.............................................................................................................
İmamların siması tarix guşəsində
15
Peyğəmbərin (s) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin
xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən
Ə
bu Bəkr Peyğəmbərin (s) fərmanını (romalılarla döyüş fərmanını) yerinə
yetirməkdə ikiürəkli idi. (Yəni, bilmirdi romalılarla vuruşsun, yoxsa
vuruşmasın.) Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla
məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri
qane etmədi. Nəhayət Əbu Bəkr Əli (ə) ilə məsləhət etdi. Əli (ə) onu
Peyğəmbərin (s) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki,
ə
gər vuruşsan, qalib gələcəksən. Xəlifə (Əbu Bəkr) mamın onu
ürəkləndirməsindən sevinib dedi: “Yaxşılığa yozdun və xeyirliyə müjdə
verdin. ”
1
Ə
li (ə
) və
ikinci xə
lifə
nin onunla
siyasi mə
slə
hə
tlə
ri
Ə
li (ə) ikinci xəlifənin
dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi.
ndi ikinci xəlifənin Əli (ə) ilə siyasi məsləhətlərindən bir nümunəni sizin
nəzərinizə çatdırırıq:
Hicrətin on dördüncü ili müsəlmanlarla Sasani imperiyası (iranlılar)
arasında Qadisiyyə adlı məntəqədə çox çətin bir döyüş baş verdi. Gərgin
gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu
başçısı Rüstəm Fərruxzad çoxlu sayda döyüşçüsü ilə qətlə yetirildi. Bu
qələbə nəticəsində raq bütünlüklə slamın nəzarəti altına keçdi və Sasani
imperiyasının paytaxtı Mədain şəhəri müsəlmanların əlinə düşdü. ran
döyüşçüləri canlarını qurtarmaq üçün ölkənin içərisinə tərəf geri çəkildilər.
Sasanilər qorxurdular ki, slam ordusu yavaş-yavaş irəliləyib bütün ölkəni
ə
lə keçirə bilərdi. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru
Yəzdigərd, Firuzanın başçılığı altında yüz əlli minlik bir ordu təşkil etdi.
Firuzana tapşırdı ki, müsəlmanların ehtimal verilən hücumunun qarşısını
alsın və vəziyyət yaxşı olarsa, hücuma da əl atsın.
Müsəlmanların ordu başçısı Səd ibn Vəqqas (bir ehtimala görə isə Kufə
hökmdarı Əmmar Yasir) xəlifə Ömərə məktub yazaraq onu düşmənin
hərəkətindən xəbərdar edib bildirdi ki, Kufə ordusu (o vaxtlar slamın əsas
1
Tarixi Yə
qubi c.3, sə
h 39
İmamların siması tarix guşəsində
.....................................................................................................................
16
nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən
hücuma keçməzdən qabaq yaxşı olar ki, biz onları qorxutmaq üçün hücuma
başlayaq.
Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən
xəbərdar etdi.
Xəlifə bildirdi ki, özü, Mədinədən Bəsrə ilə Kufə arasında olan
bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb
xəlifənin fikrini bəyəndiyini bildirdi. Təlhənin sözlərindən xəlifəyə
yaltaqlanması açıq-aşkar hiss olunurdu.
Ondan sonra Osman qalxıb nəinki xəlifənin Mədinədən çıxmaq istəmək
fikrini bəyəndiyini bildirdi, hətta ona belə bir məsləhət verdi: “Şam və
Yəmən ordusuna da məktub yaz ki, öz yerlərini tərk edib xəlifəyə
qoşulsunlar. Beləliklə, böyük bir ordu ilə düşmənlə qarşı-qarşıya çıxa
bilərsən”.
Bu zaman Əli (ə) ayağa qalxaraq buyurdu:
«Bu işin ( slamın) qalib gəlib-gəlməməsi ordunun az ya çox olmasına
bağlı deyil. Bu, Allahın dinidir və O Özü onu qalib edər. O, ordusunu Özü
hazırlayır və onlara da kömək edir. Allah-taala lazım olduğu yerə qədər
slamı gətirib çıxartdı, hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib
gələcəyimizi vəd edib. Biz də bilirik ki, Allah Öz vədinə əməl edib ordusuna
kömək edəcək.
Xəlifənin mövqeyi zəncir halqalarına bənzəyir, xəlifə bu zəncirləri bir-
birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa, dağılıb parça-parça
olacaq, daha onu bir yerə yığmaq da mümkün olmayacaq.
Bu gün ərəb ordusu sayca az olsa da, slam qüvvəsi sayəsində çoxdur və
birlik, vəhdət sayəsində isə əziz və qüdrətlidir.
Buna görə sən (xəlifə) bir dəyirman daşının mərkəzi kimi müsəlmanları
hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən
çıxıb Kufəyə tərəf getsən, ordu künc-bucaqdan dağılaraq sənin ətrafına
toplaşacaq. Belə olduqda da, arxada qalanlar qarşıdakılardan mühüm
olacaqlar.
Ə
gər sabah qeyri-ərəbin gözü sənə sataşsa, deyəcəklər ki, bu, ərəblərin
rəhbəridir. Əgər onu aradan götürsək rahat olacağıq. Bu fikir onları səninlə
mübarizədə daha da həvəsləndirəcək və düşmənin daha ciddi hərəkətinə
səbəb olacaq. Deyirsən, bundan narahatsan, bil ki, Allah bu işdə səndən də
çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır.