|
İmamət Sünnülərlə şiələr
|
səhifə | 4/4 | tarix | 14.05.2018 | ölçüsü | 0,54 Mb. | | #43467 |
| Üçüncü ayə:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
“Ey iman gətirənlər! Allaha, Rəsula və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
Bu şərif ayədə «ulil-əmr» kəlməsi «ər-rəsul» kəlməsinə bağlanmışdır, bağlayıcılıq, «ətiu» kəlməsinin təkrar olunması sayılmağına baxmayaraq, hər iki kəlmədə (ər-rəsul və ulil-əmr) bir dəfə «ətiu» deyilməsi bunu göstərir ki, ulil-əmrə itaət etməyin vacib olması Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-ə itaət etməyin vacib olması ilə eyni qəbildən, bir həqiqətdən ibarətdir və Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə itaət etmək kimi, vacibliyin qeydsiz-şərtsiz olması və vaciblikdə heç bir hədd-hüdudun olmamağı lazımdır. Belə bir vaciblik, vəliyyi-əmr mə`sum olmadan mümkün deyildir. Çünki hər bir kəsə itaət olunması onun Allahın əmr və fərmanları ilə müxalifət etməməyi ilə şərtlənir; və mə`sumun–fərmanı ismətin tələbinə görə–Allahın fərmanı ilə müxalif olmadığına görə ona itaət etməyin vacibliyi də heç bir qeydlə şərtlənmir.
Bunu e`tiraf etmək lazımdır ki, imamət Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dininin bərqərar edilməsi, ümmət sərhədlərinin qorunması kimi işlərdə xilafət və xəlifəliyindən ibarətdir, belə ki, ona tabe olmaq bütün ümmətə vacibdir. Əgər, “Həqiqətən Allah sizi ədalətə və ehsana əmr edir”, «Allah sizi yaxşı işlərə də`vət edir və pis işlərdən çəkindirir» ayələrinin tələbinə görə, vəliyyi-əmr mə`sum olmasa, ona mütləq (qeydsiz-şərtsiz) şəkildə itaət edilməsi Allahın zülm və pis işlərə əmr etməsini, ədalət və yaxşı işlərdən çəkindirməsini lazım tutur. Bundan əlavə, əgər vəliyyi-əmr mə`sum olmasa, mümkündür ki, onun fərmanı Allahın və Rəsulunun fərmanının əksinə olsun. Bu halda Allaha və Peyğəmbərə itaətə əmr etməklə vəliyyi əmrə itaət etmək əmri əslində iki zidd olan şeyə əmr etməkdir ki, bu da qeyri-mümkündür.
Nəticə alırıq ki, vəliyyi-əmrə qeydsiz-şərtsiz olaraq itaət etməyə əmr etmək onların Allahın və Peyğəmbərinin əmrindən çıxmamağına dair dəlildir. Bunun özü də vəliyyi-əmrin ismət məqamında olmağına şahiddir. Mə`sumun tə`yin olunması aşkarda və gizlində olanlara alim olan bir Allahın tərəfindən olmayınca, müyəssər deyildir.
Dostları ilə paylaş: |
|
|