İmmunologiya



Yüklə 1,35 Mb.
səhifə1/15
tarix17.11.2017
ölçüsü1,35 Mb.
#10733
  1   2   3   4   5   6   7   8   9   ...   15

İmmunologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu


Bölmə 1. Ümumi immunologiya

1) İmmun sistemin mərkəzi orqanları hansıdır?
A) Dalaq

B) Limfa düyünləri

C) Sümük iliyi

D) Timus, sümük iliyi

E) Periferik qan
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.88
2) İmmun sistemin tərkibinə hansı daxildir?
A) Ağciyərlər

B) Ürək


C) Qaraciyər, periferik qan

D) Mədəaltı vəzi

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.24
3) B-limfositlərin limfopoezi harada baş verir?
A) Bağırsağın Peyer yastıqcıqlarında

B) Sümük iliyində

C) Dalaqda

D) Limfa düyünlərində

E) Çəngələbənzər vəzidə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.85
4) T-limfositlərin limfopoezi harada baş verir?
A) Timus vəzidə

B) Dalaqda

C) Limfa düyünlərində

D) Sümük iliyində

E) Fabrisius kisəsində
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.26
5) Adaptiv immunitet hansı xüsusiyyətlərə malikdir ?
A) İrsən ötürülür

B) Mieloid sırası hüceyrələri vasitəsi ilə baş verir

C) Limfoid hüceyrələrlə baş verir ; immunoloji yaddaş hüceyrələrini formalaşdırır

D) Antigendən asılı olmadan funksiyasını göstərir

E) Limfoid və mieloid sırası hüceyrələri vasitəsi ilə baş verir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.76
6) Komplement sisteminin aktivasiyasına hansı təsir etmir ?
A) İnfeksiyanın persistensiyasının güclənməsi

B) Xemotaksisin güclənməsi

C) Hüceyrənin məhvi

D) Tosqun hüceyrələrin, bazofillərin deqranulyasiyası

E) İltihabın inkişafının güclənməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.52
7) T- və NK – hüceyrələrinin sitolitik aktivliyinin həyata keçməsində hansı iştirak etmir ?
A) CD 28 ; komplement ; İL-2

B) Perforin

C) Qranzim

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.79
8) İki təsadüfü şəxs üçün toxuma uyuşanlığının bütün antigen dəstinin üst-üstə düşmə ehtimalı nə qədərdir?
A) 1 : 1 000

B) 1: 100

C) 1 : 10 000

D) 1 : 100 000

E) 1: 1 000 000
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.95
9) Epidermal allergen mənbəyinə hansı aiddir?
A) İt tükü, at kəpəyi

B) Sadalananların hamısı

C) Ağcaqanad

D) Gənə


E) Pişiyin ağız suyu
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.410
10) Homositotrop əkscisim izotipləri hansıdır?
A) İgG 4; IgE

B) İg M


C) İg D

D) İgA


E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.145
11) B-limfositlər hansı funksiyanı yerinə yetirmir?
A) Yaddaş hüceyrələrini formalaşdırır

B) Sadalananların heç birini

C) İmmuntənzimləyici

D) Ləng tipli hiperhəssaslıq reaksiyasının yaranmasına imkan verir

E) Tez tipli hiperhəssaslıq reaksiyasının yaranmasına imkan verir
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.85
12) Anadangəlmə immunitet reaksiyasının realizə olmasında hansı iştirak edir?
A) NK-limfositlər; monosit\makrofaqlar; neytrofillər

B) T-limfositlər

C) Yalnız NK-limfositlər

D) Yalnız makrofaqlar

E) B-limfositlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.18
13) Tosqun hüceyrələr necə xarakterizə olunur?
A) Bircinsli

B) Mieloid başlanğıcının sələfləri

C) Bazofil qranulositləri

D) Heterogen

E) Mononuklear faqositlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
14) Th-1 hüceyrələri nədən müdafiəni təmin edir?
A) Sadalananların heç birindən

B) Hüceyrə daxili patogenlərdən

C) Hüceyrə xarici patogenlərdən

D) Sadalananların hamısından

E) Selikli qişaların hüceyrələri ilə əlaqədar patogenlərdən
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il,səh.84
15) İmmunitet halı hansı sistemin funksiyası ilə müəyyən olunur?
A) Limfoid sistemin

B) Sadalananların hamısı

C) Qanyaradıcı sistemin

D) Hormonal sistemin

E) Mərkəzi sinir sisteminin
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.24
16) İnsanın toxuma uyuşanlığının antigenlərinin II sinfi nəyi təmin edir?
A) Sadalananların heç birini

B) Yadcinsli agentlərin tanınmasını

C) İmmun cavabın supressiyasını

D) Yadcinsli agentlərə spesifik sitotoksiki cavabı

E) Sadalananların hamısını
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.72
17) Bunlardan hansı ağciyər eozinofiliyası deyildir?
A) Atopik bronxial astma

B) Allergik bronx-ağciyər aspergillezi

C) Tropik eozinofiliya

D) Düyünlü arteritin ağciyər variantı

E) Allergik bronx-ağciyər aspergillezi; tropik eozinofiliya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.179
18) Aşağıda sadalalardan hansı infeksion allergenə aiddir?
A) İlan zəhəri

B) Streptokokk

C) Yovşan tozcuğu

D) Portağal

E) Arı zəhəri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.164
19) İnsanda tosqun hüceyrələr harada daha zəngindir?
A) Dəri, ağciyər toxumasında

B) Periferik qanda

C) Sadalananların hamısında

D) Mədə-bağırsaq yolunda

E) Sadalananların heç birində
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
20) Komplementin klassik yolla aktivasiyasında hansı iştirak edir?
A) İgE

B) İg A


C) Sadalananların hamısı

D) İg D


E) İg G
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.54
21) Komplementin alternativ yolla aktivasiya mexanizmində hansı iştirak edir?
A) Aktivləşmiş faqositlərin faqosom məhsulları

B) Təbii killerlərin sitokinləri

C) Bakterial membranın spesifik şəkərinin aktivasiyası

D) Antigen-anticisim kompleksi

E) Sadalananların heç biri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.55
22) Bunlardan hansı insanın immun statusunu xarakterizə edir?
A) Sadalananların heç biri

B) Sadalananların hamısı

C) Müəyyən müddət ərzində konkret immunitet göstəricilərinin dəyişmə dinamikası

D) İmmun cavabı müəyyən edən komponentlərin miqdarca və funksional xarakteristikası

E) İnfeksion xəstəliklərə fərdi davamlılıq
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.300
23) Tosqun hüceyrələrin deqranulyasiyası hansı müddət ərzində baş verir?
A) Aylarla

B) Saatlarla

C) Günlərlə

D) Saniyələrlə

E) Həftələrlə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.78
24) İnsekt allergenlər mənbəyi hansıdır?
A) Ev tozu gənəs (dermatofaqoides cinsi)

B) Pişik tükü

C) Dafniya

D) Sadalananların hamısı

E) Tarakan, ağcaqanad
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.411
25) Limfoid orqanların T-zonası hansıdır?
A) Follikulalar

B) Parakortikal zona

C) Sadalananların hamısı

D) Marginal zona

E) Medulyar bağlar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.26
26) İg E sintezinin induksiyasında hansı iştirak etmir?
A) Makrofaqlar

B) Neytrofillər; NK-limfositlər

C) B-hüceyrə

D) NK-limfositlər

E) T-hüceyrə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.112
27) T-supressorların əsas funksiyası hansıdır?
A) Yalnız hüceyrə immuniteti reaksiyasını tormozlayır

B) T-limfositlərin funksiyasını gücləndirir

C) Neytrofil qranulositləri ilə faqositozu gücləndirir

D) Yalnız humoral immunitet reaksiyasını tormozlayır

E) Hüceyrə və humoral immunitet reaksiyasını tormozlayır
Ədəbiyyat: A.A.Əyyubova ,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.79
28) Bunlardan hansı makrofaqların əsas funksiyası deyildir?
A) Şiş hüceyrələrinin destruksiyası

B) Bakteriyaların destruksiyası və udulması

C) İmmunoqlobulinlərin sintezi

D) Toxumaların reotəşkili və yaranın bitişməsi

E) Sitokin,ferment və s. molekulalarının sekresiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.99
29) Bakterial allergenlərlə dəri sınaqları nə vaxt aparılır?
A) Bakterial allergiyaya şübhə olduqda

B) Pollinozlu bütün xəstələrdə

C) Mütləq allergiyası olan bütün şəxslərdə

D) Bronxial astması olan bütün şəxslərdə

E) Sadalananların hamısında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412
30) Monoklonal əkscisimlərin vasitəsi ilə immun statusu qiymətləndirmək üçün hansı metoddan istifadə olunur?
A) Aqqlütinasiya

B) Sitoflüorimetriya

C) Presipitasiya

D) Komplementin birləşmə reaksiyası

E) Radial immundiffuziya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.304
31) İg G anticisimi necə xarakterizə olunur?
A) Sadalananların heç biri doğru deyildir

B) Sadalananların hamısı doğrudur

C) Komplementi birləşdirə bilməməsi

D) Fab –fraqmentlərinin tərkibində olması

E) Bakteriyaların opsonizasiya imkanı, plasentadan keçə bilməsi
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.105
32) Allergik xəstəliklərin patogenezində İg M əkscisminin iştirakı necə xarakterizə olunur?
A) Tosqun hüceyrələrin reseptorları ilə əlaqəsi

B) Sadalananların hamısında iştirak edir

C) İmmun komplekslərin , II və III tip allergik reaksiyaların formalaşmasında iştirakı

D) Tosqun hüceyrələrin deqranulyasiyasının induksiyası

E) İL- 1 makrofaqlarının sintezinin artması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.107
33) Allergiya zamanı allergik reaksiyaların (“şok”) hədəf orqanları hansıdır?
A) Böyrəklər

B) Heç bir cavab düzgün deyil

C) Bronxlar, dəri

D) Dalaq


E) Qaraciyər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.502
34) Faqositozun defekti necə xarakterizə olunur?
A) Parazitar infeksiyalarla

B) Sadalananların hamısı ilə

C) Bakterial infeksiyalarla ; göbələk infeksiyaları ilə

D) Sadalananların heç biri ilə

E) Virus infeksiyaları ilə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.257
35) Komplement sisteminin klassik yolla aktivasiya mexanizmində hansı iştirak edir?
A) Sadalananların heç biri

B) İnterferon

C) Antigen-əkscisim kompleksi

D) İL-2


E) Ig E
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.54
36) İg M əks-cisminin məlum olan formaları hansıdır?
A) Oktamer

B) Monomer

C) Pentamer

D) Tetramer

E) Dimer
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.104
37) Bunlardan hansı Fc- reseptorları ilə qarşılıqlı təsirdə olur?
A) Sadalananların hamısı

B) C-domen immunoqlobulinləri

C) V-domen immunoqlobulinləri

D) L-zəncirli immunoqlobulinləri

E) Anticisimlərlə kompleks əmələ gətirən antigenlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.54
38) İmmungenetika immunologiyanın hansı bölməsidir?
A) Anticisimlər(əkscisimlər) haqqında

B) İmmun sistemin inkişafı haqqında

C) İmmunitet haqqında

D) İmmun cavabın genetik nəzarəti haqqında

E) Qocalma prosesində immunoloji funksiyaların involyusiyasının əhəmiyyəti haqqında
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.223
39) İltihaba qədər proseslərdə hansı qranulositlər iştirak edir?
A) Sadalananların heç biri

B) Neytrofillər, eozinofillər,bazofillər

C) Monositlər

D) Sadalananların hamısı

E) Meqakariositlər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.104
40) Proiltihab sitokinlərinə hansı aiddir?
A) İL-2

B) İL-16


C) İL-4

D) İL-3


E) İL-1
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.99
41) Aşağıdakılardan hansı zərdab xəstəliyinin inkişafını törətmir?
A) Həzm fermentləri

B) Zərdablar

C) Sadalananların hamısı

D) Penisillin

E) Vaksinlər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
42) Bunlardan hansı hüceyrə immuniteti reaksiyasını həyata keçirir?
A) B-limfositlər

B) Plazmatik hüceyrələr

C) T-limfositlər

D) Dendrit hüceyrələri

E) Monositlər\makrofaqlar
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.99
43) Orqanizmin qeyri-spesifik müdafiə faktorlarına hansı aid deyil?
A) İnterferon və limfokinlər

B) Virus əleyhinə anticisimlər

C) Lizosim,NK və K-hüceyrələr

D) Komplement sistemi və faqositoz

E) Toxumaların bakterisid substansiyası,hidrolitik fermentlər
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.33
44) Bunlardan hansı immun reaktivlik fenomeninə aid deyil?
A) Tez tipli hiperhəssaslıq

B) İmmunoloji tolerantlıq

C) Anticisimgenez

D) Ləng tipli hiperhəssaslıq

E) Toxumaların bakterisid substansiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.16
45) Aşağıdakılardan hansı immun cavabdeh hüceyrələrə aiddir?
A) Eritrositlər

B) Sadalananların hamısı

C) T-limfositlər, B-limfositlər, makrofaqlar

D) Sadalananların heç biri

E) Trombositlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.126
46) İmmun cavabın humoral tənzimlənməsini hansı həyata keçirmir?
A) Sümük iliyinin humoral amilləri

B) Timus vəzinin humoral faktorları

C) Timus vəzinin epitelial hüceyrələri

D) Makrofaqların humoral amilləri

E) Hüceyrələrin funksional fəallığını artıran və ləngidən amillər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.52
47) İmmun cavabın üç hüceyrə kooperasiyasında hansı iştirak edir?
A) T-limfositlər, B-limfositlər, makrofaqlar

B) Differensasiya olmamış hüceyrələr və neytrofillər

C) Sadalananların heç biri

D) Sadalananların hamısı

E) Komplement
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.137
48) Histouyğunluğun əsas geni necə işarə olunur?
A) RHLA

B) JPLA


C) DLA

D) RLA


E) HLA
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.72
49) Antigeni səciyyələndirən əlamətlərdən hansı əsas deyil?
A) Antigenlik

B) Yadlıq

C) İmmungenlik

D) Qeyri-spesifiklik

E) Spesifiklik
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.68
50) Antigen yeridildikdən sonra qanda birincili immun cavab nə zaman əmələ gəlir?
A) 7-10 günə

B) 1-2 günə

C) 5-6 günə

D) 3-4 günə

E) 10-12 günə
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.64
51) İnsanda olan immunoqlobulinlərin neçə tipi vardır?
A) 4

B) 7


C) 6

D) 3


E) 5
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
52) Tez tipli hiperhəssaslığın inkişafında aparıcı rol oynayan əsas hədəf -hüceyrə hansıdır?
A) Neytrofillər

B) Limfositlər

C) Makrofaqlar

D) Tosqun hüceyrələr

E) Eritrositlər
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.73
53) Ləng tipli hiperhəssaslığın əmələ gəlməsində iştirak edən əsas hüceyrə hansıdır?
A) Bazofil

B) T-limfosit

C) Monosit

D) B-limfosit

E) Makrofaq
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.82
54) Allergiyanın diaqnostikası üçün hansı üsuldan istifadə olunur?
A) T- və B-limfositlərin təyini

B) Dəri-allergik sınaqlar; Ig E-nin qanda miqdarı; Radioallerqosorbent test

C) Komplementin birləşmə reaksiyası

D) Neytrofillərin faqositozu

E) Sadalananların hamısı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.416
55) Autoimmun xəstəliklərin əmələ gəlməsində hansı aparıcı rol oynayır?
A) Makrofaqlar

B) T-supressorlar

C) T-killerlər

D) B-limfositlər

E) T-helperlər
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.225
56) Bunlardan hansı humoral immuniteti qiymətləndirmənin üsulu deyildir?
A) Mançininin radial immunodiffuziya üsulu ilə immunoqlobulinlərin təyini

B) Lipopolisaxaridlərlə blasttransformasiya reaksiyası

C) Sadalananların heç biri

D) Fitohemaqqlütininlə blasttransformasiya reaksiyası; faqositoz

E) Siçanın eritrositləri ilə rozet əmələgəlmə reaksiyası
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.36
57) Bunlardan hansı hüceyrə immunitetini qiymətləndirmənin üsulları deyildir?
A) Qoyun eritrositləri ilə rozet əmələgəlmə reaksiyası

B) Radial immundiffuziya metodu

C) Makrofaq və leykositlərin miqrasiyasının ləngiməsi reaksiyası

D) Fitohemaqqlütininlə blasttransformasiya reaksiyası

E) Siçan eritrositləri ilə rozet əmələgəlmə reaksiyası
Ədəbiyyat: Р.В.Ретров «Иммунология» 1987 г. стр.36
58) Hüceyrə immunitetinin defekti zamanı immun cavabın xarakteri nəyə qarşı pozulur?
A) Yad antigenlərə

B) Orqanizmin transformasiya olmuş hüceyrələrinə

C) Hüceyrədaxili parazitar infeksiyalara

D) Virus infeksiyalarına

E) Həll olmamış yad antigenlərə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.52
59) Humoral immunitetin defekti zamanı immun cavabın formalaşması nəyə qarşı pozulur?
A) İbtidailərə

B) Viruslara

C) Yad hüceyrələrə

D) Həll olmuş yad antigenlərə

E) Sadalananların hamısına
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр.52
60) Aşağıdakilardan hansı T-limfositlərin populyasiyasına daxil deyil?
A) T-limfosit-supressorlar

B) T-limfosit-effektorlar

C) Bircinsli hüceyrələrdir

D) T-limfosit- killerlər

E) T-limfosit-köməkçilər
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
61) Bunlardan hansı T-limfosit-effektorların funksiyasına aid deyil?
A) Ləngimə tipli hiperhəssaslıq reaksiyalarında əsas rol oynayır

B) Virus əleyhinə immuniteti həyata keçirir

C) Şiş əleyhinə immuniteti həyata keçirir

D) Tez tipli hiperhəssaslıq reaksiyasını həyata keçirir

E) Transplantasiya immuniteti reaksiyasını həyata keçirir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
62) T-limfosit-köməkçinin funksiyası hansıdır?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) B-limfositlərin proliferasiyasını və anticisim əmələgətirən hüceyrələrə differensasiyasını stimulə edir

D) Anticisim əmələgəlməsini tormozlayır

E) Ləngimə tipli hiperhəssaslıq reaksiyasını təmin edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
63) Bunlardan hansı T-limfosit supressorların funksiyasına aid deyil?
A) Qeyri-spesifik T-limfosit-köməkçini süstləşdirir

B) Anticisim hüceyrələrinə B-limfositlərin differensasiyasını tormozlayır

C) T-effektorların funksiyasını gücləndirir

D) Anticisim sintezini tormozlayır

E) Ləngimə tipli hiperhəssaslıq reaksiyasını tormozlayır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.56
64) Mononuklear faqositar sistemə hansı aiddir?
A) Eozinofil qranulositləri

B) Neytrofil qranulositləri

C) Qanın monositləri, toxuma makrofaqları

D) Bazofil qranulositləri

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987 г. стр.113
65) Bunlardan hansı makrofaqların funksiyasına aid deyil?
A) Şiş əleyhinə və virus əleyhinə immunitetdə iştirak edir

B) Qeyri-metabolik ,qeyri-üzvi materialları kənarlaşdırır

C) Anticisim hasil edən hüceyrədir

D) Sadalananların hamısı

E) Obliqat hüceyrədaxili mikroorqanizmlərdən müdafiəni təmin edir
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.56
66) İmmun sistemin qiymətləndirilməsində hansı iştirak etmir?
A) Faqositoz sistemi

B) İmmunitetin T-sistemi

C) Kinin sistemi

D) İmmunitetin B-sistemi

E) Komplement sistemi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.302
67) Allergik xəstələrdə immunoloji statusun qiymətləndirilməsində hansı əsas göstərici deyil?
A) Ağır sindrom və sistem reaksiyaları

B) Ənənəvi müalicə metodunun qeyri-effektliyi

C) Allergik xəstəliyin kəskinləşməsi

D) Xəstəliyin qeyri-tipik ağır klinikası

E) Spesifik diaqnostikanın çətinliyi
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.174
68) İmmunoqlobilinlər harada sintez olunur?
A) Makrofaqlarda

B) T-limfositlərdə

C) Sadalananların hamısında

D) Plazmatik hüceyrələrdə

E) Polimorfnüvəli leykositlərdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
69) İmmunoqlobulin İgG molekulasının tərkibi necədir?
A) Disulfid rabitələrlə birləşmiş 1 ağır və 1 yüngül polipeptid zəncirdən ibarətdir

B) Öz aralarında disulfid rabitələrlə birləşmiş 2 ağır və 2 yüngül polipeptid zəncirdən ibarətdir

C) Kovalent rabitələrlə birləşmiş 2 yüngül polipeptid zəncirdən ibarətdir

D) Disulfid rabitələrlə birləşmiş 2 yüngül polipeptid zəncirdən ibarətdir

E) Kovalent rabitələrlə birləşmiş 1 ağır və 1 yüngül polipeptid zəncirdən ibarətdir
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva “ Klinik immunologiya “ 2007 –ci il, səh.100
70) Allergik reaksiyaların formalaşmasında immunoqlobulin İgM rolu nədədir?
A) Allergik reaksiyaların formalaşmasında heç bir rol oynamır

B) Ləngimə hiperhəssaslığının patogenezində iştirak edir

C) Tez allergik reaksiyalarda iştirak edir

D) Yerli immunitetdə iştirak edir

E) İmmunkompleks allergik reaksiyalarda iştirak edir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.85


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə