Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə3/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   ...   112

          12             
                                            
Əbülqasim Əlyan Nejadi
Yoxsa, orucla bağlı idi? Halbuki, oruc hicrətdən sonra vacib olmuş 
və ona göstəriş verilməsindən on üç ilə yaxın bir müddət keçmişdi. 
Cihadın hicrətin ikinci ilindən başlamasına baxmayaraq, görəsən, 
cihada göstəriş verməklə bağlı idimi? Yoxsa, həccə aid idi? 
Cavab:
  İnsaf, adı  çəkilən məsələlərdən heç birinin olmamasını 
deməkdədir. Peyğəmbərin (s) iyirmi üç illik zəhmətlərindən sonra, 
yer üzərində hansı mühüm məsələnin deyilməmiş qaldığını anlamaq 
lazımdır. 
İkincisi,
 ayədən Peyğəmbərin (s) bu vəzifəsinin çox mühüm və 
təhlükəli, eyni zamanda, nübüvvətlə eyni çəkidə olması başa düşülür. 
Bəzi alimlərin söylədiyi ehtimallar və yuxarıdakı  sətirlərdə  işarə 
etdiyimiz məsələlərin də mühüm olmasına baxmayaraq, onlardan heç 
biri risalət və nübüvvətlə eyni çəki və ölçüdə deyil. İyirmi üç ildən 
sonra hələ  də yerinə yetirilməyən və risalətə  bərabər olan mühüm 
məsələnin nə olduğunu düşünməliyik. 
Üçüncüsü,
 bu vəzifənin digər xüsusiyyəti bəzilərinin onunla 
müxalifətçilik etməsidir və  hətta həmin müxalifətçilik o qədər ciddi 
və  şiddətlidir ki, Peyğəmbəri (s) də ortadan qaldırmağa hazırdırlar. 
Müsəlmanlar namaz, oruc, cihad və  həcc kimi məsələlərlə müxalif 
olmadıqlarından, bu vəzifənin siyasi məqsəd daşıdığı aydınlaşır və 
bir dəstə onunla müxalifətçilik səbəbindən,  İslam Peyğəmbərinin (s) 
müqabilində dayanmağa belə hazır idi. 
Bütün bu məsələləri nəzərə aldığımız, bitərəf və münsif şəkildə 
mütaliə, həmçinin, inadkarlıq və təəssübkeşlikdən uzaq olaraq qəzavət 
etdiyimiz zaman, Qədir-Xumda rəsmi olaraq bəyan edilən mətləbin 
Peyğəmbərin (s) “xəlifəsi” və “canişini” məsələsindən başqa, digər bir 
məsələ olmadığı nəticəsinə varırıq.
Bəli, Peyğəmbərin (s) şərafətli ömrünün sonlarında rəsmi olaraq 
bəyan etdiyi, peyğəmbərlərin sonuncusunun risalət və nübüvvətinə 
bərabər, çoxlarının onunla mübarizə aparacağına and içmiş olduğu 
və Allahın da Peyğəmbərə (s) bu vəzifəni icra etməsi üçün mühafizə 
edəcəyinə zəmanət verdiyi məsələ həlledici və mühüm olan canişinlik 
məsələsi  idi. Peyğəmbər (s) həzrət Əlinin (ə) vilayətini dəfələrlə bəyan 
etmişdisə  də, həmin məsələni dünya müsəlmanları qarşısında rəsmi 
olaraq bildirməmişdi. 
Beləliklə, o böyük və  əzəmətli vəzifəni Peyğəmbər (s) “Həccətül-
vida”dan (vida həcci) qayıtdığı zaman Qədir-Xum çolündə  həyata 
keçirərək həzrət Əlini (ə) “öz canişini” ünvanında tanıdırdı və bununla 
da risalətini tamamlamış oldu. 


                                                                                                  13
Üçlük təşkil edən nişanələrin vilayət 
məsələsinə tətbiqi
Əmirəl-mömininin (ə) vilayət və canişinlik məsələsi “Təbliğ” 
ayəsində bildirilmişdir və o, üçlük təşkil edən nişanələrə tamamilə 
uyğundur: 
Birincisi, 
aydın olduğu kimi, Peyğəmbər (s) mübarək ömrü 
boyunca heç vaxt özündən sonra “canişinlik” və “xilafət” məsələsini 
rəsmi olaraq və belə geniş miqyasda bəyan etməmişdi və bu məsələ 
İslam Peyğəmbərinin (s) ömrünün son illərində yer üzərində hələ də 
bəyan edilməmiş olan ən mühüm məsələ idi. 
İkincisi,
 İslamın müxtəlif məsələlərindən heç biri nübüvvət yolunu 
davam etdirmək baxımından onun həddi və  məqamında, həmçinin, 
onunla eyni ağırlıqda deyil, amma “imamət” məqamı nübüvvətlə eyni 
səviyyədədir və imam Peyğəmbərin (s) vəzifələrini yerinə yetirməyə 
qadirdir. 
Üçüncüsü,
  Əmirəl-mömininin (ə) vilayət və imamət məsələsi 
bəyan olunduğu zamandan etibarən, çoxlu sayda müxalifətçiliklər 
meydana çıxmış, hətta Qədir-Xum çölündə bir nəfər Peyğəmbərin (s) 
hüzuruna gəlib ona etiraz edərək demişdir: “Əgər bu gün dediklərin 
Allah tərəfindəndirsə, mənə Allahdan əzab nazil olmasını  və  məhv 
olmağımı dilə!” 
Onun dediyi kimi də olur və o məhv edilir. Bu məsələnin  şərhi 
gələcək bəhslərimizdə veriləcək. 
Xüsusən, “Maidə” surəsinin 41-ci ayəsini bu ayənin kənarında 
qoysaq, mətləb daha da aydın olacaq. Nəticədə, rəvayət, tarixdə qeyd 
edilənlər və təfsirçilərin düşüncə və söylədikləri nəzərə alınmadıqda 
belə, yuxarıdakı ayənin Əmirəl-mömininin (ə) vilayətinə dəlalət etdiyi 
məlum olur. 
Sual:
 Bu ayədə bəyan edilən mühüm məsələ İslam və müsəlmanların 
iki böyük düşməninin – yəhudi və məsihilərin – təhlükəsi ola bilərmi? 
Onlar daimi olaraq İslamın müqabilində dayanmış, müsəlmanlar 
və  İslamın inkişafına maneə hesab edilmişlər. Belə olduğu təqdirdə, 
ayənin vilayətlə rabitəsi varmı? 
Cavab:
 Tarixlə azacıq tanışlığı olan kəslər bilirlər ki, hicrətin 
onuncu ilində artıq yəhudi və nəsrani (məsihi) məsələsi həll olunmuş 
və müxtəlif yəhudi qəbilələrinin – Bəni-Qüreyzə, Bəni-Nəzir, Bəni-
Qəynuqa, Xeybər yəhudiləri və digərləri ilə  nəsranilər – kitabı 
bağlanmışdı. Onların hamısı ya müsəlmanlara təslim, ya da hicrət 
etməyə məcbur olmuşdular. Nəticədə, “Maidə” surəsinin 41-ci ayəsində 


          14             
                                            
Əbülqasim Əlyan Nejadi
nazil olunanlara uyğun olaraq, Peyğəmbərin (s) qorxu və  həyəcanı 
İslamdan kənar olanlardan deyil, müsəlman və iman gətirənlərdən idi. 
Bu baxımdan, ayəni yəhudi və  nəsranilərlə  əlaqədar təfsir etmək 
düzgün deyil və Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayətindən 
başqa, ayəni digər məsələlərlə əlaqələndirərək təfsir etmək yanlışdır. 
Beləliklə, xatırlatdığımız ayə yuxarıda qeyd edilən şərh və izahlara 
əsasən, həzrət Əli ibn Əbu Talibin (ə) xilafət və vilayətini inkar edərək 
danan kəslər üçün tutarlı və möhkəm dəlil və cavabdır. 
İkinci yol: “Təbliğ” ayəsini rəvayətlər 
sayəsində təfsir etmək
Ayəni təfsir etməkdə ikinci yol onun nazilolma səbəbi ilə bağlı 
qeyd edilən hədis və rəvayətlər, İslam alim və təfsirçilərinin nəzərləri
eyni zamanda, İslam tarixindən yardım almaqla təfsir edilməsidir. 
İslamın  əvvəllərində yaşamış  hədis söyləyənlərin (mühəddislər) 
əksəriyyəti qeyd edilən ayənin Əmirəl-möminin Əlinin (ə) barəsində 
nazil olduğuna inanırlar. Həmin alimlər aşağıdakılardır: 
1.  İbn Abbas – ravi, tanınmış  təfsirçi və  vəhyin katıbidir (vəhyi 
yazan) və əhli-sünnə və şiə tərəfindən qəbul edilir. 
2. Cabir ibn Abdullah Ənsari – hər iki məzhəb tərəfindən qəbul 
edilən və tanınmış şəxsdir. 
3. Əbu Səid Xudri – Peyğəmbərin (s) böyük səhabələrindən və ən 
çox ehtiram edilən şəxslərdəndir. 
4. Abdullah ibn Məsud – vəhyi yazanlardan və Qurani-Kərimin 
təfsirçilərindən biri. 
5. Əbu Hüreyrə – əhli-sünnə nəzərində çalışqan ravilərdən hesab 
olunur. 
6-7. Hüzeyfə və Bərra ibn Azib – İslam Peyğəmbərinin (s) tanınınmış 
iki səhabəsi və s. tanınmış alimlər. 
Digər Peyğəmbər (s) tərəfdarları da yuxarıdakı ayənin həzrət Əlinin 
(ə) vilayəti barədə nazil olduğunu demişlər. 
Adları çəkilən bəzi şəxslərin nəql etdikləri rəvayətlərin sənədinin 
müxtəlif nəqledilmə vasitələrinin olmasına diqqət edilməlidir. Məsələn, 
yuxarıdakı rəvayət İbn Abbas və Cabir ibn Abdullah Ənsaridən on bir 
vasitə ilə nəql edilmişdir. 
Əhli-sünnə  təfsirçilərinin bir qrupu da həmin rəvayəti  Əmirəl-
mömininin (ə) vilayətinə aid olduğunu nəql etmişlər və buna Süyutinin 
“Durrul-mənsur” kitabı, cild 2, səh. 298; Əbülhəsən Vahidi Nişapurinin 
“Əsbabun-nuzul” kitabı, səh. 150; Şeyx Məhəmməd  Əbduhun “Əl-
Mənar” kitabı, 6-cı cild, səh. 120; Fəxri Razi “Təfsire kəbir” kitabı və 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə