Имам зејНҮл-абидин әЛЕЈҺиссәламын һӘЈаты


Zalım xəlifələrin saray alimlərinə ehtiyacı



Yüklə 1,07 Mb.
səhifə10/13
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23910
1   ...   5   6   7   8   9   10   11   12   13

Zalım xəlifələrin saray alimlərinə ehtiyacı


Zalım və qeyri-İslami hakimlərin İslam əqidəsində olan şəxslər üzərində öz hakimiyyətlərini möhkəmlətmək üçün camaatın fikrində öz gördükləri işlərə nisbət qəlbən şər’i e’tiqad yaratmaqdan başqa çarələri yox idi. Çünki o dövrdə hələ İslamın ilkin çağlarından bir o qədər də vaxt ötməmiş və camaatın İslama olan əlaqəsi hələ öz möhkəmliyini qoruyub saxlayırdı. Əgər camaat xəlifələrə etdiyi bey’ətin düzgün olmadığını və xilafət kürsüsündə oturan xəlifələrin Peyğəmbər canişini olmalarına layiq olmadıqlarını bilsəydi şübhəsiz ki onlara boyun əyməzdi. Düzdür bu həqiqəti bütün camaat barədə qəbul etməsək də, ancaq o dövrün İslam cəmiyyəti arasında çoxları xəlifələrin qeyri-İslami hakimiyyətini qəlb imanı üzündən qəbul etmişdilər. Yə’ni belə fikirləşirdilər ki bu hakimiyyət İslami hakimiyyətdir. Elə buna görə də, zalım hakimlər öz hökumətlərini şər’i hökumət kimi qələmə vermək üçün hədisçi və din alimlərini öz saraylarına cəlb etməyə çalışırdılar. Bu yolla xəlifələr onları Peyğəmbərin yaxud da o Həzrətin ən yaxın səhabələrinin dilindən (yalançı) hədis söyləməyə məcbur edir bununla da, cəmiyyətdə onların hökumətinin şər’i qələmə verilməsi üçün fikirlərdə münasib zəmin yaranırdı.97 Buna əsaslanaraq deyə ilərik ki Əməvi xəlifələrinin Zührini özlərinə tərəf cəlb etməkdən məqsədləri onun dini mövqeyindən istifadə etmək idi. Zühri də can-başla özünü onlara həsr etdi onlar üçün kitab yazdı hədislər söylədi. Bununla da, onların çirkin məqsədlərinə böyük kömək etdi. Müəmmər adlı bir şəxs deyir: “Biz elə bilirdik ki Zühridən çox hədis söyləmişik. Vəlid ibn Əbdülməlik öldürüldükdən sonra gördük ki dəftərlərlə yüklənmiş heyvanları onun xəzinəsindən çıxara-çıxara deyirlər: “Bu Zührinin elmidir.”98 Bu o deməkdir ki Zühri Vəlidin göstərişi ilə o qədər kitab-dəftər və hədis yazıb doldurub ki onları Vəlidin xəzinəsindən çıxararkən məcbur olub heyvanlara yükləyiblər. Zührinin özü deyir: “Əvvəllər mənim elmi kağız üzərinə yazmaqdan xoşum gəlmirdi. Axırda hakim və xəlifələr məni elmi yazmağa (onu kitab halına salmağa) məcbur etdilər. Sonra mən belə fikirləşdim ki heç bir müsəlmanı bu işdən çəkindirmək olmaz. (Qoy elm və bilik həmişə yazılsın.)”99 İbn Kəsir yazır: “Zührini (yalançı) hədis yazmağa məcbur edən şəxs Hişam ibn Əbdülməlik olmuşdur. Zühri kitab yazan gündən sonra camaat da hədisləri yazmağa başladı.”100 Bir gün Hişam ibn Əbdülməlik Zühriyə dedi ki onun uşaqlarına hədis öyrətsin. Bu zaman Zühri bir hədisyazan çağırtdırıb ona dörd yüz hədis dedi o da yazdı.3

Ömər ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: “Hədis yazıb söyləməkdə Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs qalmamışdır.”101

İndi gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki bu dəftərlərdə bir dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis yoxdur. Əksinə bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə bəraət qazandırır bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə aparan rəqiblərinin yə’ni Bəni-Haşimin parlaq mövqeyini zəiflədir.

Aşağıda qeyd olunan tarixi sənəddən çox gözəl mə`lum olur ki, Hişam ibn Əbdülməliki hədis və rəvayətlə bağlı hansı mövzular daha çox maraqlandırırmış. Hişam Ə`məşə102 yazdığı məktubunda ona belə müraciət etmişdir: “Mənə Osmanın fəzilətli və Əlinin pis və nalayiq işlərindən yaz göndər.” Ə`məş məktubu alandan sonra onu kənarındakı qoyuna verdi və qoyun da onu çeynədi. Sonra üzünü qasidə tutub dedi: “Bu da sənin cavabın!” Qasid vahimə içində ətrafındakıların fikrini özünə cəlb edərək dedi: “Axı Hişam and içib ki, əgər əliboş qayıtsam məni öldürəcək!” Bundan sonra Ə`məş məktubu “Bismillahir-rəhmanir-rəhim”lə başlayaraq belə yazdı: “Əgər yer üzünün insanlarının bütün yaxşı əməlləri Osmanın olsa belə sənə bir xeyiri yetişməyəcək və əgər onların bütün pislikləri də Əlinin olsa sənə bir zərəri dəyməyəcək. Sən öz qeydinə qal, vəssalam!”103


Zührinin saxta hədisləri


Zühri Bəni-Üməyyənin xeyrinə onların küframiz siyasətlərinə bəhanə gətirmək üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin nəzərinizə çatdırırıq:

Zühri Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verib deyir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kə’bə) mənim məscidim (Mədinə şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa (Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kə’bə) hökmündədir.”104 Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim Əbu Davud və Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: “Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram mənim məscidim və Məscidül-əqsa.”105 Bu üç hədisçinin heç biri bu hədisdə “Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər.

Mə’lum olur ki bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə qalmalı olur bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik dedi: “İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki “ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kə’bə), mənim məscidim və Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir və Peyğəmbərin me’rac gecəsi ayağını üzərinə qoyduğu daş da Kə’bənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı oradan ipək pərdələr asıldı oraya xadimlər tə’yin edildi. Beləliklə, camaat oranı təvaf etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti dövründə davam etmişdir.106

Beləliklə də, mə’lum olur ki Zührinin bu hədisin axırına özündən əlavə etməsindən məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kə’bə ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin mövqeyinin möhkəmlənməsi üçün çalışırdı.

Zühri guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccad əleyhissəlamın İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o Həzrəti belə xatırlayırdı: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) öz ailəsinin ən mülayim adamı Mərvan və Əbdülməlikə nisbət isə ən itaətkar və ən sevimli şəxsdir.”107 Halbuki, Mərvan ailəsinin Əli əleyhissəlamın ailəsi ilə olan düşmənçiliyi heç kəsə gizli deyil və Əli əleyhissəlamın ailəsinin də Mərvan ailəsinə olan nifrəti hamıya mə’lumdur. Buna görə də, heç kim İmam Səccad əleyhissəlamın Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz.

Zühri Aişənin dilindən rəvayət edərək deyir: “Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında idim. Bu zaman gördüm ki Abbas ilə Əli gəlirlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Aişə bu iki nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər.”108

Mə’lum məsələdir ki bu hədis Həzrət Əli əleyhissəlamın əzəmətli və parlaq mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur. Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki Zühri bu hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir hamı da Aişənin Həzrət Əli əleyhissəlama qarşı nə qədər kin-küdurət bəslədiyini yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki Ürvə ibn Zübeyr də Müaviyənin Əbu Hüreyrə Əmr ibn As və Müğeyrə ibn Şü’bə kimi Əli əleyhissəlamın əleyhinə hədis düzəldənlərindən olmuşdur.109

Zühri rəvayət edir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün gecə vaxtı Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) evinə gəlib buyurdu: “Namaz qılmırsınız?” Əli (əleyhissəlam) buyurdu: “Bizim ixtiyarımız Allahın əlindədir əgər O istəsə, bizi (bu işə) vadar edər.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü eşitdikdə, daha heç bir söz deməyib geri döndü. Elə bu vaxt Həzrət Əli (əleyhissəlam) eşitdi ki Peyğəmbər dizinə vuraraq bu ayəni oxuyur: İnsan isə bütün məxluqat içərisində ən çox mübahisə edəndir. Haqqa boyun əyməz öyüd-nəsihət qəbul etməyib batilə uyar.110 Zühri belə əsassız bir hadisəni rəvayət etməklə Əli əleyhissəlamı Cəbriyyə (məcburiyyət) əqidəsinə inanan və mübahisə edən bir şəxs kimi qələmə verir. Bu hədisin yalan olması o qədər aşkardır ki daha heç bir araşdırmaya ehtiyac yoxdur. Əcəba! Kə’bədə doğulub namaz mehrabında şəhid olan şəxs namaz barədə Peyğəmbərlə mübahisə edərmi?

Zühri Həzrət Əli əleyhissəlamın dilindən belə bir hadisə nəql edir: “Mənim qoca bir dəvəm var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bədr döyüşündə ələ keçmiş qənimətləri bölərkən onu mənə vermişdi. Peyğəmbərin qızı Fatimə (səlamullahi əleyha) ilə evlənmək istəyərkən Bəni-Qəynüqa tayfasından olan boyaqçı bir kişi ilə qərara gəldim ki çölə gedib onun köməkliyi ilə izxir otu yığıb onu boyaqçılara sataraq toy məclisi üçün tədarük görüm. Bu məqsədlə dəvələrin yükünü ip və kisə yığmağa hazırlaşdım. Dəvələri ənsardan (Peyğəmbərin Mədinədəki silahdaşlarından) birinin evinin kənarında yatızdırmışdım. Birdən gördüm ki dəvələrin küyünləri kəsilmiş bellərinin üstü parçalanmış və ciyərləri çıxarılmışdır. Bu hadisəni görüb bərk narahat oldum və dedim: “Bu işi kim görmüşdür?” Dedilər ki bu iş Həmzə ibn Əbdülmüttəlibin işidir. O bir dəstə ənsarla oturub şərab içir xanəndə bir kəniz də onlar üçün mahnı oxuyur. Həmzə o məclisdən ayağa qalxıb qılıncını götürərək dəvələrin küyünlərini kəsdi bellərinin üstünü parçalayıb ciyərlərini çıxartdı. Əli (əleyhissəlam) deyir: “Peyğəmbərin yanına getdim. Gördüm ki Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzurundadır. Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim narahatçılığımı görüb buyurdu: “Nə olub?” Dedim: “Heç bu cür pis iş görməmişdim. Həmzə mənim dəvələrimin başına belə oyun açıb indi də bir dəstə ilə bir evdə oturub şərab içir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) paltarını dəyişib yola düşdü. Mən və Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ardınca getdik. Peyğəmbər (səlləllahu əleyhi və alih) Həmzə oturan evə girib onu danlamağa başladı. Gördüm ki Həmzə məstdir və gözləri qızarmışdır. O öz baxışı ilə Peyğəmbəri (səlləllahu əleyhi və alih) başdan-ayağadək süzüb dedi: “Məgər siz mənim atamın nökərləri deyilsiniz?” Peyğəmbər (səlləllahu əleyhi və alih) gördü ki Həmzə məstdir geri dönüb evdən çıxdı. Biz də onunla birgə eşiyə çıxdıq.111

Zühri belə istehzalı bir hadisəni nəql etməklə Peyğəmbərin (səlləllahu əleyhi və alih) Ühüd döyüşündə qanlı cənazəsinə yetmiş dəfə meyit namazı qıldığı böyük və parlaq simalı Həmzə kimi bir şəxsiyyəti laqeyd şərabxor təcavüzkar zalım bir şəxs kimi qələmə verir. Belə ki onun bu işləri heç bir əxlaqi və dini ölçülərə uyğun gəlmir. Mə’lumdur ki bu nalayiq və kişilikdən uzaq olan töhmətlər Zühri tərəfindən bu məqsədlə deyilmişdir ki Həmzəni də belə çirkinliklərə qərq olmuş Bəni-Üməyyə nümayəndələri tək pozğun bir şəxs kimi qələmə verib bu yolla öz Əməvi ağalarına günahda şərik tapmış olsun.112



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə