Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə7/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   2   3   4   5   6   7   8   9   10   ...   112

          24             
                                            
Əbülqasim Əlyan Nejadi
Deməsək də aydındır ki, möminlərin arasında mövcud olan sadə 
bir dostluq üçün bu qədər təşkilatçılıq və toplanmaya ehtiyac yoxdur 
və  həmin məsələ xilafət mənasını bildirən vilayətdən başqa, digər 
məsələ ilə uyğun gəlmir. 
4. Həssan ibn Sabitdən nəql etdiyimiz şeir də  aşkar olan 
müddəamızın doğruluna digər bir dəlildir (onu yenidən mütaliə 
etməyiniz xahiş olunur).
2. “Məaric”surəsinin ayələri “Qədir” 
hadisəsinin təsdiqləyicisidir
Mühəddis və təfsirçilərin çoxu “Məaric” surəsinin ilkin ayələrinin
1
 
nazilolma səbəbi haqqında bəzi məsələləri nəql etmişlər ki, xülasəsi 
belədir: 
İslam Peyğəmbəri (s) həzrət Əlini (ə) “Qədir-Xum”da xilafətə təyin 
edərək onun barəsində buyurmuşdur: 
ُهﻻْﻮَﻣ ﱞ ِﲆَﻌَﻓ ُهﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻣ
“Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
Çox keçmədən bu məsələnin xəbəri ətrafa yayıldı və münafiqlərdən
2
 
olan Neman ibn Haris Fəhri Peyğəmbərin (s) hüzuruna gələrək dedi: 
“Sən bizə  əmr etdin ki, Allahın birliyi və  sənin risalətinə  şəhadət 
verək, biz də  şəhadət verdik, sonra namaz, zəkat, oruc və cihada 
göstəriş verdin, onların da hamısını  qəbul etdik, lakin sən bunlarla 
razı qalmayaraq bu cavanı (həzrət Əliyə (ə) işarə edir) özünə canişin 
təyin elədin və dedin ki, mən kimin mövlasıyamsa, bu Əli (ə) də onun 
mövlasıdır 
(ﻩﻻْﻮَﻣ ﱞﻰِﻠَﻌَﻓ ُﻩﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ ْﻦَﻣ)
 Bu iş Allah tərəfindən idi, yoxsa, öz 
tərəfindən?” Peyğəmbər (s) buyurdu: “Ondan başqa, məbud olmayan 
Allaha and olsun ki, Allah tərəfindəndir.” Neman ibn Haris üzünü 
çevirərək dedi: “İlahi!  Əgər bu sözlər doğrudursa, asimandan mənə 
tərəf daş yağdır!”
Gözlənilmədən başına asimandan bir daş düşərək onu öldürdü və 
(Kafirlərdən biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə 
üz verəcəyi) barədə soruşdu)
 
ﻊِﻗﺍﻭ ﺏﺍﺬَﻌِﺑ ٌﻞﺋﺎﺳ َﻞَﺌَﺳ 
 – ayəsi nazil oldu.
Yuxarıda qeyd etdiklərimiz  Əbülqasim Həskaninin “Məcməul-
 
 ﻊﻗﺍﻭ ﺏﺍﺬﻌﺑ ﻞﺋﺎﺳ ﻞﺌﺳ * ﻊﻓﺍﺩ ﻪﻟ ﺲﻴﻟ ﻦﻳﺮﻓﺎﻜﻠﻟ * ﺝﺭﺎﻌﳌﺍ ﻱﺫ ﷲﺍ ﻦﻣ 

“(Kafirlərdən) biri baş verəcək əzab (qiyamət əzabının nə vaxt və kimə üz verəcəyi) barədə 
soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr 
sahibi olan Allahdandır!”
1.
2.

Bəzi rəvayətlərdə “Haris ibn Neman” və bəzilərində “Nəzr ibn Haris” kimi qeyd edilmişdir.


                                                                                                  25
bəyan” əsərində nəql etdiklərinə uyğundur.
1
 Bu məzmunu əhli-sünnə 
təfsirçi və hədis ravilərinin əksəriyyəti – Qurtubi məşhur təfsirində
2

Alusi “Ruhul-məani”
3
 və Əbu İshaq Sələbi kimilər də öz təfsirlərində
4
 
azacıq bir fərqlə – nəql etmişlər. 
Əllamə  Əmini “Qədir” kitabında bu rəvayəti  əhli-sünnənin otuz 
nəfər alimindən (sənəd və sözlərini olduğu kimi) nəql etmişdir, o 
cümlədən: Həmyuni “Sireye Hələbi” və “Fəraidus-səmtəyn”,  Şeyx 
Məhəmməd Zərəndi “Durrus-səmtəyn”,  Şəmsəddin  Şafei “Siracul-
munir”, Süyuti “Şərhu camius-səğir”, Hafiz  Əbu Übeyd Hərvi 
“Təfsiru  ğəribil-Quran”,  Əbu Bəkr Nəqqaş “Təfsiru  şəfais-sudur” 
və digərləri də öz kitablarında həmin rəvayəti qeyd etmişlər. Həzrət 
Əlinin (ə) digərlərindən fəzilətli olmasını görməzdən gəlmək üçün bu 
rəvayəti qəbul edən bəzi təfsirçi və hədissöyləyənlər onun nazilolma 
səbəbinə müxtəlif iradlar tutmuş  və  həmin iradlardan ən mühümü 
olan dördünü “Əl-Mənar” təfsirinin müəllifi  və digərləri yuxarıdakı 
rəvayəti qeyd etdikdən sonra bu cür bəyan etmişlər: 
Birinci irad
 – “Məaric” surəsi Məkki (Məkkədə nazil olan) surədir 
və onun Qədir-Xum hadisəsilə uyğunluğu yoxdur. 
Cavab: 
Surənin Məkki olması onun bütün ayələrinin Məkkədə nazil 
olması demək deyil. Quranın bir çox surələri Məkki adlandırılaraq 
bütün Quran nüsxələrində  Məkki kimi qeyd edilmişdir, lakin onun 
ayələrinin çoxu Mədinədə nazil olmuşdur və əksinə, Quranda Mədəni 
(Mədinədə nazil olan) surələr adı ilə qeyd edilən surələrdən bəzilərinin 
ayələri Məkkədə nazil olmuşdur. Misal üçün, “Ənkəbut” surəsinin 
Məkki olduğunu deyə bilərik. Halbuki, onun on əvvəlki ayəsinin 
Təbərinin məşhur təfsirində, Qurtubinin və digər alimlərin də öz 
təfsirlərində dediklərinə əsasən – Mədinədə
5
 nazil olduğu məlum olur. 
Eyni zamanda, Məkki surəsi kimi tanınan “Kəhf” surəsinin ilk yeddi 
ayəsi də Qurtubi və Süyutinin təfsirlərinə  əsasən, Mədinədə nazil 
olmuşdur və sairə digər hallar da mövcuddur.
6
 
Beləliklə, “Mücadilə” surəsinə  bənzər surələr də ayələri Məkki 
olduğu halda, məşhur nəzərə əsasən, Mədəni hesab edilmişdir, lakin 
1. «Məcməul-bəyan», c.9-10, səh. 352.
2. «Qurtubi» təfsiri, c.10, səh. 6757.
3. «Sələbi» təfsiri, c.29, səh. 52.
4. Şibləncinin «Nurul-əbsar» kitabı, səh. 71-də nəql etdiklərinə uyğundur.
5. «Təbəri təfsiri”, 20-ci cüz, səh. 86; “Qurtubi” təfsiri, 13-cü cüz , səh. 323.
6.
2.
Daha artıq məlumat  əldə etmək üçün «Qədir» kitabının 1-ci cildi və  səh. 256-257-yə 
müraciət edin.


          26             
                                            
Əbülqasim Əlyan Nejadi
bəzi təfsirçilər onun ilk on ayəsinin Məkkədə nazil olduğunu demişlər.
1
 
Xülasə, Quran və  təfsirlərdə  Məkki və ya Mədəni ünvanında qeyd 
edilən çoxlu sayda surələr var ki, həqiqətdə, onların ayələrinin bir 
qısmi digər yerdə nazil olmuşdur. Nəticədə, “Məaric” surəsinin də 
həmin surələrdən olmasında heç bir maneə yoxdur. 
İkinci irad
 – “Qədir” hədisində Haris ibn Nemanın “Əbtəh”də 
Peyğəmbərin (s) xidmətinə yetişdiyi qeyd edilmişdir. Biz bilirik ki, 
Əbtəh Məkkədə olan dərələrdən birinin adıdır. Nəticədə, Məkkə 
və  Mədinə arasında və “Qədir” hədisindən sonra nazil olan ayənin 
onunla heç bir uyğunluğu yoxdur. 
Birinci cavab: 
“Əbtəh” ifadəsi bütün rəvayətlərdə deyil, bəzi 
rəvayətlərdə mövcuddur. İkincisi,  Əbtəh və  Bətha yarılmış olan 
(kanal kimi) yerə deyilir ki, oradan sel axır, həmçinin, Mədinə  və 
digər məntəqələrdə Əbtəh və Bətha adlanan bir çox belə yerlər vardır. 
Maraqlı və diqqəti cəlb edən məsələ ərəb şeirlərində və rəvayətlərdə 
bu sözlərin təkrar-təkrar işlənməsi və ona işarə edilməsidir.
O cümlədən,  Şahabuddin (“Heys və Beys” ləqəbi ilə  də tanınır)
2
 
adlı  məşhur  şair  Əhli-beytə  (ə) yazdığı  mərsiyədə onların qatillərinə 
xitab olaraq belə deyir: 
ُﺢَﻄْﺑَأ  ِمﱠﺪﻟﺎِﺑ  َلﺎـﺳ ْﻢُﺘْﻜَﻠَﻣ  ّماَﻠَﻓ          ًﺔﱠﻴِﺠَﺳ ﺎّﻨِﻣ ُﻮْﻔَﻌْﻟا َنﺎﻜَﻓ ﺎﻨْﻜَﻠَﻣ
٣
 ُﺢَﻔ ْﺼَﻧو اﻮُﻔْﻌَﻧ ى ْﴎَﻻا ِﻦَﻋ ﺎﻧْوَﺪَﻏ          ماَﻟﺎﻃَو ىرﺎﺳُﻻا  َﻞْﺘَﻗ ُﻢُﺘْﻠﱠﻠَﺣَو
“Biz hökmranlıq etdik (Peyğəmbərin (s) Məkkədəki qələbəsinə işarə) 
və bağışlamaq (Peyğəmbərin (s) ümumi əfv fərmanı) bizim fitrətimizdə 
və bizim xüsusiyyətimiz idi. Amma siz qələbə çaldığınızda, qan Əbtəhdən 
axmağa başladı və siz əsirlərin qətlini halal bildiniz, halbuki, biz əsirləri 
əfv edirdik.”
Aydın məsələdir ki, Peyğəmbər (s) Əhli-beytindən (ə) olan böyük 
şəxsiyyətlər  əksərən  İraq, Kərbəla və  Mədinədə  qətlə yetirilmişlər 
və heç vaxt Məkkənin  Əbtəhində qan tökülməmişdir.  Əlbəttə,  Əhli-
1. Fəxri Razinin təfsirinə haşiyə olaraq yazılan «Əbus-Səud» təfsiri, 8-ci cüz, səh. 148 və 
«Siracul-munir», c.4, səh. 310.
2. Şairin adı Səd ibn Məhəmməd ibn Səd ibn Seyfi Təmimi, ləqəbi Şəhabuddindir və Heys 
və Beys kimi tanınmışdır. O, şafei fəqihlərindəndir və bir çox elmləri bilirdi, lakin ədəbiyyat 
və şeirdə daha mahir idi. Onun nə üçün Heys və Beys kimi tanınması barədə yazırlar: “O, 
bir gün camaatı çətinlik və sıxıntıda olduğunu görərək 
 ﺺْﻴَﺑَﻭ ﺺْﻴَﺣ ﻲِﻓ  ِﺱﺎـّﻨﻠِﻟ ﺎـﻣ
«nə hadisə 
baş vermişdir ki, siz giri arçılığa və qaçmağa üz tutmusunuz? “-deyir və elə o 
zamandan bu cür tanınır. O, 554, 574 və ya 577-ci ildə (hicri-qəməri) vəfat etmiş və Qüreyş 
qəbirsanlığında dəfn edilmişdir. “(Reyhanətul-ədəb, c.2, səh. 97).
3. “Əl-Qədir”, c.1, səh. 255.


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə