İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə2/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 
I FƏSİL 
 
HƏYATI VƏ GƏNCLİK İLLƏRİ  
(1910-1940) 
 
 
    
    Ələkbərov çoxcəhətli istedada 
malik olan bir sənətkardır. 
 
Cəlal Məmmədov 
 
 
Azərbaycan  səhnəsinin  dünya  şöhrətli  sənətkarlarından  biri 
Ələsgər Hacağa oğlu Ələkbərov 1910-cu il mart ayının 26-da yox-
sul  tacir  ailəsində  dünyaya  göz  açmışdır.  O,  səkkiz  yaşında  yəni 
1918-ci ildə Bakı realnı məktəbinin birinci sinfində oxumuşdur. Hə-
lə uşaq yaşlarında şerə, sənətə həvəsi olan balaca Ələsgər görkəmli 
şairlərin  M.Ə.  Sabirin,  A.  Səhhətin  şerlərini  böyük  şövq  ilə  əzbər 
söyləyirdi. O, atası ilə birlikdə “Kos-kosa” oyunlarına gedər və bu 
tamaşalardan böyük zövq alardı. 
1920-ci  ildə  Ələsgərin  10  yaşı  olanda  atası  rəhmətə  gedir  və 
ailənin  bütün  çətinlikləri  anası  Zübeydə  xanımın  çiyinlərinə  düşür. 
Ana ailəni  dolandırmaq  üçün bütün  günü paltar tikməklə  pul  qaza-
nır, övladlarını saxlayırdı. 
Ə. Ələkbərov atası rəhmətə getdiyi il təhsilini 9 saylı məktəb-
də davam etdirir. O, 13 yaşında, yəni 1923-cü ildə işlə əlaqədar təh-
silinin ardını 23 saylı məktəbdə oxuyur. 
1924-ci ildə Əbilov adına kulubda dram dərnəyi çox qüvvətli 
idi. Elə həmin ildə Ə. Ələkbərov bu kulubun nəzdində ki, dram dər-
nəyində  fəaliyyət  göstərirdi.  Anasının  Ələsgərin  aktyorluğuna  olan 
həvəsinə mane olmasına baxmayaraq, onun teatra sonsuz məhəbbəti 
getdikcə şölələnirdi. 


 

Ə. Ələkbərovun teatra olan hə-
vəsi elə bir qaynar həddə çatmışdır ki, 
onu  öz  fikrindən  daşındırmaq  müm-
kün deyildir. O, 1925-ci ildə Ə. Bay-
ramov  adına  Mərkəzi  qadınlar  klu-
bunda  fəaliyyətini  davam  etdirməyə 
başlayır  və  burada  kiçik  həcmli  səh-
nəciklərdə  müxtəlif  xarakterli  rollar 
oynayır. Onun oynadığı bu rollar içə-
risində “Azad qadın”da, “Evdə və za-
vodda” adlı kiçik səhnəciklərdə kom-
somolçu  və  arvaddöyən  Məmiş  kimi 
obrazları  müvəffəqiyyətlə  yaratmış-
dır. 
1926-cı  ildə  Ə.  Ələkbərov 
Kommunal  klubda çıxış etmış,  bura-
da  Rza  Təhmasibin,  İbrahim  Azəri-
nin  rəhbərliyi  ilə  Məşədi  İbad  rolunu  oynamış,  konsertlərdə           
M. Ə. Sabirin, C. Məmmədquluzadənin əsərlərini ifa etmişdir. 
Ə. Ələkbərovun bir aktyor kimi formalaşmasında Əbilov adı-
na klubun rəhbəri Mirabdulla Mirinskinin və qadınlar klubunda isə 
Ağakərim Şərifovun böyük xidmətləri olmuşdur. 
M.  Mirinski  onun  böyük  istedadını  hiss  etmiş,  ona  C.  Məm-
mədquluzadənin  “Ölülər”  komediyasında  dilmanc  Əlibəy,  sonralar 
isə  Mirbağır  ağa  rollarını  tapşırmışdır.  Çox  gənc  olmasına  baxma-
yaraq Ələkbərov bir-birinə zidd olan hər iki obrazı müvəffəqiyyətlə 
ifa etmişdir. 
Əbilov adına klubun rəhbərliyi tamaşa hazırlamaq üçün 1926-
cı ildə görkəmli sənətkar İsmayıl Hidayətzadəni kluba dəvət edir. O, 
burada  gənc  qüvvələrlə  tanış  olduqdan  sonra  H.  Cavidin  “Şeyda” 
faciəsini tamaşaya hazırlayır.  İyirmi beş yaşlı İ. Hidayətzadə bu ta-
maşa ilə gələcəyin istedadlı rejissor olduğunu sübut etdi. Müvəffə-
qiyyətlə  hazırlanan  tamaşanın  əsas  mövzusu  mətbəə  işçilərinin 
Ə.Ələkbərov 
20-ci illərin axırı 


 

faciəli həyatından götürülmüşdür. Tamaşada Ə. Ələkbərov mürəttib 
Qara Musa rolunu ifa edirdi. 
 
 
 
 
Əsərdə  Qara  Musanın  sol  əlini  maşın  aparır.  Mətbəə  müdiri, 
azğınlaşmış Məcid əfəndi “Tək əldən səs çıxmaz” deyərək Musanı 
işdən qovur. Ehtiyac içərisində yaşayan Musa Məcid əfəndidən inti-
qamını alır, onu qətlə yetirir, özü isə həbsxanaya düşür. 
İlk  çıxışlarındakı  uğurları  Ə.  Ələkbərovun  ilhamını  dahada 
artırır. O, “Şeyda” faciəsindən sonra peşəkar teatrlardan birinin yar-
dım  heyətinə  daxil  olmaq  istədiyini  İ.  Hidayətzadəyə  bildirir.  Bu 
fikri  bəyənən  Hidayətzadə  əvvəl  ona  Teatr  texnikumunda  oxumağı 
məsləhət  görür.  Beləliklə,  Ə.  Ələkbərov  1927-ci  ildə,  sentyabr 
ayında 23 saylı 2-ci dərəcəli məktəbin doqquzuncu sinfindən çıxıb, 
təhsilini davam etdirmək üçün Teatr texnikumuna daxil olur. Texni-
kumda oxuduğu müddətdə müəllimləri Ələkbərovun fitri istedadını, 
gur və  temperamentli səsini, gözəl  qamətini,  zəngin  daxili  aləmini, 
iti yaddaşını, vəziyyəti anbaan yaşamaq bacarığını hiss etmiş, onun 
gələcəkdə böyük aktyor olacağına inanmışlar. 
Ə.  Ələkbərov  aktyor  sənəti  və  başqa  dərslərə  ciddi  yanaşırdı. 
Səhnə  danışığını böyük  aktyor  və rejissor  Mirseyfəddin  Kirmanşahlı-
dan alırdı. O, Ə. Ələkbərovun istedadına inanırdı, ona ümid bəsləyirdi. 
Ə.Ələkbərov və İ.Hidayətzadə 


 
10 
Teatr  texnikumunda  təhsil  aldığı  müddətdə  yəni  1927-ci  ilin 
sonlarında Ə. Ələkbərov tələbə yoldaşları ilə birlikdə Bakı Türk İşçi 
Teatrında  fəaliyyətə  başlayır  və  kütləvi  səhnələrə  çıxır,  ilk  aylarda 
sözsüz rollar ifa etməyə başlayır. Lakin çox keçmədən onun səhnədə 
sərbəstliyini  və  böyük  istedadını  hiss  edib  ona  1927-1928-ci  illərdə 
bir neçə obraz tapşırırlar. Bunlardan C. Məmmədquluzadənin məşhur 
“Ölülər”  komediyasında  Hacı  Baxşəli  və  Hacı  Həsən,  V.  Marqa-
ritinin  romanı  üzrə  hazırlanmış  “Fahişə”  əsərində  birinci  polismen,  
B.  Lavrenyovun  “Hücum”  pyesində  ikinci  bəhriyyə,  V.  Kirşonun 
“Konstantin Teryoxin” əsərində Petrosyan obrazlarını yaratmışdır. 
Onun  A.  İavanovun  qurulu-
şunda  Azərbaycan  dramaturgiyası-
nın  şedevri sayılan C.  Məmmədqu-
luzadənin  “Ölülər”  komediyasında 
yaratdığı  tipik  Hacı  obrazları  çox 
səciyyəvidir. 
“Ölülər”  ona  görə  cahanşü-
mül əsər sayılır ki, oradakı komedi-
ya  ürək  parçalayır,  gülüş  əzabdan 
doğur və faciyəyə çevrilir. 
Belə  bir  əsərdə  Ə.  Ələkbərov 
burnundan  uzağı  görməyən,  kütbe-
yin  Hacı  Baxşəli  və  xurafat  yuxu-
sunda  mürgüləyən  Hacı  Həsən  ob-
razlarını ifa edirdi. Ə. Ələkbərov 18 
yaşlı  gənc  olmasına  baxmayaraq 
özündən təxminən 25-30 yaş böyük 
olan bu personajları müvəffəqiyyət-
lə  yaratdı.  O,  Hacı  Həsəni  müxtəlif  cizgilərlə  zənginləşdirmişdir. 
Aktyorun  ifasında  Hacı  Həsən  ailəsini  faciələrə  düçar  edən  bir 
atadır. Hacı Həsən-Ələkbərov oğlu İsgəndərlə söhbətlərində nə qə-
dər  qəddardısa,  Şeyx  Nəsrullah  ilə  görüş  səhələrində  bir  o  qədər 
müthi idi. Aktyor bu iki qütbü elə inandırıcı, düşünülmüş ifa edirdi 
ki, tamaşaçı Hacı Həsənin halına acıyırdı. 
Ə.Ələkbərov  
30-cu illərin ortaları 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə