İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Allergenspesifik immunterapiya nə zaman aparılır?



Yüklə 1,64 Mb.
səhifə14/16
tarix11.04.2018
ölçüsü1,64 Mb.
#36936
1   ...   8   9   10   11   12   13   14   15   16

906) Allergenspesifik immunterapiya nə zaman aparılır?
A) Qida allergiyası zamanı

B) Tozcuq ,məişət ,göbələk, insekt allergiyası zamanı

C) Penisillinə dərman allergiyası zamanı

D) Sadalananların hamısında

E) Sadalananların heç birində
Ədəbiyyat: Г.Н. Дранник .«Клиническая иммунология и аллергология» 2003 г,стр.545
907) II tip reaksiya üzrə inkişaf edən xəstəliklərə hansı aiddir?
A) Sadalananların heç biri

B) Hemolitik anemiya

C) Sadalananların hamısı

D) Pollinoz

E) Kontakt dermatiti
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.145
908) Tosqun hüceyrələrin tərkibində hansı var?
A) Sadalananların hamısı

B) Histamin, heparin, serotonin

C) Perforin

D) Sadalananların heç biri

E) Qlütamin
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.26
909) Bronxial astmanın ilkin profilaktikasına hansı daxildir?
A) Prenatal və postnatal dövrdə ananın siqaret çəkməməsi

B) Sadalananların hamısı

C) Hamilə qadınlar üçün hipoallergen şərait

D) Sadalananların heç biri

E) Hamilə qadınların hipoallergen qidalanması
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр.485
910) Bunlardan hansı dərman allergiyasına aid deyil?
A) Analgin qəbul etdikdən sonra övrə

B) Medikament qəbulu fonunda qorxu reaksiyası

C) Məhlulu yeritdikdən sonra şok

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г,стр.433
911) Birinci nəsil H1-antaqonistinə hansı aid deyil?
A) Klemastin

B) Sadalananların hamısı

C) Xlorofeniramin

D) Feksofenadin

E) Difenhidramin
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г,стр.433
912) Allergenspesifik immunterapiyanın aparılması zamanı hansı sistem reaksiyası mümkündür?
A) Bir qayda olaraq allergen yeridildikdən ilk 30 dəq.sonra həmin yerdən kənarda baş verən reaksiya

B) Allergen yeridildikdən 6 saat sonra

C) Allergen yeridildikdən 1 həftə sonra

D) Allergen yeridildikdən 12 saat sonra

E) Allergen yeridildikdən 24 saat sonra
Ədəbiyyat: Г.Н. Дранник .«Клиническая иммунология и аллергология» 2003 г,стр.545
913) Çörc-Stros sindromu hansı əlamətlərlə xarakterizə olunmur?
A) Anamnezdə tənəffüsün çətinləşməsi epizodlarının olması və ya nəfəs verərkən fitli xırıltının eşidilməsi

B) Residivlənən bakterial-göbələk infeksiyası

C) Mono- və ya polineyropatiya

D) Ağciyər infiltratı

E) Eozinofiliya (> 10 %)
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.228
914) Çoxsaylı mieloma necə xarakterizə olur?
A) Sadalananların heç biri

B) Bens-Cons zülalının , M-qradientin olması

C) Yalnız IgG səviyyəsinin artması

D) Sadalananların hamısının olması

E) Periferik limfoid orqanlarında lokalizasiya
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.296
915) Toxuma histouyğunlaşmasının əsas kompleksinin məlum spesifikliyinin sayı nə qədərdir?
A) 100-dən çox

B) 300-dən çox

C) 2000-dən çox

D) 20-dən çox

E) 200-dən çox
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.72
916) Çediak-Xiqasi sindromu hansının zədələnməsi nəticəsində baş verir?
A) Faqositlərin

B) Komplement sisteminin

C) T-hüceyrənin

D) Sadalananların hamısının

E) B-hüceyrənin
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.179
917) Bunlardan hansı övrə üçün xarakterikdir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) 2-3 sutka ərzində eritemanın saxlanmsı

D) Suluğun yerində hiperpiqmentasiyanın təzahürü

E) Suluqların izsiz itməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.148
918) Hansı preparat dərman-induksiyası Sistem Qırmızı Qurdeşənəyi sindromunu törətmir?
A) Litium duzları

B) Qızıl duzları

C) Probiotiklər

D) Antitireoid

E) Antikonvulsantlar
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.319
919) Tosqun hüceyrələrin deqranulyasiyası hansı müddət ərzində baş verir?
A) Günlərlə

B) Saniyələrlə

C) Həftələrlə

D) Deqranulyasiya baş vermir

E) Saatlarla
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.26
920) I tip reaksiya üzrə inkişaf edən xəstəliklərə hansı daxildir?
A) Hemolitik anemiya

B) Pollinoz

C) Sadalananların hamısı

D) Düyünlü poliarterit

E) Kontakt dermatit
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
921) II tip allergik reaksiyada hansı iştirak edir?
A) T-hüceyrə reseptoru

B) IgE –anticismi

C) IgG-anticismi

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il., səh.150
922) İnsanın toxuma uyuşanlığının əsas kompleksi nə vaxt kəşf edilmişdir?
A) XX əsrin II yarısında

B) XIX əsrin I yarısında

C) XIX əsrin sonunda

D) XX əsrin I yarısında

E) XIX əsrin II yarısında
Ədəbiyyat: Р.В.Петров..«Иммунология» 1987г., стр.160
923) Bronxial astmanın müalicəsində ən effektiv preparatlar hansı hesab olunur?
A) Sistemli qlükokortikosteroidlər

B) Sadalananların heç biri

C) İnqalyasion beta 2-aqonistləri

D) İnqalyasion qlükokortikosteroidlər

E) Kromonlardan
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.173
924) İrsi angionevrotik ödemin müalicəsi üçün qəbul edilən vasitə hansıdır?
A) Təzə və ya təzə dondurulmuş plazma ; Epsilon-aminokapron turşusu

B) Fermentlər

C) 2-ci nəsil antihistamin preparatları

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190
925) Zərdab xəstəliyinin inkişafını hansı törətmir?
A) Həzm fermentləri

B) Penisillin

C) Vaksinlər

D) Sadalananların hamısı

E) Zərdablar
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.105
926) Kif göbələyinə sensibilizasiyası olan xəstələrdə nə zaman kəskinləşmə baş verə bilər?
A) Qarın əridiyi vaxtlarda, rütubətli yerdə

B) Sadalananların hamısında

C) Sadalananların heç birində

D) Quru yerdə

E) Şaxtada
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
927) Faqositozun ilkin defekti nə zaman təzahür edir?
A) Doğulduqdan sonra ilk günlərdə

B) 2 yaşdan sonra

C) Ahıl yaşlarında

D) Yeniyetmə dövründə

E) Doğulduqdan 4-6 aydan sonra
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.143
928) Komplement sisteminin defisitinin təzahürünə hansı daxildir?
A) Autoimmun sindrom, infeksion sindrom

B) Allergik sindrom

C) Sadalananların hamısı

D) Limfoproliferativ sindrom

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.144
929) Bunlardan hansı HİV-infeksiyasının hədəf-hüceyrəsi deyil?
A) Qanyaradan sütun hüceyrələri, neyronlar

B) Monositar-makrofaqlar cərgəsi

C) Dendrit hüceyrələri

D) T- və B- limfositlər

E) Eritrositlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.193
930) Artyus fenomeni necə xarakterizə olunur?
A) IgG iştirakı; komplement sisteminin cəlb olunması

B) Spesifik CD4+ klonlarının proliferasiyası

C) Sadalananların hamısı ilə

D) Sadalananların heç biri ilə

E) Spesifik IgE iştirakı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
931) Sistem Qırmızı Qurdeşənəyinin patogenezində hansı faktorlar əsas rol oynamır?
A) Sadalananların hamısı

B) Bakterial infeksiya

C) Antinuklear anticismin sintezinin estrogenlərlə stimulyasiyası

D) HLA-B7, HLA-DR2, HLA-DR3 antigenlərinin daha çox tipləşməsi

E) İrsiyyət
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.126
932) Anafilaktoid reaksiyasının inkişaf xüsusiyyətlərinə hansı daxildir?
A) Arterial təzyiqin azalması ola bilər

B) Preparatı təkrar vurduqda reaksiya baş verir

C) Sadalananların hamısı

D) Arterial təzyiqin artması ola bilər

E) Qabaqcadan sensibilizasiya olduqda preparatın ilk qəbulunda reaksiyanın inkişafı
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
933) Natrium-kromoqlikat hansı xüsusiyyətləri ilə səciyyələndirilir?
A) Mədə-bağırsaq traktından absorbsiya olmur

B) Yuxuya meyillik

C) Ödlə və sidiklə dəyişilmiş şəkildə çıxır

D) Metabolizə olur

E) Sadalananların hamısı ilə
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.207
934) Təbii allergenlərin əksəriyyətinin molekulyar çəkisi nə qədərdir?
A) 150-200 kD

B) 200 kD

C) 250 kD

D) 10-70 kD

E) 1-3 kD
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
935) HİV-infeksiyasının birinci mərhələsində mümkün olan xəstəliklər hansıdır?
A) Limfoadenopatiya

B) Residivləşən pnevmoniya: 12 ay ərzində 2-dən çox epizodlar

C) Sadalananların hamısı

D) Beynin limfoması

E) Dəri və selikli qişanın göbələklə zədələnməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.193
936) Kimyəvi tərkibinə görə allergenlər hansına bölünürlər?
A) Yağlar

B) Zülallar, zülal-karbohidrat kompleksi

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Karbohidratlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
937) Antigenlərin toxuma uyuşanlığının bütün dəsti üzrə 2 təsadüfü şəxs üçün uyğunluq ehtimalı nə qədərdir?
A) 1 : 1000

B) 1 : 100

C) 1: 10.000

D) 1 : 1.000.000

E) 1 : 100.000
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95
938) Qeyri-infeksion allergenlərlə dəri testinin aparılması şərtləri hansıdır?
A) Sadalananların hamısı

B) Histamin üçün H2-reseptorların blokatorlarının ləğv olunması

C) Qlükokortikosteroidlərin ləğv olunması

D) Histamin üçün H1-reseptorlarının blokatorlarının ləğv olunması

E) Trisiklik antidepressantların iştirakı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
939) Uzun müddət burnun tutulması və qeyri-spesifik hiperreaktivliyini hansı patfizioloji mexanizmlər törətmir?
A) Seliyin sekresiyasının stimulyasiyası

B) Vazodilyatasiya

C) Sinir uclarının həssas stimulyasiyası

D) Allergik reaksiyanın gecikmiş fazasının nəticəsi

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
940) İnfeksion allergenlərlə dəri testi hara qoyulur?
A) Yalnız kürəkdə

B) Çiyində

C) Saidin daxili səthində

D) Bazunun daxili səthində

E) Saidin xarici səthində
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
941) Natrium-kromoqlikat və natrium-nedokromil nə zaman effektivdir?
A) Yüngül və orta-ağır bronxial astmada

B) Sadalananların heç birində

C) Sadalananların hamısında

D) Ağır bronxial astmada

E) Ağır bronxial astmanın profilaktikasında
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
942) Toxuma uyuşanlığı genlərinin əsas kompleksi (HLA) hansıdır?
A) Qan qrupunu müəyyən edir

B) İmmun cavaba genetik nəzarəti həyata keçirir və immunkompetent hüceyrələrlə qarşılıqlı təsirdə olur

C) Sadalananların heç biri

D) Ancaq transplantatın qopma reaksiyasına cavabdehdir

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95
943) Angionevrotik ödem harada formalaşır?
A) Piy hüceyrəsində

B) Epidermisdə

C) Sadalananların heç birində

D) Dərialtı hüceyrədə; selikaltı toxumada

E) Sadalananların hamısında
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190
944) Qeyri-infeksion allergenlərlə sınağı qoymazdan əvvəl dəri necə təmizlənir?
A) 3 %-li hidrogen-peroksid

B) Efirlə

C) Qaynadılmış su

D) 70 % spirtlə

E) Fizioloji məhlul
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
945) HİV-infeksiyası zamanı hüceyrə latentliyi nədir?
A) Həssas hüceyrənin virus hissəciyi ilə latent yoluxması

B) Provirus DNT-nin DNT-hüceyrəyə inteqrasiyası

C) Hüceyrənin sitoplazmasında provirus DNT olması

D) Hüceyrədə RNT-virusunun olması

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva. “Klinik immunologiya” 2007-ci il, səh.193
946) X-ilişikli Bruton tipli aqammaqlobulinemiya zamanı hansının defekti olur?
A) Pre-T-hüceyrə

B) Sütun hüceyrə

C) Pre-B-hüceyrə

D) Pro-B-hüceyrə

E) Qeyri-yetkin B-hüceyrə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.135
947) IgE-hiperhəssaslıq mexanizmi hansı xəstəliklərin əsasını təşkil edir?
A) Sadalananların hamısı

B) Kontakt dermatit

C) Atopik dermatit, atopik bronxial astma

D) Ekzogen allergik alveolit

E) Zərdab xəstəliyi
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
948) Monoklonal anticisimlərlə immun statusu qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?
A) Sitoflüorimetriya

B) Aqqlütinasiya

C) Sadalananların hamısı

D) Presipitasiya

E) Komplementin birləşmə reaksiyası
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il., səh.304
949) Allergeni vurduqdan sonra hansı müddət ərzində xəstəni müşahidə edirlər?
A) Allergeni vurduqdan 20 dəq.sonra

B) Allergeni vurduqdan 10 dəq.sonra

C) Allergeni vurduqdan 25 dəq.sonra

D) Allergeni vurduqdan 15 dəq sonra

E) Allergeni vurduqdan 30 dəqiqə sonra
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
950) T-hüceyrə reseptorları hansını tanıyır?
A) Sərbəst peptidi

B) Sərbəst zülalı

C) Histouyuşanlığın əsas kompleksinin molekulları ilə əlaqəsi olan peptidləri

D) Sadalananların hamısını

E) Karbohidrat molekulalarını
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84
951) Histouyğunlaşmanın əsas kompleksi molekulaları hansı zəncirə malikdir?
A) 1 polipeptid zəncirə

B) 3 zəncirə

C) 2 zəncirə

D) 4 zəncirə

E) Sadalananların heç birinə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.95
952) Viskott-Oldriç sindromu üçün hansı xarakterdir?
A) Ürək qüsuru

B) Sadalananların heç biri

C) Residivlənən infeksiya, trombositopeniya, ekzema

D) Trombositoz

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.178
953) Sağlam yetkin şəxslərin serumunda IgE normal səviyyəsi (ED\ml) hansıdır?
A) 50,0 – 150,0

B) < 130


C) 120,0 – 250,0

D) 10,0 – 140,0

E) 100,0 – 200,0
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.68
954) Bronxial astmanın diaqnostikasında allergik status tədqiqata necə kömək edir?
A) Allergik status heç bir rol oynamır

B) Mötədil kömək edir

C) Az kömək edir

D) Çox kömək edir

E) Qismən kömək edir
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
955) Bunlardan hansı allergik xəstəliyi olan xəstələrdə immunoloji çatışmazlığın əlamətlərinə aid olub, immunoloji müayinəyə göstəriş deyil?
A) Sadalananların hamısında

B) Ağır atopik sindrom

C) Ənənəvi terapiyanın kifayət qədər effektiv olmaması

D) Yanaşı gedən infeksiya

E) Allergik xəstəliyin fəsli kəskinləşməsi
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.197
956) Toll-bənzər reseptorlar (TLR-Toll Like Receptor) bunlardan hansını tanıyır?
A) Sitokinləri

B) İmmunkompleksləri

C) Patogenə xas molekula qrupunu

D) Yadcinsli antigenləri

E) Sadalananların hamısını
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр., 36
957) Aqammaqlobulinemiyanın müalicəsi zamanı hansı tövsiyə olunur?
A) Eritrositlərin infuziyası

B) Sadalananların heç biri

C) Hiperimmun g-qlobulin, G-qlobulin

D) Sadalananların hamısı

E) Timus preparatları
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.197
958) Sağlam cinsi yetişkən şəxslərin serumunda IgM normal səviyyəsi (q\l) hansıdır?
A) 5,0 – 12,0

B) 2,0 – 6,0

C) 0,5 – 4,0

D) 0,5 – 8,0

E) 0-2,0
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.252
959) Sağlam şəxslərin serumunda IgA normal səviyyəsi (q\l) hansıdır?
A) 8,0 – 14,0

B) 3,0 – 8,0

C) 6,0 – 12,0

D) 0,9 – 4,5

E) 0,7 – 9,0
Ədəbiyyat: Р.М. Хаитов. «Иммунология» 2006 г., стр.251
960) HİV-in provirus DNT-nin hüceyrə DNT-yə inteqrasiyası üçün vacib olan əsas fermentlər hansıdır?
A) Sadalananların hamısı

B) İnteqraza, histondeasilaza 1

C) Dönən transkriptaza

D) Fosfolipaza

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.193
961) Faqositoz sisteminin immundefisitinin müalicəsi üçün hansı tətbiq oluna bilməz?
A) Leykokütlə

B) G-qlobulin

C) İmmunal

D) Taktivin

E) Timus preparatları
Ədəbiyyat: P.М.Хаитов «Иммунология» 2006 г., стр.143
962) Obstruktiv pozulmanı törətməyən faktorlara hansı daxildir?
A) Yad cisim

B) Böyümüş limfa düyünləri

C) Miokardit

D) Şiş


E) Peribronxial iltihab
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
963) Spesifik immun cavabın əsas funksiyası hansıdır?
A) Anticisim məhsulu ; həssaslaşmış limfositlərin toplanması

B) Sadalananların hamısı

C) Pinositoz

D) Faqositoz

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.126
964) Erkən yaşlarında “bronxial astma” diaqnozunun qoyulmasında daha etibarlı yanaşmaya aşağıdakılardan hansı daxildir?
A) Sadalananların hamısı

B) Obstruksiyanın ölçülməsi

C) Sadalananların heç biri

D) Tənəffüs yollarının hiperreaktivliyi və obstruksiyasının ölçülməsi

E) Simptomların kliniki nəticələrinin xarakteristikası; müalicənin sınaq kursu
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173
965) Limfositlərin toxumaya miqrasiya istiqaməti (xominq) hansından asılı deyil?
A) Antigeni tanıyan reseptorların qeyri-spesifikliyindən

B) Xemokin reseptorlarından

C) Antigeni tanıyan reseptorların spesifikliyindən

D) Adgeziya molekulalarından

E) Xemotaksisdən
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.179
966) Supressor sitokinlərinə hansı aiddir?
A) İL-3

B) İL-6


C) İL-1

D) İL-10


E) İL-8
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.93
967) Timosit klonlarının mənfi seleksiyasını hansı həyata keçirir?
A) Tosqun hüceyrələr

B) Timus qabığının epitelial hüceyrələri

C) Sadalananların hamısı

D) Makrofaqlar

E) Dendrit hüceyrələri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.84
968) Hansı aşkar olunarsa dispanser qeydiyyatı aparılır?
A) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim

B) CD8+ hüceyrələrinin sayının artması aşkar olunduqda

C) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim və immunblotda təsdiqləyici analiz

D) İFA metodu ilə HİV1 və HİV2-yə anticisim, təsdiqləyici analizin yerinə yetirilməsi və CD4+ hüceyrələrinin sayının azalmasının aşkar olunması

E) İFA metodu ilə HİV1 və HİV2 –yə anticisim,PZR metodu ilə təsdiqləyici analizin aparılması və provirus DNT aşkar olunması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.193
969) Hansı tozcuq yüksək allergendir?
A) Sadalananların hamısı

B) Süni tozlanma

C) Çarpaz tozlanma

D) Həşaratlarla tozlanan bitkilər

E) Küləklə tozlanan bitkilər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
970) Bakterial allergenlərlə dəri sınağı nə zaman aparılır?
A) Allergik dermatiti olan bütün xəstələrdə

B) Pollinozlu bütün xəstələrdə

C) Bakterial allergiyaya şübhə olduqda

D) Bronxial astması olan bütün xəstələrdə

E) Allergiyası olan bütün xəstələrdə mütləq aparılmalı
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.418
971) Spesifik immun cavabın əsas funksiyası hansıdır?
A) Sadalananların heç biri

B) Anticisim məhsulu ; həssaslaşmış limfositlərin toplanması

C) Pinositoz

D) Sadalananların hamısı

E) Faqositoz
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva.“Klinik immunologiya” 2007-ci il, səh.126
972) Qida allergiyasının müalicəsinin əsas metoduna hansı aiddir?
A) Sadalananların heç biri

B) Eliminasion pəhriz

C) Histamin reseptorlarının H1 blokatorları

D) Sadalananların hamısı

E) Qlükokortikosteroidlər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
973) Tozcuq rinokonyuktiviti üçün hansı xarakterdir?
A) İlboyu gedişatı

B) Sadalananların heç biri

C) Sadalananların hamısı

D) Heyvanların epidermisi ilə kontakt zamanı epizodik kəskinləşmə

E) Fəsli gedişatı
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
974) Qanyaradan sütun hüceyrələrinin funksiyasına bunlardan hansı aid deyil?
A) Proliferasiya

B) Resirkulyasiya

C) Faqositar aktivlik

D) Miqrasiya

E) Differensasiya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.24
975) Anadangəlmə immunitet necə xarakterizə edilir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Qeyri-spesifik immun cavabın əsasıdır

D) İnsanın həyatıboyu tam immun cavabın tərkib hissəsidir

E) Yalnız erkən postnatal dövrdə orqanizmin müdafiəsini təmin edən immunitetdir
Ədəbiyyat: Г.Н. Дранник. «Клиническая иммунология и аллергология» 2003 г., стр.18
976) Övrənin təzahür elementləri nə qədər qalır?
A) 24 saata qədər

B) 12 saata qədər

C) 48 saata qədər

D) 72 saata qədər

E) 36 saata qədər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190
977) İmmun sistemin qurulmasında əsas prinsip hansıdır?
A) Sirkulyator

B) Orqan-miqrasion

C) Orqan

D) Orqan-sirkulyator

E) Miqrasion
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.17
978) İrsi angionevrotik ödemin inkişaf mexanizminə hansı daxildir?
A) C1-ingibitorunun defisiti

B) Komplementin C3- komponentinin defisiti

C) Serum IgA səviyyəsinin azalması

D) İL-1 sintezinin artması

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.190
979) Qlükokortikosteroidləri inqalyasiya yolu ilə tətbiq edərkən hansı xoşagəlməyən effektlər olur?
A) Baş ağrıları

B) Sadalananların hamısı

C) Ürəkbulanma

D) Disfoniya , öskürək, ağız boşluğunda kandidoz

E) Sadalananların heç biri
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.195


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə