İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
27 
 
Canlı sənə
 
O  dövrün  raq  əhalisinin  pərakəndəliyini  və  camaatın  döyüşə  qarşı 
süstlüyünü,  əslində  heç  kim  mam  Həsənin  (ə)  özündən  yaxşı  bəyan  edə 
bilməz.  mam  Həsən  (ə)  ordusunun  irəlilədiyi  son  məntəqə  olan  Mədaində 
çox geniş və ruhlandırıcı bir çıxış etdi. O, sözlərinin əsnasında buyurdu:  
«Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir 
şə
kk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili 
anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət 
nəticəsində  vəhdət  və  qarşılıqlı  anlaşma  sizdən  uzaqlaşmış,  öz 
müqavimətinizi  itirmiş  və  indi  də  giley-güzar  edirsiniz.  Siffeyn  döyüşünə 
gedəndə dininizin mənfəətini dünya  mənfəətinizə üstün tutdunuz, lakin indi 
isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz 
kimiyik,  ancaq  siz  bizə  qarşı  keçmişdə  olduğunuz  kimi  vəfadar  deyilsiniz. 
Sizlərdən  bəziləri  Siffeyn  döyüşündə,  bəziləri  də  Nəhrəvan  döyüşündə  öz 
qohum-əqrəbasını,  yaxınlarını  itirmişdir.  Birinci  dəstə  öz  ölülərinə  ağlayır, 
ikinci  dəstə  isə  ölülərinin  qan  bahasını  istəyir.  Qalanları  da  bizim 
ə
mrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və 
böyük məqsədimizin əksinə olan bir təklif etmişdir.  ndi əgər Allah yolunda 
ölməyə  hazırsınızsa,  deyin,  onda  mübarizəyə  qalxaq  və  onun  bu  təklifinə 
qılıncla  cavab  verək.  Yox,  əgər  sağ  qalmaq  istəyirsinizsə,  deyin,  onda  bu 
təklifi qəbul edib sizin razılığınızı təmin edək.» 
mamın  sözləri  bu  yerə  çatanda  hamı  bir  ağızdan  biz  yaşamaq  istəyirik, 
biz sağ qalmaq istəyirik– deyə qışqırdı.
1
  
Döyüş  ruhiyyəsindən  məhrum  olmuş  belə  bir  ordu  ilə  mam  Həsən  (ə) 
Müaviyəyə  qarşı  necə  mübarizəyə  girişə  bilərdi?  Müxtəlif  ünsürlü 
dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə 
bilən bir ordu ilə qələbəmi əldə etmək olar?  
 
Ə
hdini danan camaat 
 
Bir  az  bundan  qabaq  deyildiyi  kimi  raq  və  Kufə  camaatı  sözübütöv  və 
mütəşəkkil  deyildi.  Əksinə,  onlar  vəfasız,  etimad  edilməyən  və  hər  gün  bir 
bayraq  altında  yığışan  (külək  hara  əsdi,  ora  meyl  edən),  mövcud  olan 
                                                            
1
 
Usdul-ğabbə.. c.2, səh. 13-14 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
28 
 
vəziyyətdən  və  zəmanənin  qüdrətindən  istifadə  edən  adamlar  idi.  Elə  buna 
görə də,  mamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını 
səfərbər  etməsilə  həmzaman  Kufənin  adlı-sanlı  qəbilələrinin  başçılarından 
bir  neçəsi  mam  Həsənə  (ə)  xəyanət  edərək  Müaviyəyə  məktub  yazıb 
bildirdilər  ki,  onlar  onun  hökumətini  himayə  edirlər.  Onlar  məktubla 
Müaviyəni  məxficə  raqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, 
Müaviyə  raqa yaxınlaşan kimi ya  mam Həsəni (ə) tutub ona verəcək, ya da 
ona sui-qəsd edəcəklər. 
Müaviyə  həmin  məktubları  olduğu  kimi  mam  Həsənə  (ə)  göndərib 
bildirdi ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?
1
  
 
Xain sərkərdə 
 
mam Həsən (ə) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən 
sonra  Übeydullah  ibn  Abbası  on  iki  min  nəfərlik  döyüşçü  ilə  ordunun  ön 
hissəsinə, özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysi 
isə Übeydullaha müşavir və canişin təyin etdi. Belə ki, bu üç nəfərdən birinin 
başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi. 
mam  Həsən  (ə)  qoşunun  hərəkət  edəcək  səmtini  müəyyən  edib  belə 
göstəriş  verdi  ki,  Müaviyənin  qoşunu  ilə  rastlaşdıqda  onların  hərəkətinin 
qarşısını  alıb  mamı  bu  işdən  xəbərdar  etsinlər  və  mam  da  əsas  ordu  ilə 
onlara qoşulsun.
2
  
Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin 
adlı  bir  yerdə  Müaviyənin  ordusu  ilə  üz-üzə  gəldi  və  Übeydullahın  ordusu 
elə oradaca düşərgə saldı. Az bir zamanda  mama xəbər çatdı ki, Übeydullah 
Müaviyədən  bir  milyon  dirhəm  alıb  səkkiz  min  nəfərlə  onun  tərəfinə 
keçmişdir. 
Təbii ki, bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir 
vaxtda  ordunun  döyüş  ruhiyyəsinin  zəifləməsinə  və  mam  Həsənin  (ə) 
nizami  mövqeyinin  bir-birinə  dəyməsinə  çox  böyük  təsir  göstərmişdi.  Çox 
ş
ücaətli, imanlı və Əlinin (ə) ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun 
sərkərdəliyini  öz  öhdəsinə  götürür  və  özünün  ruhlandırıcı  çıxışı  ilə  döyüş-
                                                            
1
 
Ə
l- rşad, səh.191 
2
 
Məqatilut-talibin, səh,40 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
29 
 
çülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir, 
lakin  Qeys  ona  aldanmayıb  slam  düşmənlərinin  qarşısında  axıra  qədər 
durur. 
1
 
 
Xaincəsinə görülmüş hiylələ
 
Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o, 
mamın  ordusunu  zəiflətmək  və  ordu  arasında  şayiə  yaymaq  məqsədilə  öz 
casus  və  muzdurlarını  mamın  (ə)  başçılıq  etdiyi  orduya  göndərdi.  Onlar 
mamın  başçılıq  etdiyi  orduda  belə  bir  şayiə  yaydılar  ki,  Qeys  (ön  xəttin 
başçısı) Müaviyə ilə saziş bağlayıb, eyni zamanda Qeysin də ordusu arasında 
ş
ayiə yaydılar ki,  mam Həsən (ə) də Müaviyə ilə sülh bağlamışdır.  ş o yerə 
çatdı  ki,  Müaviyə  camaatın  gözündə  zahirən  yaxşı  olan  adamlardan  bir 
neçəsini  mam  Həsənin  (ə)  hüzuruna  göndərdi.  Onlar  gəlib  Mədain 
düşərgəsində  mamla (ə) görüşdülər.  mamın xeyməsindən kənara çıxdıqda, 
camaat  arasında  car  çəkdilər  ki,  Allah  Peyğəmbər  (s)  nəvəsinin  vasitəsi  ilə 
fitnəni  yatırtdı  və  müharibəni  sakitləşdirdi.  Həsən  ibn  Əli  (ə)  Müaviyə  ilə 
sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı. 
Onlar  özlərinə  qarşı  camaatın  etimadını  doğrultduqlarına  görə  heç  kim 
araşdırma  aparmadan  onların  sözlərinə  inanıb  mamın  (ə)  əleyhinə  qiyam 
qaldıraraq  Həzrətin  xeyməsinə  hücum  edib  çadırda  nə  var  idisə,  hamısını 
qarət etdilər. Hətta  mamı (ə) öldürmək fikrinə də düşdülər. Ancaq sonradan 
hamı dağıldı.
2
  
Görkəmli  tarixçi  Təbəri  deyir:  «Həsən  ibn  Əli  (ə)  o  zaman  sülhü  qəbul 
etdi ki, artıq dostları ətrafından dağılıb onu tək qoymuşdular».  
mam Müctəba (ə) buyururdu: «Mən o səbəbə görə hökümət və rəhbərliyi 
Müaviyəyə  tapşırdım  ki,  onunla  döyüşməyə  tərəfdarlar  tapmadım.  Əgər 
dostlarım  olsaydı  gecə-gündüz  onunla  iş  bir  yerə  çatana  qədər  mübarizəmi 
davam etdirərdim».  
 
 
 
                                                            
1
 
Məqatilut-talibin, səh,42 
2
 
Tarixi Yəqubi c.2, səh. 205 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə