İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   2   3   4   5   6   7   8   9   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
18 
 
edərək onu qətlə yetirdilər. Sonra camaat Əlini (ə) Xəlifə məqamında tanıyıb 
ona beyət etdilər. Beləliklə Əlinin (ə) hakimiyyəti Osmanın ölümündən sonra 
başlandı.  Bu,  qabaqkı  hakimiyyətin  əleyhinə  olan  qiyamların  nəticəsində 
oldu. 
 
Üç cəbhədə mübarizə 
 
Ə
linin  (ə)  hakimiyyətinin  əsl  ədalət  əsasında  olduğuna  və  xilafətin  əsl 
slam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, 
bu dəstə Əlinin (ə) hökumətinə qarşı müxalif bir dəstə yaratdı. Bu müxalifət 
sonda  «Nakisin»,  «Qasitin»  və  «Mariqin»  döyüşləri  ilə  nəticələndi.  ndi  də 
həmin döyüşlər barədə ayrı-ayrılıqda qısa məlumat veririk: 
 
Nakisin döyüşü (Cəməl döyüşü)
 
 
Nakisin  döyüşünün  səbəbi  bu  idi  ki,  Təlhə  və  Zübeyr  Əliyə  beyət 
etdikdən  sonra  ondan  Bəsrə  və  Kufə  şəhərlərinə  vali  (başçı)  təyin 
olunmalarını  istədikdə,  mam (ə) onların bu istəyi ilə razılaşmadı. Təlhə və 
Zübeyr  Məkkəyə  getmək  məqsədi  ilə  Mədinəni  gizlicə  tərk  edib  orada 
(Məkkədə)  Bəni-Üməyyə  tərəfindən  qarət  olunmuş  beytül-maldan  istifadə 
edərək ordu yaradıb Bəsrəyə gəldilər. Bəsrəni zəbt edib öz əllərinə keçirdilər. 
Ə
li  (ə)  bu  hadisədən xəbərdar  olub  onları  aradan  götürmək  məqsədilə  ordu 
ilə  Bəsrəyə  tərəf  hərəkət  etdi.  Bəsrə  yaxınlığında  qızğın  döyüş  nəticəsində 
Ə
li (ə) qalib gəldi və «nakisinlər» məğlubiyyətə uğradılar. Bu döyüş hicrətin 
otuz altıncı ilində baş vermişdir. 
 
Qasitin döyüşü (Siffeyn döyüşü)
 
 
Müaviyə  hələ  Əli  (ə)  xəlifə  olmazdan  neçə  il  qabaq  Şamda  özü  üçün 
xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli (ə) xilafətə gəlcək Müaviyənin 
işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin 
edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi. (Müaviyə də 
təbii ki,  mamın fərmanı ilə razılaşmadı). Bu müxalifliyin nəticəsi o oldu ki, 
raq  və  Şam  qoşunları  «Siffeyn»  adlı  bir  çöldə  üz-üzə  gəldilər.  Əlinin  (ə) 
ordusunun  qələbəyə  bircə  addımı  qalmışdı.  Ancaq  Müaviyə  (Əmr  Asın 
köməyilə)  hiylədən  istifadə  edərək  Əlinin  (ə)  ordusunda  təfriqə  və  ixtilaf 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
19 
 
yaratdı.  Nəhayət  Əli  (ə)  ordusunun  təkidi  nəticəsində  məcbur  qalıb  Əbu 
Musa  Əşəri  ilə  (Əlinin  (ə)  tərəfindən)  Əmr  Asın  (Müaviyə  tərəfindən) 
danışıqlarına razı oldu. Belə ki, onlar (Əbu Musa Əşəri və Əmr As)  slam və 
müsəlmanların  məsləhətləri  haqda  araşdırmalar  aparmalı  və  öz  fikirlərini 
bildirməli  idilər.  Əlinin  (ə)  ordusundan  olanların  Əbu  Musa  Əşərini  Əmr 
Asla danışıqlara göndərməsi barədəki təkidləri o dərəcəyə çatmışdı ki, əgər 
Ə
li  (ə)  bununla  razılaşmasaydı,  bəlkə  də  bu  narazılıq  mamın  ölümü  ilə 
nəticələnərdi.  Bunun  da  nəticəsində  müsəlmanlar  böyük  böhranla  üzləşməli 
olardılar. 
Tərəflərin  öz  nəzərlərini  bildirmək  zamanı  çatdıqda  Əmr  As  Əbu  Musa 
Əşə
rini aldatdı və Müaviyənin alçaq niyyətini camaata aşkar etdi. Danışıqlar 
başa  çatdıqdan  sonra  Əlinin  (ə)  ordusundan  bir  dəstəsi  mamın  danışıqları 
qəbul  etməsinə  görə  onunla  müxalifət  etməyə  başladı.  Onlar  mamı 
danışıqlarla razılaşdığına görə tənqidə tutdular. 
Qasitin  döyüşü  hicrətin  otuz  yeddinci  ilində  baş  vermişdir.(Bu  döyüş 
tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur.) 
 
Mariqin döyüşü (Nəhrəvan döyüşü)
 
 
Mariqin  (yolunu  azmışlar)  Əlini  (ə)  Əbu  Musa  Əşəri  ilə  Əmr  Asın 
danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün 
sonra bu dəstə öz işlərindən peşman olub  mamdan danışıqların nəticəsi  ilə 
razılaşmamasını  istədilər.  Ancaq  Əli  (ə)  elə  bir  şəxs  deyildi  ki,  öz  əhdinə 
vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əliyə (ə) qarşı 
ordu  toplamağa  başladı.  Nəhrəvan  adlı  bir  yerdə  Əli  (ə)  tərəfdarları  ilə  bu 
dəstə arasında döyüş baş verdi. Əlinin (ə) ordusu bu döyüşdə də qalib gəldi. 
Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. 
Ə
li  (ə)  nəhayət,  dörd  il  bir  neçə  ay  (9  ay)  hökumətdə  olduqdan  sonra 
hicrətin qırxıncı ili Ramazan ayının on doqquzuncu gecəsi həmin mariqindən 
biri  olan  Əbdürrəhman  ibn  Mülcəm  tərəfindən  (Kufə  məscidində  namaz 
qılarkən) zərbətlənib, iki gün sonra şəhadətə qovuşmuşdur. 
 
 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
20 
 
 
 
 
 
 
 
MAM HƏSƏ
MÜCTƏBA (Ə
 
 
 
 
 
mam Həsənin (ə) həyatı barədə qısa məlumat
 
 
Ə
linin (ə) Peyğəmbərin (s) əziz qızı xanım Zəhra (s.ə) ilə evlənməsinin 
ilk  meyvəsi,  şiələrin  ikinci  mamı  Həzrət  Həsən  Müctəba  (ə)  hicrətin 
üçüncü  ili  ramazan  ayının  on  beşində  Mədinə  şəhərində  dünyaya 
gəlmişdir.  
mam  Həsən  (ə)  öz  cəddinin  dövrünü  çox  görməmişdi.  Çünki  mam 
Həsən (ə) təxminən 7 yaşında olarkən Peyğəmbər (s) dünyadan köçmüşdü. 
Peyğəmbərdən  (s)  sonra  təxminən  30  il  atası  Əli  (ə)  ilə  birgə  olmuşdur. 
Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) 10 il müddətinə qədə
müsəlmanlara  mamlıq  (başçılıq)  etmiş  və  nəhayət  hicrətin  50-ci  ilində 
Müaviyənin  hiyləsi  ilə  qırx  səkkiz  yaşında  zəhərlənmiş  və  şəhadətə 
qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığın-
dadır.
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə