Имам зејНҮл-абидин әЛЕЈҺиссәламын һӘЈаты


Kərbəla inqilabının carçısı



Yüklə 1,07 Mb.
səhifə2/13
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23910
1   2   3   4   5   6   7   8   9   ...   13

Kərbəla inqilabının carçısı


Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.

Əməvi hökumətinin Müaviyyənin dövründən e’tibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

İmam Səccad əleyhissəlamın təbliğati mübarizələrini İmam Hüseyn əleyhissəlamın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bununla kifayətlənirik.

Diktatura mühiti


İslam peyğəmbərinin vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən (bu dörd dövrü Həzrət Əli əleyhissəlamın həyatı bölməsində izah etmişik), İmam Səccad əleyhissəlamın həyatı dördüncü dövrə təsadüf edir. Yə’ni silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq; Peyğəmbər ailəsi vasitəsilə uzun müddətli İslam hökuməti yaratmaq uğrunda sə’y göstərmək; bu məqsədə çatmaqdan ötrü zəminə yaratmaq üçün mədəni tədbirlər vasitəsilə münasib insani qüvvələri tərbiyə etmək; əsl İslami fikirləri bəyan etmək mövhumat və bid’ətləri üzə çıxarmaq.

Bu məsələ haqqında qısa mə’lumat verək.

Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində xüsusən İraq və Hicazda şiə məclislərində ümumi bir qorxu hökm sürməyə başladı. Çünki mə’lum oldu ki (İslam aləmində hamı tərəfindən əzəmətlə e’tibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində zil-həccə ayında baş vermiş) “Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə xüsusilə Hicazda Mədinəyə İraqda isə Kufəyə möhkəm represiya hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər öz təşəkküllərini itirdilər. İmam Səccad (əleyhissəlam) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: “Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.”11 Görkəmli tarixçi Məs’udi yazır: “Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”12 İmam Sadiq (əleyhissəlam) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: “Camaatın üç nəfər istisna olmaqla hamısı Hüseyn ibn Əli əleyhissəlamdan sonra (onun şəhadətindən sonra) döndü: (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar): Əbu Xalid Kabili Yəhya ibn Ummut-Təvil və Cübeyr ibn Mut’im.”13 Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-Təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: “Biz sizinlə (yolunuzla) müxalifik bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”14

Deyilməsə də, mə’lumdur ki o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmağa yalnız acınacaqlı nəticələrə sinə gərə bilən Yəhya ibn Ummut-Təvil kimi şəxslərin qüdrəti çata bilərdi. Məhz buna görə də, Həccac ibn Yusif Yəhyanın Həzrət Əli əleyhissəlamın dostu olmasına görə əl-ayağını kəsdirmiş sonra da onu şəhadətə yetirmişdir.15

Onuncu əsrin ortalarının görkəmli alimlərindən və hədisçilərindən biri və həm də İmam Cavad (əleyhissəlam) İmam Hadi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın şagirdlərindən olan Fəzl ibn Şazan deyir: “İmam Səccad əleyhissəlamın İmamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr Səid ibn Müsəyyib Məhəmməd ibn Cübeyr ibn Mut’im Yəhya ibn Ummut-Təvil və Əbu Xalid Kabili.”16

Əbdülməlikin çirkin hakimiyyəti


İmam Səccad əleyhissəlamın İmamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi ancaq dördüncü İmamın dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır onları ayaq altına salır və heç kim də, bir zərrə olsun belə, e’tiraz edə bilmirdi.

İmam Səccad əleyhissəlamın İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək ehtiyatlı uzaqgörən ədib (ədəbiyyatla məşğul olan) iste’dadlı və alim kimi qələmə vermişlər.17 “Əl-Fəxri” kitabının müəllifi deyir: “Əbdülməlik ağıllı düşüncəli alim fəzilətli ədib iste’dadlı çox zülmkar çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur.”18

Hinduşah yazır: “O ağıllı fəzilətli fəsahətli fiqh hədis şe’r elmlərini yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.”19

Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.20 O zahidlik ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki ona “məscidin göyərçini” ləqəbini vermişdilər.21 Deyirlər ki Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Qur’an oxuyurdu. Bu xəbəri eşitcək Qur’anı bağlayıb dedi: “Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”22 Əbdülməlik doğurdan da, Qur’andan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.

Süyuti və İbn Əsir yazırlar: “İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü) camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mə’rufun qarşısını alan ilk şəxs olmuşdur.23

Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: “Mən nə rüsvay olmuş (Osman) nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etməyəcəyəm. Siz bizdən Allah adamlarının təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha, bundan belə kim məni təqvalı olmağa çağırsa boynunu vuracağam.”24

Sonuncu cümləni deməsinin səbəbi o idi ki vaiz və İmam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini “təqvalı olun” ifadəsi ilə başlayırdılar.25

Özünü peyğəmbərin canişi e’lan edib Peyğəmbər şəhərində özü də Peyğəmbərin müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri də gör nə oyunlardan çıxırdılar?

Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki onun qəlbində iman nuru tamamilə söndü. O bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: “Elə olmuşam ki yaxşı iş görəndə sevinmirəm pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: “Sənin qəlbin tamamilə ölmüşdür.”26

Əbdülməlik çox vaxt Ummud-Dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-Dərda ona dedi: “Ey Əmirəl-mö’minin, eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?!” Əbdülməlik cavab verdi: “Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm.27

Bir vaxtlar Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nə təkcə özü bu işi davam etdirdi hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün tə’yin etdi və o da Məscidül-həram və Kə’bəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.28


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə