İmamət Sünnülərlə şiələr



Yüklə 0,54 Mb.
səhifə1/4
tarix14.05.2018
ölçüsü0,54 Mb.
#43467
  1   2   3   4

İmamət


Sünnülərlə şiələr arasında Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün xəlifənin olmasında heç bir ixtilaf yoxdur; ixtilaf yalnız bundadır ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xəlifəsi seçki yolu ilə olmalıdır, yoxsa tə`yin edilmə ilə.

Sünnülər deyirlər: Allahın Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tərəfindən tə`yin edilməyə heç bir ehtiyac, lüzum yoxdur xəlifə ümmətin seçkisi ilə müəyyən olunur. Şiələr isə deyirlər ki, xəlifə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in tə`yin etməsindən başqa yolla mümkün deyildir ki, bu da məhz Allah tərəfindən tə`yin olunmadır.

Bu iki nəzəriyyənin arasındakı ixtilafda hakim əql, Allahın Kitabı Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsidir.

A) Əqlin hakimiyyəti (hökmü)


Burada üç dəlil ilə kifayətlənmək olar:

1-Əgər bir nəfər hər hansı bir zavod tə`sis etsə onun məhsulları ən dəyərli, ən bahalı gövhər olsa, onu ixtira etməkdən məqsəd o məhsulun istehsalının davam etməsi, yə`ni, ixtira edənin həm həyatında, həm ölümündən sonra; həm hazır olduğu, həm qaib olduğu vaxt məhsul verməsidirsə, onda həmin zavodun işdən dayanmamağı, o məhsulun əldə edilməsi üçün o zavodun istehsal vasitələrinin hazırlanmasında, onların necə işləməsində çox dəqiq zərif məsələlər nəzərdə tutulmuşdur ki, onların barəsində mə`lumat əldə etmək həmin ixtiraçının yol göstərməsi olmadan müyəssər ola bilməz. Görəsən, inanmaq olarmı ki, o ixtiraçı həmin zavodun istehsal vasitələrinin sirlərini bilən, o vasitələri işlətmə qüdrətinə malik olan bir şəxsi tə`yin etməmiş olsun?! Habelə, o zavodun mühəndisini zavodun əmək istehsal vasitələrindən onların işləmə prinsiplərindən heç bir şey bilməyən camaatın seçkisinə həvalə etsin?!

İlahi qanunlar, sünnələr maarifdəki dəqiqlik zərafət insanın həyatının hər bir sahələrindəki Allah dininin karxanasının «istehsal vasitələridir» onun məhsulları da vücud aləminin ən dəyərli gövhərləridir. Bu da insanın ilahi mə`rifətə nail olmaq, Allaha ibadət etmək, insanın şəhvətinin iffətə, qəzəbinin şücaətə, fikrinin hikmətə çevrilməsi ilə əlaqədar insani kamal, ideal fəzilət, haqq-ədalət əsasında olan ictimaiyyətin icad olunmasından ibarətdir. Görəsən, bunlar yuxarıda qeyd olunan ixtiraçının ixtirasındakı dəqiqliklərdən azdırmı?!

Elə bir kitab ki, Allah-Taala onun tə`rifində buyurur:

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِيَن

Biz bu kitabı sənə nazil etdik, halbuki, hər bir şeyi bəyan edəndir, hidayət rəhmətdir.”

كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ

Bu, sənə doğru nazil etdiyimiz bir kitabdır ki, (onun vasitəsilə) insanları zülmətlərdən nura doğru çıxarasan.

وَمَا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلاَّ لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُواْ فِيهِ

Biz bu kitabı sənə, yalnız buna görə göndərmişik ki, onların ixtilaflı olduqları şeyi onlara bəyan edəsən.”

Bu kitab elə bir bəyanedici istəyir ki, bu kitabın bəyan etdiyi şeyləri ondan çıxara, insanların fikri, əxlaqi əməli zülmətlərini tanıya, onu nur aləminə doğru hidayət edə insanların ixtilaflı olduqları bütün şeylərdə haqq batili ıqlaya bilsin. O ixtilafların sərhədləri məbdə məad barəsində mövcud olan ən dərin ixtilaflardan tutmuş (ən güclü, fitri iste`dada malik olan insanların fikri belə onu həll etməyə şğuldur), misal üçün, iki qadının südəmər bir körpə ilə əlaqədar hər ikisinin ana olduğunu iddia etdiyi məsələlərə qədər olan ixtilaflara qədər davam edir.

Bunu qəbul etmək olarmı ki, bu kitabın insanların tə`lim tərbiyəsində, problemlərin həll olunmasında, ixtilafların aradan qaldırılmasındakı ümumi hidayət tə`limləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in rehləti ilə sona çatmış olsun?!

Görəsən, Allah Onun Peyğəmbəri bu qanunu tə`lim-tərbiyəni müfəssir, müəllim mürəbbi olmadan özbaşına buraxmış, müfəssir, müəllim mürəbbinin tə`yin olunmasını bu kitabın elm, maarif, qanun hökmlərindən xəbərsiz olan avam insanların seçkisinə həvalə etmişdirmi?!

2-İmamət insana rəhbərlik–əslində insan əqlinə rəhbərlik deməkdir. Çünki imamət mövzusunun bəhsi elə bir şəxsdir ki, insanın imamı olsun, insanın insaniyyəti onun əqli fikri ilədir: “Duamətul-insani əl-əqlu” دُعَامَةُ اْلاِنْسَانِ اَلْعَقْلُ insanın sütunu onun əqlidir.

İnsanın xilqət sistemində bədən qüvvələri üzvləri hiss orqanlarının yol göstərməsinə, hərəkət əsəbləri (sinirləri) hiss əsəblərinə tabeçiliyə, xəta (yanlış) düzgün olmaqda hiss orqanlarının yol göstərəni isə insanın əqlidir ki, o da həvayi-nəfs tərəfindən xətaya düçar olmaqla məhdud idraka malik olmaqla kamil bir əqlin rəhbərliyinə ehtiyac duyur ki, insanın dərd dərmanına, nöqsan kamal amillərinə əhatəli (tam agah) olsun, həvayi-nəfsdən xətalardan amanda olsun ki, insan əqlinin onun imamətilə hidayət olunması gerçəkləşsin. Belə kamil bir əqlin barəsində mə`rifət kəsb etməyin yeganə yolu onun Allah tərəfindən təqdim olunmasıdır.

Buna görə imamətin həqiqətinin təsəvvür olunması onun mütəal Allah tərəfindən tə`yin olunmasını təsdiq etməkdən ayrılmaz.

3-İmamət məqamı Allah qanunlarının qorunub-saxlanması, təfsir icra edilməsindən ibarət olduğuna görə, ilahi qanunların təbliğatçısının ismətində deyilən dəlillər, eynilə qanunların qoruqçusu, keşikçisi, müfəssiri icraçısının isməti üçün lazım zəruridir. Mübəlliğdə həvayi-nəfsə itaət etmək xətaya yol vermək be`sətin hidayətdən ibarət olan əsas məqsədini batil etdiyi kimi, qanunların icraçısının həvayi-nəfsə tabe olması, qanunların icrasında təqsir xətaya yol verməsi insanların zəlalətə şməsinə səbəb olar. Mə`sumun tanınması da mütəal Allah tərəfindən yol göstərmə olmadan müyəssər deyildir.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə