Имам зејНҮл-абидин әЛЕЈҺиссәламын һӘЈаты


Nə üçün İmam Səccad (əleyhissəlam) Mədinə qiyamçıları ilə həmkarlıq etmədi?



Yüklə 1,07 Mb.
səhifə6/13
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23910
1   2   3   4   5   6   7   8   9   ...   13

Nə üçün İmam Səccad (əleyhissəlam) Mədinə qiyamçıları ilə həmkarlıq etmədi?


İndi isə İmam Səccad əleyhissəlamın Mədinə qiyamçıları ilə həmkarlıq etməməsinin səbəblərini araşdıraq. İmam Səccad əleyhissəlamın qiyamçılarla həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar:

Vəziyyəti araşdırmaqla və İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla İmam Səccad (əleyhissəlam) Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki əgər bu qiyama qoşulsa nə təkcə qalib gəlməyəcək hətta özü və dostları da, öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib batacaq.

Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də, onun qiyamçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki bu hərəkat əsl şiə hərəkatı ola bilməzdi. İmam Səccad (əleyhissəlam) istəmirdi ki hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin.

Yuxarıda qeyd etdik ki qiyamçılar Abdullah ibn Hənzələni özlərinə rəhbər tə’yin etdilər. Bu işdə onlar İmamın rə’yini də, heç nəzərə almadılar. Düzdür qiyamın başçıları yaxşı və pak adamlar idilər və onların Yezidin hakimiyyətinə qarşı çıxışları tamamilə düzgün idi ancaq mə’lum olur ki bu qiyam təmiz şiə hərəkatı olmamış və qələbə çaldığı təqdirdə şiələrin xeyrinə nəticələnəcəyi mə’lum deyildi. Sanki bu səbəbləri nəzərə alaraq İmam Səccad (əleyhissəlam) əvvəldən qiyamçılara qoşulmadı. Bu məsələ bir tərəfdən digər tərəfdən də, Kərbəla hadisəsinin ümumi fikirlərdəki nəticəsinin Yezidə baha başa gəldiyi üçün o (Yezid) Müslim ibn Üqbəyə tapşırdı ki İmam Səccad (əleyhissəlam) ilə heç bir işi olmasın.


Pənah gətirmişlərin aman yeri


Bəni-Üməyyə və tərəfdarlarını Mədinədən qovarkən Mərvan İmam Səccad əleyhissəlamdan xahiş etdi ki onun həyat yoldaşı və ailəsi İmamın evində qalsın. İmam Səccad (əleyhissəlam) öz mərhəməti ilə bu xahişi qəbul etdi. Buna görə də, Mədinənin üç gün qarət altında qaldığı müddətdə İmam Səccad əleyhissəlamın evi pənah gətirmişlər üçün yaxşı aman yeri olmuşdu. Dörd yüz qadın öz oğul-uşaqları ilə birlikdə İmamın evində qalmış İmam Səccad (əleyhissəlam) da çaxnaşma qurtarana qədər onları evində saxlamışdır.

Müslim ibn Üqbə qarət başa çatdıqdan sonra İmam Səccad əleyhissəlamı yanına də’vət etdi. İmam Səccad (əleyhissəlam) onun yanına gəldikdə, Müslim onu öz yanında oturtmuş onunla hörmətlə rəftar etmiş sonra da evə qayıtmasına razılıq vermişdir.1


İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları


Bəli İmam Səccad (əleyhissəlam) ikinci yolu seçməklə bir sıra təbliği tərbiyəvi və irşadi fəaliyyətləri hökumətin heç xəbəri də olmadan həyata keçirməklə qeyri-müstəqil mübarizələrə başladı. Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:

1. Aşura xatirəsini əbədi saxlamaq


İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şər’iliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi tə’sir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: “(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: “Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”

Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: “Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: “Vay olsun sənə! On iki oğlundan biri itmiş Yə’qub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki gözləri kor oldu qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın qardaşımın əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”56

Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: “Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: “Kefiniz necədir?” Buyurdu: “Mən bilməzdim ki Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fir’onların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.”57

2. Ümmətə nəsihət


İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam tə’limləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda “İmamət” məsələsinin həqiqətini yə’ni İslam hökumətinin mə’sum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən münafiq fasiq zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi. Camaata başa salırdı ki Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.

Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bə’zi hissələrini oxucuların nəzərinə çatdırırıq:

“Camaat təqvalı olun və bilin ki Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin istər yaxşı istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah sənin üçün göndərilmiş Peyğəmbər itaət etdiyin din qəbul etdiyin İmam olacaqdır.”58

Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:

Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.

İmamın öz sözünə “camaat” ifadəsi ilə başlamasından mə’lum olur ki bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil bütün insanlara xitab edir.



İmam söhbəti əsnasında istər aşkara istərsə də işarə ilə Qur’anın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki burada İmamın tərəf müqabili ümumi camaat olmuş ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır. Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Qur’an ayələrindən istifadə etmişdir. Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Qur’an ayələrinə istinad etməyə ehtiyac duymurdu.59


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə