İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Müəllim, - dedi, - bir oğulum olub, qurban! Onun adını sən qoyacaqsan, atam. Biz sənnən 
qardaşıq, gəl səni bir öpüm. 
-  Bəsdi,  Həmdi,  -  dedim.  Gözucu  Bağdada  baxdım.  Ağlamırdı.  Qardaşı  olmuşdu.  Başqa 
uşaqlar kimi o da gülümsəyirdi. 
Həmdinin səbri çatmadı: 
- Di haydı, qardaş, bunlar oxusun, biz gedək, atam! 
- Dərsdən sonra gedək, Həmdi. Mən Bağdat ilə gələrəm. 
- Vayy! Səni gözləyirlər, atam, di haydı, qardaş, sənə qurban. 
Uşaqlara tapşırıq verdim. Həmdi ilə məktəbdən çıxıb kəndin arasına girdik. 
Həmdinin əlində uzun bir dəyənək, mən irəlidə, o arxada, günahkar kimi düşmüşdüm qaba-
ğına. Baqqal Ömər bizi görüb güldü: 
- Müəllim xeyir ola? - dedi. - Həmdi səni hara aparır belə? 
Məndən əvvəl “qardaşım” cavab verdi: 
- Sənə nə var, atam? Biz müəllimnən qardaşıq! Get, qardaş. 
Qara bata-çıxa Həmdinin evinə çatdıq. Arvadı bizi görəndə dizinə vurdu, yaşmağı ilə ağzı-
nı bağlayıb içəri qaçdı. Qırıq-sökük pilləkənləri çıxıb evə girdik. Qarşı tərəfdə divardibi döşək-
lər, yorğanlar düzülmüşdü. Döşəmədə eyni dəzgahdan çıxmış iki xalı, xalının üstündə döşəklər 
və yastıqlar vardı. Həmdi məni baş tərəfdə oturtdu, iki yanıma yastıq qoydu. Bir azdan Həmdinin 
qonşuları da gəldi. Müəllimin gəlib Həmdinin uşağına ad qoyacağına inanmayan Həmdinin atası 
çaşıb qalmışdı: 
- Vayy! Müəllim, qışın günü bu qarda-qiyamatda sən niyə zəhmət çəkir, bu dəliyə uyurdun, 
atam? - dedi. 
- Gəlməsəm olmazdı, - dedim, - Həmdi ilə biz qardaşıq. 
Həmdi otaqdakılara ucadan səsləndi: 
- Bu camaat, bu da siz, ata! Biz müəllimnən qardaş olduq! 
- Kəs səsini! - Həmdinin atası dedi, - Müəllimnən qardaş olub! Sözə bax! Qalx süfrəni gə-
tir! 
Həmdi ortaya bir bez süfrə sərdi. Sonra içində pendir, yağ, qatıq, qoz olan bir nimçəni gəti-
rib  qabağımıza  qoydu.  Bir  az  kəndlilərlə  danışıb  söhbətləşdik.  Az  sonra  Həmdi  qucağında  bir 
körpə qayıtdı, uşağı mənə verdi. Gözləri qara, zəif, cılız bir körpə idi. Dünyadan, dünyanın dərd-
lərindən, qəmlərindən xəbərsiz gözlərimə baxırdı... 
- Adı Alpər olsun, adını mən verdim, ömürünü Allah versin, - dedim. 
Həmdi otaqdakılara qürurla baxır və qışqıraraq danışırdı. 
-  Biz  artıq  müəllimnən  kirvə  də  olduq,  ata!  Həm  qardaşıq,  həm  də  kirvəyik!  Bax,  Alpəri 
müəllimin qucağına qoydum. Kirvəyik, ata! Gəl səni bir öpüm, kirvə! 
Artıq  Həmdi  ilə  kirvə  də  olmuşduq.  Kirvəlik  qardaşlıqdan  irəlidi.  Kəndlilər  artıq  məni 
Həmdi vasitəsiylə tanıyırdılar: 
- Müəllimi çağırın gəlsin. 
- Hansı müəllimi? 
- Həmdinin kirvəsi müəllimi... 
Həmdi ilə kirvə olandan sonra daha artıq mehribanlaşdıq. Həmdi hər gün kirvəsini ziyarətə 
gəlirdi. Bəzən də qolumdan tutub məni çay içməyə aparırdı. 
-  Ya  sən,  ya  mən,  atam,  fərqi  yoxdu.  Biz  sənnən  qardaşıq,  mənim  evim  sənin  evindi…  - 
kirvəm deyirdi. 
Rüb tətili idi. Rüblükləri uşaqlara paylayıb məmləkətə getdim. Evdə istifadə edilməyən ağ-
qara bir televizor və kiçik maqnitofon vardı. Tətildən qayıdanda televizoru və maqnitofonu götü-
rüb kəndə gətirdim, kirvəmə verdim. Şəhərdən bir antena, bir neçə də “qəmli kaset” almışdım. 
Kirvəm  artıq  kənddəki  tək-tük  televizor  sahiblərindən  biriydi.  Axşamlar  televizora  baxır,  gün-
düzlər qəmli kasetləri dinləyirdi. Kəndlilər: 
- Allah üzünə baxdı Həmdi atanın, müəllimnən kirvə oldu, - deyirdilər. 
Şəhərə maaş almağa gedəndə kirvəmə bir şapka da aldım. Səhərisi gün Həmdi başında şap-
ka, əlində bıçaq bir xoruzu tutub gətirərək mənzilimin ağzında bitdi. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Bu nədi, kirvə? - dedim. 
- Xoruzdu, kirvə, kəsəcəyəm, - dedi. - Sən yeyəcəksən, atam, sənə qurban. 
- Eləmə, Həmdi, kəsmə, kirvə! 
- Qardaşımın yemədiyi xoruzu neynirəm, atam, kökü kəsilsin. 
- Eləmə, kirvə, dayan… 
Həmdi məni eşitmədi, pilləkənləri enənə qədər xoruzun başını bədənindən ayırdı. 
Kirvəmin qəlbi dəniz kimi genişdi. Mən nə etsəm Həmdi o tərtəmiz ürəyini ortaya qoyurdu. 
Neynəsəm də onu üstələyə bilmirdim. 
İş inada düşdü, kirvəmlə bir yarışa girdik... 
Mən qəmli bir kaset, kirvəm bir qazan qatıq, mən dəftər, qələm, kirvəm bir torba qoz, mən 
bir qutu ülgüc, o beş litr süd, mən portağal, naringi, kirvəm kömbə, yarma, mən köynək, pencək, 
kirvəm böyük bir qoç... verirdi. 
Beləcə Həmdi kirvə ilə baharı gətirdik. 
Havalar istiləşmiş, Həmdi kirvə kəndin qoyunlarını otarmağa başlamışdı. Kirvəm səhər na-
mazından sonra kəndin  qoyunlarını toplayar, kəndin  kənarındakı  mənzilimin qarşısından keçər-
kən mütləq ayaq saxlayar, mənə baş çəkmədən dağa getməzdi. Mən artıq kirvəmin otardığı sürü-
nün sağını-sağmalını, kökünü-arığını, quzusunu, qoçunu tanıyırdım. 
Kirvəm hər gün dan yeri ağararkən gəlir, mənzilimin dəmir qapısını var gücüylə vurur, də-
mir qapım güm-güm gumbuldayırdı. Hər gün kirvəm məni beləcə oyadırdı. 
- Kirvə, etmə, eləmə, - desəm də Həmdi söz anlamırdı. 
- Biz sənnən qardaşıq, atam. Gəl bir öpüm, - deyir, məni öpməmiş getmirdi. 
Kəndin sürüsünü artıq birlikdə güdürdük. Həmdi hər səhər sürünü yığıb mənzilimin qarşı-
sından keçərkən dəmir qapımı gurultu ilə vurur, məni də oyadırdı. 
- Gümmm, gümmm, gümmm... 
- Kimdi?.. 
- Mənəm, kirvə, aç. 
- Nə var, Həmdi? 
- Qardaşıma iki yumurta gətirmişəm. 
- Qapının ağzına qoy, götürərəm, Həmdi. 
- Olmaz, kirvə, qapını aç, səni bir öpüm gedim, biz sənnən qardaşıq, atam. 
*** 
- Gümm, gümmm… 
- Kimdi?.. 
- Kirvə, mənəm, aç. 
- Nə var, kirvə?.. 
- Qatıq gətirmişəm, atam… 
*** 
- Kimdi?.. 
- Mənəm, kirvə… 
- Yenə nə var, Həmdi? 
- Qardaş, sovxa televizor pozuldu, heç nə göstərmir, atam, qarlayır. Güzgü kimiydi, sovxa-
ya nə oldu, atam. Şahin müəllimə bir söylə, kirvə, sənə qurban. 
- Yaxşı, kirvə, axşam Şahin müəllimlə gəlib baxarıq. 
*** 
- Kimdiiii?.. 
- Mənəm, kirvəəə… 
- Yenə nə oldu, kirvə?.. 
- Atam, maqnitofon lentanı dolaşdırdı, qəmli kasetim xarab oldu, kirvə. 
- Kirvə, ver mən düzəldərəm, axşam gəlib götürərsən. 
*** 
- Gümmm, gümm… 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə