İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə1/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
  1   2   3   4   5   6   7   8   9   ...   39


 
 
 
 
İMRAN AXUNDOV 
 
 
 
 
 
 
 
 
ƏLƏSGƏR  
ƏLƏKBƏROV 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı  
Mütərcim 
2014 


 

 
 
 
 
 
 
Elmi redaktor: 
 
 
AMEA-nın müxbir üzvü, professor 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İmran Axundov.  Ələsgər Ələkbərov. Monoqrafiya. – Bakı: 
Mütərcim, 2014. – 144 səh  
 
Monoqrafiyada Azərbaycan mədəniyyətinin ən görkəmli nümayən-
dələrindən biri SSRİ xalq artisti Ələsgər Ələkbərovun həyat və yaradıcılı-
ğı  təhlil  edilir,  teatrda  və  filmlərdə  ifa  etdiyi  möhtəşəm  obrazlar  tədqiq 
olunur. 
 
 
А 
026
4907000000
 58-14 
 
©İmran Axundov, 2014 
İ.S.Kərimov 


 

 
 
 
 
 
 
Ələsgər Ələkbərov
 


 

 


 

 
GİRİŞ 
 
 
 
İyirminci  əsr  milli  teatrımızın  ən 
görkəmli  simalarından,  yaradıcılığının 
bədii-estetik  keyfiyyətləri  dünya  səhnə 
sənətinin  bəşəri  meyarları  ilə  ölcülən 
dühalardan biri də Ələsgər Ələkbərovdur. 
 
prof. İlham Rəhimli 
 
 
Azərbaycan  teatrının  tarixində  elə  sənətkarlar  olub  ki,  onların 
yaradıcılıq  fəaliyyəti  peşəkar  teatrımızın  qızıl  səhifələrini  yazıb. 
Çünki belə sənətkarların xoşbəxtliyi onda idi ki, onlar dövrün bütün 
tələblərini  hiss  edir,  öz  böyük  sənətləri  ilə  səhnə  və  həyat  arasında 
rabitə  yaradırdılar. “Bu mövqedə duran sənətkarın yaradıcılıq müna-
sibəti  müasirlik  və  novatorluq  prinsiplərinə  əsaslanır,  onun  ümumi-
ləşdirmə hünəri, obrazlı ifadə tərzi bədiilik və emosionallıqla birləşir, 
sənətin məntiq qüvvəsi, idrak əhəmiyyəti artır, tamaşaçıları hadisələ-
rin  inkişafı  ilə  ardıcıl  olaraq  yaşamağa  vadar  edir.  Belə  sənətkarlar 
hadisələrin  davamında  bir  müşahidəçi  və  seyirçi  kimi  yox,  dönməz 
və yenilməz bir qüvvə ilə mübarizə aparan, ictimai idealın bədii este-
tik prinsiplərini vətəndaşlıq ehtirası ilə təcəssüm etdirən və eybəcər-
liklərə qarşı amansız olan iştirakçı kimi fəaliyyət göstərir” (2). 
Səhnə sənətinin tərəqqisi naminə misilsiz xidmətlər göstərmiş, 
Azərbaycan teatrını dünya teatrı səviyyəsinə qaldıran aktyorlardan bi-
ri, mən deyərdim ki, birincisi SSRİ xalq artisti Ələsgər Ələkbərovdur. 
Görkəmli  teatr  xadimi  Ə.  Ələkbərovun  səhnəyə  gəlişi  özün-
dən əvvəl ki, sənətkarlar kimi çətin və əzablı olmuşdur. 
Öz  böyük  sənətini  yüksək  sənətkarlıqla  nümayiş  etdirən  bu 
bənzərsiz  sənətkar  hər  ifasında  misilsiz  aktyor  olduğunu  sübut 
etmişdir.  “Onun  haqqında  düşünəndə  dərhal  aktyorun  yaraşıqlı 


 

görkəmi, uca qaməti ifadəli siması, mərd baxışları nəzərimizdə can-
lanır.  Onun  gur  səsi,  səlis  danışığı,  dolu  temperamenti  xatirimizə 
gəlir.  Lakin  bunlar  azdır.  Ələsgər  Ələkbərov  hər  şeydən  əvvəl 
böyük sənətkarlıq diapazonuna, geniş yaradıcılıq imkanlarına malik 
bir  aktyordur.  O,  sanki  nə  ampula,  nə  də  janr  hüdudlarını  hesaba 
almır.” (22). 
O, son dərəcə orijinal sənətkar idi. Yaratdığı hər hansı bir ob-
razın  daxilinə  düzgün  nüfuz  etməyi  bacaran,  xarakteri  bütün  incə-
liyə qədər tamaşaçıya çatdıran əvəzsiz aktyor idi. 
Hüseyn Ərəblinski, A. M. Şərifzadə, Ülvi Rəcəb kimi məşhur 
faciə  aktyorlarının  davamçısı  olan  Ələsgər  Ələkbərov  öz  cahanşü-
mül  sənəti ilə  Azərbaycan  aktyorluq sənətini  yüksəklərə qaldırmış-
dır.  “Ələsgər  Ələkbərov  məhz  elə  sənətkarlardandır  ki,  tamaşaçını 
inandıra bilir, həm  də  bu inam soyuq bir etiqad  şəklində tamaşaçı-
nın fikrinə hopmur, coşqun hissiyyatın, ürəyi titrədən həyacanların, 
iztirab  və  sevinclərin  nəticəsi  kimi  meydana  çıxır.  Yəni  aktyor  öz 
təbii, mənalı və qızğın oyunu ilə sanki səhnədən əlini uzadıb tama-
şaçının əlindən tutur, onu mübarizəyə çəkir, hadisələrin iştirakçısına 
çevirir, ürəyində yaxşıya məhəbbət, pisə nifrət oyadır. Bu xüsusiy-
yəti biz onun uzun illərdən bəri səhnəmizdə yaratmış olduğu zəngin 
surətlər  silsiləsinin  hamısında  bu  və  ya  digər  dərəcədə  müşahidə 
etmişik. 
Ələkbərovun  oyununda  əsl  sənətkarlar  üçün  həmişə  zəruri 
olan gözəl bir xüsusiyyət vardır ki, o, ürəksiz, üzdən getmə bir söz 
deməz, bir hərəkət eləməz” (14). 
Ələsgər  Ələkbərovun  zəngin  irsi  həmişə  diqqət  mərkəzində 
olmuş,  onun  haqqında  məqalələr,  monoqrafiyalar,  şerlər  yazılmış, 
televiziya verlişləri hazırlanmışdır. 
Bu  monoqrafiyanı  yazmaqda  məqsədimiz  əsasən  ondan  iba-
rətdir  ki,  Ələsgər  Ələkbərovun  bənzərsiz  sənəti  haqqında  yazılmış 
tədqiqat  əsərlərini  yenidən  araşdıraq  və  bu  dahi  sənətkarı  bir  daha 
böyüməkdə olan gənc nəslə sevdirək. 
 
 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə