Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə2/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   ...   112

                                                                                                  9
Şərh və təfsir
Canişin seçilməsi risalətin sona çatma 
nöqtəsidir
İslam Peyğəmbərinə (s) Qurani-Kərimdə müxtəlif cümlələrlə xitab 
olunur: 
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
 (Ya əyyuhər-rəsul) “Ey Rəsul!”
ُﻞﱢﻣﱠﺰُﻤْﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
 (Ya əyyuhəl-muzzəmmil) “Ey libasına bürünən!”
1
ُﺮﱢﺛﱠﺪُﻤْﻟﺍ  ﺎَﻬﱡﻳَﺃ  ﺎَﻳ
 (Ya əyyuhəl-muddəssir) “Ey əbasına bürünüb yatan 
Peyğəmbər!”
2
 
ﱡﯽِﺒﱠﻨﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
 (Ya əyyuhən-nəbiyy) “Ey Peyğəmbər!”
3
 
Birinci və ikinci xitabda o həzrətin xüsusi zahiri halətinə, amma 
üçüncü və dördüncü xitabda isə Peyğəmbərin (s) mənəvi və ilahi 
məqamlarına işarə edilmiş  və 
ﱡﯽِﺒﱠﻨﻟﺍ  ﺎَﻬﱡﻳَﺃ  ﺎَﻳ
 (ya əyyuhən-nəbi)– xitabı 
dəfələrlə Quranda təkrar olaraq işlədilmişdir. 
Amma
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡ ﻳَﺃ ﺎَﻳ 
 (Ey Rəsul!) – xitabı təkcə Quranın iki surəsində 
– biri indi bəhs etdiyimiz ayədə  və digəri “Maidə” surəsinin 48-ci 
ayəsində  işlədilmiş  və bu ayə ilə uyğunluq təşkil edir. Peyğəmbərə 
(s) aləmlərin Rəbbi tərəfindən bu şəkildə xitab edilməsi mövzunun 
əhəmiyyətini göstərir. 
َ
ﻚﱢﺑﱠﺭ ﻦِﻣ  َﻚْﻴَﻟِﺇ َﻝِﺰﻧُﺃ ﺎَﻣ ْﻎﱢﻠَﺑ
 – “Ey Peyğəmbər! Allahın sənin öhdənə 
qoyduğu xüsusi vəzifəni yerinə yetir və onu camaata çatdır!” 
Bu vəzifə canişin təyin edilməsindən başqa, bir şey deyildi. 
ُﻪَﺘَﻟﺎَﺳِﺭ  َﺖْﻐﱠﻠَﺑ ﺎَﻤَﻓ ْﻞَﻌْﻔَﺗ ْﻢﱠﻟ ﻥِﺇَﻭ
 – “Əgər (bunu) etməsən, onun risalətini 
yerinə yetirməmisən.” 
Öhdənə qoyulan vəzifə o qədər  əhəmiyyətli və  həlledicidir ki, 
əg ər onu yerinə yetirməsən və camaata çatdırmasan, elə bil Allahın 
risalətini (sənə verdiyi peyğəmbərliyi) yerinə yetirməmisən və  sənin 
iyirmi üç illik zəhmət və əziyyətin naqis olacaqdır. 
Əlbəttə, Peyğəmbərin (s) ona nazil olunanların hamısını camaata 
1. “Muzzəmmil” surəsi, ayə 1.
2. “Muddəssir” surəsi, ayə 1.
3. Bu cür xitab 10-dan artıq ayədə təkrarlanmışdır.


          10             
                                            
Əbülqasim Əlyan Nejadi
çatdıraraq onlara izah etməsi aydın məsələdir, amma ayənin bu ifadə 
ilə və belə tərzdə nazil olması camaatın həmin mətləbin xüsusililik və 
həddən artıq əhəmiyyətinə diqqət yetirməsi üçündür. 
ِﺱﺎﱠﻨﻟﺍ َﻦِﻣ  َﻚُﻤ ِﺼْﻌَﻳ ﱡﷲﺍَﻭ
 – “Allah səni insanlardan (onların ehtimal edilən 
şərindən) qoruyacaq.” 
Bu xüsusi və  həssas vəzifəylə bağlı  xətər – aşkar və gizlində  zəif 
imanlı şəxs və münafiqlərin reaksiya və əks-təsirləri – gözlənildikdə, 
Allah Peyğəmbərin (s) canını ehtimal edilən təhlükələr müqabilində 
qoruyacağına zəmanət verir. 
 
َﻦﻳِﺮِﻓﺎَﻜْﻟﺍ َﻡْﻮَﻘْﻟﺍ ﻱِﺪْﻬَﻳ َﻻ  ﱠﷲﺍ ﱠﻥِﺇ
– 
“Həqiqətən, Allah kafir olan qövmü 
hidayət etməz.”
 Allah hamıya öz hidayətini  şamil etmək istəməsinə 
baxmayaraq, yersiz olaraq öz təfəkkür və  əqidələrində qalaraq 
inadkarlıq edən kəsləri (kafir olan qövmü) hidayətə layiq bilməyərək 
hidayət etməz. 
Qeyd edilən ayənin məzmunu barədə düşündükdə, onun çox 
mühüm bir məsələdən xəbər verdiyini və israrla yanaşı olduğunu 
anlayırıq. 
1. Əvvəldə də vurğuladığımız kimi, ayənin 
ﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎَﻳ
 (ya əyyuhər-
rəsul) xitabı ilə başlaması  mətləbin xüsusi əhəmiyyətə malik olduğu 
və bu səbəbdən Peyğəmbərə (s) Allah tərəfindən belə xitab edildiyini 
göstərir. 
2. 
ْﻎﱢﻠَﺑ
 (Bəlliğ) – sözü də yuxarıdakı ayənin məzmun baxımından 
xüsusiliyi və əhəmiyyətli olmasına digər bir dəlildir: 
Birincisi, bu söz gələcəyə aiddir və Quranın yalnız həmin ayəsində 
işlənmişdir. 
İkincisi, Rağib  İsfahaninin “Mufrədat” kitabındakı qeydlərinə 
əsasən, bu kəlmə 
ﻎﻠﺑﺍ
 (ibləğ) sözünə nisbətdə daha çox təkidə malikdir. 
Nəticədə, həmin sözün Quranın bir ayəsində işlənməsinə baxmayaraq
1

kəlmənin daxilində  təkiddən  əlavə, təkrarın da olması mümkündür, 
yəni bu mövzu o qədər əhəmiyyətə malikdir ki, onu camaata çatdırmalı 
v ə təkrar etməlisən. 
2
 
3. 
ُﻪَﺘَﻟﺎَﺳِﺭ  َﺖْﻐﱠﻠَﺑ ﺎَﻤَﻓ ْﻞَﻌْﻔَﺗ ْﻢﱠﻟ ﻥِﺇَﻭ
 
“ Əgər (bunu) etməsən, onun risalətini 
yerinə yetirməmisən”
– ayəsi mətləbin  əhəmiyyətliliyinə üçüncü 
şahiddir. Peyğəmbərin (s) təbliğinə vəzifəli olduğu məsələ “risalət” və 
1. «Tövbə» surəsi, ayə 6.
2. Peyğəmbər (s) də bu cür əməl etmişdir. O həzrət  İslamın zühurunun əvvəlindən vəfat 
etdiyi günə qədər həzrət Əlinin (ə) canişinlik məsələsini camaatın qulağına eşitdirirdi.


                                                                                                  11
“nübüvvət”in  əsası  və onun sütünudur. Əgər onu yerinə yetirməsə, 
elə bil ki, öz risalət və peyğəmbərliyini yerinə yetirməmişdir. 
4. Peyğəmbərin (s) canının qorunması üçün bu ayədə Allah 
tərəfindən zəmanət və ehtimal olunan təhlükələr müqabilində mühafizə 
edilməsinə  vədə verilməsi məsələnin  əhəmiyyət və  əzəmətinə başqa 
bir dəlildir. 
Peyğəmbərin (s) vəzifəsi o qədər həlledici və  əhəmiyyətlidir ki, 
onda can təhlükəsi və müxtəlif  əksül-əməllərin olması ehtimalı da 
vardır. Amma bununla belə, Allah ehtimal edilən bütün təhlükələr 
qarşısında Peyğəmbərini (s) sığortalayaraq ona zəmanət verir. Görəsən, 
“Təbliğ” ayəsinin barəsində xəbər verdiyi mühüm mətləb nədir? İslam 
Peyğəmbərinin (s) açıq-aşkar ilahi zəmanətə ehtiyaclı olduğu vəzifə 
hansıdır? 
Peyğəmbərin (s) risalətinə  bərabər hesab edilən və camaata 
çatdırmalı olduğu mətləb nədir? Allahın Peyğəmbərdən (s) yerinə 
yetirməsini istədiyi və bir tərəfdən onu təhdid edən, digər tərəfdən 
isə Allahın onun canının mühafizəsinə  vədə verdiyi məsələ hansı 
məsələdir? Xülasə, ayənin bütün bu misligörünməmiş  təkidlərlə 
yanaşı bildirmək istədiyi mövzu nədən ibarətdir?
Bu sualların cavabını əldə etmək üçün iki yol var: 
Birincisi, bu barədə əhli-sünnə və şiədən onun təfsirilə bağlı gəlib 
bizə çatan bütün rəvayətləri, tarix və  təfsirçilərin sözlərini nəzərə 
almadan ayənin öz məzmunu üzərində təfəkkür etmək. 
İkincisi, ayəni onun nazilolma səbəbi ilə bağl ı hədis və rəvayətlər 
sayəsində təfsir etmək. 
Birinci yol: Ayənin digər şahidlərin köməyi 
olmadan təfsiri
Ayənin özü barədə düşünmək və digər vasitələrdən yardım 
almamaqla bütün sualların cavabı aydın olacaq, bu şərtlə ki, insafla və 
təəssübkeşlikdən uzaq olmaqla hökm verək. Nəticədə: 
Birincisi,
 qeyd edilən ayə “Maidə” surəsinin 67-ci ayəsidir və onun 
Peyğəmbərə (s) nazil olan sonuncu surə  və ya surələrdən olduğunu 
bilirik. Yəni, bu ayə hicrətin 10-cu və Peyğəmbəri-Əkrəmin (s) 
ömrünün sonuncu ilində və o həzrətin iyirmi üç illik təbliğindən sonra 
nazil olmuşdur. 
Sual:
 Həqiqətdə, iyirmi üç ildən sonra Peyğəmbərin (s) ömrünün 
axırına qədər hələ də rəsmi olaraq hansı məsələlər bəyan olunmamış 
qalırdı? Görəsən, bu mühüm məsələ müsəlmanların iyirmi ilə yaxın 
namaz qılmasına baxmayaraq, namazla bağlı idimi?


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə