İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə45/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   ...   37   38   39   40   41   42   43   44   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Qızdırıcı qazanına doğru bir neçə addım atdım. Qazan yanmırdı. Qazanın önünə odun və 
kömür  yığılmışdı.  "Yandıracaqmış,  sonra  fikrindən  daşınaraq  çıxıb  gedib,"  dedim  öz-özümə. 
Daxmaya üz tutdum, fənərin işığını daxmanın içinə saldım. Heç kim yox idi. Fənəri sağa - sola 
çevirib ətrafıma baxarkən birdən yan tərəfimdən can hayında inləyən, yalvaran boğuq bir səs gəl-
di. Ürpərdim, geriyə çəkildim. 
- Abiii! 
İşığı  səsin  gəldiyi  tərəfə  tutdum.  Qaranlıqda  parlayan  iki  göz  gördüm.  Tir-tap  yerə  səril-
mişdi Seyfəddin. Sol əlini irəli uzatmışdı, kömək istəyirdi. Çətinliklə “abi”- dedi yenidən. Sürü-
nərək qapıya doğru gəlmək istəmiş, taqəti tükənib eləcə də qalmışdı. Bir az əvvəl ordan keçəndə 
necə fərq etməmişdim? 
Seyfəddindən bir az qabaqda ilan kimi qıvrılmış bir elektrik kabeli vardı. Beynimdən vu-
rulmuşa döndüm. Seyfəddini qucaqladım, sağa sola çırpa-çırpa özümü çölə atdım. Yazıq uşağın 
cılız  bədəni  yarıcanlı,  ikiqat  çiynimdə  yellənirdi.  Əli,  üzü,  üst-başı  kömür  tozuna  bulanmışdı. 
Kürəyimdən  düşməsin  deyə  iki  əlindən  möhkəmcə  tutmuşdum.  Sağ  əlində  qəribə  bir  soyuqluq 
vardı, üzünün sağ tərəfi büzüşmüşdü. Nəsə demək istəyir, amma danışa bilmir, inildəyirdi: 
- Abiii… 
Sevəm nənə dizlərinə vura-vura gəldi: 
-Ay quzum, buna nə olub? 
Avtomobilin  qapısını  açıb  içəri  qoydum  uşağı.  Bir  çuval  kimi  yıxıldı  avtomobilə,  başını 
tuta bilmirdi, kresloya aşdı Seyfəddin. 
Sevəm nənə: 
- Cavan uşaqdı, ay Allah, sənə tapşırıram,  - deyə dualar tökdü arxamızca. Sevəm nənənin 
çığırtısına toplaşan qonşuların arasından sürətlə sürdüm avtomobili. 
Haralıyıdı bu uşaq? Onu hansı çovğun gətirmişdi buralara? Hardan gəlib hara gedirdi? Ki-
min kimsəsiydi o?.. Anası-atası kim idi..? Səhər sapsağ olan oğlanın indi yarıcanlı bədəni və bir 
də adı vardı: Seyfəddin! Aman Allah, avtomobilin arxasında can verən bu yeniyetmə yaşayacaq-
mı? Tez-tez dönüb arxaya baxırdım.  İki  kilometrlik  yol  uzandıqca uzanırdı. Səhvmi gedirdim? 
Xəstəxana hansı tərəfdə idi? Bu şəhər niyə bu qədər dəyişmişdi?... 
Xəstəxanaya nə vaxt çatdım? Seyfəddini necə qucaqlayıb xərəyə atdım? Sistemi kim taxdı? 
Xəstəxana niyə qaranlıq idi, yoxsa hələ zirzəmidə idimmi? Bilmirəm… 
Nəfəsi tıncıxırdı, bir az sonra tənəffüs cihazına bağladılar. Gözlərini açdı bir ara, fikrə get-
di, sonra sakitcə yumdu gözlərini. Yatmışdımı? 
Ayaqqabılarının  biri  qara,  biri  qəhvəyi  idi,  xəstəxanada  fərq  etdim.  Boynunda  qara  iplə 
bağlanmış bir dua vardı. Əllərli, üzü, üst-başı kömür qarasıydı. Üzü… Allahım, yanağı nə üçün 
belə kiçilmişdi!? Elə bil sağ yanağı zəifləmiş, qurumuşdu. 
Həkim:  "pencəyini  çıxarın", - dedi.  Tibb bacıları pencəyini çıxaranda iç  cibindən nimdaş 
bir pulqabı, pulqabının içindən də bir neçə kağız parçası və bir fotoşəkil düşdü. Seyfəddinə bən-
zəyən bir gəncin yüngülcə gülümsəyən ağ-qara fotoşəkli idi. Uzaqlara baxırdı fotoşəkildəki gənc. 
Uzaqlara,  çox  uzaqlara...  Pulqabısını,  rəsmi  və  üstündə  ünvanlar,  nömrələr  yazılmış  kağızları 
yığdım yerdən… 
- Sağ tərəfi iflic olub, - dedi həkim, - şokdadı, özünə gələ bilər, amma çətin ki… 
Nədənsə birdən tərpəndi, gözlərini açdı Seyfəddin. Sağ əlinə, sağ ayağına baxdı, gözləri ya-
şardı, səssizcə ağladı. Sağ yanı işləmirdi, hiss etmişdi bunu. 
- Düzələcək, həkim belə söylədi, - dedim, - qorxma. 
- Abi, - dedi, - atam… atama xəbər ver. 
- Burdadımı atan, harda qalır? Eviniz hardadı? 
- Valilik yolunda, məktəbin qabağında, yaşıl bina… zirzəmidə… 
- Seyfəddin, Seyfəddin... 
Eşitmədi. Ancaq bunları deyə bildi, nəfəsi kəsildi, gözləri yumuldu yenə. Otaqdan çıxdım. 
Söylədiyi  ünvanı  düşünürdüm.  Dediyi  yerdə bir  dənə məktəb vardı zatən, o böyük bina olmalı 
idi. Avtomobilə doğru getdim. Arxamdan bir səs: 
- Bəyəfəndi, bəs bunun xərcləri?.. Yazmağımız lazımdı axı, adı-soyadı nədi bunun? 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Yalnız adı vardı bu uşağın, adından başqa heç bir şeyi yoxdu. Öz adımı söylədim. Tibb ba-
cısına kimliyimi uzatdım, "sən qeyd elə, mən gəlirəm", - dedim. 
Kürəyimdə qara xəbərin tonlarla ağır yüküylə Seyfəddinin dediyi yerə gəldim. Qarşıma çı-
xan adama nə deyəcəkdim? "Seyfəddini elektrik vurdu, iflic oldu… Çətin!..” Necə deyəcəkdim? 
Mən nəyi idim bu insanların? Az sonra qapısını döyəcəyim insanlar kim idi?.. 
Binaya girdim, işığı yandırdım, zirzəmiyə enən pillələrlə yavaş-yavaş aşağı endim. Üstdən 
sızan  sular  divarlarda  kirəcləmiş,  beton  divarlar  bəzi  yerlərdə  ağarmışdı.  Aşağıda  köhnə-külüş 
əşyalar, karton qutular, qırıq kreslolar, kürsülər... İşıq söndü, ayaqlarım nəyəsə ilişdi, əlimi diva-
ra  sürtə-sürtə  irəlilədim.  Bir  az  kənarda  taxta  qapının  aralığından  zəif  bir  işıq  süzülürdü.  Kan-
darda dayandım. Qapını döyməyə qorxurdum, bir neçə dəfə əlimi uzadıb geri çəkdim. Görəsən 
gerimi dönüm? Bəs uşaq oyanmasa!? Sonra bütün cəsarətimi toplayıb qapını döydüm. 
İçəridən ayaq səsləri gəldi, qapı açıldı. Kiçik bir qız açdı qapını. Qarşıdakı otağın qapısı da 
açıq  idi və otağın  qarşı  divarı  görünürdü. Qız çaşqın-çaşqın  gözlərimə baxdı.  Birdən itdi  qızın 
gözləri.  Əli,  ayağı,  üzü,  bütün  bədəni  itdi  qızın. Qapıda  əriyib  itən  qızın  hörüyü  və  lenti  qaldı 
gözlərimin  qarşısında. O anda bir qadın  çıxıb  gəldi  otaqdan. Əsmər, zəif  bir qadın.  Əlləri  tanış 
idi qadının, əlləri yorğun, əlləri möhtac... Mənə baxdı və əsmər, zəif əlləri iki yanına düşdü. Ki-
çik qız geriyə dönüb üzünü qorxuyla gizlətdi bu qadının ətəyində. İki günahkar kimiydik. Qadın 
da danışa bilmirdi, mən də. Otağın qarşı divarına sataşdı gözüm. Divarda, gövdəsi sədəf işləməli 
bir tar asılmışdı. Tarın yanında, ortasında ay-ulduz olan mavi, yaşıl, qırmızı rəngli bir bayraq və 
ağ-qara bir fotoşəkil… Seyfəddinin pulqabısındakı fotoşəkil! Qarşı otaqdan kişi səsi gəldi və az 
sonra üzünün bir tərəfi yaralı, bir gözü kor həmin tarzən göründü . O otaqdan çıxanda kiçik bir 
uşaq ağladı arxasınca. 
Söyləyəcəklərim boğazımda düyünləndi. Kəkələdim, udqundum, danışa bilmədim. 
- Seyfəddin, - dedim, - Seyfəddin yıxılıb… Yaralanıb… Qorxmayın, xəstəxanadadı... 
Üzümdəki narahatlıqdan bir fəlakət sezdi qadın, iki əlini havaya açıb yalvardı: 
- Seyfəddin! Seyfəddin! Düz deginən, ay oğul! Nə olub? 
Kişi söylədiklərimə inanmaq istəyirmiş kimi, qadına tərəf döndü: 
- Deyir heç nə yoxdu, qorxma, xəstəxanadadı. Tez elə, qıza xəbər ver, gəlsin uşaqların ya-
nında dursun. 
Qadın: 
- Birini Qarabağda basdırdım, ay Allah! Bunu məhruma bağışla! - deyib, sinəsinə döyə-dö-
yə çıxdı. 
İçəri girdik. İçəridəki uşaq dayanmadan ağlayırdı. Deməli, bu uşağa dərman alacaqdı tar-
zən. Lentli qız kiçik qardaşını ovutmağa çalışırdı. Bir alov qarsmışdı qızın sifətini, yanmışdı üzü, 
üzü yox idi. Ata çarəsiz var-gəl edirdi otaqda… 
- Uzaqdımı, - dedim, kaş ki avtomobillə aparaydım xalanı. 
- Yaxındı, qızımı burada ərə vermişəm, indi gələrlər. 
O soyuq, o pərişan otağın divarları üstümə gəlirdi. Otaq sanki çökür, divarlar başıma uçur-
du. Divardan asılmış fotoşəkildəki gənc uzaqlara dikmişdi gözlərini. O gənc birdən o şəkil çərçi-
vəsindən əllərini çıxardıb  yanında asılmış tarı  götürdü, tar acı-acı  inləməyə başladı. Tarın səsi, 
ağlayan uşağın səsi, yıxılan divarların səsi… Divardakı bayrağın rəngləri əridi, saraldı, soldu... O 
bayraq sanki qandallanmış bir məhbus idi, tərpənə bilmirdi, sanki bir külək gözləyirdi. Tar hava-
sında çox uzaqlardan gələn bir Qarabağ şikəstəsi vardı, eşidirdim… 
Kişi heç nə soruşmur, mən heç nə deyə bilmirdim. Zaman dayanmışdı, saatlar donmuşdu, 
hər dəqiqə bir ilə dönmüşdü… 
Dəhlizdən təlaşlı səslər gəlməyə başladı, qapı açıldı. Otağa əvvəl qadın, arxasınca iri göz-
ləri olan dünyalar gözəli gənc bir qız girdi, yanında da zırpı, qırx-qırx beş yaşlarında bir adam... 
Bu yekəpər kişi bu qızın əri idi yəqin. 
Bir-birinin  arxasınca  baş  verən  hadisələr  məni  sarsıtsa  da,  beynim  dumanlansa  da,  çox  iti 
düşünürdüm. Anlayırdım ki, bu gənc qız bir meşədə kaftarların qovduğu bir ceyran imiş, qaya-
lardan, sıldırımlardan səkərək canını götürüb hey qaçmış, xilas olmuşdu kaftarların əlindən. Ad-


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
dım atmağa taqəti qalmayanda bir qurd peyda olmuşdu başının üstündə və o gözəl ceyran bu zır-
pı qurda təslim omuşdu… çarəsiz. 
Mən indi bu qızın incə ruhunun bu yekəpər canavarın caynaqları arasında necə inlədiyini 
hiss edirdim. Bu onun gözəl gözlərinə yazılmışdı. 
Gənc qız ağlayan uşağı bağrına basdı, digər qız bacısının (bacısıydımı- bibisiydimi, bilmir-
dim) ətəyinə sarıldı. Divarlar hələ cırıldayır, tar hələ çalınırdı. Bayraq hələ də bir meh gözləyirdi. 
Otaqdan çıxdıq. 
Avtomobildə qadın ağlayır, kişi isə susurdu. Mən o gənc qızı, o gözəl gözlərin sahibini dü-
şünürdüm. Kim bilr, bəlkə də Qarabağda söz verdiyi bir gənc vardı, bəlkə də o gənc də bir xain 
gülləyə qurban getmiş, bu qızın ümidləri, əhd-peymanı da qana bulanmışdı… Kim bilir, o ceyran 
gözlərini uzaqlara zilləyib, nə qədər yol gözləmişdi. Kim bilir, bəlkə onun da ruhu indi bir əsirdi, 
qandallanmış bir məhbusdu… 
Xəstəxanaya çatdıq. Seyfəddin hələ gözlərini açmamışdı. Tənəffüs cihazını da çıxarmışdı-
lar. Mən gedəndə heç olmasa danışırdı, aradabir gözlərini açırdı, indi nəfəs də almırdı Seyfəddin. 
Tibb bacısı bir kağız uzatdı mənə, heç bir şey olmamış kimi adi bir tonla: 
- Öldü, - dedi, - imzalayın. 
Kişi də, qadın da eyni anda o cılız bədənin üstünə sərildi. Və xəstəxananın dərman qoxulu 
dəhlizlərində ürpədici bir səs əks-səda verdi: 
- Seyfəddiiin! Seyfəddiiin! 
O səs, böyüdü, dəyişdi, daşdı xəstəxanadan, əvvəl şəhərə dağıldı, şəhərin bütün şüşələrinə 
çırpıldı, sonra düppədüz üfüqləri tutdu bu səs və bütün dünyaya yayıldı: 
"…Qarabağ…!!!" 
 
 
 
Türkcədən çevirən: SƏHƏR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Şah qartal 
 
 
 
Qaçaq idim, canı şəhərlərə sığmayan qaçaq. İnsan yeyən şəhərlərdən qaçardım. 
Bir çiçəyi toxum tökərkən tapdım, bir gülü ucqarda açarkən yaxaladım. Mən bir payız qa-
çağı idim, o da bir bahar qaçağı... 
Neçə  dəfə  tırtıllar  qanadlandı,  quş  olub  uçdu  önümdən,  bir  daşın  ayaqlanıb  dovşan  oldu- 
ğunu gördüm dəfələrlə. Bığları buz tutmuş bir ovçuydum, qar qaçağıydım. Qayaların əks-səda-
sını, su sonasını, tumarlı qızlarquşunu, çəmən bülbülünü... izləyərkən özümdən də qaçmışdım. 
Dağlara qaçardım. Yar sinəsi kimi rahatlıq gətirən dağlara. Bəzən təkbaşına, bəzən də də-
lisov yoldaşlarla. Alaca şəfəqlərdə bir yaylaq yeli dolardı içimə. İçim vulkan kimi qaynar olardı, 
amma, di gəl, titrətmə (malyariya) xəstəliyinə tutulmuş kimi titrərdim. 
Səhər obaşdan üsulca, səssizcə qaçardım. Dik yamaclı, sərt qayalı vadilərdə axardım. Şəhər 
bir qulyabanu olub kəsərdi yolumu… Dəlicəsinə özümü şəhərə çırpardım. Sularım qabarar, da-
şardım və tərsinə axardım. Coşğun bir sel kimi dağlara, dağlara doğru çağlayardım… 
Məni udan, məni  yox edən şəhəri tərk  etmək, qatı bir sis təbəqəsindən, uğultulardan, dar 
küçələrdən, nəhəng binalardan qurtulmaq istəyirdim. Bir dağa dırmaşıb  şəhərə  yüksəkdən bax-
maq, şəhəri ayaqlarım altına almaq istəyi böyüyürdü içimdə. 
Dan yeri ağarmadan düşdüm yollara. Maşının gedə biləcəyi yerə qədər getdim. Axşamdan 
yağan  qar  bütün  izləri  silmişdi.  Önümdə  hamar,  ağappaq  bir  yaylaq  dururdu.  Qarşımda  bütün 
zəhmiylə dayanan dağ bu yaylağın sahibi kimiydi. Dağa tərəf baxanda arxadan güclü bir külək 
əsdi. Yarışa hazırlaşan köhlən kimi inadlaşdım, səbirsizləndim. 
Çəkmələrimi geyinib, əlcəklərimi taxdım. Papağımı başıma keçırıb, tüfəngimi çiynimə as-
dım. Ov gödəkcəmi yoxladım; çörəyim, suyum, bıçağım, fişənglərim, çaxmağım, siqaretim – ha-
mısı qaydasındaydı. 
Arxamca ahəngdar qar səsləri və iri izlər buraxaraq dağa doğru yeriməyə başladım. Qıvrıla-
qıvrıla dağın yüksək yamaclarına qədər uzanan dərin bir vadiyə girdim. Mən dırmandıqca səslər 
də dəyişirdi. Təbiət öz diliylə danışmağa başlayırdı. Külək səsi, quş səsi, qar səsi!.. Mən susub 
dinləyirdim, bəlkə də təbiətin dilindən nəğmələr eşıtmək istəyirdim… 
Yeridikcə kürəyimdə ağırlaşan tüfəngi daha çox hiss etməyə başlamışdım. Bir yandan ge-
dir,  bir  yandan  ovçuluğu,  tüfəngi  və  özümü  mühakimə  edirdim.  Öyrənmə  mərhələsini  çoxdan 
keçmişdim. Sərhədləri adlamış, hədləri aşmışdım neçə ildir. Qənimət ovçuluğu mənə görə deyil-
di. Gənc ovçulara təcrübələri, metodları, bütün bunları öyrətmək istəmirdim. Ov ilə ovçu arasın-
dakı tarazlığın ağlın təhrikedici gücüylə ovun əleyhinə pozulması məni bezdirirdi. Təbiətdəki hər 
canlıya məhəbbətlə baxırdım. 
Bəs niyə bəzən onların arxasından bir gözümü qapayıb böyük bir gurultu çıxarırdım? – Dü-
şündükcə addımlarım  yavaşıdı. Bir ağırlıq  çökdü üstümə. Sanki  qayalar  mənim  üzərimdə  yeri-
yirdi. Tüfənği çıxarıb bir qayaya dayadım. Böyük bir qayanın daldasında üzü güneyə oturdum. 
Ayaqlarım  altında  qalan  əngin  düzənliyə  baxdım.  Sonra  dərin  bir  düşüncəyə  daldım.  Rənglər, 
səslər dəyişdi birdən. Köhnə zamanlara getdim. 
Ağappaq  qarın  üstünə  qanını  səpələyərək  can  hayında  qaçan  bir  dovşan  keçdi  önümdən. 
Dovşanın qanlı izinə düşdü bir ovçu. Dovşan yorğunluqdan və aldığı yaranın təsiriylə halsız düş-
dü az sonra. Ovçu heyvanın yalvaran, imdad diləyən baxışlarını görmədi belə. Onun qulaqların-
dan yapışıb yerə yatırdı, parlayan bıçağını dayadı boğazına. Qar içində çırpınan başsız bir gövdə 
qaldı geridə. Bir də hələ gözləri qapanmamış, qulaqları titrəyən bir kəllə… 
Yanımdakı qayaya dayadığım, lüləsini qürurla göyə dikən silaha ikrahla baxdım. İçim sız- 
ladı birdən. Boğazıma dayanmış bir bıçaq deşdi qırtlağımı, nəfəs almağa çətinlik çəkdim, boğul-
dum sanki… 
Bir xınalı kəklik sürüsü qalxdı sonra gözlərimin önündən, bir gurultu qopdu. Havaya barıt 
qoxusu yayıldı. Kəkliklərdən ikisi heç qanad açmadan bir daş kimi yerə düşdü. Tüfənğin lüləsin-


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
dən, vıjıltıyla çıxan qırmalara tuş gəldi xınalı sinələri. Küləyi yaran qanadları bir daha açılmadı. 
Cansız qaldılar qar içində. İkisinin də ağzından qan gəlirdi. Ağappaq qar onların qanları ilə xına-
lanmışdı. Dəstənin qalanları çox uça bilmədilər. Qar təzəydi. Qanadları islanmış, tüklərinin ucla-
rını buz tutmuşdu kəkliklərin. Qanadları ağırlaşan bədənlərinə tab gətirmirdi artıq. Ovcu isə qara 
batıb çıxaraq qaçmağa çalışan xınalı kəklikləri toplayırdı… Ürəyim ağzıma gəlirdi, qarın içində 
batıb qalmışdım… 
Bir yaşılbaş ördək endi göllərə, qızıl kimi tükləriylə bir anqut uçdu. Bir sona nazlandı qa-
mışlığın  arxasından. Gözlərində qırmızı  sürməsi,  köksündə  gümüş lələkləri  olan bir telli durna 
qondu ürəyimin üstünə. Bir quş yağışı başladı sonra. Göy qumrular, qaya göyərcinləri, bildirçin 
bələdçilər, çalı quşları, təqlidçi quşlar, ardıç quşları… və sərt, ani uçuşlarıyla qaraquş… Üzümə 
qar sovruldu. Sovrulan qar deyildi, bəlkə də əbabil quşları daş-qalaq edirdi məni.. Qorxdum. 
Tüfəngimi  aldım  və  boşaltdım  içindəkiləri.  Yan  tərəfımdəki  yüksək  qayalığa  doğru 
dırmaşmağa başladım. Qayalığa çıxıb şəhərə doğru yenidən baxdım. Qatı bir sis örtmüşdü şəhəri. 
Duman içində yox olmuşdu şəhər. Ayaqlarımı yerə möhkəm basdım. Öz aləmimdə əzdim şəhəri. 
Ona təpədən baxdım. Fəth etdim şəhəri. 
İrəlidəki təpəyə doğru getdim. Məndən öncə bir kəklik sürüsünün getdiyini hiss etdim. İzlər 
bir az öncə oradan keçdiklərini söyləyirdi. Burada, yaxında olmalıydılar. Hətta sürünün gözətçisi 
məni görmüş olmalıydı. Dərhal ətrafımdaki yüksək nöqtələrə baxdım. Bəli, qayanın başındaydı 
gözətçi kəklik. Göz–gözə gələndə sürətlə qayadan endi. Qanad səsləri gəlmədi. Yəqin, qanadları 
islaq və yorğun idilər. İzləri ilə getməyə başladım. 
Ara-sıra  dayanıb  onları  görməyə  çalışırdım.  Bir  neçəsini  sezmişdim.  Qayaların  diblərinə 
sinə-sinə  irəliləyirdilər.  Ürəklərinin  döyüntüsünü  eşidirdim.  Qorxaq  və  ürkək  idilər,  məni  sez-
mışdilər,  amma  heç  biri  tüfəngimin  boş  olduğunu  bilmirdi.  Bir  səs  gözləyirdilər,  “gummm”- 
deyə  bir  səs.  O  səsi  eşidincə  qanadlarına  son  dəfə  güc  verib  özlərini  bir  az  iləriyə  atacaqdılar. 
Onlara yaxınlaşsam da, hələ uçmurdular. Onları uçurub son dəfə arxalarınca baxmaq istəyirdim. 
“Qaruuuvq, qaruuvq”- deyə bir səs eşıtdim birdən. Kəkliklərin qanadlarının nədən tutuldu-
ğunu söyləyirdi bu səs. Başqa bir ovçunun sahəsinə girmiş və onu narahat etmişdim. Bu səslər də 
bir xəbərdrlıqdı.  Təpədə bu  yerlərin sahibi olan bir qartal  dayanmışdı.  Qartalların ən güclüsü  - 
şah qartal! Göz-gözə gəldik. Heç qorxmur, özündən razı halda gözləyidi. Gicgahı tünd qəhvəyi 
rəngdə idi. Kürəyi və qanadları zolaq-zolaq qara və qəhvəyi tüklərlə örtülüydü. Qəhvəyi köksü 
qaraya çalırdı, iri, qüvvətli biləkləri tüklüydü. Pəncələrini qayalara  saplamış, sərbəst, qorxusuz, 
heybətlə  dayanmışdı.  Dimdiyi  köksünə  doğru  bir  yay  şəklində  əyilmişdi.  Düşməncəsinə  baxan 
gözlərindən atəş yayılırdı sanki. 
Gedirdim. Qartal mənə xəbərdarlıq etməyə davam edirdi. Kəkliklər iki ovçunun ortasında 
qalmışdı. Qartal olan qayalığa yaxlnlaşdım. Birdən önümdəki qayalıqlardan kiçik daşlar da qa-
nadlandı. 
“Pırrr! Pırrrr! Pırrrrr! ” 
Qayalıq qanad səsiylə doldu. Kəkliklər yerdən üç-beş metr uzaqlaşmamış Şah Qartal düş-
məncəsinə sürüyə cumdu. Kəkliklər xəfif bir mehdən dalğalanan parça kimi süzüb üstlərinə şı-
ğıyan  qartalın  qorxusundan  halsız-halsız  yerə  endilər.  Hamısı  qayanın  dibinə  girib  hərəkətsiz 
gözləməyə başladı. Bir qayanın daldanacağında gizləndim. Kəkliklərin çoxunu görürdüm. Artıq 
məndən deyil, başları üzərində fırlanan nəhəng quşdan qorxurdular. 
İlk həmləsi boşa çıxan qartal qayalığın üzərində qara bulud kimi fırlanırdı. Mənim gizləndi-
yim yeri də bilirdi. Odur ki, kəkliklərin yanına enə bilmirdi. Kəkliklərin qoruyucusuydum məgər. 
Qartal səs tonunu qalınlaşdırdı. İndi daha sərt bağırırdı. Mənim getməyimi istəyirdi. Bura 
aid olmadığımı söyləyirdi durmadan… Qayaların şahı olan bu heybətli quş haqlıydı, əslində… 
Yenidən şəhərə tərəf baxdım və “yaxşı, yaxşı, gedirəm” - dedim şah qartala. Geriyə dönüb 
cəld uzaqlaşmağa başladım. Qartal bağırdıqca mən də sürətimi artırırdım, hətta qaçırdım. Yenə 
qaçaqdım. Bu dəfə bir suçlu kimi qaçırdım. Arada bir dönüb arxama baxırdım. 
Şah  qartal  sanki  bir  ayində  idi.  Özünü  unutmuşdu.  Qayalıqların  üzərində  qanadlarını  iki 
yana  sallamış,  özünü  küləyin  ixtiyarına  vermişdi.  Heç  qanad  çalmadan  fırlanır,  süzürdü… 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Kəkliklərin ürək döyüntüsü hələ də qulağımdaydı... Kim bilir, şah qartalın iri caynaqları onların 
hansının qanına batacaq, hansının köksünü parçalayacaqdı… 
Mən ovçu deyildim artıq, ovçu deyildim. Bir ov kimi girdim şəhərə… 
 
 
Türkcədən çevirən: Səhər 
 
 
 
 
 
                      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
 
İçindəkilər 
 
 
 
1. Möhtərəm – 1 səh. (Eyvaz Zeynalov) 
 
2. Həmdi kirvə -  6 səh. (Eyvaz Zeynalov) 
 
3. Soyuq yuxu – 12 səh. (Eyvaz Zeynalov) 
 
4. Anamın saatları – 21 səh. (Eyvaz Zeynalov) 
 
5. Ürəyində söyən uşaq – 28 səh. (Eyvaz Zeynalov) 
 
6. Allah görər – 32 səh. (Eyvaz Zeynalov) 
 
7. Evin yıxılsın, Hacı – 35 səh. (Aslan Quliyev) 
 
8. Türbənin dəlisi – 41 səh. (Aslan Quliyev) 
 
9. Hökumətin imzası – 45 səh. (Aslan Quliyev) 
 
10. Kərəm – 51 səh. (Aslan Quliyev) 
 
11. Bəhri usta – 56 səh. (Aslan Quliyev) 
 
12. Abdal kişisi – 60 səh. (Aslan Quliyev) 
 
13. Bizim evin qibləsi – 63 səh. (Aslan Quliyev) 
 
14. Tövbəçilər – 66 səh. (Aslan Quliyev) 
 
15. Şeyxin çavuşu – 73 səh. (Aslan Quliyev) 
 
16. Molla əmi – 75 səh. (Aslan Quliyev) 
 
17. Ağac atlar – 78 səh. (Zakir Sadatlı) 
 
18. Ağ bulud – 82 səh. (Səhər) 
 
19. Qarabağ qaçqınları – 83 səh. (Səhər) 
 
20. Şah qartal – 89 səh. (Səhər)  
 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə