Imamet indd



Yüklə 4,96 Kb.

səhifə1/112
tarix07.08.2018
ölçüsü4,96 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   112


                                                                                                  1
Əbülqasim Əlyan Nejadi


          2             
                                            
Əbülqasim Əlyan Nejadi


                                                                                                  3


          4             
                                            
Əbülqasim Əlyan Nejadi
Kitabın adı: Qurani-Kərimdə “İmamət” ayələri
Müəllif: Əbülqasim Əlyan Nejadi
Tərcümə: Mərdan Zalov
Ədabi redaktor: Seyid Azər Əhmədoğlu
Azərbaycan Respublikası Dini Qurumlar İş Üzrə Dövlət Komitəsi DK 631/B 
saylı 15 avqust 2013-cü il tarixli məktubu ilə kitabın çap olunmasına və idxalına 
razılıq verilmişdir.
Kitabın cap hüquqları qorunur


                                                                                                  5
Müqəddimə
Hicri-şəmsi 1379-cu il fərvərdin ayının 26-sının (mart ayına təsadüf 
edir) “Qədir-Xum” adlı islami bayrama təsadüf etməsi səbə bi  ilə 
həmin ili həzrət Əli ibn Əbu Talibin (ə) möhtərəm adı şərəfinə “Əmirəl-
möminin ili” adlandırmışlar. Həzrət  Əliyə  (ə) sevgisi olan şəxslərin 
onun fəzilət, kamal, üslub, söz, idarəçilik, əxlaq və digər xüsusiyyətləri 
barədə daha ətraflı məlumat əldə etməsi üçün geniş və əhatəli toplantı 
və seminarlar təşkil etməsi diqqətəlayiq hesab olunur 
Əvvəlki  ənənəsinə uyğun olaraq Ayətullah Məkarim  Şirazi 
Ramazan ayında təfsir dərsləri verirdi. O, qeyd olunan münasibətlə 
bağlı  “Əmirəl-mömininlə  əlaqədar imamət ayələri”nin təfsirinə 
başlayır. Ümidvarıq ki, Quran və onun həqiqi təfsirçisi həzrət Əlinin 
(ə) vasitəsi ilə iman nuru günbəgün bizim qəlbimizdə artaraq daha 
da möhkəmlənər və yalnız bizim deyil, digərlərinin də hidayət 
olunmasına səbəb olar. 
Hazırkı kitab
Allaha  şükürlər olsun ki, möhtərəm ustadın elmi məclislərində 
əhatəli, diqqəti cəlb edən və maraqlı şəkildə aparılan bütün söhbətləri 
toplanmış və bəhslərdə istifadə edilən mənbələr kifayət qədər tədqiq 
olunduqdan və xülasə şəkildə bəyan edilən bəzi mətləblərə geniş şərh 
verildikdən sonra, çap olun araq oxucuların xidmətində qoyulmuşdur. 
Xatırlatma
1. Ola bilsin ki, Quranda “imamət” və “vilayət”lə bağlı “Peyame 
Quran” (Quranın mesajları) kitabının doqquzuncu cildi və imamət 
ayələrilə  əlaqədar nisbətən müfəssəl və geniş  şəkildə  bəyan edilən 
“Təfsire nümunə”nin (“Nümunə” təfsiri) olması ilə yanaşı, “Bu kitaba 
nə ehtiyac vardı?”– deyə zehinlərdə sual yaransın. 
Bu kitabda bəyan edilən mətləblər sadalanan iki kitaba nisbətən 
ge niş şərhlərlə qeyd edilmişdir. Həmçinin, əhatə dairəsi və ayələrdən 
istifadə edilən mesajların əhəmiyyətliliyini ifadə etmək və cəmiyyətin 
ehtiyacını ödəmək baxımından da hazırkı kitab önəmlidir. Burada 
əvvəlki iki kitabda olmayan yeni mətləblərə toxunulmuş  və onların 


          6             
                                            
Əbülqasim Əlyan Nejadi
nəşr edilməsinin zəruri olduğu düşünülmüşdür. 
2. Qurani-Kərim təravətli olması ilə yanaşı, onun bütün əsr və 
zamanlar üçün həmişə təzə və yeni mətləb və mesajları vardır. Nəticədə, 
indiyə kimi bu əzəmətli və əbədi asimani kitabın şərafətli ayələrinin 
təfsiri ilə  əlaqədar yazılmış olan əsərlərlə kifayətlənilməməli,  əksinə 
bizdən öncəki böyük şəxsiyyətlərin təfsirlərinin köməyi və onların 
zəhmətlərinin qiymətləndirilməsi sayəsində Quranın mütaliəsini 
artırmaq və yeni təhqiqatlarla – xüsusən, yeni metod və vasitələrdən 
istifadə etməklə – bu işi davam etdirmək və araşdırmanın nəticələrini 
maraqlananların ixtiyarında qoymaq lazımdır. 
3. Bu kitabda imamət ayələri üç fəsildə toplanmış və təfsir edilmişdir: 
Birinci fəsil
 – İmamət ayələri və müsəlmanlara rəhbərlik.
İkinci fəsil
  – Əhli-beytin (ə) fəzilətləri ilə bağlı olan ayələr.
Üçüncü fəsil 
– Həzrət Əliyə (ə) məxsus olan fəzilətlərlə bağlı ayələr.
Bizə bu kitabın  ərsəyə çatması  və başa gəlməsində yardımçı olan 
bütün  şəxslərə – xüsusən, dəyərli övladlarıma – və  əziz oxuculara 
nəzər və iradlarını bildirməsi səbəbilə öz təşəkkürümü bildirirəm. 
Ümid edirik ki, Qurani-Kərimin parlaq nuru sayəsində  həmişə 
doğru yolda addım atar, söz və  əməlimizdə pak və  məsum vilayət 
sahiblərinə tabe olaraq o şəxsiyyətlərin nəzərini cəlb edərik. Amin, ya 
Rəbbəl aləmin!
ُﻢﯿﻠﻌﻟا ُﻊﯿِﻤ ﱠﺴﻟا  َﺖﻧَا َﮏﱠﻧاِ ﺎّﻨِﻣ ﻞﱠﺒﻘﺗ ﺎﻨﱠﺑَر
"İlahi! Bizdən  əməllərimizi qəbul et! Həqiqətən, sən eşidən və 
bilənsən!"
“Qum” elmi hövzəsi
Əbülqasim Əlyan Nejadi, tir (iyun), 1380-ci hicri-şəmsi (2001) ili


                                                                                                  7
 
BİRİNCİ FƏSİL
İMAMƏT AYƏLƏRİ VƏ 
MÜSƏLMANLARA RƏHBƏRLİK


          8             
                                            
Əbülqasim Əlyan Nejadi
1 “TƏBLİĞ” AYƏSİ
 َﻦِﻣ  َﻚُﻤ ِﺼْﻌَﻳ ُﻪّﻠﻟاَو ُﻪَﺘَﻟﺎَﺳِر  َﺖْﻐﱠﻠَﺑ  َماَﻓ  ْﻞَﻌْﻔَﺗ ْﻢﱠﻟ نِإَو َﻚﱢﺑﱠر ﻦِﻣ َﻚْﻴَﻟِإ  َلِﺰﻧُأ ﺎَﻣ ْﻎﱢﻠَﺑ  ُلﻮُﺳﱠﺮﻟا ﺎَﻬﱡﻳَأ ﺎَﻳ
َﻦﻳِﺮِﻓﺎَﻜْﻟا َمْﻮَﻘْﻟا يِﺪْﻬَﻳ َﻻ َﻪّﻠﻟا ﱠنِإ  ِسﺎﱠﻨﻟا
“Ey Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. 
Əgər (bunu) etməsən, onun risalətini yerinə yetirməmisən. Allah səni 
insanlardan (onların ehtimal edilən  şərindən) qoruyacaq. Həqiqətən, 
Allah kafir olan qövmü hidayət etməz.”
“Maidə” surəsi, ayə 67
Bəhsə qısa bir nəzər (baxış)
“Təbliğ” ayəsi adı ilə tanınan bu şərif ayə  İslam dünyasının 
“nübüvvət” və “peyğəmbərlik” məsələsindən sonra ən  əhəmiyyətli 
mövzusu barədə  bəhs edir və Peyğəmbərin (s) dəyərli ömrünün 
axırlarında israrla ona göstəriş verir ki, tamamilə aydın  şəkildə 
özündən sonra “canişin” və “xilafət” məsələsini camaata çatdırsın 
və camaatın bu baxımdan vəzifəsi müəyyənləşsin. Bu ayənin təfsiri 
barədə şiə və əhli-sünnə alimləri müxtəlif mətləblər bə yan  etmişlər ki
onun şərhi sonradan veriləcək. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   112


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə