İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə39/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
131 
“Ukrayna  teatr  ictimaiyyəti  Azərbaycan  səhnəsinin  görkəmli 
ustası, SSRİ xalq artisti Ələsgər Ələkbərovun vəfatı münasibəti ilə 
dərindən-dərinə kədərləndiyini bildirir” 
Ujvi 
Ukrayna Teatr Cəmiyyətinin sədri. 
 
“Azərbaycan  teatrının  böyük  artisti,  ən  nadir  istedadlardan 
biri  olan  Ələkbərovun  vəfatı  xəbəri  məni  sarsıtdı.  Onun  yaratdığı 
obrazlar sovet teatr sənətində yaranan obrazlar silsiləsini zənginləş-
dirmişdir. Sevimli dostumuzun vaxtsız aramızdan getməsinə sizinlə 
birlikdə dərindən kədərlənirəm.  Ələkbərovun obrazı  sənət  dostları-
nın qəlbində həmişə yaşayacaqdır”. 
M. David, Yerevan. 
 
“Naxçıvan Vilayət partiya komitəsi, muxtar respublikanın Ali 
Sovetinin Rəyasət Heyəti və Nazirlər Soveti SSRİ xalq artisti, gözəl 
insan,  Naxcıvan  zəhmətkeşlərinin  SSRİ  Ali  Sovetinə  layiqli  elçisi 
Ələsgər  Hacağa  oğlu  Ələkbərovun  vaxtsız  vəfatı  münasibəti  ilə 
kədərləndiklərini  bildirir  və  mərhumun  ailəsinə  dərin  hüzünlə 
başsağlığı verirlər”. 
Naxçıvan Vilayət partiya komitəsi 
Naxçıvan MSSR Ali sovetinin Rəyasət Heyəti 
Naxçıvan MSSR Nazirlər Sovetı. 
 
“Ermənistan teatr içtimaiyyəti sovet teatr sənətinin ən görkənli 
ustalarından  biri,  SSRİ  xalq  artisti,  SSRİ  Ali  Sovetinin  deputatı, 
Zaqafqaziya xalqlarının sevimlisi, dostu və  yoldaşı Ələsgər Ələkbə-
rovun vəfatı xəbərini eşidib dərindən kədərlənmişdir. Əzizbəyov adı-
na teatrın kollektivinə və mərhumun ailəsinə başsağlığımızı veririk”. 
 
Ermənistan Teatr Cəmiyyətinin Rəyasət Heyəti. 
 
Xalq yazışısı S. Rəhimov “Sanki dağ uçdu...” adlı məqaləsində 
(“Ədəbiyyat və İncəsənət” qəzeti, 02.02.1963) yazır ki; “... Amansız 
ölüm  səhnəmizin  alovlu  sənətkarı  Ələsgərə  sübh  saat  altıda,  ala-


 
132 
qaranlıqda hələ yuxuda ikən oğrunca əl qaldırmışdı. Ələsgər yerindən 
harasan qalxmışdır. O,  ölümü boğazlayıb öldürmək,  yenə də həyata 
qayıtmaq,  özünün  döyünən  atəşli  ürəyi  ilə  xalqına  xidmət  etmək 
istəmişdir. Ancaq  gec olmuşdur.  Biz  enli sinəli, sıx qara  qaşlı, qara 
bığlı, saçları indi-indi gümüşü rəng alan gözəl bir insanı artıq tabutda 
görürük.  O,  bir  sənətkar,  mütəfəkkir  kimi  gözlərini  yummuşdur. 
Adama  elə  gəlir  ki,  aktyor  yenə  də  Vaqif  rolunda  səhnəyə  çıxmaq 
üçün dərin yaradıcılıq axtarışlarına getmişdir... 
Ələsgər  səhnədə  görünəndə  elə  bilirdin  ki,  səhnəyə  bir  əzəmət 
gəlir. Sanki səhnə öz süni səhnəliyindən çıxır, həyat qədər doğru məna 
alır. Ələsgər bir sənət fatehi kimi biz tamaşaçıların ürəyini fəth edirdi... 
Azərbaycan  səhnə  sənətinin  böyük  cıdırından  erkən  gedən 
Ələsgər heç də bir  yolluq getmir. O,  sənətin qadir qüdrətilə əbədi-
ləşıb  qalacaqdır.  Tamaşaçılar  Ələsgəri  qəribsədikcə  onu  daha  artıq 
sevəcəklər.  Onun  hifz  edilib  saxlanılan  səsini  efirdən  eşidəcəklər, 
onun necə qürurla addımladığını ekranlarda görəcəklər. Lakin yenə 
də  sən  dərindən-dərinə  təəssüf  edirsən  ki,  Ələsgər  Azərbaycan 
sənətinin  böyük  cıdırında sanki  bir dağ kimi  uçdu, cismən çox tez 
getdi. Dərindən-dərinə acıyıb təəssüf edirsən ki, onun qızğın, həra-
rətli nəfəsi daha öz tamaşaçılarını qızdıra bilməyəcəkdir... 
Qoy müqəddəs torpağımız, xalqımızın böyük oğullarının əbə-
di  sükuta  getdiyi  xiyabanda  ağuşuna  aldığı  doğma  övladına-Ələs-
gərinə əbədiyyət laylası çalsın!..” 
Xalq  yazıçısı,  akademik  M.  İbrahimov  yazır  ki;  “...  Ələsgər 
səhnəmizdə istər müasir adamların, istər klassik əsərlərdəki keçmiş 
insanların  parlaq,  canlı  surətlərini  yaratmışdır,  çünki  o  sənətinin 
vurğunu,  pərəstişkarı  idi.  Onun  yaratdığı  surətlər  heç  bir  zaman 
bizim xatirimizdən silinməyəcək, Azərbaycan səhnəsinə gələn yeni 
istedadlı  yaradıcılar  üçün  əbədi  nümunə  olaraq  qalacaqdır.  Məgər 
Vaqif həmişə nəzərimizdə Ələsgər kimi canlanmayacaq, Otello de-
dikdə Ələsgərin qartal gözlərinin işığını, böyük sənətkar ehtirasının 
hərarətini duymayacağıq?! 
Ələkbərovu tanıyanlar bilir ki, o, sənətini necə qızğın, necə bö-
yük bir ürəklə sevirdi. O, hər cəhətdən Hüseyn Ərəblinski, Cahangir 


 
133 
Zeynalov, Abbas Mirzə Şərifzadə kimi ölməz sənət ustalarımızın hə-
qiqi varisi idi... 
... Ələsgərin ölümü teatrımız, bütün incəsənətimiz üçün böyük 
itkidir. Lakin onu əbədi olaraq torpağa tapşırdığımız bu ağır günlər-
də  biz  məyusluğa,  ümidsizliyə  qapılmayıb  sənətimizin  bayrağını 
uca tutmalıyıq. Azərbaycan səhnəsi bir azca soyumuş olsa, məncə, 
Ələsgərin,  Sidqi  Ruhulla,  Mərziyə  xanım,  Hidayətzadə  bu  soyuq-
luğu  qəbirdə  də  hiss  edib  üşüyərlər.  Qoy  onlara  məxsus  yaratmaq 
ehtirası, susmaz sənət eşqi Zərdüştün sönməz odu kimi bütün sənət 
adamlarının sinəsində əbədi yansın və Azərbaycan ... teatrına yeni, 
gözəl nailiyyətlər gətirsin!” (13). 
Ələsgər Ələkbərovun vəfatı münasibəti ilə görkəmli Azərbay-
can şairləri S. Rüstəm və M. Araz “Günəş gözlü dostuma” və “İn-
san ürəyi” şerlərini yazdılar. 
Azərbaycanın görkəmli aktyorları S. Hacıyeva, M. Mərdanov, 
A.  Gəraybəyli,  F.  Qədri,  M.  Sənani,  H.  Qurbanova,  İ.  Osmanlı,      
H. Salayev, B. Əsgərov “Unudulmaz sənətkarımız” (“Ədəbiyyat və 
incəsənət”  qəzeti,  02.02.1963)  adlı  kiçik  məqalədə  böyük  kədərlə 
qeyd edirlər ki; “Amansız ölüm səni sıralarımızdan qopartdı. Lakin 
sənin  mehriban  surətin  heç  bir  zaman  bizim  ürəyimizdən  silinmə-
yəcəkdir.  Hər  məşqdə,  hər  tamaşada  biz  səni  xatırlayacaq,  sənin 
odlu-alovlu sənətkarlığından ilham alacağıq. 
Sən, uzun illər boyu Azərbaycan səhnəsinin Abbas Mirzə Şə-
rifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, Mirzağa Əliyev, Sidqi Ru-
hulla kimi şahinləriylə birlikdə qanadlandın, səhnəmizin göylərində 
yeni-yeni üfiqlər açdın. 
Səninlə  birlikdə  hər  hansı  bir  tamaşada  çıxış  etmək  bizim 
üçün, xüsusən, teatrımızın gənc aktyor və aktrisaları üçün yaradıcı-
lıq imtahanı, yaradıcılıq sevinci idi. 
Sən,  səhnəyə  hər  girişinlə,  söylədiyin  hər  monoloqla  tamaşa 
salonunda dərin əks-sədalar  yaradırdın.  Kral  Lirin və Vaqifin, Mu-
rov və Gərşivəzin  əzəmətli obrazlarını ürək sarsıntılarını mahir bir 
ustad kimi sən yaratdın. 


 
134 
Ələsgər,  yoldaşımız, dostumuz! Sənin sıralarımızda olmama-
ğını təsəvvür etmək çox çətin, cox ağır, çox kədrlidir. Sənə ən bö-
yük  əklilimiz  yaradacağımız  yeni  tamaşalar,  ehtiraz  dolu  obrazlar 
olacaqdır”. 
Azərbaycan  SSRİ  Nazirlər  Soveti  SSRİ  xalq  artisti  Ələsgər 
Hacağa  oğlu  Ələkbərovun  dəfnini  təşkil  etmək  üçün  aşağıdakı 
tərkibdə komissiya ayırmışdır: 
“Sovet  İttifaqı  xalq  artisti,  SSRİ  Ali  Soveti  deputatı                
Ə. H. Ələkbərovun dəfnini təşkil etmək üçün A. S. Bayramov (sədr), 
S. R. Aslanov, Mehdi Hüseyn, M. F. Ziyadov, Ə. C. Ləmbəranski, 
M. Mərdanov və Z. Z. Şükürovadan ibarət komissiya yaradılsın. 
Ə.  Ələkbərovun  dəfni  ilə  əlaqədar  olan  xərclər  dövlət  hesa-
bına çəkilsin”. 
SSRİ  xalq  artisti  Ə.  H.  Ələkbərovun  dəfnini  təşkil  edən  ko-
missiya belə qərara gəldi ki; “Mərhum Ə. H. Ələkbərovun cənazəsi 
M. Əzizbəyov adına Azərbaycan Dövlət  Dram  Teatrının binasında 
qoyulacaqdır. 
Mərhum ilə fevralın 2-də saat 11-dən–15-dək vidalaşmaq olar. 
Cənazə saat 15-30 dəqiqədə qaldırılacaqdır”. 
Azərbaycan  səhnəsinin  sözün  həqiqi  mənasında  görkəmli 
sənətkarı, SSRİ xalq artisti Ələsgər Ələkbərovun 53 yaşında qəflə-
tən vəfat etməsi xalqımızı kədərləndirmişdir. Ə. Ələkbərovun qüd-
rətli  sənətinə  böyük  qiymət  verən  xalq  onun  vida  gününə  sel  kimi 
axıb gəlirdi. Dünyasını vaxtsız dəyişən, Azərbaycan xalqının dünya 
şöhrətli aktyor oğlunu çiyinlərində son mənzilə yola saldılar. Böyük 
Azərbaycan dramaturqu Cəfər Cabbarlı ilə böyük Azərbaycan Bəs-
təkarı Müslüm Maqomayevin məzarları yanında torpağa tapşırdılar. 
Ələsgər Ələkbərov xalqına daim xidmət etmiş və xalq da onu 
haqlı olaraq öz qəlbində yaşadır və yaşadacaqdır. 
 
 
 
 
 
 


 
135 
 
 
 
 
 


 
136 
 
NƏTİCƏ 
 
 
Ələsgər  Ələkbərov  realist  və  romantik 
aktyorluq məktəbinin sənət nəhəngidir. 
 
Fəlsəfə doktoru İmran Axundov 
 
 
SSRİ  xalq  artisti  Ələsgər  Ələkbərov  sözün  tam  mənasında 
görkəmli  sənətkar idi. Həvəskar  aktyorluqdan qüdrətli  sənətkar sə-
viyyəsinə yüksəlmiş Ə. Ələkbərov dramaturji material üzərində hə-
vəslə  işləyərək,  ona  tapşırılan  obrazı  öz  yaradıcılıq  təxəyyülündən 
keçirərək  zənginləşdirmiş,  teatr  və  kino  tarixinə  həkk  etmişdir. 
Onun istedadı çox qısa müddət ərzində parlamış, Azərbaycan incə-
sənətinin mənəvi xəzinəsinə çevrilmişdir. 
Ə. Ələkbərov mədəniyyətimizin ən parlaq simalarından biridir. 
Onun səhnədə və ekranda yaratdığı möhtəşəm obrazlar-Vaqif, Fər-
had,  Nəbi,  Aydın,  Elxan,  Fətəli  xan,  Otello,  Cavanşir,  Alxan,  Sər-
darlı, Rüstəm kişi, Fərhad Kamalov əzəmətli, mənəviyyatlı insanlar-
dır. Aktyor bu qəhrəmanlar ilə tamaşaçılara çox güclü təsir göstərə 
bilirdi. 
“Ələkbərov yaradıcı bir sənətkar kimi püxtələşdikcə onun sə-
nətinin estetik prinsipləri formalaşmış, tamaşaçıların mənəvi təşək-
külündə və ictimai tərbiyəsində fəal iştirak etmişdir. Aktyor məhəb-
bətlə  rəsm  etdiyi  obrazların  qurub  yaratmaq  eşqi,  həyat  fəlsəfəsini 
yüksək  sənətkarlıqla  canlandırır,  tamaşaçıların  qəlbinə  təsir  edirdi. 
Ələkbərov obrazlarında aydın surətdə hiss olunurdu ki, o öz xalqı-
nın qədim mədəniyyətini, tarixini, mənəvi aləmini, milli xarakterini 
məharətlə duymuş və mənimsəmişdir. O, səhnədə böyük ideyalarla 
yaşayan,  tamaşaçıları  da  bu  ideyalarla  yaşatmağı  bacaran  və  dərin 
məna ifadə edən alovlu bir səhnə ustası idi... 


 
137 
Öz-özünə  nəzarət  hissi  Əkbərovda  çox  güclü  idi.  O,  obrazın 
varlığını ifadə edən ştrixlər axtarır, onun ilk tamaşalardakı təravətli 
və dinamik təbiətini yaşatmağa çalışırdı...” (2). 
Ələsgər Ələkbərovda duymaq, düşünmək, öz fikrini tamaşaçı-
ya  çatdırmaq,  ifa  etdiyi  obrazın  daxilinə  düzgün  nüfuz  etmək  çox 
qüvvətli idi. O, obraz ilə öz arasındakı əlaqəni görürdü və çalışırdı 
ki, yaratdığı qəhrənman ilə arasında olan məsafəni dəf etsin. Bunun 
nəticəsində  aktyorun  ifa  etdiyi  zəngin  obrazlar  son  dərəcə  təbii, 
mənalı və düşündürücü idi. 
Ə.  Ələkbərov  əldə  etdiyi  yüksək  nailiyyətlər  ilə  kifayətlən-
məyib,  daim  yaradıcılıq  axtarışları apararaq  yaratdığı  səhnə və  ek-
ran obrazlarını bitkin formada tamaşaçılara göstərirdi. 
Ə. Ələkbərovun yaratdığı möhtəşəm obrazlar müxtəlif zaman-
larda  yaşamalarına  baxmayaraq  böyük  həyat  yolu  keçmiş  insan-
lardır. Aktyor bu obrazların hər birinə öz nəfəsini, ürəyini qoymuş 
və hər zaman tamaşaçıları düşündürmüşdür. 
“Aktyorun  canlı  və  təbii  oyununa  tamaşaçılar  inanır,  onun 
təsiri  ilə  həqiqəti  yalandan  seçirdilər.  Ələkbərov  yaratdığı  obrazlar 
vasitəsilə tamaşaçılarla dil tapır, danışır, dərdləşir və onları düşün-
dürən suallara cavab verirdi. Ə. Ələkbərov həmişə yaratdığı obraz-
ların bəşəri keyfiyyətlərinə xüsusi fikir verirdi... Tamaşada ona eh-
tirazsız,  maraqsız  baxmaq  mümkün  deyildi.  Ona  görə  ki,  onun 
yaradıcılıq məqsədi, idealı aydın və konkret idi. 
Tamaşaçı  Ələkbərovun  canlı,  təsirli,  obrazlarına  baxdıqca, 
onunla birlikdə düşünür, bütün həyatını təsəvvüründə canlandıraraq 
özünü dərk edir, mənən  zənginləşir,  eybəcər və  gözəllikləri müqa-
yisə edib obrazın fəaliyyəti ilə yaşayır, dünyagörüşü və həyat təcrü-
bəsi genişlənir. Ələkbərovun yaratdığı xarakterlər bədii ləyaqəti və 
qüvvətli məntiqi ilə tamaşaçıları sevindirir, kədərləndirir və onların 
varlığına estetik münasibətlərini konkretləşdirirdi”(2). 
Son dərəcə təbii  və orijinal  sənətkar olan Ələsgər Ələkbərov 
ifa etdiyi obraza çevrilirdi. O, obrazın daxilini düzgün dərk edərək, 
tamaşaçılara düzgün çatdırmağı bacarırdı. 


 
138 
A.  İsgəndərov  yazır  ki;  “Səmimilik,  sadəlik  və  cazibədarlıq 
Ələkbərovun  yaradıcılıq  üslubunun  xarakterik  xüsusiyyətlərini  təş-
kil edir” (2). 
Onun yaratdığı Elxan, Vaqif, Göydəmir, Nəbi, Fərhad, Aydın, 
Kral Lir, Fətəli xan, Alxan, Otello, Proxor, Süleyman, Ferrero, Ca-
vanşir,  Rüstəm  kişi  kimi  müxtəlif  xarakterli  obrazlar  həyati  boya-
larla zənginləşmişdir. Onun ifasında sünilikdən əsər-əlamət yox idi. 
“Ə. Ələkbərovun yaratdığı bir sıra klassik və müasir obrazlar 
bədii  keyfiyyəti,  dərin  mənası  və  bütöv  xarakteri  ilə  düqqəti  cəlb 
edirdi. Coşqunluq, ağıl və təmkin, hərarət, emosiya və cazibə onun 
səhnə  qəhrəmanları  üçün  xarakterik  idi.  Tamaşaçı  Ə.  Ələkbərovun 
tələffüz  etdiyi  hər  kəlməsini  izləyirdi.  Ona  görə  ki,  o,  hər  sözə, 
cümləyə xüsusi diqqət yetirib, onun məna çalarlarını dərinləşdirirdi. 
Ə. Ələkbərov Otellonun, Cavanşirin, Vaqifin bütün məziyyət-
lərini obrazlı, təsirli şəkildə canlandırır, tamaşaçıları vəcdə gətirirdi. 
Onun yaratdığı obrazlar füsunkar idi. O, səhnədə bütün varlığı, hissi, 
düşüncəsi, həvəsi və ilhamı ilə obrazı duyur, onun həyat idealını və 
ritmini  emosinoallıqla  təcəssüm  etdirirdi...  Ə.  Ələkbərov  xarakteri 
kəşf edir, ona həyat gətirirdi. Bu isə aktyorun navatorluğuna dəlalət 
edən gözəl bir keyfiyyətdir” (3). 
Geniş  yaradıcılıq diapazonuna malik olan Ələsgər Ələkbərov 
üçün  janr  sərhəddi  yox  idi.  O,  daban-dabana  zidd  olan  müxtəlif 
səhnə  və  ekran  qəhrəmanlarını  son  dərəcə  təbii  və  cazibədar  ifa 
edirdi.  O,  yaratdığı  obrazları  fitri  istedadının  və  zəhmətinin  hesa-
bına canlandıraraq, yüksək səviyyədə tamaşaçılara təqdim edirdi. 
“Ələkbərov orijinal təbiətli bir sənətkar idi. O öz sələflərinin 
mütərəqqi  cəhətlərindən,  yaşamağa  qadir  olan  gözəl  ənənələrindən 
qidalanmış,  müstəqil  bir  sənətkar  kimi  püxtələşmişdi.  Onun  fərdi 
aktyorluq hünəri yaratdığı obazlarda özünü göstərirdi. Ələkbərovun 
yaradıcılıq üslubu milli teatr mədəniyyətimizi zənginləşdirmişdir. 
Ələkbərov novator bir sənətkar idi. O, ifa etdiyi obrazları mə-
nalı boyalar və detallarla cilalandırır, onların lazımı şəkildə açılma-
mış  tərəflərini  məharətlə  canlandırır  və  tamaşaçıların  qəlbinə  od 
salırdı...  Onun  yaratdığı  Vaqif,  Makduf,  Salamov,  Otello,  Alxan, 


 
139 
Yusif,  Xanlar,  Fərhad  Kamalov  və  b.  obrazları  sadə  məntiqlı  və 
məzmunlu  olmaqla  bərabər,  həm  də  romantik  vüsətli,  coşqun  ehti-
raslı insanlardır” (2). 
Müxtəlif  xarakterlər  yaratmaq,  yaratdığı  obrazların  keşmə-
keşli həyatını böyük sənətkarlıqla ifa etmək onun ali məqsədi idi. 
SSRİ xalq artisti, görkəmli sənətkar Ələsgər Ələkbərov aktyor 
sənətinin əzəmətini, müqəddəsliyini uca tutan, onu daim tamaşaçıya 
sevdirən  sözün  həqiqi  mənasında  böyük  aktyor,  böyük  insan  və 
böyük  şəxsiyyət  idi.  Onun  adı  bütün  zamanlarda  teatr  və  kino 
tarixində ən əlçatmaz yerlərdən birini tutub və tutacaqdır! 
 
Bakı 
05. 11. 05 - 04. 09. 10. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
140 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1. Allahverdiyev M. Ələsgər Ələkbərov. Bakı, Azərnəşr, 1968. 
2. Allahverdiyev M. Ələsgər Ələkbərovun həyat və yaradıcılı-
ğı. Bakı, Elm, 1972. 
3. Allahverdiyev M. Müasir teatrda ənənə və novatorluq mə-
sələləri. Bakı, Azərnəşr, 1974. 
4.  Arif  M.  Səməd  Vurğunun  dramaturgiyası.  Bakı,  Az.EA. 
1964, s 76-77. 
5.  Bədirbəyli  L.  Ömrümün  nağılları.  Bakı,  Gənclik,  1998,  s. 
25-29. 
6.  Cəfərov  C.  Əzizbəyov  adına  Azərbaycan  Dram  Teatrının 
75 illiyi. Bakı, Azərnəşr, 1949. 
7. Cəfərov C. Azərbaycan Dram Teatrı. Bakı, Azərnəşr, 1951. 
8. Cəfərov C. Azərbaycan Dram Teatrı. Bakı, Azərnəşr, 1959. 
9. Cəfərov C. H. Azərbaycan Teatrı. Bakı, Azərnəşr.1974. 
10.Əlioğlu M. Tənqidçinin düşüncələri. Bakı, Azərnəşr, 1968, 
s. 139-162. 
11. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri. Bakı, Azərnəşr, 
1958. 
12.  Hüseynov  R.  Cəfər  Cabbarlının  tarixi  dramlarının  səhnə 
təcəssümü. Bakı, Maarif, 1971. 
13.  İbrahimov  M.  Ədəbi  qeydlər.  Bakı,  Azərnəşr,  1970,  s. 
260-261. 
14. İbrahimov M. Əsərləri, X cild, Bakı, Yazıçı, 1983, s. 343-
345. 
15. Kazımov T. Kazım Ziya. Bakı, Azərnəşr, 1968. s. 86. 
16. Kərimov İ. Abdulla Şaiq və teatr. Bakı, Az. TC, 1961. s. 
36. 
17. Kərimov İ. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı, 2000. 
18. Kərimov İ. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf 
mərhələləri. Bakı, Maarif, 2002. 


 
141 
19.  Qədri  F.  Həyatımdan  səhifələr.  “Sənətdən  keçən  yollar” 
kitabında: Bakı, Yazıçı, 1983, s. 37-172. 
20.  Qulubəyov  Ə.  Sovet  Azərbaycanının  kinosu.  Bakı, 
Azərbaycan Dövlət nəşriyyatı, 1958, s. 33. 
21. Məmmədov C. Ələsgər Ələkbərov. Bakı, Az. TC, 1960. 
22.  Məmmədov  M.  Teatrlar.  Aktyorlar.  Tamaşalar.  Bakı, 
Azərnəşr, 1966. 
23.  Mərdanov  M.  Əlli  il  Azərbaycan  səhnəsində.  Bakı, 
Uşaqgəncnəşr, 1959. 
24. Mərdanov M. Xatirələrim. Bakı, Azərnəşr, 1964. 
25.  Mərdanov  M.,  Sadıxov  N.  Azərbaycan  teatr  aktyorları 
kinoda. Bakı, Az. TC, 1966. 
26.  Rəhimli  İ.  Akademik  Milli  Dram  Teatrı.  Birinci  kitab, 
Bakı, Qann-Poliqraf, 2002. 
27. Rəhimli İ. Akademik Milli Dram Teatrı. İkinci kitab, Bakı, 
Qann-Poliqqaf, 2002 
28. Rəhimli İ. Bakı Türk İşçi Teatrı. Bakı, Elm, 2004. 
29.  Rza  R.  Mənim  fikrimcə...  Bakı,  Azərnəşr,  1967,  s.  170-
171. 
30. Səfərov C., Babayev A. Şərəfli yol. Bakı, Azərnəşr, 1974. 
31. Şəkinskaya B. Xatirələrim. Bakı, İşıq, 1986. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
142 
 
BAŞLIQLAR 
 
 
GİRİŞ ...................................................................................................... 5 
 
I FƏSİL 
Həyatı və gənclik illəri (1910-1940)....................................................... 7 
 
II FƏSİL 
Sənətin əlçatmaz zirvəsi (1941-1963) .................................................... 56 
 
III FƏSİL 
Kino fəaliyyəti (1927-1963) ................................................................... 113 
 
NƏTİCƏ ................................................................................................. 136 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT................................................. 140 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
143 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Имран Адиль оглы Ахундов 
«Алескер Алекперов» 
монография 
(на азербайджанском языке) 
Баку – Мутарджим – 2014 
 
 
 


 
144 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində 
 səhifələnmiş və çap edilmişdir. 
 
Няшриййат редактору – Ялиш АЬАМИРЗЯЙЕВ 
Kompyuter tərtibatı – Gövhər ALLAZOVA 
Üz qabığının dizaynı – Cavid KİŞİYEV 
 
Чапа имзаланыб: 14.03.2014. 
Формат: 60х84 1/16. Гарнитур: Тимес. 
Щяъми: 9 ч.в. Тираж: 200. Сифариш № 49.  
Гиймяти мцгавиля иля. 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə