İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
45 
1939-cu  il  sentyabr  ayının 
29-da  İ.  Hidayətzadənin  qurulu-
şunda Cəfər Cabbarlının “Od gə-
lini” faciəsi tamaşaya qoyuldu və 
baş rol olan Elxan (Babək) obrazı 
Ə. Ələkbərova tapşırıldı. 
A.  Babayev  “Sovet  kəndi” 
qəzetində  (24.11.1960)  yazır  ki; 
“...  Elxan-Babəkin  obrazı  Ələk-
bərovun  ifasında  çox  dərin  bir 
mənaya malik idi. Elxan-Ələkbə-
rov  xalq  səadəti  yolunda  bütün 
varlığını  qurban  verməyə  hazır 
olan qorxmaz bir fədai idi”. 
Ə.  Ələkbərovun  yaratdığı 
Elxan  mənsub  olduğu  xalqının 
düşmənlərini  yaxından  tanıyan 
bir insandır. O, feodal dünyasına 
dərindən  nifrət  edirdi.  Elxan-
Ələkbərov  bütün  eybəcərliklərə, 
haqsızlıqlara qarşı mübarizə apa-
ran  və  xalqının  yolunda  ölümə 
gedən sərkərdə idi. 
Əlbəttə teatrın məşhur faciə 
aktyoru  A.  M.  Şərifzadən  sonra 
Elxan  obrazını  yaratmaq  aktyordan  böyük  istedad  və  zəhmət  tələb 
edirdi. Ə. Ələkbərov bu rolun öhdəsindən çox məharətlə gəldi. 
“Bu  tamaşada  Elxan  rolunda  Ə.  Ələkbərov  qüvvətli  təsir 
bağışlayırdı, ona tapşırılan obrazı olduqca real yarada bilirdi”(12). 
Ə.  Ələkbərovun  Elxanı  qullar  dünyasının  müdafiəçisi,  xalqı-
nın qəhrəmanı və mütəfəkkiri idi. Onun yaratdığı Elxan son dərəcə 
əzəmətli  və  qüdrətli  təsir  bağışlayırdı.  Romantik  aktyor  məktəbinə 
sadiq  qalan  bu  bənzərsiz  sənətkar  obrazın  daxilinə  düzgün  nüfuz 
Ə.Ələkbərov – Elxan rolunda 


 
46 
edərək  onun  temperamentini,  coşqunluğunu  tamaşaçıya  real  gös-
tərirdi. 
“Bu  tamaşada  Ə.  Ələkbərovun  oynadığı  Elxan  görkəmli  bir 
xalq qəhrəmanı, sərkərdə, dövlət xadimi idi” (8). 
Elxan-Ələkbərov  əzilən  xalqa  təsadüfi  başçılıq  etmirdi.  O, 
xalqın  içindən  çıxaraq  ona  rəhbərlik  etmiş  və  rəzalətə  qarşı 
mübarizə aparmışdır. 
 “Elxan surətinin əsl ictimai ma-
hiyyətini,  həqiqi  ideya  məzmununu 
düzgün  açıb  göstərmək,  şübhəsiz  ar-
tistin yeni müvəffəqiyyəti idi. Bu mü-
vəffəqiyyəti daha da dərinləşdirən bir 
amil var idi ki, o da Ə.  Ələkbərovun 
eyni  tamaşada  bir-birinə  daban-daba-
na  zidd  olan  iki  surəti  eyni  müvəffə-
qiyyətlə  canlandırması  idi.  Müxtəlif 
xarakterli  rolları  eyni  sənətkarlıq  sə-
viyyəsində  ifa  edə  bilməsi  göstərirdi 
ki,  Ə. Ələkbərov  çox çəhətli  istedada 
malik  olan geniş  diapazonlu  artistdir” 
(21). 
Elxan-Ələkbərov  xalqının  ağır 
vəziyyətini  düşünən,  ictimai  quruluş-
da  dönüş  yaratmaq  istəyən  insan  idi. 
Onun  Elxanı  hər  hansı  işgəncələrə 
qarşı amansız düşmən idi. 
“Ələkbərovun  Elxanı  tamaşaçılarda  vətənpərvərlik  və  qəh-
rəmanlıq  duyğuları  oyadır,  insan  mənliyini  tapdalayanlara  qarşı 
nifrət təlqin edirdi” (2). 
Ə.  Ələkbərovun  Elxanı  insanlıq  üçün  yaşayan,  fikri  bəşəriy-
yətin gələcəyi ilə bir olan insan kimi yaradırdı. Aktyor Elxan obrazı 
ilə xalqının azadlığı uğrunda çalışan mübariz qəhrəmanı tamaşaçıya 
böyük məhəbbətlə çatdırmışdır. 
Ə.Ələkbərov – Elxan 
rolunda 


 
47 
Ə.  Ələkbərovun  geniş  diapazona  malik  qüdrətli  sənəti  sü-
nilikdən  çox  uzaq  olmuşdur.  Onun  ifası  çox  təbii  idi,  tamaşaçını 
daim  düşündürürdü.  Ə.  Ələkbərovun  səhnədə  obraz  yaradarkən 
düşdüyü psixoloji vəziyyətlərə tamaşaçılar inanırdı. 
1939-cu il dekabr ayının 30-da S. Vurğunun ikinci böyük səh-
nə əsəri olan “Xanlar” mənzum dramı A. İsgəndərovun quruluşunda 
səhnəyə qoyuldu və Xanlar Səfərəliyevin obrazını Ə. Ələkbərov ifa 
etdi. 
Ə. Ələkbərovun ifasında Xan-
lar tamaşanın ilk səhnələrindən sinfi 
zidiyyətləri  duyan  bir  insan  kimi 
canlanırdı. 
Ələkbərovun  Xanları 
anası  Qızyetərlə  (bu  rolu  SSRİ  xalq 
artisti Mərziyə Davudova ifa edirdi-
İ.A.)  söhbətində  sadə  idi.  Ancaq  bu 
sadəlikdə böyüklük vardır. Aktyorun 
ifasında  Xanlar  istismar  dünyasına 
qarşı amansız, fəhlə sinfinə qarşı isə 
sadiq idi. 
“Xanlar surətinin ilk yaradıcısı 
Ələsgər  Ələkbərov  səhnəmizin    ən 
görkəmli aktyorlardan biridir. Gözəl 
istedada malik olan Ələkbərov xüsu-
sən  axırıncı  on  ildə  surətlə  inkişaf 
etmişdir və çox səciyyəvidir ki, o ən 
parlaq  qələbələrini  Azərbaycan  dra-
maturqlarının əsərlərində əldə etmişdir... Ələkbərovun qəhrəmanları 
başlıca  olaraq  ideal  uğrunda  mübarizədə  tərəddüd  bilməyən  igid, 
nəcib  və  sədaqətli  insanlardır.  Vətənpərvərlik,  insanpərvərlik  və 
qəhrəmanlıq  bu  surətlərin  məfkurəvi  və  əxlaqi  simasını  müəyyən 
edən keyfiyyətlərdir” (6). 
Tamaşanın sonrakı inkişaf dinamikasında Ələkbərov-Xanların 
fəhlə sinfinə inamını artırdı, onu gələcək mübarizəyə qanadlandırdı. 
Ə.Ələkbərov – Xanlar 
 rolunda 


 
48 
Aktyor yaratdığı obrazın təbiətinə xas olan romantik duyğuları çox 
incə ştrixlərlə açıb tamaşacılara göstərirdi. 
“Ələkbərov Xanların mənəvi həyatında psixologiyasında əmə-
lə  gələn  təbəddülatın  dialektik  xarakterini  və  təşəkkül  prosesini 
ətraflı duyduğundan obrazın daxili dramatizmini, istək və arzusunu, 
məqsəd və idealını, onun ictimai-siyasi münasibətini bütün zəngin-
liyi ilə canlandırırdı. İlk şəkillərdən Ələkbərovun Xanları sadəqəlbli, 
təvazökar  təbiətli  və  zəhmətsevər  bir  gənc  kimi  çox  mənalı  idi; 
onun səmimiyyəti, mənəvi paklığı tamaşaçıların diqqətini cəlb edir 
və nəcib hisslər oyadırdı” (2). 
Ə.  Ələkbərovun  ifasında  Xanlar  tamaşaçıda  müsbət  hisslər 
doğuran bir insan idi. O,  yaratdığı  obrazı mərd  alovlu  inqilabçı  və 
təmiz qəlbli insan kimi tamaşaçılara çatdırırdı. 
“Pravda  Vostoka”  qəzeti  (24.07.1951,  Daşkənd)  yazır  ki; 
“Pyesin baş qəhrəmanı olan Xanlar tamaşaçının dərin rəğbətini qa-
zanır. Bu rolu Ə. Ələkbərov ... böyük ustalıqla ifa edir. O, Xanların 
böyük mənəvi qüvvəsini, mətanətini, öz ideyasına sədaqətini, müba-
rizəsinin  axır  məqsəd  uğrunda  hər  bir  fədakarlığa,  hətta  həyatını 
qurban verməyə hazır olduğunu yüksək sənətkarlıqla göstərir”. 
Aktyorun  yaratdığı  Xanlar  dostluqda  çox  möhkəm  bir  insan 
idi. Xanlar-Ələkbərov əsərin üçüncü şəklində anası Qızyetərlə Koba 
haqqında söhbətində nə qədər böyük inam və səmimiyyət vardır. 
“Ə.  Ələkbərovun  qəhrəmanı  öz  səadətini  sadə  adamların 
mənafei uğrunda mübarizədə görən həyatsevər bir şəxsdir” (8).
 
 
Ə.  Ələkbərovun  ifasında  Xanlar  narahatlığı  qədər,  qayğıkeş 
olan  bir  insan  idi.  O,  sözsüz  səhnələrdə  belə  tamaşaçının  gözündə 
yayınmırdı.  Aktyor  bu  səhnələrdə  Xanların  çox  ağıllı  və  bacarıqlı 
olduğunu tamaşaçıya göstərirdi. Onun səhnəyə hər gəlişi tamaşaçıda 
ruh  yüksəkliyi  yaratdığı  üçün  Ələkbərovun  Xanları  hər  dəfə  sevic 
və alqışla qarşılanırdı. 
“Ələsgər  Ələkbərovun  yaratdığı  səhnə  surətləri  içərisində 
Xanlar xüsusi yer tutur. Ələkbərov məhz bu obrazda yüksək roman-
tik ifa tərzini realist oyunla üzvü surətdə birləşdirməyi, eyni zaman-
da həm potetik, monumental, həm də həyatı, canlı qəhrəman yarat-


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə