İmam Səccad (ə) haqqında bilmədikləriniz



Yüklə 486,62 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix26.10.2018
ölçüsü486,62 Kb.
#75765
1   2   3   4   5   6   7   8   9

20 

 

 



                    Məktub Əbdülməlikə çatanda ikinci oğlu Süleyman onun yanında idi. Məktub oxunanda o 

da imamın eyhamını və məzəmmətini eşitdi, atası kimi məktubun mənasını anladı. O, üzünü atasına 

tutub dedi ki, ey möminlərin əmiri, gör Əli ibn Hüseyn (ə) özünü səndən necə üstün tutur. Yəni bu 

məktubda demək istəyir ki, mənim bütün ata-babalarım mömin olmuşlar, sənin bütün ata-babaların isə 

kafir və müşrik. O, atasını bu məktub qarşısında sərt tədbir görməyə təhrik edirdi. Lakin Əbdülməlik 

oğlundan ağıllı idi və belə məsələlərdə İmam Səccadla (ə) vuruşmalı olmadığını bilirdi. Odur ki, oğluna 

müraciət edib dedi: "Oğlum! Bir söz demə, bu, qayaları yaran Bəni-Haşim dilidir". Yəni bunların dili və 

əsaslandırması çox güclü və tutarlıdır. 

 

                    2. Növbəti nümunə İmam Səccadla (ə) Əbdülməlik arasında başqa bir məktublaşmadır. 



Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin (s) xəncəri həzrət Səccaddadır (ə). Bu çox möhtəşəm bir irs, 

Peyğəmbər (s) yadigarı və fəxr etməli məsələ idi. Həm də o xəncərin İmam Səccadda (ə) olması 

Əbdülməlikə təhlükə törədə, o bununla xalqı öz ətrafına toplaya bilərdi. O, İmam Səccada (ə) bir məktub 

yazıb xəncəri ona satmasını istədi. Məktubun altında da yazmışdı ki, istəyiniz olsa, yerinə yetirməyə 

hazıram; yəni məktubda o hədiyyənin mükafatını da söz vermişdi. 

 

                    İmamın cavabı mənfi oldu. Yenidən hədə dolu məktub yazıb bildirdi ki, xəncəri satmasan, 



sənin təqaüdünü kəsəcəyəm. İmam cavabda yazdı: "Allah təqvalı bəndələri xoşagəlməz hallardan xilas 

etməyi və onlara gümanları gəlməyən yerdən ruzi verməyi Öz üzərinə götürmüşdür. Allah Quranda 

buyurur: "Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!"[128] İndi gör bizim hansımız bu ayəyə daha 

uyğun gəlirik?" 

 

                    Bu, xəlifəyə çox sərt bir cavab idi. Bu məktubu görən hər kəs anlayırdı ki, İmam Səccad (ə) 



əvvəla özünü xəyanətkar və qədirbilməz saymır, ikincisi heç kimin onun barəsində belə təsəvvürü də 

yoxdur. Çünki o, Peyğəmbər (s) ailəsindən olan ləyaqətli və hörmətli bir insan idi, bu ayəyə əsla uyğun 

gəlmirdi. Buna əsasən, İmam Səccadın (ə) fikri bu idi ki, sən xəyanətkar və qədirbilməzsən. İmam onun 

təhdidi qarşısında belə sərt reaksiya verdi. 

 

                    Bu, İmam Səccadın (ə) Əməvi xilafətinə qarşı etirazlarına nümunələr idi. 



 

                    3. Buna başqa bir nümunə əlavə etmək istəsək, həzrət Səccaddan (ə), yaxud o həzrətin 

səhabələrindən nəql olunan şeirlərə müraciət etməliyik. Bu da bir növ etirazdır. Çünki o həzrətin özünün 

etiraz etmədiyini fərz etsək belə, yaxınları etiraz edirdilər və bu da bir növ imamın etirazı sayılırdı. 




21 

 

 



İmam Səccaddan (ə) çox sərt və inqilabi ruhda olan bir neçə şeir nəql olunmuşdur. Fərəzdəqin məşhur 

şeiri də başqa bir nümunədir. Fərəzdəqin əhvalatını tarixçi və hədisşünaslar yazmışlar. Əbdülməlik oğlu 

Hişam xilafətindən öncə Məkkədə təvaf edirdi. O, Həcərül-əsvədə - müqəddəs qara daşa əlini sürtmək 

istəyirdi. Bildiyiniz kimi, təvaf zamanı bunu etmək savabdır. Qara daşın ətrafında yaranmış qələbəliyə 

görə nə qədər etdisə, özünü daşa çatdıra bilmədi. O, şahzadə, xəlifə oğlu olsa da, oraya adamları və 

mühafizəçiləri ilə birgə gəlsə də, insanlar etinasızlıqla onu geriyə itələyirdilər. Naz-nemət içərisində 

böyümüş bu adam da camaatın içinə girib onlar kimi daşı öpə bilmirdi. Axırda məyus olub 

Məscidül-həramda hündür bir yerdə oturdu və xalqa tamaşa etməyə başladı. Onun yanındakılar da 

oturdular. Bu zaman təvaf edənlərin arasında çox vüqarlı, mətanətli, zahid və nurani bir kişi göründü. O, 

Həcərül-əsvədə yaxınlaşanda insanlar təbii şəkildə yol açdılar və o heç bir əziyyət çəkmədən əlini daşa 

sürtdü, onu öpdü, sonra da qayıdıb təvafına davam etdi. 

 

Bu, Hişama toxundu. Gördü ki, xəlifə oğlu olmasına baxmayaraq, heç kim ona hörmət etmir, daşa əl 



vurması üçün yol açmır, lakin bir kişi peyda olub çox asanlıqla qara daşa əlini sürtür. O əsəbiləşib soruşdu 

ki, bu kişi kimdir. Ətrafındakılar onun Əli ibn Hüseyn (ə) olduğunu bilirdilər, amma Hişamın onlardan 

şübhələnməsindən qorxub demədilər. Çünki Hişamın ailəsi ilə İmam Səccadın (ə) ailəsi arasında ixtilaf 

vardı. Bəni-Üməyyə və Bəni-Haşim arasında həmişə ixtilaf olmuşdu. Onlar həmin kişinin düşmən ailənin 

böyüyü olmasını, xalqın onu bu şəkildə sevməsini demək istəmir, bunu Hişama hörmətsizlik sayırdılar. 

Əhli-beyt dostlarından olan şair Fərəzdəq orada idi. Bu adamların həqiqəti söyləmədiklərini və Əli ibn 

Hüseyni (ə) tanımadıqlarını bildirdiklərini görüb irəli çıxdı və dedi: "Ey Əmir! İcazə ver mən onu 

tanıtdırım". Dedi: "Tanıtdır". Fərəzdəq orada Əhli-beyt şairlərinin ən məşhur qəsidələridən olan və 

başdan-ayağa Əli ibn Hüseyni (ə) güclü mədh edən bir qəsidə söylədi. Dedi: "Bu elə bir şəxsdir ki, Bətha 

torpağı onun ayağının izini tanıyır; hərəm və qeyri-hərəm, Zəmzəm və Səfa onu tanıyır. Bu, Peyğəmbər 

(s) balası, ən yaxşı insanın övladıdır!"[129] O, güclü bir qəsidə söyləyərək İmam Səccadın (ə) 

xüsusiyyətlərini bəyan etdi. Onun hər sözü xəncər kimi Hişamın qəlbinə otururdu. Ondan sonra Fərəzdəq 

Hişamın qəzəbinə gəldi. Hişam onu qovdu və həzrət Əli ibn Hüseyn (ə) ona pul göndərdi. O, pulu qəbul 

etmədi, dedi ki, mən bu şeiri Allah üçün demişəm və sizdən pul almaram. İmamın səhabələri arasında 

belə etirazlar görünürdü. Bunun başqa bir nümunəsi Yəhya ibn Ümm ət-Təvilin əhvalatıdır. O, Əhli-beyti 

sevən çox şücaətli gənclərdən idi. Həmişə Kufəyə gedib xalqı toplayır və fəryad qoparırdı ki, ey 

Bəni-Üməyyə hökumətinin tərəfdarları, biz sizin yolunuza kafirik, Allaha iman gətirməyincə sizi qəbul 

etmərik. Bu sözdən belə başa düşülür ki, o, xalqı müşrik bilir, müşrik və kafir adlandırırdı. 

 

Həzrət Səccadın (ə) və onun səhabələrinin həyatında belə etirazlar olmuşdur.   



 

   



22 

 

 



İmam Səccadın (ə) saray alimləri əleyhinə güclü mübarizəsi 

 

İmam Səccadın (ə) həyatına və istifadə etdiyi üsullara aid məsələlər haqda söhbətin davamında böyük 



İslam hərəkatı üçün Əli (ə) və İslam hakimiyyəti ilə nəticələnə bilən əlverişli şəraiti araşdırmaq və bəyan 

etmək istəyirik. 

 

Bir İslam cəmiyyəti qurmaq üçün düşüncə şəraiti hər şeydən zəruri və əhəmiyyətlidir. Bu düşüncə 



şəraitinin yaranması üçün İslam dünyasının ozamankı vəziyyətində uzun illər hazırlıq görülməli idi. İmam 

Səccad (ə) bütün zəhmət və məşəqqətləri ilə birgə bu işi üzərinə götürdü. 

 

                    Bunun kənarında İmam Səccadın (ə) həyatında başqa fəaliyyətlər də görürük. Bu fəaliyyətlər 



o həzrətin sözügedən sahədə inkişafını göstərir. Bu fəaliyyətlərin əsas hissəsi siyasi və bəzən çox 

kəskindir. Onun bir nümunəsi İmam Səccadın (ə) hakimiyyətə çalışan böyük hədisçi və alimlərə qarşı 

münasibətində görmək olar. İmamların həyatının ən maraqlı hissələrindən biri onların İslam cəmiyyətinin 

elm, düşüncə və mədəniyyət öncülləri olan alim və şairlərə münasibətinə dairdir. Bunlar xalqın 

düşüncəsini və beynini korlayır, onları Əməvi və Abbasi xəlifələrinin cəmiyyətdə hakim etməyə çalışdığı 

vəziyyətə alışdırır, müti və təslimçi edirdilər. Bu mübarizə tərzi digər imamlar kimi İmam Səccadın (ə) 

həyatında da maraqlı və mühüm bir hissəni təşkil edir. 

 

                    Bildiyimiz kimi, zalım xəlifələr İslama etiqadlı xalqa hakim olmaq üçün onun imanını 



istədikləri amilə cəlb etməyə məcbur idilər. O zaman hələ İslamın erkən çağından çox keçməmişdi, xalqın 

İslama imanı öz qüvvəsində qalırdı. İnsanlar zalımla etdikləri beyətin düzgün olmadığını və bu zalımın 

Allah rəsulunun canişini olmağa ləyaqətinin çatmadığını bilsəydilər, heç vaxt ona təslim olmazdılar. 

Bütün xalq belə olmasa da, heç şübhəsiz, cəmiyyətdə iman səbəbindən xəlifələrin qeyri-dini vəziyyətinə 

dözən və bu vəziyyətin İslama uyğun olduğunu düşünənlər çox idi. Məhz buna görə zalım xəlifələr 

dövrlərinin hədis və din alimlərindən maksimum istifadə edib, onları Peyğəmbərin (s) və böyük 

səhabələrin adından hədislər qoşmağa məcbur edirdilər. 

 

                    Buna dair çox dəhşətli nümunələr var. Müaviyənin dövründə bir nəfər Kəbüləhbarla[130] 



rastlaşdı. Kəhbüləhbar Müaviyə və Şam hakimləri ilə səmimi münasibətdə olduğuna görə həmin şəxsdən 

soruşdu ki, haralısan? 

 



23 

 

                    - Şamlıyam. 



 

- Bəlkə sən yetmiş min nəfəri sorğu-sualsız cənnətə gedəcək qoşundansan? 

 

                    - Onlar kimlərdir? 



 

                    - Dəməşq əhalisi. 

 

                    - Xeyr! Mən dəməşqli deyiləm. 



 

                    - Onda sən Allahın hər gün iki dəfə baxdığı ordudansan. 

 

                    - Onlar kimlərdir? 



 

                    - Fələstin əhalisi. 

 

                    O kişi bəlkə "fələstinli deyiləm" desəydi, Kəbüləhbar Bəəlbək, Tripoli və digər Şam 



şəhərlərinin hər biri üçün buna bənzər hədislər qoşacaqdı. Kəbüləhbar bu hədisləri ya Şam əmirlərinə 

yaltaqlıq üçün qoşur və bununla onlardan daha çox ənam almaq, onların hörmətini qazanmaq istəyirdi, 

ya da bu işi İslama düşmən olduğu üçün görür və əsl Peyğəmbər (s) sözlərinin asanlıqla seçilməməsi üçün 

hədisləri qarışdırırdı. 

 

                    Təzkirə və rical kitablarında belə əhvalatlar çoxdur. Birində deyilir ki, bir əmir oğlunu 



məktəbxanaya qoymuşdu. Bir dəfə müəllim onun oğlunu vurdu, o da ağlaya-ağlaya evə gəlib əhvalatı 

atasına danışdı. Atası qəzəblənib dedi ki, indi gedib bu müəllimin əleyhinə bir hədis qoşduraram və o 

daha bu qələtlərdən etməz. 

 

                    Bu əhvalatdan bəlli olur ki, hədis qoşmaq onlar üçün çox asan iş olmuşdur; hətta uşaqlarının 



göz yaşına görə müəllimin, yaxud onun yaşadığı şəhərin əleyhinə hədis qoşurdular. Hər halda, bu 


24 

 

vəziyyət İslam dünyasında İslam dininə dair çox qarışıq, saxta və yanlış bir zehniyyət yaratmışdı. Bu yanlış 



zehniyyətin mənşəyi o dövrün hakim və məmurlarına xidmət göstərən hədisçi və alimlər idilər. Belə bir 

vəziyyətdə belələrinə qarşı mübarizə aparmaq çox mühüm və təyinedici bir işdir. 

 

                    İndi İmam Səccadın (ə) həyatından bu mübarizəyə dair bir nümunə qeyd etmək istəyirəm. 



Bu, imamın Məhəmməd ibn Şahab Zöhri ilə rəftarı barədədir. 

 

                    Məhəmməd ibn Şahab Zöhri əvvəlcə İmam Səccadın (ə) yaxınlarından və şagirdlərindən 



olmuş, ondan elm öyrənmiş və hədis nəql etmişdir. Lakin sonra tədricən xilafətə yaxınlaşıb onların 

xidmətinə keçdi və imamların mübarizə apardığı alim və rəvayətçilərdən oldu. 

 

                    Məhəmməd ibn Şahab Zöhri ilə daha yaxından tanış olmaq üçün onun haqqında bir neçə 



hədis nəql edirik. O deyir ki, biz əvvəldə elmi yazmaq istəmirdik, amma əmir və hökmdarlarımız bizi 

bildiklərimizi yazmağa və kitab formasına salmağa vadar etdilər.[131] Biz sonra düşündük ki, heç bir 

müsəlmana bu işi qadağan etməsinlər və elm həmişə yazılsın. Bu sözdən belə başa düşürük ki, o zamana 

qədər hədisçilər arasında hədisləri yazmaq adət olmamışdır. Həmçinin aydın şəkildə görünür ki, 

Məhəmməd ibn Şahab Zöhri əmirlərə xidmət göstərmiş, əmirlər ona hədisləri yazmağı tapşırmışlar. 

 

                    Müəmmər adlı bir nəfər deyir ki, biz elə bilirdik Zöhridən çoxlu hədis nəql etmişik, amma 



Vəlid öləndən sonra heyvanlara yüklənərək onun xəzinələrindən çıxarılan çoxlu dəftərləri gördük. 

Deyirdilər ki, bunlar Zöhrinin elmidir. Yəni Zöhri Vəlidin istəyi ilə onun üçün hədislərlə o qədər kitab və 

dəftər doldurub ki, onları xəzinələrdən çıxarmaq üçün heyvanlara yükləyirdilər. Vəlidin əmri ilə bu 

kitablara yazılmış hədislər necə hədislər ola bilər?! Şəksiz, onların arasında Vəlidin əleyhinə bir hədis də 

ola bilməz. Onlar Vəlidin və onun kimilərin əməllərinə don geyindirən hədislərdən ibarət idi. 

 

                    Zöhri haqda onun xilafətə bağlı olduğu dövrə aid başqa bir hədis də var. Yəqubi Tarix 



kitabında Zöhrinin Allah rəsulundan belə bir söz söylədiyini yazmışdır: "Yalnız üç məscidə köçmək olar: 

Məscidül-hərama, Mədinə məscidinə və Əqsa məscidinə. Allah rəsulunun Əqsa məscidində ayağını 

qoyduğu daş Kəbə kimidir".Mən hədisin sonuncu hissəsi haqda danışmaq istəyirəm. O bu daşı Kəbə kimi 

sayır və onun üçün Kəbə qədər şərafət və dəyər tanıyır. 

 

                    Bu hədis Abdullah ibn Zübeyrin Məkkəyə hakim olduğu dövrə aiddir. İnsanlar həccə 



gedəndə Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan Məkkədə bir neçə gün qalmalı olurdular. Bu, 

Abdullah ibn Zübeyrin öz düşmənləri və birinci növbədə Əbdülməlik ibn Mərvan əleyhinə təbliğat 




25 

 

aparmasına çox əlverişli imkan yaradırdı. Əbdülməlik insanların bu təbliğatın təsiri altına düşməsini və 



Məkkəyə getməsini istəmədiyinə görə ən yaxşı və asan yol kimi bir hədis quraşdırmaq qərarına gəlmişdi. 

Bu hədis Əqsa məscidini Məkkə və Mədinə qədər üstün bilir və orada yerləşən həmin daşın Kəbə qədər 

şərafətli olduğunu söyləyir. Halbuki İslama görə dünyanın heç bir nöqtəsi Kəbə qədər şərafətli deyil və 

dünyada heç bir daş Allah evinin daşına - Həcərül-əsvədə çatmaz. Buna əsasən, bu hədisin 

quraşdırılmasının səbəbi insanları Allah evinə və Mədinə şəhərinə - güman ki, ora da Əbdülməlik 

əleyhinə təbliğat mərkəzinə çevrilmişdi – getməkdən daşındırmaq və Fələstinə yönləndirmək olmuşdur. 

Fələstin Şamın bir hissəsi kimi Əbdülməlikin nəzarətində idi. İnsanların bu qondarma hədisə nə qədər 

əməl etmələrini tarixi qaynaqlarda axtarmaq lazımdır. Görəsən belə bir zaman olmuşdurmu ki, insanlar 

Məkkəyə getmək yerinə Beytülmüqəddəsə və həmin daşın ziyarətinə getsinlər, yoxsa belə bir şey 

olmayıb? Əgər belə bir hal baş vermişdirsə, əsas günahkar, yaxud günahkarların biri belə hədislər 

quraşdırıb insanları aldadan Məhəmməd ibn Şahab Zöhridir və bu yalnız Əbdülməlik Mərvanın siyasi 

məqsədlərinə görə həyata keçmişdir. 

 

                    Hakim rejimə bağlı olandan sonra Məhəmməd ibn Şahabın İmam Səccad (ə) və Əli (ə) ailəsi 



əleyhinə hədislər qoşmasına heç bir maneə qalmırdı. Bunun üçün mərhum Seyid Əbdülhüseyn 

Şərəfüddinin "Əcvibə məsail carillah" kitabında iki hədis gördüm. Bu hədislərin birində Məhəmməd ibn 

Şahab iddia edir ki, Əmirəlmöminin (ə) Cəbriyyə firqəsində olmuşdur. O, Peyğəmbərə (s) istinadla deyir 

ki, "İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir"[133] ayəsində məqsəd 

Əmirəlmöminindir! Başqa bir rəvayətdə deyir ki, şəhidlər ağası Həmzə şərab içmişdi. Bu iki hədisi 

qoşmaqda məqsəd yalnız hidayətçi imamlara qarşı çıxıb Əbdülməlikin və Bəni-Üməyyə ailəsinin siyasi 

hakimiyyətini dəstəkləmək, Peyğəmbər (s) ailəsini və o həzrətin Əməvilərlə qarşı-qarşıya duran 

övladlarını həqiqi müsəlman saymamaq, din hökmlərinə sevgi və əməl baxımından onları orta, adi və ya 

aşağı səviyyəli tanıtdırmaqdır. 

 

                    İmam Səccad (ə) bu şəxsə qarşı çox sərt mövqe seçdi. Bu mövqe bu məktubda öz əksini 



tapmışdır. Kimsə düşünə bilər ki, məgər bir məktub nə qədər sərt ola bilər?! Lakin bu məktubun 

məzmununun Zöhrinin özünə, eləcə də hakim rejimə qarşı çox kəskin olduğunu, onun yalnız Məhəmməd 

ibn Şahaba yox, digərlərinin də əlinə keçdiyini, tədricən dillərə düşdüyünü və tarixdə qaldığını nəzərə 

alsaq, belə alimlərin saxta və şeytani müqəddəsliyinə necə möhkəm zərbə vurduğunu anlamaq olar. 

Tarixdə qalmış və üstündən 1300 il ötəndən sonra bu gün bizim söhbətimizin mövzusuna çevrilmiş bu 

məktub Məhəmməd ibn Şahaba müraciət olsa da, başqalarına da şamil olur. Bəllidir ki, bu məktub 

müsəlmanların, xüsusən də o dövrün şiələrinin əlinə düşəndə və hamı bununla tanış olanda belə saray 

adamlarının etibarına necə güclü xələl gəlir. İndi bu məktubun bəzi hissələrini söyləmək istəyirik. 

 

                    Məktubun əvvəlində deyilir ki, Allah bizi və səni fitnələrdən saxlasın və səni cəhənnəm 



odundan qorusun. Cümlənin ikinci hissəsi yalnız ona müraciətdir. Fitnə və imtahanlar hamı üçündür. 

İmam Səccad (ə) da bir növ fitnəyə məruz qala bilər, amma onda qərq olmaz. Məhəmməd ibn Şahab isə 




26 

 

fitnəyə məruz və onda batıb qalır. Cəhənnəm odu İmam Səccada (ə) yaxınlaşmır; buna görə də onu 



Məhəmməd ibn Şahaba aid edir. Məktubun belə başlanması imamın onunla həm təhqiramiz, həm də 

qəzəbli rəftarını göstərir. Sonra buyurur: "Sən elə bir vəziyyətə düşmüsən ki, bunu bilən hər kəs sənə 

acımalıdır". Görün bu söz kimə deyilir. Bu söz hamının qibtə etdiyi, hakimiyyətin sevdiyi böyük bir din 

aliminə deyilir. İmam isə onu o qədər xar edir ki, haqqında belə bir cümlə buyurur. 

 

                    Sonra imam Allahın ona verdiyi nemətlərə işarə vurur. Buyurur ki, Allahın sənə verdiyi 



bütün bu nemətlərin şükrünü necə yerinə yetirdiyini söyləyə bilərsənmi?! Sonra Qurandan bəzi ayələri 

yada salıb deyir ki, Allah heç zaman sənin qüsur və günahlarınla razılaşmayacaq. Çünki Allah alimlərdən 

xalqa həqiqətləri söyləmələrini istəmişdir: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün 

aydınlaşdırmalısınız!" 

 

                    Bu müqəddimədən sonra Məhəmməd ibn Şahaba qarşı çox sərt və kəskin ittihamnamə 



başlayır. Buyurur ki, gizlətdiyin və göz yumduğun ən kiçik məsələ zalımların qorxusunu rahatlığa 

çevirmən, azğınlıq yolunu onlara açmandır. Sən onlara yaxınlaşmaqla, hər dəfə dəvətlərini qəbul etməklə 

bu işi gördün. Burada onun saraya yaxınlığını yadına salır və bir qamçı kimi başına endirir. 

 

                    Məktubda deyilir ki, sənə aid olmayanları sənə vermişlər, sən də almısan. Sən heç kimə heç 



bir haqqı qaytarmayan şəxsə - zalım xəlifəyə yaxınlaşmış və bu zaman heç bir batili aradan 

qaldırmamısan. Yəni bəhanə gətirə bilməzsən ki, haqqı bərpa etmək və batilin qarşısını almaq məqsədi 

ilə ona yaxınlaşmısan. Sən onunla birgə olduğun müddətdə heç bir batilin qarşısını almadın, halbuki onun 

rejimi batillə dolu idi. Sən Allahın düşmənini özünə dost seçdin. 

 

                    Bu ittihamnamədə imamın çox sərt cümləsi budur: Onlar səni özlərinə yaxınlaşdıranda 



bilmirdin ki, səndən zülm dəyirmanının fırlandığı ox, üzərindən yanlış işlərinə keçmək üçün körpü və öz 

azğınlıqlarına sarı qalxmaq üçün nərdivan düzəltmək istəyirlər?! Sən onların azğınlığına çağıran bir 

dəvətçi, onların yolu ilə gedən bir yolçu idin. Onlar sənin vasitənlə alimlərdə şübhə oyatdılar, cahillərin 

isə rəğbətini qazandılar. Sənin sayəndə alimlər fikirləşdilər ki, biz nə üçün hakimiyyətə yaxınlaşmayaq?! 

Alimlərdə bu fikir yarandı, cahillər də çox asanlıqla xəlifələrə meyl göstərib onlara yaxınlaşdılar. 

 

                    Sonra buyurur ki, ən yaxın vəzirləri, ən güclü tərəfdarları da onlara sənin qədər kömək 



etmədilər. Sən onların fəsadlarını xalqa düzgün iş kimi göstərdin.[135] 

 

                    İmam çox sərt və dərin məzmunlu bu məktubda siyasi və ictimai hakimiyyətə yardım edən 




27 

 

düşüncə hakimiyyətini və elmi rəhbərliyi rüsvay etdi, rejimlə barışığa hazır olanlarda sual yaratdı, bu sual 



ozamankı İslam cəmiyyətində həmişə aktual oldu və tarix boyu da aktual olacaq. 

 

                    Mən bunu İmam Səccadın (ə) həyatının mühüm hissələrindən biri bilir və düşünürəm ki, o 



həzrət məhdud bir qrup arasında elmi və tərbiyəvi fəaliyyətlə kifayətlənmədi, hətta bu həddə siyasi işlər 

də gördü. (İslam keşikçisi, say: 11) 

 

                    Bu, İmam Səccadın (ə) həyatının xülasəsidir. Bir məqama da toxunmaq istəyirəm: İmam 



Səccad (ə) özünün 34 il sürən səmərəli imamət dövründə hakim rejimlə aşkar mübarizə aparmasa da, 

uğurla imamlıq etməsi, mömin və ixlaslı qüvvələrdən ibarət çoxlarını yetişdirməsi və Əhli-beyt dəvətini 

genişləndirməsi öz işini gördü, Bəni-Üməyyə xilafəti o həzrətdən şübhələndi və qorxuya düşdü. O 

həzrətə qarşı bəzi tədbirlər də gördülər, ən azı bir dəfə onu qoluqandallı Mədinədən Şama apardılar. 

 

                    Məşhurdur ki, Kərbəla hadisəsində İmam Səccad (ə) zəncirlənərək aparıldı, amma o həzrətin 



boynuna zəncirin vurulması dəqiq məlum deyil. Qeyd etdiyim hadisədə isə qətidir; yəni imamı Mədinədə 

dəvəyə mindirib, zəncirlə bağladılar və Şama apardılar. O, dəfələrlə müxalifləri tərəfindən işgəncə və 

əziyyətlər gördü və nəhayət, hicrətin 95-ci ilində, Vəlid ibn Əbdülməlikin xilafəti zamanı hakimiyyət 

qüvvələri tərəfindən zəhərlədilib şəhadətə qovuşdu. 



Ayətullah Xamenei 

Yüklə 486,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə