Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

                                                                                                  41
qoymalıyıqmı?  Əhli-sünnənin mötəbər kitablarında zəif hədislər 
mövcud deyilmi? Siz həmin bəhanə ilə o kitablardan əl çəkirsinizmi? 
Həqiqətdə, bu cür sözlər çox gülməlidir. Amma bundan da betər 
və ən pisi İbn Əsakirin nəql etdiyi rəvayətlər barədəki sözlərdir. Çünki 
həmin sözlər onun haqq və Peyğəmbər (s) Əhli-beyti (ə) və sünnəsi 
ilə düşmənçiliyi və inadının son həddini göstərir. Dünyanın hansı 
bir yerində ”Mənim meyil və istəklərimlə uyğun olan sözləri qəbul 
edir, digərlərini isə qəbul etmirəm!” – kimi deyilən belə sözlər qəbul 
ediləsidir?! Belə bir söz hansısa adi bir insandan qəbul edilmişdirmi?! 
Bəs, Alusi kimi bir alimdən necə?! 
Əziz oxucular! Bəlkə  də, Alusi kimi bir alimin belə  əsassız sözlər 
deməsi sizi həddən artıq təəccübləndirir. Amma cavabında deməliyik 
ki, qəzavət etmək istəyən, lakin özünü tələskənliklə  rəy və  nəzər 
verməkdən qorumayan kəslər asanlıqla bu cür vəziyyətlə üzləşməli 
olurlar. 
Ayənin verdiyi mesajlar
1. “Vilayət” düşmənləri naümid edəndir
Əgər düşmənlərinizin sizdən naümid olmasını istəyirsinizsə, hər 
zaman vilayətdən yapışaraq ona sarılın və onu (vilayəti) dirçəldin. 
Həmin gündə (Qədir-Xum) vilayət məsələsi düşmənlərin ümidsizliyinə 
bais olduğu kimi, bu gün də ondan yapışaraq vilayəti canlandırmaq 
münafiq və düşmənlərin məyus olmasına səbəb olacaq. 
Bu gün hamımızın diqqəti gözlərdən qaib, amma qəlblərdə hazır 
olan həzrət Höccət ibnil Həsən  Əsgəridə  (ə) (imam Mehdi (ə.c)) 
olmalı  və onun barəsində düşünməliyik. Çünki o həzrətin vilayəti 
müxtəlif xüsusiyyətlərə malik olan bütün şiələrin birləşdiyi zəncirin 
bir həlqəsidir. Nəticədə, ixtilaf və  pərakəndəlik bədbəxtlik və  məhv 
olmağın qaynağı hesab edildiyi kimi, vilayəti canladırıb dirçəltmək 
vəhdət və birliyə yenilik bağışlamaq, xoşbəxtliyin başlanğıcı  və 
azadlıq ümidinin bir parıltısıdır.  Əgər bütün İslam ölkələri təkcə 
bu  əsaslı  məsələyə  əməl etmiş  və  əl-ələ verərək vəhdət təşkil etmiş 
olsaydılar, Fələstin hadisələri tez-tez təkrarlanmaz və həmin məzlum 
müsəlmanlar dünya ictimaiyyətinin gözləri ön 
ündə pis vəziyyətə 
düşmüş olmazdılar. Beləliklə, kafirlərin naümid və  məyus olmaları 
üçün yeganə yol vilayətə söykənməkdir. 


          42             
                                            
Əbülqasim Əlyan Nejadi
2. Vilayət sayəsində “dinin tamamlanması” və 
“nemətlərin kamilləşməsi”
Ayədən də başa düşüldüyü kimi, dinin tamamlanması və nemətlərin 
kamilləşməsi həmin gün “vilayət” sa 
yəsində gerçəkl əşdi. Bu gün 
də nemətlərin – istər maddi olsun, istərsə də mənəvi – kamilləşməsi 
və dinin tamamlanması özünün bütün xüsusiyyət və  cəhətləri ilə 
“vilayət” sayəsində həyata keçmişdir. Vilayət olmadan dinin zahirinə 
əməl olunsa və onun sadəcə ibadət və  əməli forması saxlanılsa da, 
şübhəsiz, Allah dərgahında qəbul mərhələsinə yetişməyəcəkdir. 
Deməli, dinin tamamlanması və nemətlərin kamilləşdirilməsi bütün əsr 
və zamanlarda vilayətə əsaslanmaqla əməldə özünü doğruldacaqdır. 
Təkmilləşdirici bəhs
1. Vilayət İslamın ən əsas məsələlərindəndir.
Vilayət məsələsinin  əhəmiyyəti barədə çoxlu sayda rəvayətlər 
mövcuddur.  İmam Məhəmməd Baqirdən (ə) nəql edilən rəvayətdən 
bir nümunəni bəhsi təkmilləşdirmək məqsədilə diqqətinizə çatdırırıq. 
Zürarə o həzrətdən belə nəql edir: 
 : ُﺖْﻠُﻘَﻓ :ُةَرَارُز  َلﺎﻗ .ِﺔﻳﻻﻮِﻟْاَو ﱢﺞَﺤْﻟاَو  ِمْﻮ ﱠﺼﻟاَو ِةﺎﻛﱠﺰﻟاَو ِةﻼ ﱠﺼﻟا  َﲆَﻋ ;َءﺎﻴْﺷَا ِﺔ َﺴْﻤَﺧ ﲆَﻋ ُمﻼْﺳِْﻻا  َﻲِﻨُﺑ
 ﱠﻦِﻬْﻴَﻠَﻋ  ُﻞﻴِﻟﱠﺪﻟا َﻮُﻫ ﱃاَﻮْﻟاَو ﱠﻦُﻬُﺣﺎﺘْﻔِﻣ ﺎﻬﱠﻧَِﻻ  ُﻞ َﻀْﻓَا ُﺔَﻳﻻِﻮْﻟَا): مﻼﺴﻟا ﻪﻴﻠﻋ( َلﺎﻗ ؟ ُﻞ َﻀْﻓأ َﻚِﻟذ ْﻦِﻣ ءْ َﳾ ﱡيأَو
...

“İslam beş sütunla möhkəmlənib: Namaz, zəkat, oruc, həcc və 
vilayət. Zürarə deyir ki, mən imamdan soruşdum: “Bu beş  təməldən 
hansı daha mühüm və  əhəmiyyətlidir?”  İmam cavab verdi ki, vilayət 
hamısından daha mühümdür, çünki onlara yetişmək üçün bir vasitə 
və açard ır (həmin göstərişlərin  əhatə dairəsi vilayətdə  həqiqət tapır). 
İmam və rəhbər camaatı o əməllərə doğru istiqamətləndirəndir.”
2
Bu rəvayətdə iki mətləb diqqətə və üzərində düşünülməyə layiqdir: 
a) Birincisi, həmin beş məsələ səbəbsiz olaraq bir-birinin yanında 
yerləşdirilməmişdir, əksinə onların bir-birilə rabitə və bağlılığı vardır. 
Namaz – xaliqlə məxluq arasında bir rabitədir, başqa sözlə, xaliqlə 
məxluq arasında ən yaxşı ünsiyyət zamanı namaz vaxtıdır. 
Zəkat – Allahla insan arasında bir rabitədir. Varlıların vasitəsilə 
zəkat qanununun icra edilməsi sayəsində ehtiyaclıların çətinlikləri 
aradan qalxır və onların iqtisadi problemləri həll edilmiş olur. 
1.
2. “Üsuli-kafi”, c.3, səh. 30 (“Dəaimul-İslam” bölməsi, “iman və küfr” başlığı, 5-ci hədis).


                                                                                                  43
Oruc – insanın özünə münasibətilə bağlı rabitədir. Bu rabitənin 
yaranması ilə insan öz nəfsi ilə mübarizə aparmağa müvəffəq olur. 
Orucun insan nəfsi ilə mübarizə aparmaq simvolu olduğunu da demək 
olar. 
Həcc – bütün müsəlmanların bir-biri ilə rabitəsi, düşüncə və fikir 
mübadiləsidir və bu yolla İslam dünyasının problem və  çətinlikləri 
həll edilərək onların yaralarına məlhəm qoyulur. 
Vilayət – bu məsələlərin doğru və düzgün həyata keçirilməsinə 
zamin və onun hökmlərini bəyan edəndir. 
Beləliklə, həmin beş  məsələnin təsadüfi olaraq bir yerdə 
toplanmadığını,  əksinə  əqli və  məntiqi  şəkildə bir-birilə rabitədə 
olduğunu deyə bilərik. 
b) Nə üçün “vilayət” digər dörd təməldən daha üstün və 
mühümdür? Rəvayətdə  də bildirildiyi kimi, vilayət namaz, oruc, 
zəkat və  həccin həyata keçməsi və gerçəkləşməsi üçündür və onun 
sayəsində bu və digər ibadətlər əməli olaraq həqiqət tapa bilir. Yəni, 
islami hakimiyyət və vilayətsiz bütün bu göstərişlər sadəcə kağız 
üzərindəki cızma-qaralardır (məsələn, həkimin reseptinə bənzəyir ki, 
ona əməl edilməsə, xəstəlikdən şəfa tapmaq olmaz). 
“Vilayət”  İslam qanunlarının məsum imamlar (ə) və onlarının 
canişinləri vasitəsilə icra edilməsi mənasındadır. Deməli, “Qədir-
Xumda həzrət Əlinin (ə) vilayətindən qaynaqlanmış və nəticəsi islami 
hakimiyyət olan” vilayət oruc, namaz, həcc və zəkatdan üstün olacaq. 
2. Vilayətin iki tərəfi vardır (ikitərəflidir)
Ötən bəhsdəki təfsirə əsasən, vilayətin iki tərəfi vardır: 
Onun bir tərəfində məxluqatın hidayətinə çalışan, deyilməli mətləb 
və  məsələləri camaata çatdıran, təhlükə  və  xətərlər müqabilində 
müsəlmanlara xəbərdarlıq verərək onları qəflətdən ayıldan, cəmiyyətə 
nizam-intizamı hakim edən, məzlumların haqqını zalımlardan alan, 
ilahi hədləri (cəzaları), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və 
əmr be mərufu (yaxşı işlərə dəvəti) icra edən imam və rəhbər dayanır. 
Digər tərəfində isə camaat dayanır və onların  əməli, danışıq 
və  rəftarları, etiqad və düşüncələri həmin  şəxsiyyətlərin nəzər və 
düşüncələri ilə uyğunluq təşkil etməli, addımlarını onların addımına 
münasib  şəkildə atmalıdırlar,  əks təqdirdə, o əzəmətli  şəxslərin 
(imamların (ə)) göstərişlərinə itaətsizlik etmək, müxtəlif günahlara 
mürtəkib olmaqla, onların vilayətində olmağı iddia etmək olmaz. 
Maraqlı burasıdır ki, Milli Təhlükəsizlik rəisi məndən sorğu-sual 
edərkən (ehtimal ki, söhbət  şah zamanından gedir – mütərcim) belə 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə