İmmiqrasiya haqqında



Yüklə 306,2 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü306,2 Kb.
#66997


İmmiqrasiya haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

 

B i r i n c i   f ə s i l  



 ÜMUMİ MÜDDƏALAR 

M a d d ə   1 .  



Qanunun məqsədi 

Bu  Qanun  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasına 

immiqrasiyasını və bununla bağlı münasibətləri tənzimləyir. 

M a d d ə   2 .  



İmmiqrasiya haqqında qanunvericilik 

Azərbaycan  Respublikasına  immiqrasiya  Azərbaycan  Respublikası  Konstitusiyası, 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Qanun və Azərbaycan 

Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 

M a d d ə   3 .  

Əsas anlayışlar 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: 



immiqrasiya  —  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  əcnəbilərin  və  ya  vətəndaşlığı 

olmayan şəxslərin Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamağa gəlməsi;

i[1]

immiqrant  —  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikası  ərazisində 

daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;

ii[2]

immiqrasiya  kvotası  —  bir  il  ərzində  müvafiq  ölkələrdən  Azərbaycan  Respublikasına 

gəlmələrinə  icazə  verilən  əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  sayının  son  həddi. 

iii[3]

İ k i n c i   f ə s i l  



 İMMİQRASİYA HAQQINDA VƏSATƏTƏ BAXILMASI 

M a d d ə   4 .  



İmmiqrasiya haqqında vəsatət 

Azı iki il Azərbaycan Respublikasında qanuni əsaslarla müvəqqəti yaşayan 18 yaşına çatmış 

fəaliyyət  qabiliyyəti  olan  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasında  daimi  yaşamaq  üçün  (immiqrant  statusu  almaq  üçün)  müvafiq  icra 

hakimiyyəti orqanına vəsatət verə bilər. 

iv[4]


Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  vəsatətlərində  Azərbaycan  Respublikasına 

immiqrasiyasını əsaslandırmalıdırlar. 

İmmiqrasiya  haqqında  vəsatətə  notarial  və  ya  ona  bərabər  tutulan  qaydada  təsdiq  edilən 

aşağıdakı sənədlər əlavə olunur: 

1)  doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan başqa sənəd; 

2)  ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya 

olduğu  yer  göstərilməklə)  arayış,  nigah  haqqında  şəhadətnamənin  surəti,  əcnəbilər  və  ya 

vətəndaşlığı  olmayan  şəxslərlə  immiqrasiya  edən  14  yaşından  18  yaşınadək  olan  uşaqların 

immiqrasiyası haqqında yazılı razılığı; 

3)  immiqrant statusu almaq istəyən şəxslərin sağlamlığı haqqında arayış;

v[5]

4)  Azərbaycan  Respublikası  vətəndaşı  və  ya  Azərbaycan  Respublikası  ərazisində  daimi 



yaşayan  şəxs  ölkədə  qaldıqları  vaxtda  təminatı  öz  üzərinə  götürdüyü  hallar  istisna  olmaqla, 


əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  və  onlarla  gələn  ailə  üzvlərinin  minimal 

tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd; 

5)  əcnəbilərin  vətəndaşlığını,  vətəndaşlığı  olmayan  şəxslərin  isə  vətəndaşsızlığını  təsdiq 

edən sənəd; 

6)  əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənədlər. 

Azərbaycan  Respublikasına  immiqrasiya  haqqında  vəsatətin  rədd  edilməsi  əsaslarının 

mövcudluğunun  müəyyən  edilməsi  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  əlavə 

sənədlər tələb oluna bilər. 

7) Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə.

vi[6]


8)  Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə  alınmasına  əsas  olmuş 

halların aradan qalxmadığını sübut edən sənədlər. 



vii[7]

9) dövlət rüsumunun ödənilməsi barədə qəbz.

viii[8]

M a d d ə   5 .  



İmmiqrasiya haqqında vəsatətə baxılması 

Müvafiq  icra  hakimiyyəti  orqanı  iki  ay  müddətində  Azərbaycan  Respublikasına 

immiqrasiya haqqında vəsatətə baxır və qərar qəbul edir.

ix[9]


Azərbaycan  Respublikasına  immiqrasiya  haqqında  vəsatətə  baxılması  qaydalarını, 

immiqrasiyanın növlərini və müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

x[10]

M a d d ə   6 .  



(Çıxarılıb) 

xi[11]


M a d d ə   7 .  

Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətin rədd 

edilməsinin əsasları 

Əcnəbilərin  və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına immiqrasiya 

haqqında vəsatəti aşağıdakı hallarda rədd edilə bilər: 

1)  onların immiqrasiyası Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və ya ictimai 

asayişə zərər vura biləcəyi hallarda; 

2)  həmin şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli 

yoluxucu xəstəlik virusu daşıyıcısı olduqda; 

3)  onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 

4)  həmin  şəxslər  Azərbaycan  Respublikasına  immiqrasiya  üçün  icazə  almaq  məqsədi  ilə 

saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 

5)  həmin  şəxslər  qəsdən  ağır  və  ya  xüsusilə  ağır  cinayət  törətdiyinə  görə  məhkum 

olunduqda,  əgər  məhkumluqları  qanunla  müəyyən  edilmiş  qaydada  ödənilməmişdirsə  və  ya 

götürülməmişdirsə;

xii[12]


6)  həmin şəxslər əvvəllər Azərbaycan Respublikası hüdudlarından çıxarıldıqda; 

7)  Azərbaycan  Respublikası  vətəndaşı  və  ya  Azərbaycan  Respublikası  ərazisində  daimi 

yaşayan  şəxs  təminatı  öz  üzərinə  götürdüyü  hallar  istisna  olmaqla,  əcnəbilərin  və  ya 

vətəndaşlığı  olmayan şəxslərin  və  onlarla  gələn  ailə  üzvlərinin  minimal  tələbatını  ödəyə  bilən 

vəsaiti olmadıqda. 

        8) həmin şəxslər xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini 

tərk etdikdə; 

9)  onların  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  yaşamağa  icazə  alması  üçün 

əsas  olmuş  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  bağlanmış  nikahı  etibarsız  hesab 

edildikdə.

xiii[13]

M a d d ə   8 .  



İmmiqrasiyaya icazə verilməməsi haqqında qərardan şikayət verilməsi 

Azərbaycan  Respublikasına  immiqrasiyaya  icazə  verilməməsi  haqqında  qərardan 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  inzibati  qaydada  və  (və  ya)  məhkəmə 

qaydasında şikayət verilə bilər.

xiv[14]



M a d d ə   9 .  

İmmiqrasiya haqqında vəsatətə təkrar baxılması 

İmmiqrasiya haqqında vəsatət rədd edildikdə, təkrar vəsatətə bu Qanunun 7‐ci maddəsində 

nəzərdə tutulmuş hallar aradan qalxdıqdan sonra baxıla bilər.

xv[15]


 

Ü ç ü n c ü   f ə s i l  



 İMMİQRANTLARIN HÜQUQİ VƏZİYYƏTİ 

M a d d ə   1 0 .   İmmiqrant statusu 

Azərbaycan 

Respublikasında 

immiqrant 

statusu 


Azərbaycan 

Respublikasının 

Konstitusiyası,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri, 

“Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti  haqqında”  Azərbaycan 

Respublikasının Qanunu, bu Qanun və digər qanunvericilik aktları ilə müəyyən olunur. 

       Azərbaycan  Respublikasında  qanuni  əsaslarla  müvəqqəti  yaşayan  əcnəbilərə  və 

vətəndaşlığı  olmayan  şəxslərə  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  Azərbaycan 

Respublikasında daimi yaşamaq hüququ (immiqrant statusu) verilir. 

İmmiqrant  statusu  beş  il  müddətinə  verilir.  Bu  müddət  bitdikdən  sonra  əcnəbinin  və 

vətəndaşlığı  olmayan  şəxsin  müraciətinə  əsasən  daimi  yaşamaq  üçün  verilmiş  icazə  beş  il 

müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.

xvi[16]


İmmiqrantlar  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  əcnəbilər  və  vətəndaşlığı 

olmayan  şəxslər  üçün  müəyyən  edilən  hüquq  və  azadlıqlardan  istifadə  edirlər  və  müvafiq 

vəzifələri yerinə yetirirlər. 

Əcnəbilərə  və  ya  vətəndaşlığı  olmayan  şəxslərə  Azərbaycan  Respublikasında  daimi 

yaşamaq hüququ (immiqrant statusu) verilməsi barədə qərar müvafiq  icra hakimiyyəti orqanı 

tərəfindən  qəbul  edilir.  İmmiqrant  statusu  almış  şəxslərə  Azərbaycan  Respublikasının 

ərazisində  daimi  yaşamaq  üçün  icazə  vəsiqəsi  verilir.  Vəsiqənin  təsviri,  spesifikasiyası  və 

nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

xvii[17]

M a d d ə   1 1 .   İmmiqrasiyaya icazə alan əcnəbilərin və ya vətəndaşlığı olmayan 



şəxslərin Azərbaycan Respublikasına gəlməsi 

Azərbaycan Respublikasına immiqrasiyaya icazə alan əcnəbilər və ya vətəndaşlığı olmayan 

şəxslər  “Ölkədən  getmək,  ölkəyə  gəlmək  və  pasportlar  haqqında”  Azərbaycan  Respublikası 

Qanunu maddələri ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisinə gələ bilər. 

Azərbaycan  Respublikasına  daxil  olduqda  immiqrasiya  edən  əcnəbi  və  ya  vətəndaşlığı 

olmayan şəxs (onunla gələn ailə üzvləri) mütləq tibbi müayinədən keçməlidirlər. 

Bu  Qanunun  7‐ci  maddəsində  göstərilən  hallar  müəyyən  olunduqda  əcnəbinin  və  ya 

vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikası  ərazisinə  buraxılmalarından  imtina 

olunur. 

xviii[18]

 

Maddə 12. İmmiqrant statusu almış şəxslərin yaşayış yeri üzrə qeydiyyatı



xix[19]

İmmiqrant  statusu  almış  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. 

İmmiqrant  statusu  almış  şəxs  yaşayış  yerini  dəyişdikdə  10  gündən  gec  olmayaraq  yeni 

yaşayış  yeri  üzrə  qeydiyyata  alınması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  müraciət 

etməlidir. 



M a d d ə   1 3 .   İmmiqrant statusunun ləğv edilməsi

 

[20]


xx

İmmiqrant statusu aşağıdakı hallarda ləğv edilir:

xxi[21]

1)  saxta  sənədlər  və  yalan  məlumat  əsasında  Azərbaycan  Respublikası  ərazisində 



yaşamağa icazə aldıqda;

 

2)  Azərbaycan  Respublikasının  dövlət  təhlükəsizliyi  və  ya  ictimai  asayiş  üçün  təhlükə 



törətdikdə;

xxii[22]


3)  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda 

əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  barəsində  Azərbaycan  Respublikasının 

hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq edildikdə. 

xxiii[23]

       4) daimi yaşamaq üçün xarici dövlətə getdikdə; 

5) il ərzində altı aydan çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda.

xxiv[24]

Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  immiqrant  statusundan  məhrum  edilməsi  və 

Azərbaycan  Respublikası  ərazisindən  çıxarılması  haqqında  qərarı  məhkəmə  (hakim)  qəbul 

edir.


xxv[25]

İmmiqrantların  Azərbaycan  Respublikası  ərazisindən  çıxarılması  müvafiq  qanunvericiliyə 

uyğun olaraq həyata keçirilir. 

xxvi[26]


İmmiqrantın  Azərbaycan  Respublikası  ərazisindən  çıxarılması  haqqında  qərar  onun  ailə 

üzvlərinə şamil edilmir.

 

 

xxvii[27]



İmmiqrant məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 7 gün ərzində Azərbaycan 

Respublikası  ərazisini  tərk  etmədikdə  məcburi  qaydada  Azərbaycan  Respublikası  ərazisindən 

çıxarılır.  İmmiqrantın  Azərbaycan  Respublikası  ərazisindən  məcburi  çıxarılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 



xxviii[28]

İmmiqrant  ağır  və  xüsusilə  ağır  cinayət  törətdikdə  Azərbaycan  Respublikasının  Cinayət 

Məcəlləsinin  52‐ci  maddəsi  ilə  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Respublikasının 

hüdudlarından kənara məcburi çıxarıla bilər. 

xxix[29]

Bu  maddənin  birinci  hissəsinin  3‐cü  bəndində  nəzərdə  tutulmuş  immiqrantın  Azərbaycan 

Respublikasının  ərazisindən  çıxarılması  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsinə uyğun olaraq həyata keçirilir. 

xxx[30]

 

 



D ö r d ü n c ü   f ə s i l  

 AZƏRBAYCAN RESPUBLİKASINDA İMMİQRASİYANIN DÖVLƏT TƏNZİMİ 

M a d d ə   1 4 .   Azərbaycan Respublikasında immiqrasiyanın idarə edilməsi 

Azərbaycan Respublikasında immiqrasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə 

olunur. 


M a d d ə   1 5 .   İmmiqrasiya kvotası 

Azərbaycan  Respublikasına  immiqrasiya  sahəsində  dövlət  tənzimini  həyata  keçirmək 

məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən immiqrasiya kvotaları müəyyən edilir. 

Hər  yeni  ilin  başlanmasına  üç  ay  qalmış  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

immiqrasiya kvotası müəyyən olunur. 

Zəruri  hallarda  immiqrasiya  kvotaları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

məhdudlaşdırıla bilər.

 

xxxi[31]




M a d d ə   1 6 .   İmmiqrantın yerli şəraitə uyğunlaşması 

İmmiqranta  öz  arzusu  ilə  Azərbaycan  dilinin,  Azərbaycan  Konstitusiyası  və  qanunlarının 

öyrənilməsi üçün imkan yaradılır. 

Azərbaycan  Respublikasında  immiqrantların  yerli  şəraitə  uyğunlaşdırılması  qaydaları 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

B e ş i n c i   f ə s i l  



 YEKUN MÜDDƏALARI 

M a d d ə   1 7 .   İmmiqrantların məsuliyyəti 

Azərbaycan  Respublikası  qanunvericiliyini  pozan  immiqrant  hüquqi  məsuliyyətə  cəlb 

olunur. 


Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  törədilən  cinayət  əməlinə  görə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  və  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri  ilə 

müəyyən edilən geri verilmədən imtina halları istisna olmaqla immiqrant cinayət məsuliyyətinə 

cəlb  edilməsi  və  ya  qanuni  qüvvəyə  minmiş  məhkəmə  hökmü  ilə  təyin  olunan  cəzanın  icrası 

üçün başqa dövlətə geri verilə bilər. 

M a d d ə   1 8 .   Qanunun qüvvəyə minməsi 

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir. 

 

Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV 

Bakı şəhəri, 22 dekabr 1998‐ci il 

№ 592‐IQ 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI 

 

1.

 

5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 1999‐cu il, № 3, maddə 156)  

2.

 

12  oktyabr  2001‐ci  il  tarixli  203‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 695)  

3.

 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57

4.

 

30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505

5.

 

9  oktyabr  2007‐ci  il  tarixli  430‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 11, maddə 1053

6.

 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, 

№ 8, maddə 701

7.

 

2  fevral  2009‐cu  il  tarixli  764‐IIIQD  nömrəli



 

Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  6 mart 2009‐cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, 

№ 3, maddə 160) 

8.

 

30  iyun  2009‐cu  il  tarixli  858‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  28 iyul 2009‐cu il, № 163) 

 

 



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI 

 


 

 

 



 

                                                 

i[1]

 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 3‐cü maddənin ikinci abzasdan “müvəqqəti və ya” sözləri çıxarılmışdır.

 

 

ii[2]



 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə  701)  ilə  3‐cü  maddənin  üçüncü abzasda  “yaşamaq  hüququ  alaraq  Azərbaycan  Respublikasına 

gələn” sözləri “daimi yaşamaq üçün icazə verilmiş” sözləri ilə əvəz edilmişdir. 

 

iii[3]



 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 3‐cü maddənin dördüncü abzas çıxarılmışdır. 

 

iv[4]



 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 4‐cü maddənin birinci hissə yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

18  yaşına  çatmış  fəaliyyət  qabiliyyəti  olan  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 

Respublikasına  immiqrasiya  üçün  müvafiq  icra  hakimiyyəti  orqanına  bilavasitə  və  ya  Azərbaycan 

Respublikasının diplomatik nümayəndəliyi, yaxud konsul idarələrinin vasitəsilə vəsatət verə bilər. 

 

v[5]



 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 4‐cü maddənin üçüncü hissənin 3‐cü bəndində “immiqrasiya edən” sözləri “immiqrant 

statusu almaq istəyən” sözləri ilə əvəz edilmişdir. 

 

vi[6]



  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 4‐cü maddənin üçüncü hissəyə 7‐ci bənd əlavə edilmişdir. 

 

vii[7]



 

2  fevral  2009‐cu  il  tarixli  764‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan” qəzeti  6 mart 2009‐cu il, № 52, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 

2009‐cu  il,  №  3,  maddə  160)  ilə  4‐cü  maddəsinin  üçüncü  hissəsinə  yeni  məzmunda  8‐ci  bənd  əlavə 

edilmişdir. 

 

viii[8]


 

30  iyun  2009‐cu  il  tarixli  858‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti  28 iyul 2009‐cu il, № 163) ilə 4‐cü maddənin üçüncü hissəsinə 9‐cu bənd əlavə edilmişdir. 

 

ix[9]



 

30  iyun  2009‐cu  il  tarixli  858‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti    28  iyul  2009‐cu  il,  №  163)  ilə  5‐ci  maddənin  birinci  hissəsində  “altı”  sözü  “iki”  sözü  ilə  əvəz 

edilmişdir. 

 

x[10]


 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 5‐ci maddənin ikinci hissəsindən “, immiqrasiyanın növlərini və müddətlərini” sözləri 

çıxarılmışdır. 

 

xi[11]

 

30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 7, maddə 505) ilə 6‐cı maddə çıxarılmışdır.  


                                                                                                                                                             

M a d d ə   6 .   İmmiqrasiya haqqında vəsatətlə bağlı rüsum  

İmmiqrasiya haqqında vəsatət verildikdə qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət 

rüsumu ödənilir. 



 

xii[12]

  5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1999‐cu il,  №  3,  maddə  156) ilə 7‐ci  maddənin 5‐ci  bəndinə 

ʺağırʺ sözündən sonra ʺvə ya xüsusilə ağırʺ sözləri əlavə edilmişdir.  

 

24 iyun 2008‐ci il tarixli 658‐IIIQD



 

nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 



avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 

701) ilə 7‐ci maddənin 5‐ci bənd yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

5)  həmin  şəxslər  son  beş  il  ərzində  qəsdən  ağır  və  ya  xüsusilə  ağır  cinayət  etdiyinə  görə  məhkum 

olunduqda; 

 

xiii[13]


  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 7‐ci maddəyə 8‐ci və 9‐cu bəndlər əlavə edilmişdir. 

 

xiv[14]



  9  oktyabr  2007‐ci  il  tarixli  430‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 11, maddə 1053) ilə 8‐ci maddəsində “müvafiq” 

sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir. 

 

xv[15]


  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 9‐cu maddənin mətni yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

İmmiqrasiya  haqqında  vəsatətə  təkrar  olaraq  ilkin  qərar  qəbul  edildikdən  bir  il  sonra  yenidən  baxıla 

bilər. 


 

xvi[16]


 

  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 10‐cu maddənin ikinci və üçüncü hissələr yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər immiqrasiya kvotalarına riayət olunmaqla bu Qanunla 

müəyyən  edilmiş  qaydada  immiqrasiyaya  icazə  aldıqda  Azərbaycan  Respublikasına  daimi  və  ya 

müvəqqəti yaşamağa gələ bilərlər və bu halda immiqrant statusu alırlar. 

Kvotadan kənar immiqrant statusu aşağıdakı şəxslərə verilə bilər: 

1)  Azərbaycan  Respublikasının  vətəndaşı  ilə  yaxın  qohumluğu  olan  və  ondan  Azərbaycan 

Respublikasına daimi yaşamağa gəlməyə dəvət alan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə; 

2)  Azərbaycan  Respublikasında  daimi  yaşayan  şəxslə  nikah  bağlayan  əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan şəxslərə; 

3)  Azərbaycan Respublikası vətəndaşının himayəsində və ya qəyyumluğunda olan əcnəbilərə və ya 

vətəndaşlığı olmayan şəxslərə; 

4)  Azərbaycan  Respublikasının  vətəndaşına  himayəçilik  və  ya  qəyyumluq  edən  əcnəbilərə  və  ya 

vətəndaşlığı olmayan şəxslərə; 

       5) elm, texnika və digər sahələrdə yüksək ixtisaslı mütəxəssislərə, incəsənət xadimlərinə və 

idmançılara. 

 

xvii[17]


  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 10‐cu maddənin beşinci hissə aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 




                                                                                                                                                             

İmmiqranta  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  onun  statusunu  təsdiq  edən  sənəd  verilir. 

İmmiqrant  statusunu  təsdiq  edən  sənədin  forması  Azərbaycan  Respublikası  Milli  Məclisi  tərəfindən 

təsdiq edilir. 

 

 

30 iyun 2009‐cu il tarixli 858‐IIIQD



 

nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  

28 iyul 2009‐cu il, № 163) ilə 10‐cu maddənin beşinci hissəsi yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  immiqrant 

statusu  verilməsi  barədə  qərar  qəbul  edilir.  Qərarın  təsviri,  spesifikasiyası  və  nümunəsi,  habelə  qərar 

blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq 

edilir. 


 

xviii[18]

  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 11‐ci maddə çıxarılmışdır. 

 

xix[19]



  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə  701)  ilə  12‐ci  maddənin  adında  “İmmiqrantların”  sözündən  sonra  “yaşayış  yeri  üzrə”  sözləri 

əlavə edilmişdir. 

 

24 iyun 2008‐ci il tarixli 658‐IIIQD



 

nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 



avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 

701) ilə 12‐ci maddənin birinci hissə yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

Azərbaycan  Respublikasına  yaşamağa  gələn  immiqrant  (onun  ailə  üzvləri)  Azərbaycan  Respublikası 

qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınır. 

 

 

30 iyun 2009‐cu il tarixli 858‐IIIQD



 

nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  

28 iyul 2009‐cu il, № 163) ilə 

12‐ci maddə aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 2 .   İmmiqrantların  yaşayış yeri üzrə qeydiyyatı 

İmmiqrant  statusu  almış  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar. Onlara müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı 

olmayan  şəxsin  qeydiyyat  vəsiqəsi  verilir.  Azərbaycan  Respublikasında  daimi  yaşayan  əcnəbinin  və  ya 

vətəndaşlığı  olmayan  şəxsin  qeydiyyat  vəsiqəsinin  təsviri,  spesifikasiyası  və  nümunəsi  Azərbaycan 

Respublikasının qanunu ilə müəyyən edilir. 

       İmmiqrant yaşayış yerinin dəyişməsi haqqında üç gün ərzində müvafiq icra hakimiyyəti orqanına 

məlumat verməlidir. 

 

xx[20]


 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 

13‐cü maddənin adı yeni redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

İmmiqrantın Azərbaycan Respublikası ərazisindən çıxarılması 

 

xxi[21]


 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 13‐cü maddənin birinci hissəsinin birinci abzas aşağıdakı redaksiyada verilmişdir. 


                                                                                                                                                             

Əvvəlki redaksiyada deyilirdi: 

İmmiqrant  aşağıda  göstərilən  hallarda  immiqrasiyaya  icazə  ləğv  olunmaqla  Azərbaycan  Respublikası 

ərazisindən çıxarılır: 

 

xxii[22]

  5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1999‐cu  il,  №  3,  maddə  156)  ilə  13‐cü  maddədə  birinci 

hissənin 2‐ci bəndi çıxarılmış və 3‐cü bənd 2‐ci bənd hesab edilmişdir.  Əvvəlki redaksiyada deyilirdi: 

  2)  cinayət  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  ağır  cinayət  əməli  törətdikdə  və  həmin  əmələ 

görə haqqında qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarıldıqda; 

 

24 iyun 2008‐ci il tarixli 658‐IIIQD



 

nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 



avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 

701) ilə 13‐cü maddənin birinci hissəsinin 2‐ci bənd aşağıdakı redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

2) Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinin və ya ictimai asayişin təmin edilməsi məqsədi ilə. 

 

 



xxiii[23]

 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  ilə  13‐cü  maddənin  birinci 

hissəsinə 3‐cü bənd əlavə edilmişdir. 

 

xxiv[24]


 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 13‐cü maddənin birinci hissəsinə 4‐cü və 5‐ci bəndlər əlavə edilmişdir. 

 

xxv[25]



 

12  oktyabr  2001‐ci  il  tarixli  203‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  695)  ilə  13‐cü  maddənin  ikinci 

hissəsində ʺmüvafiq icra hakimiyyəti orqanıʺ sözləri ʺməhkəmə (hakim)ʺ sözləri ilə əvəz edilmişdir. 

 

xxvi[26]

 

12  oktyabr  2001‐ci  il  tarixli  203‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  695)  ilə  13‐cü  maddənin  üçüncü 

hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

Bu maddənin birinci hissəsinin 1‐ci və 3‐cü bəndlərində nəzərdə tutulmuş hallarda immiqrant 

Azərbaycan  Respublikası  ərazisindən  çıxarılması  haqqında  qərar  qəbul  olunan  vaxtından  on  gün 

müddətində  rəsmi  qaydada  məlumatlandırılmalıdır.  İmmiqrant  qərarı  aldıqdan  sonra  30  gün 

müddətində  Azərbaycan  Respublikası  ərazisini  tərk  etməlidir.  İmmiqrant  10  gün  ərzində  bu 

qərardan məhkəmə qaydasında şikayət verə bilər. Bu halda Azərbaycan Respublikası ərazisini tərk 

etmə müddətləri məhkəmə qərarı qüvvəyə minən gündən hesablanır. 

 

xxvii[27]



  5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  1999‐cu  il,  №  3,  maddə  156)  ilə  13‐cü  maddədə  dördüncü 

hissə  çıxarılmış  və  beşinci  və  altıncı  hissələr  müvafiq  olaraq  dördüncü  və  beşinci  hissələr  hesab 

edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:  

  Bu  maddənin  birinci  hissəsinin  2‐ci  bəndində  nəzərdə  tutulan  immiqrantlar  etmiş  olduqları 

cinayətə görə təyin olunmuş cəzanı çəkdikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası 

ərazisini tərk etməlidir. 

 

 

 



 

xxviii[28]

  24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD

 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 



(“Azərbaycan”  qəzeti  7  avqust  2008‐ci  il,  №  173,  Azərbaycan  Respublikasının  Qanunvericilik 


                                                                                                                                                             

Toplusu, 2008‐ci il, № 8, maddə 701) ilə dördüncü hissədə “bu maddədə göstərilən müddətlər” sözləri 

“məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 7 gün” sözləri ilə əvəz edilmişdir. 

 

xxix[29]



 

5  oktyabr  2001‐ci  il  tarixli  183‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  1999‐cu  il,  №  3,  maddə  156)  13‐cü  maddəyə  altıncı  hissə 

əlavə edilmişdir. 

12  oktyabr  2001‐ci  il  tarixli  203‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2001‐ci  il,  №  11,  maddə  695)  ilə  beşinci  hissə  çıxarılmış, 

altıncı hissə beşinci hissə hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

İmmiqrant  bu  maddədə  göstərilən  müddətlər  ərzində  Azərbaycan  Respublikası  ərazisini  tərk 

etmədikdə  məcburi  qaydada  Azərbaycan  Respublikası  ərazisindən  çıxarılır.  İmmiqrantın 

Azərbaycan  Respublikası  ərazisindən  məcburi  çıxarılması  qaydaları  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunur. 

 

xxx[30]

 

30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57) ilə 13‐cü maddəyə yeddinci hissə 

əlavə edilmişdir. 



 

xxxi[31]


 

24  iyun  2008‐ci  il  tarixli  658‐IIIQD



 

nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (“Azərbaycan” 



qəzeti 7 avqust 2008‐ci il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, 

maddə 701) ilə 11‐ci maddə çıxarılmışdır. 

Document Outline

  • Maddə 1. Qanunun məqsədi 
  • Maddə 2. İmmiqrasiya haqqında qanunvericilik 
  • Maddə 3. Əsas anlayışlar 
  • Maddə 4. İmmiqrasiya haqqında vəsatət 
  • Maddə 5. İmmiqrasiya haqqında vəsatətə baxılması 
  • Maddə 7. Azərbaycan Respublikasına immiqrasiya haqqında vəsatətin rədd edilməsinin əsasları 
  • Maddə 8. İmmiqrasiyaya icazə verilməməsi haqqında qərardan şikayət verilməsi 
  • Maddə 9. İmmiqrasiya haqqında vəsatətə təkrar baxılması 
  • Maddə 10. İmmiqrant statusu 
  • Maddə 11. İmmiqrasiyaya icazə alan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi 
  • Maddə 13. İmmiqrant statusunun ləğv edilməsi  [20] 
  • Maddə 14. Azərbaycan Respublikasında immiqrasiyanın idarə edilməsi 
  • Maddə 15. İmmiqrasiya kvotası 
  • Maddə 16. İmmiqrantın yerli şəraitə uyğunlaşması 
  • Maddə 17. İmmiqrantların məsuliyyəti 
  • Maddə 18. Qanunun qüvvəyə minməsi 

Yüklə 306,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə