İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
təyirdik, ağlaya bilmirdik. Möhtərəmə dəyən yumruqlar sanki bizim də üzümüzə dəyirdi. Müəl-
lim  əməlli-başlı  azğınlamışdı.  Qızlardan  biri  fəryadla  ağlamağa  başladı.  Nüsrət  müəllim  birdən 
özünə  gəldi.  Dayandı.  Karıxmışdı.  Nə  etdiyini  bilmirdi.  Hərəkətsiz  mavi  gözlərini  sinfə  dikdi. 
Ağır nəfəs alırdı. Heç birimiz onun gözünə baxa bilmirdik. 
Möhtərəm müəllimin gözlərinin içinə baxdı, baxdı, göz-gözə gəldilər. Möhtərəmin səsi bo-
ğulsa da ağlamadı. Boynundakı qalstuku açdı. Yavaşca səsləndi. 
- Hirsin keçdimi, müəllim, - dedi. 
Yavaş-yavaş yerinə qayıtdı. Yanımda oturacağını sandım. Kənara çəkildim. Oturacağın gö-
zündə bir dənə dəftəri vardı. Əyilib dəftərini götürdü. Qoltuğuna vurub sinfin qapısına doğru get-
di. Qapını yavaşca açdı və çıxdı… 
Sabahısı, o biri gün… Möhtərəm bir daha məktəbə gəlmədi. Köynəyi olmadığı üçün qalstu-
ku yalın boynuna taxan, toy çalıb gələndə bizə keçibuynuzu, ləbləbi alan, yuxarı sinifdəki ağ bi-
ləkli qıza uzaqdan baxan, qarayanız igid oğlan daha yox idi… Sinif gözümüzdən düşmüş, onun 
oturduğu yer qərib, hüzünlü görünürdü. 
Bir neçə həftə ötdü. Çərşənbə günü idi. Bir neçə yoldaş qatıq bazarında analarımızın yanın-
daydıq. Qatıqlar satılacaq, biz də cibxərcliyimizi alıb məktəbə gedəcəkdik. Qış idi. Soyuq, şax-
ta… Möhtərəmi gördüm. Kürəyində bir çuval gedirdi. Qaçıb arxadan çağırdım. 
- Möhtərəm, Möhtərəm! 
Kürəyindəki çuvalı yerə qoymadan geriyə döndü. Üzümə baxdı. Çuvalın sahibi də dayandı. 
Cavabını bildiyim halda soruşdum. 
- Möhtərəm, məktəbə niyə gəlmirsən?.. 
Gurlaşmış bığının altında güldü. Ağzından bir cümlə çıxdı: 
- Səhərin ayazında üzünə çiləyim musiqi müəlliminizin!.. 
Donub qaldım. Yükün sahibi Möhtərəmə səsləndi: 
- Haydı, durma, oğlum, tərpən... 
Laqeyd bir halda döndü və ikiqat əyilərək yükünü daşıdığı adamın arxasınca getdi... 
*** 
Atatürkün mahala gəlişinin ildönümü idi. Hər il rəmzi bir qarşılama keçirilərdi. Barabanlar 
gümbür-gümbür döyülər, zurnalar zildən ötər, xalq həmin gün meydana tökülərdi.  Orta məktəb 
şagirdləri Atatürkün heykəlinin qarşısında sıraya düzülərək gözləyirdik. Məktəb müdiri ortalıqda 
təlaşla vurnuxurdu. Sıraları pozduğumuzu görüb yanımıza gələrək bizə təpindi. 
- Pendir qurdu kimi qaynaşmayın, uşaqlar. Keçin sıranıza, sakit durun! 
Məktəb müdiri sıxıntılı idi. Yanındakı Yaşar müəllimə şikayətlənirdi. 
-  Belə  olmaz  axı,  Yaşar  bəy,  vallahi,  Bağrıyanığı  yalvar-yaxar  zorla  gətirdim.  Küsdüyüm 
dağın  odunu  yandırmaram,  deyib  dirəndi.  Gəlmirdi.  Baş  məmur  Bəyin  yanında  xar  olacaqdıq, 
vallahi. Başqası Bağrıyanıq kimi çala bilmir ki, qardaşım. İllərdi mərasimlərdə o çalır. Ah, Nüs-
rət müəllim! Nə istəyirdin fağırdan? Yaşar bəy xatırlayırsanmı? Zavallı Bağrıyanıq oğlunu mək-
təbə necə də həvəslə gətirmişdi oxusun deyə. Hansı birini söyləyim, Yaşar bəy, Allahın Istanbul-
lusu anadollunun qədrini nə bilir! Buranı Bəyoğlu sanır, canım. Yenə qırmadı bizi, gəldi adam… 
Bağrıyanığın yerində mən olsam, gəlməzdim, vallahi… Yazıq bir abdal oğlu, notu, fleytanı har-
dan bilsin… 
Bir azdan Nüsrət müəllim yanımıza gəldi. Beş-beş sıraya düzülmüşdük. Bir neçəmizin əlin-
də kağız bayraqlar vardı. Nüsrət müəllim pencəyinin düymələrini düymələmiş, bizimlə bir sıra-
da, önümüzdəydi. Onun qorxusundan sıranı pozmur, büt kimi gözləyirdik. Bir az irəlidə zurnaçı 
Bağrıyanıq  və  Möhtərəm  də  mərasimin  başlamasını  gözləyirdi.  Hərdən  Möhtərəmlə  göz-gözə 
gəlirdik. O, artıq sərbəstdi, əlini-qolunu yelləyib gülürdü. Hərdən başıyla Nüsrət müəllimə işarə 
edir, ardınca əlindəki zurnanı göstərirdi. Bir qədər sonra: 
- Vurun ustalar! Vurun! - deyə bir səs eşidildi. 
Atlılar alqışlar altında mərasim keçirilən meydana doğru irəlilədilər. Barabançılar barabanı 
vurmağa başladılar. Bağrıyanıq və Möhtərəm ovurdlarını doldurdular. Zurnalardan ətrafa coşqun 
musiqi sədaları yayıldı. Möhtərəm zurnasını bizə tərəf tutub var gücüylə üfləyir, tombul barmaq-
ları zurnanın dəliklərində gəzirdi. Zurnaların inləyən səsindəki qarşılama havası meydandakıların 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
qəlbini coşdururdu. Ata oğulun zurnaları elə bir ahənglə ötürdü ki, Nüsrət müəllim bəlkə də ilk 
dəfə eşitdiyi bu səsə qulaqlarını şəklədi. Lap önündə, Bağrıyanığın yanında zurna çalan qara oğ-
lanı diqqətlə süzdü. Sağına, soluna baxdı və Yaşar müəllimin yanına gəlib heyrətlə soruşdu: 
- Yaşar bəy, bu uşaq, bu, bu zurnaçalanı deyirəm. Bizim şagird deyildimi?.. 
- Bəli, - dedi Yaşar müəllim. 
- Bu uşaq… bu… 
- Fleyta çalmayan oğlan, - deyib güldü Yaşar müəllim. 
Nüsrət müəllimin gözləri böyüdü. 
Möhtərəm gözlərini yummuş, ovurdlarını şişirdib boşaldaraq özünü zurnanın səsinə, musi-
qiyə təslim etmişdi… 
Nüsrət müəllim heyrət içindəydi. Əlini çənəsinə dirəyib gözlərini Möhtərəmə dikmişdi. 
Atasına qoşulan Möhtərəm zurnasını xüsusi bir şövqlə çalırdı… 
 
 
 
Kaman – yer adı 
Xanın Önü – yer adı, keçmiş karvansara kimi 
abdal – bir qrup, çalmaq, oxumaqla məşğul olurlar 
keçibuynuzu – şirniquş 
* kunut duası – dini dua 
 
 
 
Türkcədən çevirən: Eyvaz ZEYNALOV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə