Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   ...   112

                                                                                                  21
ﺎﻴِﻣﺎﻌﱠﺘﻟا َكﺎﻨُﻫ اوُﺪْﺒَﻳ ْﻢَﻟَو اﻮُﻟﺎﻘَﻓ            ؟ْﻢُﻜﱢﻴﺒَﻧَو ُﻢُﻛﻻْﻮَﻣ ْﻦَﻤَﻓ  َلﺎﻘَﻓ
ًﺎﻴ ِﺻﺎﻋ ِﺔَﻳﻻَﻮْﻟا ﰱ ﺎّﻨِﻣ  ِﻖْﻠَﺗ ْﻢَﻟَو             ﺎـﻨﱡﻴِﺒَﻧ  َﺖـْﻧَاَو ﺎـﻧﻻْﻮـَﻣ َﻚُﻬـﻟِا
ًﺎﻳِدﺎﻫَو ًﺎﻣﺎﻣِا ىﺪْﻌَﺑ ْﻦِﻣ َﻚُﺘﻴﺿَر               ﻰﻨﱠﻧِﺎَﻓ ﱞ َﲆَﻋ ﺎﻳ ْﻢُﻗ ُﻪَﻟ  َلﺎﻘَﻓ
ﺎﻴِﻟاﻮُﻣ قْﺪ ِﺻ َعﺎﺒْﺗَا ُﻪَﻟ اﻮُﻧﻮُﻜَﻓ             ُﻪﱡﻴِﻟَو اﺬﻬَﻓ ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻤَﻓ
ًﺎﻳِدﺎﻌُﻣ ًﺎّﻴِﻠَﻋ ادﺎﻋ ىﺬﱠﻠِﻟ ْﻦُﻛَو               ُﻪﱠﻴِﻟَو ِلاَو ﱠﻢُﻬّﻠﻟَا ﺎﻋَد َكﺎﻨُﻫ
Şeirin oxunuşu: 
Yunadihim yəvməl-ğədiri nəbiyyəhum,
Bixummin və əsmi bir-rəsuli munadiyən. 
Fəqalə, fəmən məvlakum və nəbiyyikum?
Fəqalu və ləm yəbdu hunakət-təamiyən,
İlahukə məvlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vilayəti asiyən. 
Fəqalə ləhu qum, ya Əliyyu, fə innəni,
Rəziytukə min bədi imamən və hadiyən,
Fəmən kuntu məvlahu, fə haza vəliyyəhu
Fə kunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə,vali vəliyyuhu,
Və kun lilləzi əda Əliyyən muadiyən!
Şeirin tərcüməsi:
Qədir-Xumda Peyğəmbərin nidası,
Yayıldı carçısıyla hər sədası. 
Dedi: “Kimdir sizin mövla, nəbiniz?” 
Bir ağızdan: “Allah bizim Rəbbimiz!
Ondan sonra sən də Peyğəmbərimiz!
Vilayətə asi olmaz heç birimiz!” 
Peyğəmbərin Əliyə buyruğuyla: 
Qalx ayağa həqiqət sorağıyla!
Məndən sonra imam, hidayətçisən,
Camaatın mövla və rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma, 
Allahdan əmanət qoyduqlarıma!
İlahi, özün sev onu sevəni,
Düşməninə düşmən olsan, var yeri. 
Bu,  əhli-sünnə  və  şiə alimlərinin öz kitablarında qeyd etdikləri 
Qədir-Xum hadisəsinin xülasəsi idi. 


          22             
                                            
Əbülqasim Əlyan Nejadi
Təkmilləşdirici bəhs
1. “Qədir” hədisindəki “vilayət” və “mövla” 
sözlərinin təfsiri
İcmali  şəkildə mütəvatir olan “Qədir” hədisi ilə tanış olduq və 
Peyğəmbərin (s) bütün kitablarda qeyd edilmiş 
ُﻩﻻْﻮَﻣ ﱞﻰِﻠَﻌَﻓ ُﻩﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻣ 
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” məşhur kəlamı 
bir çox həqiqətləri üzə çıxardı. Bir çox əhli-sünnə müəllifləri buradakı 
“mövla” sözünün “dost və tərəfdar” mənasında təfsir edilməsinə israr 
edirlər, çünki bu sözün məşhur mənalarından biri də odur və biz də 
həmin sözün bir mənasının “dost və tərəfdar” olduğunu qəbul edirik. 
Amma işin içində çoxlu sayda şahidlər var ki, yuxarıdakı  hədisdə 
işlənən “mövla” sözünün “rəhbər”, “vəli” və “qəyyum” mənalarında 
olduğunu bildirir. Xülasə şəkildə həmin şahidləri nəzərinizə çatdırırıq: 
1. Həzrət Əlinin (ə) bütün möminlərlə dostluğu məsələsi o qədər 
də gizli və pünhan bir məsələ deyildi ki, bu qədər təkidə, böyük qəflə-
qatardan ibarət camaatın yandırıcı günəş altında və quru olan çöllü 
biyabanda saxlanılması və uzun-uzadı xütbə edilməsi və onlardan bir-
birinin ardınca beyət alınmasına ehtiyaclı olsun. Quranda açıq-aşkar 
belə bildirilir: 
 ٌةَﻮْﺧِا َنﻮُﻨِﻣﺆُﻤْﻟا ﺎَ ﱠنمِإ
١
“Həqiqətən, möminlər bir-biri ilə qardaşdırlar.”
Həmçinin, digər ayədə buyurulur: 
ﺾْﻌَﺑ ُءﺎﻴِﻟْوَا ْﻢُﻬ ُﻀْﻌَﺑ  ُتﺎﻨِﻣْﺆُﻤْﻟاَو َنﻮُﻨِﻣﺆُﻤْﻟاَو 
٢
"Mömin kişi və qadınlar bir-birinin dostu və vəlisidir." 
Xülasə,  İslamdakı qardaşlıq və müsəlmanların bir-birilə dostluğu 
İslamın  əvvəllərindən mövcud və  aşkar olan məsələlərindən idi ki
Peyğəmbər (s) onu təbliğ  və üzərində  təkid etmişdir. Bundan əlavə, 
qardaşlıq məsələsi Quranda bu qədər  şiddətli ifadələrlə bildirilən 
məsələ deyildi ki, Peyğəmbər (s) onun aşkar və bəyan olunmasından 
xətər və təhlükə hiss etsin (diqqət edin). 
2. Əksər rəvayət mətnlərində qeyd edilmiş.
 ْﻢُﻜِﺴُﻔْﻧَﺃ ْﻦِﻣ ْﻢُﻜِﺑ ﱃْﻭَﺍ  ُﺖ ْﺴَﻟَﺍ 
“ 
Mən sizə sizin özününzdən daha üstün deyiləmmi?” cümləsinin sadə 
1. «Hucurat» surəsi, ayə 10.
2. «Tövbə» surəsi, ayə 71.


                                                                                                  23
bir dostluğun bəyan edilməsi ilə heç bir rabitəsi yoxdur, əksinə həmin 
cümlədən 
“Mənim sizə nisbətdə malik olduğum üstünlük, ixtiyar və 
rəhbərlik, eynilə, Əli (ə) üçün də keçərlidir.”
 – mənası başa düşülür. 
Həmçinin, yuxarıda deyilənlərdən fərqli olaraq bu cümlənin, 
xüsusən,  ﹾ
ﻢُﻜ ِﺴُﻔْﻧَﺃ ْﻦِﻣ ْﻢُﻜِﺑ
  (Sizə özünüzə nisbətdə üstünəm) mənasında 
olduğu halda, başqa cür təfsir edilməsi həqiqət və insafdan uzaqdır. 
3. Camaatın, eyni zamanda, Əbu Bəkr və Ömərin həmin tarixi hadisə 
ilə  həzrət  Əliyə  (ə) təbrik deməsi də, məsələnin təbrik deyilməsinə 
səbəb olan xəlifə  təyinindən başqa, bir şey olmadığına daha yaxşı 
göstəricidir, çünki müsəlmanlara ümümi şəkildə dostluq məsələsinin 
elan edilməsində təbrik deməyə ehtiyac yoxdur. 
İmam  Əhməd Hənbəlinin “Müsnəd”  əsərində belə yazılmışdır: 
“Ömər Peyğəmbərin (s) bəyanatından sonra həzrət  Əliyə  (ə) xitab 
olaraq dedi: 
ﺔَﻨِﻣﺆُﻣَو ﻦِﻣﺆُﻣ  ﱢﻞُﻛ ﱃْﻮَﻣ  َﺖْﻴ َﺴْﻣَأَو  َﺖْﺤَﺒ ْﺻَأ ﺐِﻟﺎﻄﻴﺑَا َﻦْﺑﺎَﻳ ًﺎﺌﻴﻨَﻫ
“Təbrik edirəm, ey Əbu Talibin oğlu! Sən gecə də, gündüz də (bütün 
vaxtlarda) mömin kişi və qadınların vəlisisən.””
1
 
Fəxri Razinin 
َﻚﱢﺑَﺭ ْﻦِﻣ  َﻚْﻴَﻟِﺍ َﻝِﺰْﻧُﺍ ﺎﻣ ْﻎﱢﻠَﺑ ُﻝﻮُﺳﱠﺮﻟﺍ ﺎَﻬﱡﻳَﺃ ﺎـﻳ
 ayəsi barədə yazdığı 
ifadələrdə belə oxuyuruq:
 ﺔَﻨِﻣﺆُﻣَو ﻦِﻣﺆُﻣ  ﱢﻞُﻛ ﱃْﻮَﻣ  َﺖْﻴ َﺴْﻣَأَو  َﺖْﺤَﺒ ْﺻَأ ﺐِﻟﺎﻄﻴﺑَا َﻦْﺑﺎَﻳ ًﺎﺌﻴﻨَﻫ 
“Bu tərtiblə, Ömər həzrət  Əlinin (ə) özü və bütün möminlərin 
mövlası olduğunu hesab edir.”
“Bağdad tarixi” əsərində yuxarıdakı  rəvayət bu şəkildə qeyd 
edilmişdir: 
ﻢِﻠ ْﺴُﻣ  ﱢﻞُﻛ ﱃْﻮَﻣَو َىﻻْﻮَﻣ  َﺖْﺤَﺒ ْﺻَأ !ﺐِﻟﺎﻄﻴﺑَا َﻦْﺑﺎﻳ َﻚَﻟ ّﺦَﺑ ّﺦَﺑ
“Əhsən, əhsən sənə! Ey Əbu Talibin oğlu! Mənim və müsəlmanların 
vəli və mövlası olaraq sübh etdin.”
2
 
“Feyzul-Qədir” və “Əs-Səvaiq” əsərlərində də Ə bu  Bəkr və Ömərin 
– onların hər ikisinin belə təbrik dediyi yazılmışdır: 
ﺔَﻨِﻣﺆُﻣَو ﻦِﻣﺆُﻣ  ﱢﻞُﻛ ﻻْﻮَﻣ ﺐِﻟﺎﻄﻴﺑَا َﻦْﺑﺎَﻳ  َﺖْﻴ َﺴْﻣَأ
“Ey Əbu Talibin oğlu! Bütün mömin və möminələrin vəlisi olaraq 
gecəni başa vurdun!”
3
1.  Əhməd ibn Hənbəl, «Müsnəd», c.4, səh. 281 («Fəzailul-xəmsə», c.4, səh. 432-də  nəql 
edilənlərə uyğun olaraq). 
2. «Bağdad tarixi», c.7, səh. 290.
3. «Feyzul-Qədir», c.6, səh. 217 və «Əs-Səvaiq», səh. 107.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə