İmmunologiya ixtisası üzrə test sualları Bölmə Ümumi immunologiya 1 İmmun sistemin mərkəzi orqanları hansıdır?


) Allergik konstitusiya zamanı hansı vaksinasiya məqsədəuyğundur?



Yüklə 1,64 Mb.
səhifə7/16
tarix11.04.2018
ölçüsü1,64 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

428) Allergik konstitusiya zamanı hansı vaksinasiya məqsədəuyğundur?
A) AKDS vaksinasiyasını aparmaq

B) ADS vaksinasiyasını aparmaq

C) Sadalananların heç biri

D) Mantu vaksinasiyası aparmaq

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
429) Anafilaktik şokun etioloji faktoru hansıdır?
A) Məişət allergenləri

B) Tozcuq allergenləri

C) Göbələk allergenləri

D) Dərman allergenləri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.73
430) Daha çox anafilaktik şoku törədən hansıdır?
A) Fizioloji məhlul

B) Penisillin

C) Qlükoza

D) Kalsium xlorid

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.73
431) Daha çox anafilaktik şok hansından istifadə etdikdən sonra (xüsusilə uşaqlarda) baş verir?
A) Süd

B) Turp


C) Kök

D) Alma


E) Kələm
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.73
432) Çox vaxt anafilaktik şok orqanizmdə hansının təsirindən sonra yaranır?
A) İnfraqırmızı şüaların

B) Soyuğun

C) Sadalananların hamısının

D) Sadalananların heç birinin

E) Ultrabənövşəyi şüaların
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.73
433) Çox vaxt anafilaktik şok spesifik immunterapiyanı necə apardıqda baş verir?
A) Sadalananların heç birindən

B) Allergeni applikasiyalı yeritdikdə

C) Sadalananların hamısından

D) Allergeni parenteral yeritdikdə

E) Allergeni peroral yeritdikdə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.73
434) Anafilaktik şokun patogenezinin immunoloji mərhələsində immunoqlobulinlərin hansı sinfi iştirak edir?
A) IgD

B) IgG


C) IgM

D) IgA


E) IgE
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
435) Anafilaktik şokun patofizioloji mərhələsinin xüsusiyyətləri necə xarakterizə olur?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Damar və toxuma baryerlərinin keçiriciliyinin azalması

D) Selikli vəzilərin sekresiyasının azalması

E) Bronxların,damarların,miokardın saya əzələsinin yığılması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
436) Anafilaktik şokun klinikası üçün hansı xarakterdir?
A) Sadalananların heç biri

B) Arterial təzyiqin aşağı olması

C) Arterial təzyiqin yüksək olması

D) Sadalananların hamısı

E) Ürək tonlarının aydın eşidilməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
437) Ağır gedişatlı anafilaktik şok üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Aşağı arterial təzyiqin olmaması

D) Prodromal dövrün olması

E) Kliniki şəklin ildırımsürətli inkişafı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
438) Anafilaktik şok zamanı ürək-damar sisteminin zədələnməsi üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Kəskin ürək çatışmazlığı

C) Kəskin tənəffüs çatışmazlığı

D) Sadalananlardan heç biri

E) Beyin şişi simptomlarının olması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
439) Anafilaktik şok zamanı tənəffüs yollarının pozulması üçün hansı xarakterdir?
A) Kəskin tənəffüs çatışmazlığı

B) Sadalananların hamısı

C) Beyin ödemi simptomlarının olması

D) Kəskin ürək-damar çatışmazlığı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
440) Anafilaktik şok zamanı dəri və selikli qişaların zədələnməsi üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Beyin ödemi simptomlarının olması

D) Kəskin ürək-damar çatışmazlığının olması

E) Dəri örtüklərinin qəfil avazıması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
441) Anafilaktik şokun serebral variantı üçün hansı xarakterdir?
A) Sadalananların heç biri

B) Kəskin ürək-damar çatışmazlığı

C) Sadalananların hamısı

D) Beyin şişi simptomları

E) Kəskin tənəffüs çatışmazlığı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
442) Kəskin dövrdə anafilaktik şokun ağırlaşması necə xarakterizə olur?
A) Sadalananların heç biri

B) Həyati vacib orqanlarda ağır, dönməyən dəyişikliklər

C) Kəskin tənəffüs çatışmazlığı simptomlarının olmaması

D) Tənəffüs və ürək damar çatışmazlığı simptomlarının olmaması

E) Kəskin ürək-damar çatışmazlığı simptomlarının olmaması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
443) Anafilaktik şokun sonradan ağırlaşması üçün hansı xarakterdir?
A) Qaraciyər zədələnməsi simptomlarının olması

B) Miokardın zədələnməsi simptomlarının olması

C) Sadalananların hamısı

D) Sinir sistemi zədələnməsi simptomlarının olması

E) Böyrək zədələnməsi simptomlarının olması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
444) Bunlardan hansı şok əleyhinə mütləq tətbiq edilir?
A) Atropin

B) Sadalananların heç biri

C) Adrenalin

D) Antibakterial preparatlar

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
445) Anafilaktik şokun inkişafı zamanı antihistamin preparatları bunlardan hansına tətbiq olunur?
A) Sadalananların hamısına

B) Övrə,qırtlağın şişi ilə müşayiət olunan anafilaktik şoka

C) Tənəffüs çatışmazlığı ilə olan anafilaktik şoka

D) Sadalananların heç birinə

E) Anafilaktik şokun “ildırımsürətli formasına”
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502
446) Anafilaktik şok zamanı intensiv terepiyaya hansı daxildir?
A) Sadalananların heç biri

B) Antihistamin preparatları

C) Adrenalin, noradrenalin,mezaton

D) Penisillinaza

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
447) Allergenin təsirindən anafilaktik şok nə zaman inkişaf edir?
A) 24 saatdan sonra

B) 20-40 dəqiqədən sonra

C) Bir neçə saniyədən sonra

D) 2 sutkadan sonra

E) 6 saatdan sonra
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
448) Anafilaktik şokun kəskin dövründə aşağıdakılardan hansı ölümün səbəbi ola bilməz?
A) Beyinin ödemi

B) Sadalananların hamısı

C) Kollaps

D) Asfiksiya

E) Kəskin böyrək çatışmazlığı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
449) Allergik konstitusiyalı şəxslərdə anafilaktik şokun profilaktikası nədən ibarətdir?
A) Sadalananların hamısı

B) Həmin şəxslərə profilaktik olaraq antihistamin preparatlarının təyini

C) Allerqoloji anamnezin diqqətlə toplanması

D) Sadalananların heç biri

E) Həmin şəxslərə profilaktik olaraq qlükokortikosteroidlərin təyini
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
450) Allergik rinitin əsas etioloji faktorlarına hansı aid deyil?
A) Dərman preparatları

B) Bitkilərin tozcuğu

C) Heyvanların epidermisi

D) Ev tozu və ev tozu gənəsi

E) Qeyri-patogen kif göbələklərinin izi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
451) Allergik rinitin inkişafının əsasında hansı immunoloji mexanizm dayanır?
A) İmmunoloji allergik reaksiya ( III tip)

B) II tip allergik reaksiya

C) Ləng tipli allergik reaksiya (IV tip)

D) Tez tipli allergik reaksiya( I tip)

E) Allergik rinitin mexanizmi immun deyildir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
452) Kəskin allergik rinit simptomları hansı hüceyrənin mediatoru ilə şərtlənir?
A) Sadalananların heç biri

B) Tosqun hüceyrələrdən azad olmuş

C) Bazofillərdən

D) Eozinofillərdən azad olmuş

E) Neytrofillərdən azad olmuş
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
453) Xroniki allergik rinitin simptomları hansı hüceyrənin mediatoru ilə şərtlənir?
A) Tosqun hüceyrələrin

B) Neytrofillərin

C) Eozinofillərin

D) Sadalananların hamısı

E) Bazofillərin
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
454) Bunlardan hansı allergik rinitin əsas simptomlarına aid deyil?
A) Burunda gicişmə

B) Asqırma

C) Burundan çoxlu sulu ifrazatın ayrılması

D) Burundan selikli-irinli ifrazatın ayrılması

E) Burun tənəffüsünün pozulması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
455) Bunlardan hansı allergik rinitin spesifik diaqnostikasına aid deyil?
A) Allerqoloji anamnez

B) Allergenlərlə dəri sınağı

C) Serumda spesifik IgE –anticisminin təyini

D) Rinoskopiya

E) Allergenlə provakasion nazal testi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533
456) Bunlardan hansı tozcuq rinitinin müalicə metodu deyil?
A) Sadalananların hamısı

B) İynərefleksterapiyası

C) Spesifik immunterapiyası

D) Allergenin kənarlaşdırılması

E) Farmakoterapiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
457) Spesifik immunterapiya allergik rinitdən əziyyət çəkən hansı xəstələrə göstəriş deyil?
A) Ağır atopik astma olan xəstələr

B) Ağır atopik astmaya uyğun gəlmədikdə

C) Farmakoloji preparatlarla nəzarət edilməyən simptomlar

D) Rinit simptomlarına nəzarət üçün farmakoterapiyanın daima tətbiqinə ehtiyacı olanlar

E) İlboyu və ya fəsli palinasiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр.533
458) Allergik rinitin müalicəsi üçün hansı preparat istifadə olunmur?
A) Qlükokortikosteroidlər

B) Natrium-kromoqlikat

C) Antihistamin

D) Antixolinergik (bromid ipratropium)

E) Antibakterial preparatlar
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533
459) Bronxial astma ağ ciyər xəstəliklərinin digər obstruktiv formalarından necə fərqlənir?
A) Bronxların bazal membranının qalınlaşması

B) Vəzilərin selikli qatının hiperplaziyası ilə

C) Bronxların saya əzələlərinin hipertrofiyası ilə

D) Vəzilərin selikaltı qatının hipertrofiyası və hiperplaziyası ilə

E) Bronx divarlarının IgE eozinofilləri ilə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
460) Bunlardan hansı atopik bronxial astmanın əsas kliniki simptomlarına aid deyil?
A) Auskultasiya zamanı quru,fitli xırıltılar

B) Bronxial ağacın total obstruksiyasının baş vermə imkanları

C) Prodromal halın olmaması

D) Dəqiq,aydın klassik boğulma pristupu

E) Pristup xaricində ağ ciyərlərdə patologiyanın olmaması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
461) Şarko-Leyden kristalları necə xarakterizə olur?
A) Kiçik bronxların yapışması

B) Sadalananların hamısı

C) Eozinofillərin qranulyar materialıdır

D) Tənəffüs yollarının deskvamir epitelisinin hüceyrələrinin toplanması

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр178
462) Bronxial astmanın infeksion-asılı formasının kliniki təzahürü üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Xroniki infeksiya ocağının olması

C) Pristupun qəfil başlanğıcı

D) Eliminasiya effekti

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
463) Atopik bronxial astmanın reagin mexanizmini hansı təsdiq etmir?
A) Dəri-allergik sınaqları

B) Radioallerqosorbent testi

C) Presipitasiya reaksiyası

D) Prausnits-Küstner reaksiyası

E) Provakasion allergik testlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
464) Bunlardan hansı olduqda soyuq, nəm havada orqanizmin vəziyyəti pisləşə bilər?
A) Göbələk bronxial astması zamanı

B) Epidermal bronxial astma zamanı

C) Bütün bronxial astmalı xəstələrdə

D) Tozcuq bronxial astması zamanı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
465) Fiziki yükdən yaranan bronxial astma zamanı nəyə diqqət yetirmək lazımdır?
A) İntensiv fiziki yüklənmədən sonra bronxospazm tez baş verir və təxminən 2 saat ərzində tədricən artır,sonradan yavaş-yavaş adi hala qayıtmasına

B) Fiziki məşqlər zamanı bronx keçiriciliyində dəyişiklik olmur, lakin bronxospazm fiziki yük kəsiləndən sonra inkişaf edir,2 saat ərzində bronxların normal keçiriciliyinin bərpa olunmasına

C) Fiziki məşqlər zamanı bronxial astma pristupları baş verir

D) Bütün deyilənlər fiziki yükdən yaranan bronxial astma üçün xarakter deyildir

E) Fiziki yüklənmə başladıqdan 4-6 dəqiqə sonra inkişaf edən bronxospazmla bronxların ilkin genişlənməsi və onun qurtardıqdan təxminən maksimum 2 saat sonra bronx keçiriciliyinin bərpa olunmasına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
466) Fiziki yükdən yaranan bronxial astmaya profilaktik olaraq hansı kömək etmir?
A) Bekotid və ya beklomet

B) Sadalananların hamısı

C) İntal

D) B-stimulyator

E) Ksantin törəmələri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
467) Cinsi yetişkənlik dövründə bunlardan hansı üçün spontan remissiya xarakterdir?
A) Kif göbələyinə allergiyanın törətdiyi bronxial astma üçün

B) Sadalananların hamısı

C) Bronxial astmanın IgE və IgG kliniki-patogenetik variantı üçün

D) Atopik bronxial astma üçün

E) “Aspirin” bronxial astması üçün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
468) Bronxial astmanın kliniki-patogenetik variantının IgE və IgG qeyri-spesifik terapiyasında hansı daha effektivdir?
A) Ksantin törəmələri

B) İnqalyasiyada ß-adrenostimulyatorları

C) Sadalananların hamısı

D) İntaloterapiya

E) Antihistamin preparatları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
469) Böyüklərdə atopik bronxial astmanın daha çox başvermə səbəbi hansıdır?
A) Dərman preparatları

B) Epidermal allergenlər

C) Qida allergenləri

D) Tozcuq allergenləri

E) Ev tozundan allergen
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
470) İlk dəfə atopik bronxial astması olan 30 yaşına qədər xəstələr neçə faizi təşkil edir?
A) 50 %-ə qədər

B) 20 %-ə qədər

C) 90 %-ə qədər

D) 40 %-ə qədər

E) 70 %-ə qədər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
471) Qeyri-infeksion allergik bronxial astmanın gedişatının IgE- və IgG- asılı variantı üçün hansı xarakterdir?
A) Boğulma pristupunun spontan sonu

B) ß-stimulyatorun tez,tam effekti

C) Sadalananların heç biri

D) Cinsi yetişkənlik dövründə spontan remissiya

E) İntaloterapiyanın kiçik effektivliyi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
472) Qeyri-infeksion allergik bronxial astmanın gedişatının IgE- və IgG –asılı variantında boğulmanın ekspirator pristupu necə xarakterizə olunur?
A) 1 saata qədər latent dövrü

B) Pristupun spontan sonu

C) Sadalananların heç biri

D) 5-7 dəqiqə ərzində pristupun inkişafı

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
473) Bronxial astmanın atopik formasında dəri-allergik sınağı nə zaman formalaşır?
A) 10-20 dəqiqədən sonra və 4-6 saatdan sonra

B) 12-24 saatdan sonra

C) 10-20 dəqiqədən sonra

D) 4-6 saatdan sonra

E) 8 saatdan sonra
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
474) Bronxial astmanın IgE- və IgG-asılı patogenetik variantı zamanı provakasion inqalyasiya testi nə zaman müsbət olur?
A) 24 saatdan sonra

B) 12 saatdan sonra

C) 2 sutkadan sonra

D) Bir saat ərzində və 6-8 saatdan sonra

E) Bir saat ərzində
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
475) Qeyri-infeksion allergik bronxial astmanın I mərhələsi üçün orta-ağır gedişatı (Ado A.D. və Bulatov P.K. təsnifatı üzrə) necə xarakterizə olur?
A) Allergenlə kontakt xaricində tam remissiya

B) Allergenlə kontakt zamanı tam remissiya

C) I dərəcəli xroniki ağ ciyər çatışmazlığı

D) Allergenlə kontakt zamanı qeyri-tam remissiya

E) Allergenlə kontakt xaricində qeyri-tam remissiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
476) Bunlardan hansı “Allergik bronxial astma” anlayışına sinonim deyil?
A) “Aspirin” bronxial astması

B) Patergik bronxial astma

C) Atopik bronxial astma

D) Ekzogen bronxial astma

E) Qeyri-infeksion allergik bronxial astma
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
477) Speyserdən istifadə etməyin üstünlükləri hansıdır?
A) Sadalananların heç biri

B) Ağız boşluğunda və səs tellərində aerozolun yığılmasını minimuma endirmək

C) Atmosferin freonla çirklənməsinə yol verməmək

D) Girəcəyin koordinasiyası və inqalyasiyanı yaxşılaşdırmaq

E) Dozalaşdırılmış aerozol formasında buraxılmayan inqalyasiya preparatları tətbiq etmək
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
478) Hansı preparat dozalaşdırılmış aerozol formasında buraxılmır?
A) Bronxolitiklər

B) Sadalananların hamısı

C) Mukolitik vasitələr

D) İltihabəleyhinə vasitələr

E) Kortikosteroidlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467
479) Berotekin tərkibinə hansı daxildir?
A) Fenoterol hidrobromid 200 mkq

B) Flunizolid hemihidrat 250 mkq

C) İpratropium bromid 20 mkq

D) Sadalananların heç biri

E) Terbutalin sulfat 250 mkq
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.491
480) Fenoterol, salbutamol hansına aiddir?
A) ß-2-aqonistə

B) Antixolinergik vasitələrə

C) Fosfodiesteraza ingibitorlarına

D) Sadalananların heç birinə

E) ß -2- adrenoreseptorların qeyri-selektiv stimulyatorlarına
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.491
481) Aşağıdakı preparatlardan hansı M-xolinolitik təsirə malikdir?
A) Berotek

B) Salbutamol

C) Ditek

D) Teopak

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
482) Aşağıdakı preparatlardan hansı ß-aqonistə aiddir?
A) Sadalananların hamısı

B) Flunizolid

C) Natrium-nedokromil

D) Dinatrium-kromoqlikat

E) Salbutamol
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.491
483) Aşağıdakı preparatlardan adrenergik sistemin universal stimulyatoruna hansı aiddir?
A) Atropin

B) Adrenalin

C) Teofillin

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.491
484) Aşağıdakı preparatlardan selektiv ß -2 aqonistinə hansı aiddir?
A) Astmopent

B) Sadalananların hamısı

C) Berotek

D) Adrenalin

E) Berodual
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.491
485) Bronxospazmı götürmək üçün adrenalini yeritməyin daha effektiv üsulu hansıdır?
A) Sadalananların hamısı

B) İnqalyasiya

C) Adrenalin effektli deyildir

D) Venadaxili damcılı

E) Dərialtı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
486) Hansı kəskin boğulma pristupu zamanı eufillinin daha effektli yeridilməsi üsuludur?
A) Venadaxili

B) Əzələdaxili

C) Oral

D) İnqalyasiya



E) Rektal(şam,mikroimalə)
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
487) Bronxial astma pristupunun profilaktikası üçün eufillini tətbiq etməyin effektiv üsulu hansıdır?
A) Venadaxili

B) Daxilə

C) İnqalyasiya

D) Əzələdaxili

E) Rektal(şam,mikroimalə)
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
488) Teofillinin təsir mexanizmi hansıdır?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Fosfodiesterazanın ingibisiyası

D) ß – reseptorların astimulyasiyası

E) A2 fosfolipazanın ingibisiyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
489) Bronxodilatasiyanı törədən teofillinin qatılığı qan serumunda hansı miqdardadır?
A) 10 mkq\ml

B) 5,5 mkq\ml

C) 20 mkq\ml-dən yuxarı

D) 15 mkq\ml

E) 20 mkq\ml
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
490) Qan serumunda teofillinin qatılığı hansı miqdarda toksiki təsir edir?
A) 10 mkq\ml

B) 15 mkq\ml

C) 20 mkq\ml-dən yuxarı

D) 5,5 mkq\ml

E) 20 mkq\ml
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
491) Dinatrium-kromoqlikat hansı hallarda tətbiq olunur?
A) Astmatik status zamanı effektivdir

B) Yalnız qısa kurslarla tətbiq edilir

C) Bronxial astmanın profilaktikasında effektivdir

D) Qeyri-allergik bronxial astmanın bəzi hallarında effektivdir

E) Steroid əvəzi tətbiq olunur
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
492) Bronxial astma zamanı ditek nə məqsədlə işlədilir?
A) Kəskin pristupun profilaktikası üçün

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Boğulmanı aradan qaldırmaq və profilaktikası üçün

E) Astmatik statusu müalicə etmək üçün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486
493) Bronxial astmanın müalicəsində nadir halda hansı preparat işlədilir?
A) 1-ci nəsil antihistamin preparatı

B) Mukolitiklər

C) Teofillin

D) Sadalananların hamısı

E) Antixolinergik vasitə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486
494) Fiziki gücdən yaranan bronxial astmanın qarşısını hansı profilaktik tədbirin vasitəsi ilə almaq olar?
A) Sadalananların hamısı

B) ß -2 aqonistlərin

C) Beklometazon dipropionat

D) Troventol

E) İpratropium bromid
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə