İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix12.10.2018
ölçüsü1,31 Mb.
#73264
1   2   3   4   5   6   7   8   9   10   ...   45

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Artıq “kimdi?” - deyib soruşmurdum. “Nə var, kirəəə?..” - deyib içəridən kirvəmə səslənən 
kimi quzusundan yenicə ayrılmış mənzilimin bağçasındakı qoyunlar Həmdidən əvvəl cavab ve-
rirdi: 
- Nə var, kirvəəəə?.. 
- Məəəəəə, məəəəəə… 
O səslərin arasından Həmdi məqsədini bildirirdi: 
- Qardaşıma tütün gətirdim, al bunu çək, kirvə. 
- Mən tütün çəkə bilmirəm, öskürdür, kirvə, sağ ol. 
- Zəifin gətirmişəm, kirvə, al çək, öksürtməz, qurban. 
*** 
- Nə var, kirvəəəəə?.. 
- Dünən bir qoyunum öldü, kirvə. 
- Canın sağ olsun, kirvə. 
*** 
- Gümmm, gümmmm… 
- Nə var, kirvəəə? 
- Bizim it altı bala doğdu, birini sənə gətirdim, qapında hürsün, kirvə… 
- Yenə nə oldu, Həmdi? 
- Dünən səhər tütün gətirdiyimə görə hirsləndinmi, kirvə? 
- Hirslənmədim, Həmdi. 
- Onda al bu tütünü də çək, kirvə, zəifin gətirmişəm. 
*** 
Həmdi bir səhər yenə erkəndən gəldi. Qapını vurmamış açdım. 
- Vayy! Erkən qalxmısan, kirvə, - dedi. 
- Öyrəndim, kirvə, ver, - dedim. 
Əlində təzə bişmiş bir neçə çörək vardı, mənə verdi. 
- Axşam gəl, kirvə, səninlə danışacağam, - dedim. 
- Yaxşı, atam, - dedi, məni öpdü, qoyunları haylayıb getdi. 
Axşam kirvə gəldi. Uzun-uzadı izah etdim: 
- Kirvə, qurban, daha mənə heç nə gətirmə, bir şeyə ehtiyacım olsa, mən özüm sənə söylə-
yərəm. Ya da Bağdada deyərəm, o, məktəbə gələndə gətirər. Yaxşımı? 
- Yaxşı, kirvə, - dedi. Həmdi ilə razılaşdıq, məni qucaqlayıb öpdü... 
Çay içirdik. Kirvəmin gözü küncdəki cütkasetli maqnitofona sataşdı. 
- Vayy! Kirvə, qurban, bu nədi? - dedi. 
- Maqnitofondu, kirvə, kaseti qoyursan, oxuyur, - dedim. 
- Vayyy! Necə oxuyur, kirvə, mənim maqnitofonum kimi? 
- Bəli. 
- Kirvə, bir oxut, qurban. 
- Yaxşı. 
Kaseti qoyub maqnitofonu işə saldım. Kasetdən uzun, qəmli bir hava başladı. 
- Oğlan, atam, - kirvə dedi, - bu kaset çox qəmliymiş, qardaş, bu kaseti mənə ver. 
Kaseti təzə almışdım. Hələ bir-iki dəfə dinləmişdim, çox dinləmiş olsaydım, o saat verər-
dim. 
“Bir neçə gündən sonra gəl, bir az dinləyim, sonra sənə verərəm,” desəm, Həmdi hər səhər, 
“kaseti dinlədinmi, kirvə” deyə gələcəkdi. Onsuz da bu kaseti Həmdiyə verəcəkdim, amma o an 
verməyə ürəyim gəlmədi. Həmdini qırmaq istəməsəm də vermədim. 
Maqnitofonu bağladım, digər gözündəki kaseti çıxardıb Həmdiyə verdim. 
Gec idi, kirvə kaseti alıb evinə yollandı. Gecə yarısıydı, yuxuya təzə getmişdim ki, mənzili-
min qapısı gürultu ilə döyüldü. 
“Bahoo!”, dedim. Qapını çox vurmasın deyə yataqdan atılıb qaçdım. 
- Kirvəəə! Aç qapını, qurban! 
Gələn Həmdi idi, içəridən səsləndim. 


www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Nə var, kirvəəəə? 
- Kirvə, bu kaset mənim evimdə qəmli oxumur, atam. 
- Niyə qəmli oxumur, Həmdi? Oxuyar… 
- Nə bilim, atam, “hoppa, hoppa, şinanay, şinanay” oxuyur, səs də o səs deyil, atam, bunu 
bir qız oxuyur. 
Güldüm, özümü zorla saxlayırdım. 
-  Gəl,  kirvə,  keç  içəri,  -  dedim,  kaseti  əlindən  aldım.  O  tərəf-bu  tərəfinə  baxdım. 
Maqnitofona  saldım.  Həmdinin  qəmli  dediyi  kaset  digər  gözdəydi.  Həmin  kasetin  olduğu  yeri 
basdım. Uzun, yanıqlı bir hava başladı. 
- Vayyy! - kirvəm dedi, gözləri güldü, - çox şükür, atam, pozulmayıb. 
- Bax, qəmli oxuyur, qorxma, pozulmaz, - dedim. 
- Oğlan, kirvə, burada qəmli oxuyur, bizim evə gedəndə başqa bir şey oxuyur, qardaş. Sov-
xa yerinimi bəyənmir? Bu necə işdi, atam! 
- Götür apar, daha qəmli oxuyacaq, kirvə. 
- Sağ ol, qardaş. 
Maqnitofonu bağladım. Həmdinin bir az əvvəl gətirdiyi kaseti çıxardıb təkrar ona verdim, 
yola saldım. 
Dan  yeri  söküləndə  dəmir  qapım  döyüldü.  Öyrəncəliydim.  Heç  nə  soruşmadım.  İçəridən 
qışqırdım: 
- Nə var, kirvəəə? 
- Kirvə, kaset yenə qəmli oxumur. Neyniyək, kirvə? 
Gülməkdən danışa bilmədim. Az sonra içəridən yüksək səslə qışqırdım: 
- Mən evdə deyiləm, kirvəəə! 
- Vayyy! Qardaş, bəs hardasan? 
- Şahin müəllimgildəyəm. 
Həmdi çaşdı: 
- Allah, Allaaah! Kirvənin səsi gəlir, amma özü evdə yoxdu. Bu necə işdi, atam? Dayan bir 
gedim Şahin müəllimgilə baxım, - deyə deyinərək getdi. 
Şahin Türk dili müəllimi idi. Elektrik işlərindən də başı çıxırdı. Kəndlilərin bütün elektrik 
işlərini o görürdi. Radio, televizor, kaset,  maqnitofon  - hamısını təmir edirdi. Ürəyi  yumşaqdı, 
kimsənin xətrinə dəyməzdi. Amma vaxtsız narahatlığı da heç xoşlamazdı. Kəndlilər həftə sonun-
da təmir üçün səhər tezdən gəlib Şahin müəllimi oyadardısa çox qızardı. Kəndlilər çəkindiklərinə 
görə bəzən məni də özlərinə qoşar, Şahin müəllimgilə birlikdə gedərdik. Mən xahiş edərdim, sö-
zümü çevirməzdi, kəndlilərin hər işini  yerinə yetirərdi. Şahin müəllim mənzilimin  yaxınlığında 
kərpic bir evdə qalırdı... 
Həmdi pilləkənləri enib yola düzəldi. Pəncərədən arxasınca baxırdım. Kirvə döngəni dönüb 
gözdən itdi. 
Bir azdan Şahin müəllimin fəryadı səhər küləyinə qarışıb kəndin üzərinə yayıldı.  Şapkası 
düşmüş  Həmdi kirvə pərişan halda qaçırdı. Arxasınca  gecə köynəyində  yataqdan qalxan Şahin 
müəllim əlində odun parçası gəlirdi. Oduna hədəf olmamaq üçün mənzilimə yan alan kirvə karı-
xıb yaxınlıqdakı gölməçəyə düşdü. Qalxıb üstünü-başını təmizlədi. 
Az sonra qapım yenidən vuruldu. Kirvəm qapının ağzında qaranəfəs olmuşdu. Qapını aç-
dım, heç nədən xəbərim yoxmuş kimi soruşdum: 
- Nə oldu, kirvə?.. 
- Oğlan, kirvə, - dedi, - Şahin müəllimgildə yoxsan, atam, hardasan, düzünü de?.. 
 
 
Türkcədən çevirən: Eyvaz Zeynalov 
 
 
 
 
 


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə