Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə5/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   ...   112

          18             
                                            
Əbülqasim Əlyan Nejadi
Həqiqətdə, burada Hicaz camaatını bir-birlərindən ayıran dörd yol 
vardı. Mədinəyə tərəf gedən yol şimala, İraqa gedən yol şərqə, Misirə 
tərəf gedən yol qərb və Yəmənə gedən yol isə cənuba tərəf idi. Həmin 
dörd yol ayrıcında bu əzəmətli səfərin sonuncu xatirəsi və ən mühüm 
hissəsi həyata keçirilməli və müsəlmanlar Peyğəmbərin (s) sonuncu və 
həqiqətdə, onun risalətinin müvəffəqiyyəti hesab edilən göstərişinin 
nə olmasını bilməli və sonra bir-birlərindən ayrılmalı idilər. 
Cümə axşamı  və hicrətin onuncu ili idi və eynilə, Qurban 
bayramından səkkiz gün keçirdi. Gözlənilmədən Peyğəmbər (s) 
tərəfindən dayanmaq əmri verildi. Müsəlmanlar uca səslə öndə 
gedənləri geri qayıtmağa səsləyir və geridə qalanların da onlara 
gəlib yetişməsini gözləyirdilər. Günəş zenit nöqtəsindən keçmişdi. 
Peyğəmbərin (s) müəzzini “Allahu əkbər” sədası ilə camaatı zöhr 
namazına çağırır və camaat da tələsərək namaza hazırlaşırdılar. Hava 
o qədər isti idi ki, onlar məcburən əbalarının bir ətəyini ayaqları altına 
və digər  ətəyini isə başları üstünə atır və bu yolla səhranın qaynar 
və  qızmar çınqıllarının istisindən və günəşin yandırıcı  şüalarından 
qorunmağa çalışırdılar. 
Səhrada qızmar isti ilə mübarizə aparan bir neçə çılpaq ağaclardan 
başqa, nə bir kölgəlik və  nə  də bir ağac və yaşıllıq gözə  dəymirdi. 
Camaatın bir qismi həmin ağaclara pənah aparmış  və  ağacın başına 
parça bağlayaraq Peyğəmbər (s) üçün kölgəlik düzəltmişdilər, lakin 
əsən isti küləklər günəşin hərarətini bu kölgəliyə daxil edir və yayırdı. 
Zöhr namazı bitdi. 
Müsəlmanların tez bir zamanda özləri ilə daşıdıqları kiçik alaçıq 
və xeymələrə  pənah aparmaq qərarına gəlməsinə baxmayaraq, 
Peyğəmbər (s) onlara uzun və müfəssəl olacaq bir xütbəsində yeni 
ilahi mesajı dinləmək üçün hazır olmalarını söylədi. Uzaqda olan 
kəslər o həzrətin ruhani və mənəvi simasını görə bilmirdilər. Nəticədə, 
dəvələrin palanından hündür bir minbər düzəltdilər və Peyğəmbər 
(s) onun üzərinə  çıxdı. Peyğəmbər (s) əvvəlcə, Allaha həmd və  şükr 
etdi və özünü Allaha tapşırdıqdan sonra, camaata xitab edərək sözə 
başladı: “Mən tezliklə Allahın dəvətini qəbul edərək sizin aranızdan 
ayrılacağam. Həm mən, həm də siz məsuliyyət daşıyırsınız. Siz mənim 
barəmdə necə  şəhadət verəcəksiniz?” Camaatın səsi ucaldı  və onlar 
dedilər: 
ًايرَﺧ ُﻪﻠﻟا َكاﺰَﺠَﻓ  َتْﺪَﻬَﺟَو  َﺖْﺤ َﺼَﻧَو  َﺖْﻐﱠﻠَﺑ ْﺪَﻗ َﻚﱠﻧَأ ُﺪَﻬ ْﺸَﻧ
“Şəhadət veririk ki, sən risalət vəzifəsini təbliğ etmiş, xeyirxahlığı 
bizə  nəsihət edərək hidayətimiz üçün bütün təlaş  və  fəaliyyətini 


                                                                                                  19
əsirgəməmisən. Allah sənə xeyir bəxş eləsin!” 
Peyğəmbər (s) sözünə davam etdi ki, siz Allahın yeganəliyinə, 
peyğəmbərliyimin həqiqi və doğruluğuna, qiyamət günü və ölülərin 
dirildilməsinə (məada) şəhadət verirsinizmi? Hamı bir ağızdan “Bəli, 
şəhadət veririk!” – dedi. Peyğəmbər (s) söylədi ki, ilahi, şahid ol! Sonra 
buyurdu: “Ey camaat, mənim səsimi eşidirsinizmi?” “Bəli!”– dedilər. 
Sonra aralığa sükut çokdü və küləklərin vıyıltısından başqa, bir şey 
eşidilmədi. 
Peyğəmbər (s) buyurdu: “Sizin aranızda yadigar qoyacağım iki 
dəyərli və qiymətli  əmanətlə necə  rəftar edəcəyinizə diqqət edin!” 
Camaatın arasından bir nəfər dilləndi ki, hansı iki əmanət, ey Allahın 
Peyğəmbəri? Peyğəmbər (s) fasiləsiz olaraq cavab verdi: “Birincisi, 
“böyük  əmanət”dir ki, Allahın kitabıdır və onun bir ucu Allahın 
ixtiyarında, digər ucu isə sizin əlinizdədir. Ondan möhkəm yapışın 
ki, yoldan azmayasınız, amma ikincisi, “kiçik əmanət”dir və o, mənim 
xanədanımdır. Hər şeydən agah olan Allah mənə xəbər vermişdir ki, 
onların heç biri cənnətdə mənə qovuşana qədər bir-birindən ayrılmaz. 
Onlardan nə önə keçməyin, nə də geri qalmayın, yoxsa, hər iki halda 
həlak olarsınız!”
Sonra camaat Peyğəmbərin (s) ətrafa baxaraq sanki kimi isə 
axtardığını müşahidə elədi. Gözləri həzrət  Əliyə  (ə) sataşdıqda, onu 
yanına çağıraraq  əlindən tutdu və  əlini o qədər yuxarı qaldırdı ki, 
paltarının qoltuğunun alt hissəsi görsəndi və camaat onun İslamın 
məğlubedilməz döyüşçüsü  Əli (ə) olduğunu görüb tanıdı. Bu yerdə 
Peyğəmbərin (s) mübarək səsi daha da yüksələrək ucaldı və o həzrət 
buyurdu: 
ْﻢِﻬ ِﺴُﻔْﻧَأ ْﻦِﻣ َينﻨِﻣﺆُﳌﺎِﺑ  ِسﺎّﻨﻟا  َﱃْوَأ ْﻦَﻣ  ُسﺎّﻨﻟا ﺎَﻬﱡﻳَأ
“Ey insanlar (ey camaat)! Kim möminlərə onların özlərinə nisbətdə 
daha övla və üstündür?” 
Dedilər ki, Allah və onun Rəsulu (s) daha yaxşı biləndir. Peyğəmbər 
(s) buyurdu: “Allah mənim mövlam və rəhbərim və mən də möminlərin 
mövla və  rəhbəriyəm, həmçinin, onlara nisbətda özlərindən daha 
üstünəm (mənim istəyim onların istəyindən üstündür).” Sonra isə 
buyurdu: 
ُهﻻْﻮَﻣ ﱞ ِﲇَﻌَﻓ ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻤَﻓ
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” 
O həzrət bu sözləri üç dəfə, bəzi mühəddislərin nəqlinə  əsasən, 
dörd dəfə təkrar etdikdən sonra üzünü asimana tərəf tutaraq bu cür 


          20             
                                            
Əbülqasim Əlyan Nejadi
dedi: 
  ْلُﺬْﺧاَو ﻩَ َﴫَﻧ ْﻦَﻣ ْ ُﴫْﻧاَو ﻪ َﻀَﻐْﺑَأ ْﻦَﻣ  ْﺾِﻐْﺑَاَو ُﻪﱠﺒَﺣَأ ْﻦَﻣ  ّﺐِﺣَأَو ُهادﺎﻋ ْﻦَﻣ ِدﺎﻋَو ُهﻻاو ْﻦَﻣ ِلاو ﱠﻢُﻬّﻠﻟَا
َراد  ُﺚْﻴَﺣ ُﻪَﻌَﻣ  ﱠﻖَﺤْﻟا ِرِدَأَو ُﻪَﻟَﺬَﺧ ْﻦَﻣ
“İlahi! Onun dostlarını özünə dost və düşmənlərini də düşmən tut! 
Onu sevən kəsləri sev və ona qəzəbli olanlara qəzəbli ol! Ona kömək 
edənlərə kömək və xar etməyə çalışanları xar və zəlil et! Onu həmişə 
haqq ilə birgə et və haqdan ayırma!” 
Sonra sözünə belə davam edir: 
َﺐِﺋﺎـﻐْﻟا ُﺪِﻫﺎـ ّﺸﻟا ِﻎُﻠْﺒَﻴْﻠَﻓ ﻻَأ
“Bilin ki, burada olanlar olmayanlara bu xəbərləri çatdırmaqda 
vəzifəlidirlər.” 
Peyğəmbərin (s) xütbəsi sona çatır. Camaatın, Peyğəmbər (s) və 
Əlinin (ə) üz-gözündən tər axırdı və hələ camaat sıraları pozulmamış 
və bir-birlərindən ayrılmamışdı ki, Allah vəhyinə  əmanətdar olan 
Cəbrayıl nazil olur və Peyğəmbərə (s) bu ayəni oxuyur: 
...ﻰﺘَﻤْﻌِﻧ ﻢُﻜْﻴَﻠَﻋ  ُﺖْﻤَ ْتمَأَو ْﻢُﻜَﻨﻳِد ْﻢُﻜَﻟ  ُﺖْﻠَﻤْﻛَأ َمْﻮَﻴْﻟَا
“Bu gün sizə dini kamil etdim və nemətimi tamamladım!” 
Peyğəmbər (s) dedi: 
يﺪْﻌَﺑ ْﻦِﻣ ﱟﲇَﻌِﻟ ِﺔَﻳﻻِﻮْﻟاَو ﻲِﺘَﻟﺎَﺳِﺮِﺑ  ﱢبﱠﺮﻟا  َﴈِرَو ﺔَﻤْﻌﱢﻨﻟا  ِمﺎ ْتمِاَو ِﻦْﻳﱢﺪﻟا ِلماْﻛِا  َﲆَﻋ ُ َﱪْﻛَأ ُﻪﻠﻟا ،ْ َﱪْﻛَأ ُﻪﻠﻟا
“Bizim üçün dinini kamil və nemətlərini tamamlayan Allah böyük və 
ucadır. O, mənim risalətim və məndən sonra Əlinin vilayətinə razıdır.”
Bu zaman camaat arasında böyük bir təlatüm və hərəkətlilik olur 
və onlar həzrət Əlini (ə) bu münasibətlə təbrik edirlər. Təbrik deyənlər 
arasında  Əbu Bəkr və Ömər də vardı  və onlar camaatın hüzurunda 
belə deyirdilər: 
ﺔَﻨِﻣﺆُﻣَو ﻦِﻣﺆُﻣ  ﱢﻞُﻛ ﻻْﻮَﻣَو َيﻻْﻮَﻣ  َﺖْﻴ َﺴْﻣَأَو  َﺖْﺤَﺒ ْﺻَأ ﺐِﻟﺎﻃ بيَأ َﻦْﺑا ﺎَﻳ َﻚَﻟ ّﺦَﺑ ّﺦَﺑ
“Əhsən sənə, ey Əbu Talibin oğlu! Sən bu gündən etibarən, bizim və 
bütün mömin və möminələrin (iman gətirən kişi və qadınların) rəhbər 
və mövlasısan!”
Elə bu zaman İbn Abbas deyir ki, Allaha and olsun, bu əhdi-
peyman hamımızın boynunda qalacaq və hamımız bu barədə 
məsuliyyət daşıyırıq. Sonra tanınmış və məşhur şair Həssan ibn Sabit 
Peyğəmbərdən (s) bu münasibətlə  şeir deməsi üçün icazə istədi və 
şeirə başladı: 
ًﺎﻳِدﺎﻨُﻣ ِلﻮُﺳﱠﺮﻟﺎِﺑ ْﻊِﻤْﺳَاَو ﱟﻢُﺨِﺑ             ْﻢُﻬﱡﻴﺒَﻧ ِﺮﻳﺪَﻐْﻟا َمْﻮَﻳ ْﻢِﻬْﻳِدﺎﻨُﻳ


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə