Imamet indd



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix07.08.2018
ölçüsü3,35 Mb.
#60958
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

                                                                                                  27
bytdən (ə) bəziləri də  Məkkədən iki fərsəx fasilədə olan “Fəxx” 
məntəqəsində  şəhadət  şərbətini içmişlər, halbuki, Əbtəh Məkkənin 
kənarında yerləşirdi. 
Şairlərdən biri də  şəhidlər ağası  və  sərvəri imam Hüseynin (ə) 
mərsiyəsində yazır: 
ِبﺎﻨْﻃَﻻا ُﻊﱠﻄَﻘُﻣ  ﱢﻲِﺒﱠﻨﻟا  َﺖْﻴَﺑ        اﺪـَﻏ ْﺪَﻗ َو ِعﻮـُﺑﱡﺮﻠَﻟ ﴘْﻔَﻧ ﱡنِﺎَﺗ َو
بياوَرَو ﺢِﻃﺎﺑَأ َ ْينَﺑ ُهﻮُﺑَ َﴐ             ﻼَﺑْﺮَﻛ ﰱ ﻰﻔَﻄ ْﺼُﻤْﻟا ِلِﻻ  ٌﺖْﻴَﺑ
“Mən Peyğəmbərin (s), həmçinin, onun Əhli-beytinin Kərbəlada 
Əbtəh və  təpələr kənarında qurulmuş evinin viran edilməsi və evinin 
xarabalıqları təsirindən nalə edirəm.”
Nəticədə, bir çox şeirlərdə  işlənmiş  “Əbtəh” və ya «Əbateh» 
sözlərinin təkcə  Məkkədə olan xüsusi məntəqələrə aid olmadığı 
anlaşılır. Ümumiyyətlə, “Əbtəh” sözünün Məkkədə olan bir məntəqəyə 
aid olmasına baxmayaraq, onun mə um, misdaq və nümunəsi təkcə 
həmin məntəqəyə şamil deyil. 
3. Bu ayənin özündən əvvəl və sonrakı ayələr 
ilə münasibət və rabitəsi necədir?
Bəzi təfsirçilər bu ayədə gizlənən həqiqətləri görməzdən gəlmək və 
qəbul etməmək üçün digər üzrlər gətirir və deyirlər: “Ayənin  əvvəli 
və sonu əhli-kitab barəsində olduğuna görə, onun vilayət, imamət və 
xilafət məsələləri ilə heç bir münasibəti yoxdur və bu cür ikilik Quranın 
bəlağət və fəsahəti ilə düz gəlmir.” 
Cavab:
 Quran ayələrinin necə toplanması  və  cəm edilməsi ilə 
tanış olan bütün kəslər onun tədricən və müxtəlif münasibətlərlə 
nazil olunduğunu bilirlər. Bu səbəbdən, bir sıra ayələr var ki, onun 
bir qismində hansısa bir döyüş,  şəri hökm və münafiqlərdən, digər 
qismində isə möminlərdən söhbət açılır. Misal üçün, əgə r  siz 
“Nur” sur əsinə  nəzər salsanız, görərsiniz ki, o, “tövhid” və “məad” 
mövzularından tutmuş “zinanın cəzası”, “i ” (böhtan və yalan) və 
“münafiqlər” məsələsinə  qədər müxtəlif və digər mətləbləri  əhatə 
edən hissələrdən ibarətdir (Quranın digər uzun surələri də haradasa
belədir) və bununla yanaşı, surənin hissələri arasında ümumi şəkildə 
bağlılıq və rabitə mövcuddur. Surələrdəki bu cür dəyişiklik Quranın 
tədricən və ehtiyac, zərurətlər və hadisələrin müxtəlifliyinə  əsasən 
nazil olması  səbəbi ilədir.  Əslində, Quran klassik bir kitab deyil ki, 
əvvəlcədən müəyyən edilmiş şəkildə vahid bir mövzunu izləsin. 


          28             
                                            
Əbülqasim Əlyan Nejadi
2 “İKMALUD-DİN” (DİNİN KAMİLLİYİ) 
AYƏSİ
  ُﺖْﻤَ ْتمَأَو ْﻢُﻜَﻨﻳِد ْﻢُﻜَﻟ  ُﺖْﻠَﻤْﻛَأ َمْﻮَﻴْﻟا ِنْﻮ َﺸْﺧاَو ْﻢُﻫْﻮ َﺸْﺨَﺗ َﻼَﻓ ْﻢُﻜِﻨﻳِد ﻦِﻣ ْاوُﺮَﻔَﻛ َﻦﻳِﺬﱠﻟا  َﺲِﺌَﻳ َمْﻮَﻴْﻟا
ﺎًﻨﻳِد َمَﻼْﺳِﻹا ُﻢُﻜَﻟ  ُﺖﻴ ِﺿَرَو ﻲِﺘَﻤْﻌِﻧ ْﻢُﻜْﻴَﻠَﻋ
“Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) 
əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun! Bu gün dininizi 
sizin üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi, İslamın 
mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli adətlərin 
aradan qaldırılması və s.) tamamladım və sizin üçün din olaraq İslamı 
bəyənib seçdim.”
“Maidə” surəsi, ayə 3
Bəhsə qısa bir nəzər
Bu  şərif ayədə müsəlmanlar üçün ən  əzəmətli hesab edilən bir 
gündən bəhs edilir. Elə bir gündən ki, düşmənlərin naümid olması, 
dinin kamilləşməsi, ilahi nemətlərin tamamlanması, Allahın razılığı 
onda baş vermişdir. Həqiqətdə, həmin gün hansı gün idi? Gələcək 
bəhslərimizdə bu suala cavab veriləcəkdir. 


                                                                                                  29
Şərh və təfsir
Nemətlərin tamamlandığı və dinin kamil 
olduğu gün
ْﻢُﻜِﻨﻳِﺩ ﻦِﻣ ْﺍﻭُﺮَﻔَﻛ َﻦﻳِﺬﱠﻟﺍ  َﺲِﺌَﻳ َﻡْﻮَﻴْﻟﺍ
 
“Bu gün kafirlər dininizdən (onu məhv 
edə bilmədikləri üçün) əllərini üzdülər.”
 – Peyğəmbərin (s) peyğəmbər  
seçilməsindən o həzrətin ömürünün sonlarına qədər İslam düşmənləri, 
inadkar və  təəssübkeş kafirlərin müxtəlif döyüşlərdə  İslamla qarşı-
qarşıya gəlməsi və  hər dəfə  məğlub olaraq gələcək döyüşlərə ümid 
bəsləməsinə baxmayaraq, yuxarıdakı ayənin nazil edilməsi sayəsində 
düşmənin bir daha məğlub olması ilə yanaşı, onun gələcək ümidlərinə 
də son qoyacaq hadisə baş verdi. Nəticədə, kafirlər həmişəlik olaraq 
dinin məhv edilməsi və aradan qaldırılmasından məyus oldular. 
ِﻥْﻮَﺸْﺧﺍَﻭ  ْﻢُﻫْﻮَﺸ ْﺨَﺗ  َﻼَﻓ
 
“Onlardan qorxmayın, məndən qorxun!”
 – 
Belə bir gündə böyük qələbə  və nüsrət (yardım)  əldə etdiyiniz üçün 
artıq kafirlər və düşmənlərinizdən qorxmayın, onlar tərəfdən sizi heç 
bir təhlükə  və  xətər gözləmir,  əksinə Allahın  əmr və göstərişləri ilə 
müxalifət etməkdən çəkinin, çünki həmin  şəraitdə Allahdan üzaq 
düşmək və nəfsinizdən qaynaqlanan əsil xətərlə üzləşərsiniz. 
ﻲِﺘَﻤْﻌِﻧ  ْﻢُﻜْﻴَﻠَﻋ  ُﺖْﻤَﻤْ ﺗَﺃَﻭ ْﻢُﻜَﻨﻳِﺩ  ْﻢُﻜَﻟ ُﺖْﻠَﻤْﻛَﺃ َﻡْﻮَﻴْﻟﺍ
 – 
“Bu gün dininizi sizin 
üçün kamil etdim və sizə olan nemətimi (Məkkənin fəthi,  İslamın 
mövqelərinin möhkəmlənməsi, cahiliyyət dövründəki zərərli 
adətlərin aradan qaldırılması  və sair) tamamladım.”
 Belə  əzəmətli 
və  həddən artıq  əhəmiyyət kəsb edən bir gündə baş verən hadisə 
münasibətilə dininiz kamil olmuş  və ilahi nemətlər siz müsəlmanlar 
üçün tamamlanmışdır. 
ﺎًﻨﻳِﺩ  َﻡَﻼْﺳِﻹﺍ  ُﻢُﻜَﻟ   ُﺖﻴ ِﺿَﺭَﻭ
  –
“Sizin üçün din olaraq İslamı  bəyənib 
seçdim.”
 Bu günün əzəməti və baş verən hadisənin əhəmiyyəti o qədər 
böyükdür ki, Allah İslam dinini həmişəlik və əbədi bir din olaraq təsbit 
və onu insanlara təqdim etmişdir. 


Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə