəkləri, saraylar, dəbdəbə və Əbdülməlikin dövründə bütün zəif insanların can atdığı bu kimi amillər. 

İmam bunları itin artığı adlandırır. Əbdülməlikə, onun nökərlərinə nökər olmaq, yaxud həmin 

istiqamətdə hərəkət etmək istəyən bütün şəxslər belə it artıqlarına görə buna can atırdılar. Deyir ki, ey 

möminlər, it artığına can atmaqla Əbdülməlikə yaxınlaşmayın. İmam Səccadın (ə) sözlərində belə gözəl 

inqilabi sözlər çoxdur, inşallah onlara da çatacağıq. O həzrətin şeirləri də belədir. Həzrət Səccad (ə) həm 

də şair olmuş, şeir demişdir. Onun şeirlərinin məzmunu da belədir. İnşallah davamında qeyd olunacaq. 

(İslam keşikçisi, say: 10) 

 

                    İmam Səccadın (ə) həyatına dair bir sual budur ki, görək o həzrət xilafət rejiminə qarşı 



çıxmışdır, yoxsa yox? Qabaqkı mövzularda buna qısa işarə vurdum, indi isə bir qədər geniş danışacağam. 

 

   



 

                    İmamların hərəkətinin üçüncü mərhələsinin başlanması taktikası 

 

                    İmam Səccadın (ə) həyatını araşdırarkən gördüyüm və xatırladığım qədərincə, onun 




Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə