İmam Xomeynİ yolu


İmam və İslam respublikasının quruculuğu



Yüklə 219,43 Kb.
səhifə3/4
tarix21.06.2018
ölçüsü219,43 Kb.
növüYazı
1   2   3   4

İmam və İslam respublikasının quruculuğu

İmam İslam respublikasının quruculuğunda onu möhkəmlədib həmişəyaşar edən bütün amilləri nəzərə aldı və çox məharətlə onlardan istifadə etdi. Bu əsas amillər İslam, xalq, qanunçuluq və düşmənə qarşı mübarizədən ibarət idi. Böyük İmam İranda çürük şah rejiminin yerində qurduğu möhkəm quruluşda bu amillərdən çox diqqətlə istifadə etdi, əməldə onlara sadiq qaldı, çıxış və müraciətlərində onların üzərində təkid göstərdi.

İmam Xomeyninin məqbərəsinin ziyarətçilərinin toplantısında çıxışından, 2001
Qanunların İslama uyğunluğu üzərində təkid

Biz harada uğur qazanmışıqsa, İslama əməl etməyimizdən doğmuş, harada uğursuzluqla üzləşmişiksə, İslamdan üz döndərdiyimizə görə olmuşdur. Böyük İmamın qanunlarımızın, hökumətimizin, məmurlarımızın və məhkəmə işçilərimizin rəftarının İslama uyğunluğu üzərində təkidi bundan ötrü idi. Harada uyğunsuzluq varsa, İslama diqqətsizlikdəndir. Mən bütün bu məsələlərə kompleks şəkildə baxdıqda düşmənin siyasətini, əlini, təbliğatını və psixoloji müharibəsini aydın görürəm. Bir tərəfdən, müxtəlif vasitələrlə İslam hökmlərinin icrasına mane olmağa çalışır, işlərə əngəl törətməkdən ötrü beynəlxalq miqyaslı iqtisadi təzyiq və embarqolara əl atır, digər tərəfdən də təbliğat aparırlar ki, baxın, İslam respublikası bacarmır. Bu, düşmənin psixoloji müharibəsidir.

Qum əhalisi ilə görüşdə çıxışından, 2003
İmamın qapalılıq və sekulyarizmlə mübarizəsi

Bizim əzəmətli imamımız İslam dünyasına göstərdi ki, İslam fiqhi - yəni xalqın idarəsinə dair qanunlar İslam fəlsəfəsinin - yəni aydın, dərin və əsaslı təfəkkürün və İslam irfanının - yəni zahidliyin, Allaha bağlanmağın və nəfsdən uzaqlaşmağın kənarında necə böyük möcüzə edə bilər. İmam əməldə siyasi İslamın elə mənəvi İslam olduğunu göstərdi. Müstəmləkə dövründə İslam düşmənləri və müsəlman xalqların oyanışını istəməyənlər mənəvi və əxlaqi İslamın siyasi İslamdan ayrı olduğunu təbliğ edirdilər. Bu gün də bu təbliğatı aparırlar. Bu gün də İslam quruluşunun düşmən cəbhəsinin informasiya şəbəkələri müxtəlif üsullarla siyasi, ictimai və ədalətsevər İslamı dünyaya kobud tanıtdırmağa, xalqı təcrid olunmuş və təslimçi İslama, təcavüzkar, zalım və hegemon qarşısında heç bir reaksiya verməyən İslama sövq etməyə çalışırlar.

İmam İslam haqda bu yalançı təsəvvürü rədd edib əsl İslamı ortaya qoydu. İmamın ortaya qoyduğu əsl İslam qapalı və xurafatçı İslama, həmçinin əcnəbi və eklektik məktəblər qarşısında rəngini itirmiş İslama zidd idi. Siyasəti mənəviyyatdan ayırmaq həm o zaman, həm İslam quruluşu uğrunda mübarizə illərində, həm də ondan sonra bu günə qədər İslama düşmən cəbhənin təkidlə dayandığı məsələlərdən biridir. Yəni kimsə müsəlman olmaq istəyirsə, başını tutub bir küncdə oturmalı, düşmənin, təcavüzkarın və işğalçının nə etdiyinə fikir verməməlidir. Bu gün də bunu təbliğ edirlər. İmam İslam dünyasında bunun əksini ortaya qoydu və bu gün İslam dünyası öz daxilində bu möhtəşəm dalğaya malikdir.

İran İslam Respublikasının banisi həzrət İmam Xomeyninin vəfatının on dördüncü ildönümü tədbirində çıxışından, 2003


İmamın məktəbində mənəviyyatla siyasətin sintezi

İmamın siyasi məktəbinin öz indeksləri vardır. Onların biri mənəviyyatın siyasətlə birgəliyidir. İmamın siyasi məktəbində mənəviyyat siyasətdən ayrı deyil; siyasət və irfan, siyasət və əxlaq. Öz siyasi məktəbinin təcəssümü olan imam siyasət və mənəviyyata birgə malik idi və onlarla birgə məşğul olurdu. Hətta imamın siyasi mübarizələrində də ən əsas amil onun mənəviyyatı idi. İmamın bütün mövqe və rəftarı Allaha və mənəviyyata əsaslanırdı.

Bizim böyük imamımızın siyasi məktəbində İslamdan alınmış demokratiya həqiqi demokratiyadır, Amerika və Qərb demokratiyası kimi şüar verib xalqı aldatmaq və çaşdırmaq deyil. Xalq öz iradəsi, istəyi və inamı ilə yolunu seçir, öz məmurlarını seçir. Məhz buna görə imam inqilabın qələbəsindən iki ay ötməmiş quruluşun növünü ümumxalq referendumuna çıxardı.

İmam Xomeyninin vəfatının on beşinci ildönümü mərasimində çıxışından, 2004



Din və siyasət İmamın baxışında

Bizim böyük imamımızın məktəbinin əsas qayəsi din və dünyanın əlaqəsidir. Buna din və siyasət, din və həyat da deyirlər. İmam din və dünyanın əlaqəsi məsələsində İslamın fikrini əsas götürürdü. İslam dünyanı kamillik yolunda insanın aləti hesab edir. İslama görə dünya axirət tarlasıdır. Dünya nədir? Bu baxış və bu ifadəyə görə, dünya insan və dünyadan ibarətdir. İnsanların həyatı, səyi, ağıl və biliyi, insanların hüquqları, vəzifələri, ölkələrin siyasəti, iqtisadiyyatı, tərbiyə və ədalət sahəsi - bütün bunlar həyat sahələridir. Bu mənada dünya dini məsuliyyət, vəzifə və missiyadır.

İmam bizi dünyaya əsir olmaqdan da çəkindirirdi. Dini siyasət, iqtisadiyyat və dünya ilə bir bilən imamımız xalqı və məmurları bu mənada olan dünyadan çəkindirirdi.

İmam Xomeyninin vəfatının on altıncı ildönümü mərasimində çıxışından, 2005



Nur kəlamı

Allahın rəsulu dini siyasətin təməlinə çevirmişdi. Allahın rəsulu dövlət və siyasi mərkəzlər qurmuşdu.

Erkən İslam çağında qurulan siyasət beynəlxalq siyasət idi. İslam peyğəmbəri əlini dünyanın hər tərəfinə uzadıb, İslama, İslam siyasəti və dövləti qurmağa dəvət edirdi.

İmam Xomeyninin dövlət məmurları və ordu rəhbərləri ilə görüşdə çıxışından, 1983


İmamn yolunu davam etdirmək

Böyük imamımızla bağladığımız əhd-peyman onun yolunu davam etdirmək və məqsədlərinə çatmaq üçün səy göstərməkdir. Biz imamı yalnız adı və işi ilə fəxr etməkdən ötrü istəmir, yalnız İslam Respublikasının bəzəyi hesab etmirik. Bunlardan daha üstün və daha mühüm məsələ budur ki, imam bizi bir yola yönəltdi, qarşımıza məqsədlər qoydu, yolu itirməmək üçün bizə meyarlar göstərdi. Biz yalnız bu yolla getdikdə gözəl həyata nail ola və onu dada bilərik. Biz bununla cəmiyyətimizdən və xalqımızdan yoxsulluq və gerilik kabusunu uzaqlaşdıra, bəşərin qədim arzusu olan ədaləti həyata keçirə, müsəlman xalqların təhqirinə son qoya, hegemon güclərin tamahını yaltaqlıqla və rəzilliklə yox, qüdrətlə özümüzdən dəf edə bilərik. Biz bununla əxlaqı, təqvanı və imanı həm öz fərdi rəftarlarımıza, həm də ölkənin ümumi proqramlarına hakim edə, Allahın böyük neməti olan azadlığı bütün faydaları ilə birgə qazana bilərik. Bunlar imamın məqsədləridir. İmamın hərəkəti, inqilabı və yaratdığı quruluş bu məqsədləri həyata keçirməkdən ötrüdür. Deməli, imamın yolu iman, ədalət, maddi inkişaf və şərəf yoludur. Biz bu yolu davam etdirməyi əhd etmişik və Allahın yardımı ilə davam etdirəcəyik. İmam bizim qarşımızda bu yolu açdı, bu məqsədləri bizə başa saldı.

İmam Xomeyninin vəfatının on altıncı ildönümü mərasimində çıxışından, 2005

İmam və yeni kimlik

Böyük İmam siyasi təlatüm dolu dünyada yeni bir kimlik yarada bildi. Bu, İslam quruluşu kimliyi idi. İran xalqı bu quruluşu yarada və qoruya bildi. Bu, yalnız İran xalqına məxsus olmayan İslami və milli kimlik idi. İslami kimlik bütün İslam ümmətinə aiddir. Böyük İmam İran xalqının iradəsi ilə bunu yaradıb yaşada bildi.

İmamın yaratdığı yeni kimlik dünyada heyrətlə qarşılandı. Məcburi muharibədə davam gətirib qələbə çaldığı gün bir daha dünyanı heyrətləndirdi. Nüvə texnologiyasında və başqa elmi məsələlərdə bacarığını subuta yetirdiyi gün bir daha düşüncə sahiblərinin diqqətini cəlb etdi.

İmam Xomeyninin vəfatının on səkkizinci ildönümü mərasimində çıxışından, 2007



Nur kəlamı

Quruluşu qorumaq şəriət və ağıl baxımından vacib işlərdəndir. Bu mənada quruluş istəməyib, “hamımız bir cür və qayda-qanunsız çalışmaq istəyirik” deyən şəxslər, Qurana, İslama və ölkənin mənafeyinə zidd hərəkət edirlər. Düşmənlər xaricdə oturub bizə gülürlər ki, bunları aldadıb bir-birinin canına salmışıq. Onlar xaricdə oturb bizə gülürlər ki, partiyaları bir-birinin canına salmışıq.

İmam Xomeyninin Hərbi Hava Qüvvələrinin zabitlərilə görüşdə çıxışından, 1980

İmam Əlinin yolunun davamı

Ölkə daxilində ədalət şüarını ciddiyə almaq lazımdır; dindarlıq şüarını, həzrət Əli yolunu ciddiyə almaq lazımdır. Bizə İran xalqının böyük amallarına çatmaqda yardım edən amil budur. İslam cəmiyyətinin inkişafına və həyatına bağlı məsələlərdə imamın xususiyyətləri həzrət Əliyə bənzəyirdi; əlbəttə, o uca zirvənin adi insanlarla müəyyən məsafəsini nəzərə alaraq. Bizim böyük imamımız haqq və ədalət yolunda kimlərdənsə qorxan, kimlərisə nəzərə alan, kimlərdənsə çəkinən və ya geri çəkilən, zəiflik göstərən insan deyildi. Necə ki, həzrət Əli buyurmuşdu: “Hidayət yolunda tərəfdarlarının azlığına görə qorxmayın!” O, yalqızlıqdan qorxmurdu, tək qalmaqdan vahiməyə düşmürdü; haqq onunladırsa, demək Allah da onunladır. Mubarizliklə hərəkət etdi, Allah-Taala da İran xalqını və bütün müsəlman xalqları mənəvi və fiziki baxımdan ona qoşdu. Və siz hansı möhtəşəmliyin yarandığını gördünüz. İmam belə idi.

İmam Əlinin doğum günü münasibətilə çıxışından, 2007

İmam Hüseyn hərəkatı

Müsəlman xalq Hüseynin adını və xatirəsini yaşatsa, onu özünə örnək seçsə, bütün maneə və problemlərini aradan qaldıra bilər. Məhz buna görə bizdə İslam inqilabında, İslam respublikasında yuxarıdan-aşağıya qədər hamı - xalq, məmurlar, böyük şəxsiyyətlər və imamın özü haqlı olaraq, İmam Hüseyn, Aşura və ümumxalq əzadarlıqları üzərində dayandılar. Bu əzadarlıqlar simvolik və həqiqi cəhətə malikdir, ürəkləri yaxınlaşdırıb İslam təlimlərini aydınlaşdırır.

Qum əhalisi ilə görüşdə çıxışından, 2008
İnqilabın yayılması proqnozu

İmam vəsiyyətnaməsində elan edir ki, bu inqilab yayılıb İslam dünyasında müstəmləkəçilərin istismarına son qoyacaq. Bu, Böyük İmamın proqnozudur. Bu gün baxdıqda bunun baş verdiyini görürük. İmama görə, bəzi inqilabların əksinə olaraq, İslam inqilabı digər ölkələrə iğtişaş törətməklə, ordu yeritməklə və terrorçuluqla yayılmayacaq. Xalqlar arasında inqilabı yaymaq İslam Respublikası quruluşunu örnək göstərmək yolu ilə həyata keçir. Yəni İran xalqı İslam Respublikası quruluşunu elə bir səviyyəyə və dərəcəyə çatdırsın ki, digər xalqlar ona baxıb həvəslənsinlər və onu istəsinlər. Bu, İslam təlimlərini təbliğ etmək, İslam dünyasının məzlum təbəqələrini və hegemonluğun zülmü altında tapdanan məzlum müsəlman xalqları müdafiə etməkdə açıq mövqe yolu ilə həyata keçir. İslam quruluşunun yayılması budur və bu baş vermişdir.

İmamın vəsiyyətnaməsində mövcud olan, onun səmərəli ömrünün on ili ərzində çıxışlarında toxunduğu və bizim xalqımız və gənclərimiz üçün mühüm olan üçüncü məsələ budur ki, İslam inqilabı xalqın inkişafına və yaradıcılığına kömək edir. İslam düşmənləri uzun illər bunun əksini təbliğ edirdilər. İslam düşmənləri belə gösətərməyə çalışırdılar ki, dindarlıq inkişafla ziddiyyət təşkil edir və uyğun gəlmir. Bir xalq inkişaf etmək istəyirsə, dindən əl çəkməli, Qərbin yanında durub özünü başdan-ayağa onların rənginə salmalı və inkişaf etməlidir. Uzun illər bunu İran xalqına bir inam kimi aşılamışdılar. Bizim böyük imamımız inqilabın əvvəlindən son günə qədər və həmçinin öz vəsiyyətnaməsində təkid edir ki, inqilabi ruh irəliyə doğru hərəkət, inkişaf və yaradıcılıq amilidir. Bu amil İran xalqında yarandı.

Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışından, 2008


İmamın vəsiyyətnaməsini daim diqqətdə saxlamaq

İmam sözü və rəftarı ilə öz ümmətinə - biz xalqa davamlı bir hidayət əlaməti qoyub getdi. İmamın sözləri həyatın bütün döngələrində bizi yönəldir. İmamın ən güclü və ən yaxşı mənəvi irslərindən biri onun vəsiyyətnaməsidir. Yaxşı olar ki, xalq, müxtəlif məmurlar və gənclər zaman-zaman bu vəsiyyətnaməni yenidən öyrənib araşdırsınlar. Mən bu gün bu möhtəşəm toplantı münasibəti ilə və sizin qəlblərinizin ayıq olduğuna görə imamın dərin məzmunlu vəsiyyətnaməsinin bir neçə məqamına toxunacağam.

İmam öz vəsiyyətnaməsində deyir ki, bu inqilab ilahi inqilabdır və onun əsas dayağı xalqdır. Yəni bu inqilab xalqa məxsusdur. Bu sözün mənası odur ki, heç kim, heç bir təbəqə, heç bir fərd və heç bir qrup bu inqilabın sahibi olduğunu deyə, özünü ona sahib, digərlərini isə borclu saya bilməz və bilməməlidir. Əgər kimsə özünü bu inqilabın sahibi bilməli olsaydı, hamıdan münasib və layiqli olan imamın özü idi. İnqilab onun iradəsi və şəxsiyyəti hesabına baş verdi, amma o özünü heçkim və Allahı yeganə səbəbkar bilirdi.

İmamın vəsiyyəti budur ki, bizim gəncimiz, xalqımız və müxtəlif nəsillərimiz realist gözlə baxsınlar. Əsas məsələ inqilabdır. İnsanlar əsas deyillər. İnqilabçılıq özünün inqilabla rabitəsini, əməlini və sadiqliyini qorumaqla mümkündür.

Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışından, 2008
İmamın inqilabda öncüllüyü

Bizim inqilabımızda da Böyük İmamın özü bu yola inanan birinci şəxs idi. Onun qəlbi bu yola və bu məqsədə imanla dolu idi, nə iş gördüyünü bilir, işin əzəmətini dərk edir, şərtlərini də anlayırdı. Bu işin birinci şərti Allaha təvəkkül edib bu yolda möhkəm dayanmaq idi və o da möhkəm dayandı. Bu xalqın gəncləri də ondan ilham alıb möhkəm dayandılar. Bu dözüm və təmkin bulağı aşıb-daşanda bütün xalqı əhatə etdi.

Həzrət Peyğəmbərin (s) Məbəs bayramı münasibəti ilə quruluşun məsul işçiləri ilə görüşdə çıxışından, 2008
İnqilabın inkişafının şərti

İmamın söz və tövsiyələrinin yetirməsi olan bu böyük xalqımızın inkişaf və tərəqqinin zirvəsinə doğru gedən yolu bütün sahələrdə bu milli başucalığını qorumaqdan ibarətdir. Bu xalq tərəqqi zirvəsinə ucala bilər. Bir xalq güclənəndə, maddi və mənəvi cəhətdən yüksələndə onun təhlükəsizliyi də tam təmin olunur; yəni təhlükələr aradan qalxır və düşmənlər ona tamah salmırlar. Əgər bizim xalqımız tam təhlükəsiz olmaq, düşmənlərin daha onu təhdid etməyə cürət göstərməməsini istəyirsə, həmin yolla getməlidir; əgər inkişaf və ədalət istəyirsə, həmin yolla getməlidir. Bizim ölkəmiz üçün böyük təhlükə xalqdan, İslam dəyərlərindən və imamın mübarək xəttindən ayrılmaqdır. Bunlar bizim ölkəmiz üçün təhlükəlidir. Əgər inqilabın yaratdığı bu güclü skelet qorunsa, zaman ötdükcə müxtəlif problemlərin çoxunu həll etmək olar. Bu güclü skeletin dağılmasına qoymayın. Əgər dağılsa, daha heç bir yara sağalmayacaq, işdən düşən heç bir hissə düzəlməyəcək. İslam quruluşunun imamın bizə öyrətdiyi güclü skeletinin qorumalıyıq.

İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından, 2009
İslamın dirçəlişi

Bizim böyük imamımız ölkəmizdə və İslam dünyasında yaratdığı bu əzəmətli hərəkatda həqiqətən iki bayrağı ucaltdı və yüksəkdə saxladı: bir bayraq İslamın dirçəlişi, bu əzəmətli və tükənməz gücü fəallaşdırmaq bayrağı, ikinci bayraq isə İranın və iranlının izzət və şərəf bayrağıdır. Bizim böyük imamımız qüdrətli əlləri ilə bu iki bayrağı ucaltdı. İmamın dəvətinin və hərəkatının bir cəhətini təşkil edən birinci bayraq böyük İslam ümmətinə aiddir. İkinci bayraq da İran xalqına, İrana və iranlıya aid olsa da, İslamın həyatverici rolunun əməli təcrübəsi kimi İslam ümməti üçün ümidverici və hərəkət oyadandır. Çünki bu böyük hərəkat İranda İslam oyanışının və İslamın həyata keçməsinin əməli təcrübəsi idi. Buna əsasən, birbaş İrana və iranlıya aid olsa da, onun nəticəsi yenə də İslam ümməti üçün dəyərli və əhəmiyyətlidir.

İmam bizim xalqımızda bu inamı yaratdı ki, duruş gətirə, müqavimət göstərə, ölkəsini azad edə, özünün yaratdığı quruluşu çox qüdrətlə qoruya, dünyaya və beynəlxalq siyasətə təsir göstərə bilər. Və elə də oldu.

İmam Xomeyninin vəfatının iyirminci ildönümü mərasimində çıxışından, 2009



İmamın vəsiyyətnaməsi – İnqilabın əsası

Əsl məsələ inqilabın əsaslarıdır. İnqilabın əsaslarını təkrar etmək lazımdır, unutmayın. İmamın fikirlərinə şübhə yaradacaq sözlər danışmaq düzgün deyil. İmamın vəsiyyətnaməsi, sözlərinin məğzi inqilabımızın əsasları və prinsipləridir. İmam böyük və ayıq insan idi. Siz bunları daim diqqətdə saxlayın. Qanun, mövqe və hərəkət bu əsasla olmalıdır. Ola bilsin biri bir cür başa düşsün, başqası bir cür - bunun eybi yoxdur. Amma məqsəd və meyar bu olmalıdır.

İslami Şura Məclisinin deputatları ilə görüşdə çıxışından, 2009
İnqilabın məqsədlərinin təsviri

Bu gün inqilabın hərəkət və məqsədləri bizim böyük və hikmətli imamızın ilk gündə təsvir etdikləridir. Bu məqsədlər xalqın fitrətinə uyğun olduğuna görə xalq onu götürdü. Əks təqdirdə, milyonlarla insanın qəlbini bir işə yönəltmək asan iş deyil. Bir şəxs fitrətlə danışdıqda, Allahdan danışdıqda, fitrətlər ona sarı yönəlir: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi".6 Qəlbləri yönəldən Allahın qüdrətidir.

Bu necə hadisədir ki, zaman onu söndürmür və hətta günbəgün daha da qabardır - Kərbəla hadisəsi kimi! O zaman dostların olmadığı və düşmənlə dolu olan quru səhrada Hüseyn ibn Əli (ə) və yoldaşları şəhid olurlar, ailəsi əsir edilir, onları aparırlar və iş bitir. On-on beş gün ərzində bütün əlamətləri itməli olan həmin hadisə görün əsrlər ötdükdən sonra bu gün nə qədər parlayır. Yalnız müxtəlif ölkələrdə yaşayan milyonlarla şiə arasında yox, yalnız müsəlmanların arasında yox, hətta qeyri-müsəlmanların arasında da Hüseyn ibn Əlinin (ə) adı günəş kimi parlayır, qəlblərə işıq saçır və yol göstərir. İnqilab da belədir. Bu inqilab zaman ötdükcə daha çox işıq saçmışdır.

Azərbaycan əhalisi ilə görüşdə çıxışından, 2010


Meyar insanların hazırkı mövqeyidir!

İmam dəfələrlə buyurdu ki, şəxslər haqda mühakimə üçün onların indiki vəziyyəti meyar seçilməlidir, keçmişi deyil. İndiki vəziyyət bəlli olmayanda keçmişə baxılır. İnsan keçmişə baxıb deyir ki, əvvəl belə olub, indi də yəqin belədir. Əgər insanların indiki halı keçmişdəkinin əksinə olsa, daha keçmişin etibarı yoxdur.

Bəziləri Parisdən İrana imamla bir təyyarədə gəldilər, amma elə onun dövründə xəyanətə görə edam olundular. Bəzi adamlar imamın Nəcəfdə olduğu və sonra Parisə getdiyi zamandan onunla əlaqədə idilər, inqilabın əvvəlində imam onlara hörmət də edirdi. Amma sonra rəftar və mövqeləri səbəbindən onlardan üz çevirdi və vəzifələrindən kənarlaşdırdı. Meyar bugünkü vəziyyətdir. Əgər Allah eləməmiş, əmmarə nəfs və şeytan mənim yolumu yayındırsa, mühakimə ayrı cür olacaq. İslam quruluşunun əsası budur və imam belə etdi.

İmam Xomeyninin məqbərəsində cümə xütbəsindən, 2010


Əsl Məhəmməd (s) İslamı

İmamın fikirlərində birinci və ən əsas amil əsl Məhəmməd (s) İslamı məsələsidir; yəni zülmlə barışmayan, ədalətsevər, mübariz, məzlum, məhrum və yoxsulların hüququnun müdafiəçisi olan İslam. İmam bu İslama qarşılıq olaraq bizim siyasi leksikonumuza "Amerika İslamı" terminini daxil etdi. Amerika İslamı formal İslam, zülm və məzlumların hüququna təcavüz qarşısında laqeyd qalan, hegemonlara və güclülərə kömək edən, onların hamısı ilə razılaşan İslamdır. İmam bu İslama belə ad qoydu: "Amerika İslamı".

Bizim böyük imamımız daim əsl İslam haqda düşünürdü. Bu yalnız İslam Respublikası dövrünə məxsus deyildi, lakin İslam hakimiyyəti və İslam quruluşu olmadan əsl İslamın həyata keçməsi imkansız idi. Əgər ölkənin siyasi quruluşu İslam şəriətinə və təfəkkürünə əsaslanmasa, İslamın dünyanın və bir cəmiyyətin zalım və hegemonları ilə həqiqi mübarizəsi mümkün deyil. Buna görə imam İslam Respublikasını qorumağı ən vacib iş bilirdi; ən vaciblərdən biri yox, ən vacib iş. Çünki həqiqi İslamı qorumaq İslamın siyasi quruluşunu qorumaqdan asılıdır. Siyasi quruluş olmadan mümkün deyil.

İmam Xomeyninin məqbərəsində cümə xütbəsindən, 2010


Dördüncü fəsil: İmamın məktəbində düşməni tanıma
Məktəb meyarı

İmamın heç kimlə şəxsi ədavəti yox idi. Şəxsi kin-küdurəti olsaydı da, ona göz yumurdu. Amma məktəbdən ötrü düşmənlik imam üçün çox ciddi məsələ idi. 1962-ci ildə hərəkat başlayanda xalqın arasında mövcud olan müxtəlif düşüncəli insanlara belə qucaq açan, hər bir milliyyətdən, hər bir qrup və məzhəbdən olan insanları qəbul edən imam inqilabın əvvəlində bəzi qrupları özündən uzaqlaşdırdı. Kommunistləri açıq şəkildə kənarlaşdırdı. İmamın bu işi inqilabın əvvəlindən mübarizədə olan bizlərin çoxuna qəribə görünürdü. İmam inqilabın əvvəllərində kommunistlərin qarşısında açıq mövqe bildirdi, onları özündən ayırdı, liberalların, Qərb quruluşlarını və Qərb mədəniyyətini istəyənlərin qarşısında qətiyyət göstərdi, onları da özündən ayırdı. O bu işdə heç bir şeyi nəzərə almadı, heç nədən çəkinmədi. İlahi həqiqətləri və İslam hökmlərinin Quran ruhunu qəbul etmək və böyük dəyişikliyi qəbul etmək istəməyən mürtəceləri də özündən kənarlaşdırdı. İmam mürtəceləri dəfələrlə ağır və acı sözlərlə qınadı. İmam özünün İslam əsasları və İslam düşüncəsi dairəsində olmayanları uzaqlaşdırmaqda zaman gözləmədi. Halbuki onlarla şəxsi düşmənliyi yox idi.

İmam Xomeyninin məqbərəsində cümə xütbəsindən, 2010

İmamın baxışında doğma və özgə

İmamı, onun yolunu və vəsiyyətnaməsini qəbul edən şəxs doğmadır. Ölkənin müstəqiiliyinə əhəmiyyətli yanaşan, ona sadiq qalan doğmadır. Xalqın inkişafını və başucalığını rəhbər tutan şəxs doğmadır. Özgələr Amerika işğalına müştaq olanlardır. Onlar evdə oturduqları halda oğrulara işləyir və xeyir verirlər. Düşmənin məqsəd və fikirlərinə tribunalıq edənlər özgələrdir. Bu xalqın sözünü deyən, bu xalqın dilindən danışan, bu xalqın düşmənlərinə düşmən olan və hər hansı sahədə onun mənafeyi istiqamətində addım atan şəxs İslam respublikasının əsgəridir. Sözdə və əməldə bilərəkdən birliyi pozan, düşmən istiqamətində hərəkət edən şəxs İslam respublikası ilə qarşı-qarşıya gəlmiş olur. Əlbəttə, doğmalar ehtiyatlı olsunlar, diqqətsizlik etməsinlər. Bəzən doğmalar nadanlıq və diqqətsizlik üzündən, çox nadir hallarda da namərdlik üzündən şəxsi kinlərin təsiri altına düşür və özgələrin işlərini görürlər. Belə şəxslər ayıq olsunlar.

İmam Xomeyninin vəfatının on yeddinci ildönümü tədbirində çıxışından, 2006

İmamın hegemonizm ruhiyyəsini tanıması

İmam böyük gücləri yaxşı tanımışdı, işğalçı və təcavüzkar qüvvələrlə yalvararaq danışmağın mümkün olmadığını bilirdi. Siz onlara yalvardıqca, geriyə çəkildikcə, yumşaq davrandıqca işğalçı təbiətlərindən irəli gələrək onlar da sizi daha ciddi hədələyir, daha qəzəbli jest tutur və bir az da irəliyə gəlirlər. Haqqı möhkəm dayanaraq almaq lazımdır. Xalqımız müstəqillik haqqını aldı, başucalığını təmin etdi, sərhədlərində əmin-amanlıq yaratdı, bu möhkəm duruşun və mubarizənin nəticəsində ölkədə səbatlı dövlət qurub qüdrət hissi keçirdi.

İmam Xomeyninin vəfatının on səkkizinci ildönümü tədbirində çıxışından, 2007

Nur kəlamı

Allah-Taala bir surədə Peyğəmbərə buyurur ki, əmr olunduğun işlərdə möhkəm ol. Hud surəsində də buyurur ki, əmr olunduğun işlərdə möhkəm ol və sənə iman gətirənlər də möhkəm olsunlar. Bu dünyada özlərinin, xalqlarının və İslamın şərəfi üçün çalışanlar işlərində möhkəm olsalar, müxtəlif hadisələrdən qorxmasalar, öz məqsədlərinə nail olarlar.

İmam Xomeyninin şəhid ailələrilə görüşdə çıxışından, 1981

İmamın düşməni tanıması

Allah imamımıza rəhmət etsin! O, buyururdu ki, düşmənin təhqirindən və düşmənçiliyindən qorxmayın. O sizinlə kobud danışır, üz turşudur və təhqir edirsə, bilin ki, yaxşı bir işiniz onu narahat edib. Onun sizi tərifləməsindən qorxın. Düşmən sizi tərifləyirsə, demək, onun xeyrinə nəsə etmisiniz. Bizim düşmənimiz kimin hakimiyyətə gəlməsini, parlamentdə və hökumətdə olmasını istəmirsə, demək, o şəxs ölkənin xeyrinə çalışır və həmin yerlərdə olması lazımdır. Düşmən hökumətdə və ya qanunverici orqanda kimin təmsil olunmasını istəyirsə, o şəxs olmamalıdır, çünki düşmənin istədiyi işi görəcək.

Xalqın müxtəlif təbəqələrinin nümayəndələrilə görüşdə çıxışından, 2008


Hegemonizmə qarşı dirəniş

Beynəlxalq istismarçılar və hegemon qüvvələr tarix boyu həmişə olmuşlar, lakin elm və sənayenin inkişafı və modern rabitə imkanları səbəbindən bu gün bu istismar asanlaşmışdır. Bəs bu quldurluğun qarşısında necə hərəkət etmək lazımdır? İmam muqaviməti tövsiyə edirdi. Xoşbətlikdən, bu gün ölkəmizin müxtəlif siyasi təşkilatları imamın xəttinə vəfalı qaldıqlarını deyirlər. Bu, yaxşı haldır. Keçmişdə bəzi dövrlərdə belə deyildi. Bəzi siyasi cərəyanlar açıq formada imamın xəttindən üz çevirdiklərini bildirirdilər. Bu gün xoşbəxtlikdən, ölkəmizdə bütün siysi təşkilatlar imamın fikirlərindən və xəttindən danışırlar. Lap yaxşı! İmamın xəttində mövcud olan, vəsiyyətnaməsində və bütün çıxışlarında əks etdirdiyi əsas məsələlərdən biri hegemon və tamahkarlar qarşısında qətiyyətli müqavimətdir.

Həzrət İmam Xomeyninin vəfatının on doqquzuncu ildönümü mərasimində çıxışından, 2008


: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri


Dostları ilə paylaş:
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə