İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
42 
 
3. Dövləəmlakının müsadirə edilməsi 
 
Həmin  illərin  birində  beytül-mal  daşıyan  bir  karvan  Yəməndən  çıxıb 
Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan  mam Hüseyn (ə) 
karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları 
və  digər  yoxsullar  arasında  bölüşdürdü.  Sonra  aşağıdakı  məzmunda 
Müaviyəyə bir məktub yazdı: 
«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif 
parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb Dəməşq xəzinəsinə tökəsə
və  sonra  onları  qarnı  və  cibləri  indiyədək  beytül-mal  yeməkdən  dolan 
qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona 
görə də, onları müsadirə etdim. Vəssəlam!»
1
  
Müaviyə  mamın  bu  hərəkətindən  bərk  narahat  olub  mama  qəzəbli  bir 
məktub yazdı.
2
  
Ş
übhəsiz  ki,  mamın  bu  hərəkəti  Müaviyənin  hökumətinin  qanunsuz  və 
qeyri-şəri  tanıtdırması  yolunda  atılmış  aşkar  addım  hesab  olunur.  Elə  bir 
zamanda da belə bir hərəkəti görməyə  mam Hüseyndən (ə) başqa heç kim 
cürət etməzdi. 
 
Ə
məvilərin iqtidar daxilində nüfuzu 
 
mam  Hüseynin  (ə)  Müaviyə  hökumətinə  qarşı  inqilabının  kökünü 
araşdırarkən  məlum  olur  ki,  Həzrətin  qiyam  etməsinin  əsas  səbəbi  slami 
hökumətin öz əsl xəttindən uzaqlaşması, bunun ardınca bidətlərin yayılması, 
Peyğəmbər (s) sünnəsinin itib batması, fəsad, pozğunluq və  slama zidd olan 
hərəkətlərin artması olmuşdur. 
Bir daha xatırladırıq ki, o vaxt  slam hakimiyyəti və müsəlmanların bütün 
işləri  slamla  zidd  olan  cahil  Bəni–Üməyyə  dəstəsinin  əlində  idi.  Bu  dəstə 
slam Peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin 
fəthində  zahirdə  müsəlman  oldu.  Onlar  öz  küfr  və  münafiqliyini  gizlədib 
Peyğəmbərin (s) vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə 
başlayaraq  yavaş-yavaş  hökumətdə  nüfuz  tapıb  xilafətin  əsas  işlərini  öz 
                                                            
1
 
Hüseynin ə həyatı kitabı, c.2, səh.231 
2
 
  bn Əbil Hədid c.18, səh.409 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
43 
 
ə
llərinə  keçirdilər.  Axırda  da  Həzrət  Əlinin  (ə)  şəhadətindən  sonra  Müavi-
yənin başçılığı ilə hökumət başına gəldilər. 
Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin 
məqsədlərini (daxildən  slama zərbə vurmaq planını və insanları «cahiliyyət» 
dövrünün  adət-ənənələrinə  qaytarmaq  fikirlərini)  üzə  çıxarmadılar,  ancaq 
onların  gördükləri  işlər  bunu  açıq-aşkar  bəyan  edir.  Eləcə  də,  onlar  öz 
aralarında  təşkil  etmiş  və  söz-söhbətlərinin  kənara  çıxmamasını  güman 
etdikləri  məclislərdə  öz  məqsədlərini  açıb  söyləyirdilər.  Misal  üçün  qeyd 
etmək  olar  ki,  bu  dəstənin  başında  duran  Əbu  Süfyan  Osmanın  (Bəni–
Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə 
Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada 
kimsə  var?»  (Artıq  o  vaxt  Əbu  Süfyanın  gözləri  tutulmuşdu.)  Dedilər: 
«Xeyr.» Əbu Süfyan dedi:  
« ndi ki, hökumət sizin əlinizə düşüb, onu bir top kimi bir-birinizə ötürün. 
Çalışın  ki,  hökumət  Bəni–Üməyyədən  qırağa  çıxmasın.  Mən  and  içirəm 
ə
qidə  bəslədiyim  şeyə,  nə  əzab  var,  nə  hesab-kitab,  nə  Cənnət  var,  nə 
Cəhənnəm, nə də Qiyamət.»
1
  
Həmin  bu  Əbu  Süfyan  Osmanın  xəlifəlik  dövründə  bir  gün  Ühüd 
qəbiristanlığının ətrafından keçirdi. O, təpiklə Həmzənin qəbrinə vurub dedi: 
«Dünən  sizinlə  uğrunda  qılıncla  vuruşduğumuz  şey  bu  gün  bizim 
uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»
2
  
 
Müaviyənin  slama zidd olan hərəkətləri 
 
Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən 
biri olan) Müğeyrə ibn Şübə ilə oturub söhbət edərkən özünün  slamı aradan 
aparmaq  arzusunu  açıqlamışdır.  Bu  xəbər  Müğeyrənin  oğlu  Mütərrif 
tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə 
Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla 
söhbət  edərdi.  Qaldığımız  yerə  qayıtdıqda,  onun  ağıl-kamalından  danışar, 
onu  tərifləyərdi.  Ancaq  bir gecə  Müaviyənin  sarayından  qayıdanda  gördüm 
ki, atam bərk narahatdır. Başa düşdüm ki, onun narahatlığına səbəb olan bir 
hadisə  baş  vermişdir.  Narahatlığının  səbəbini  soruşduqda,  mənə  dedi: 
                                                            
1
 
Şə
rhi nəhcül-bəlağə  bn Əbil Hədid, c. 2, səh. 44-45 
2
 
Qamusur-rical, c.10, səh. 80 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
44 
 
«Oğlum, mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: 
«Məgər  nə  olub?»  Cavab  verdi:  «Müaviyə  ilə  tək  oturmuşduq,  ona  dedim: 
“ ndi  ki,  öz  arzuna  çatıb  hökuməti  ələ  keçirmisən,  heç  olmasa  ömrünün 
axırlarında  camaatla  ədalət  və  yaxşılıqla  davran,  Bəni–Haşimlə  bu  qədər 
bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar, bundan da 
ə
lavə,  onlar  indi  elə  bir  vəziyyətdədirlər  ki,  daha  onlardan  sənə  bir  xətər 
yetişməz.» 
 Müaviyə  cavab  verdi:  «Əsla,  əsla!  Əbu  Bəkr  xəlifə  oldu,  ədalətlə 
davrandı,  ölümündən  sonra  təkcə  adı  qaldı.  Ömər  də  on  il  xəlifə  oldu, 
zəhmətlər  çəkdi,  ancaq  ölümündən  sonra  təkcə  qalan  adı  oldu.  Sonra 
şə
rafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O 
ölən  kimi  adı  da  özü  ilə  dəfn  olundu.  Ancaq  slam  aləmində  hər  gün  bu 
Haşimi  kişinin  (Peyğəmbərin  (s))  adını  beş  dəfə  çəkərək  «əşhədu  ənnə 
Muhəmmədən  rəsulullah»  deyirlər.  ndi  (o  üç  nəfərin  adının  itib  batdığı, 
lakin  Məhəmmədin  (s)  adının  yaşadığı)  bu  vəziyyətdə  onun  adını  itirib 
batırmaqdan başqa hansı yol var?» 
Müaviyənin  küfr  simasının  üzərindən  pərdə  götürən  bu  söz  rəvayətçilər 
tərəfindən (Abbasi xəlifəsi) Məmunun qulağına çatdıqda, o,  slam ölkəsinin 
hər tərəfinə əmr verir ki, camaat Müaviyəni lənətləsin.
1
  
Bunlar Əməvilərin  slamı dağıtmaq fikrini və onların mürtəce bir hərəkətə 
başçılıq etdiyini göstərir. 
 
Yezid –  slam cəmiyyətinin nankor siması 
 
Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş, 
slam dini adı ilə camaata başçılıq etmək istəyən Yezidin dinə zərrə qədər də 
olsun etiqadı yox idi. 
Yezid təcrübəsiz, şəhvətpərəst, taətsiz, ehtiyat  və uzaqgörənliyi olmayan 
bir gənc idi. O, ağılsız, qorxu bilməyən, kefcil, əyyaş  və düşüncəsi az olan 
bir  insan  idi.  Hakimiyyətə  gəlməzdən  əvvəl  həvayi-həvəs,  nəfsani  meyllər 
ə
lində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi 
slamın  zahirinə  də  əməl  etmədi.  O,  ruhunun  qorxmazlığı  və  həvayi-nəfs 
nəticəsində  slamın  müqəddəs  işlərini  də  açıqcasına  ayaq  altına  ataraq 
                                                            
1
 
Mürucuz-zəhəb, c.3, səh, 454 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə