İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   ...   39

 
17 
 “Bu  obraz  Ələkbərovun  zəngin  istedadının  məhz  yeni  bir 
keyfiyyətini, qüvvətli satirik hünərini meydana çıxartdı. Tamaşaçı Ə. 
Ələkbərovun  Əhmədəli  obrazını  ser  Bortel  obrazı  səviyyəsində 
yaratdığını  gördükdə  onun  gələcəyinə  olan  inam  hissi  daha  da 
artırdı. O, Əhmədəlinin miskin təbiətini bütün təfərrüatı ilə canlan-
dırarkən mimika və jestlərdən ustalıqla istifadə edir, obrazın satirik 
təbiətini  tamamlayırdı.  Artist  mədəniyyətsiz,  avam  və  küt  bir  tip 
olan  Əhmədəlinin  hərəkətlərinə,  danışıqlarına,  gülüşünə-hamısına 
aydın,  xarakter  cizgilər  tapırdı.  Onun  bütün  hərəkətləri  obrazın 
daxili  varlığı  ilə  üzvü  surətdə  bağlı  olduğu  üçün  aktyorun  satirik 
boyaları mənalı  görünürdü. O, burada  yaltaq, düşüncəsiz, maymaq 
və  prinsipsiz  Əhmədəlini  satirik  gülüş  hədəfi  edirdi.  Tamaşaçı 
başqalarının  əlində  bir  oyuncağa  çevrilən  Əhmədəliyə  gah  şaqqa 
çəkib gülür, gah da ona acıyırdı” (1). 
“Aktyor (Ələkbərov-İ.A.) öz yaradıcılığındakı çoxcəhətilik və 
rəngarəngliklə  tamaşaçılarını  heyran  qoymuşdur.  Onun  yaradıcılıq 
materialı  zəngin,  sənətkar  palitrası  doğrudan  da  çeşid  boyalarla 
doludur. Buna görədir ki, o, hər cür janrdan olan müxtəlif üslublu, 
müxtəlif  səpgili  obrazları,  cürbəcür  ifadə  üslubu  və  çeşid  boyalar 
tələb  edən  başqa,  başqa  xarakterləri,  bir-birindən  fərqli  obrazları 
müvəffəqiyyətlə oynayır. Artistin yaradıcılıq vüsəti, hünər meydanı 
vodavildən, yüngül komediyadan tutmuş yüksək faciəyə qədər geniş 
məsafələr  əhatə  edir.  Bu  gün  kəmağıl,  yaltaq  Əhmədəlini  lağa 
qoymaq,  sabah  Mərakeş  sakini  qoca  ərəbin  faciəsinə  acındırmaq, 
daha  sonra  ingilis  qubernatoru  ser  Bortelin  sərt,  qəddar  təbiətini 
yaratmaq və hər dəfə də tamaşaçını inandırmaq,  razı  salmaq üçün, 
əldəttə, sənətkar palitrası çox zəngin olmalıdır” (22). 
1932-ci il noyabr ayının 6-da Həbib İsmayılovun quruluşunda 
Seyid  Hüseynin  “Gölgə”  pyesi  Bakı  Türk  İşçi  Teatrında  tamaşaya 
qoyuldu.  Bu əsərdə qolçomaq kimi mürəkkəb xarakterli Hacı  Zəki 
obrazı  Ə.  Ələkbərova  tapşırıldı.  Və  bu  obraz  onun  yaradıçılıq 
imkanlarının hər tərəfli acılmasına imkan yaratdı. 
“İstedadının müxtəlif cəhətləri diqqəti cəlb edən gənc Ələsgər 
Ələkbərov “Gölgə” də Hacı Zəki rolunu oynadı. Bununla o, mürək-


 
18 
kəb, psixoloji, dramaturji kolliziyaları təzadlı  obrazı səhnədə baca-
rıqla,  yüksək  zövqlə  canlandırmaq  istedadını  parlaq  şəkildə  açıq-
layıb göstərə bildi... 
Səhnədə  təzə-təzə  sənət  addımları  atan  Ələsgər  Ələkbərov 
bütün  tamaşa  boyu  Abbasmirzə  Şərifzadə  kimi  təcrübəli  aktyorla 
yöndaş  olması  çətin  və  məsuliyyətli  iş  idi.  Ancaq  gənc  aktyorun 
cəsarətli  və  işgüzarlığı,  aktyorluq  qabiliyyətindən  istifadə  bacarığı 
ona uğur gətirdi” (28). 
“Ələsgər  yeni  həyatla  barışmaq  istəməyən,  ona  qarşı  kəskin 
surətdə  mübarizə  aparan  qolçomaq  Hacı  Zəkinin  həyat  idealını 
məntiqli  boyalarla  ifşa  etmiş,  tamaşaçılarda  öz  qəhrəmanına  qarşı 
qızğın  nifrət  hissi  oyatmışdır... Ə. Ələkbərvun  yaratdığı  Hacı  Zəki 
obrazı onun bu dövrdəki mühüm sənət qələbəsi idi. 
Bu  rollarda  da  Ələsgərin  bir  aktyor  kimi  realistik  ümumiləş-
dirmə və tipikləşdirmə bacarığı aydın nəzərə çarpırdı”(2). 
Ələsgər Ələkbərov Bakı Türk İşçi Teatrında fəaliyyəti ilə ya-
naşı 1930-1931-ci illərdə Tiflis Azərbaycan Teatrında da C. Cabbar-
lının  “Od  gəlini”  faciəsində  Aqşin,  H.  Cavidin  “Knyaz”  mənzum 
dramında  Knyaz,  A.  Şirvanzadənin  “Namus”  əsərində  Rüstəm  ob-
razlarını ifa etmişdir. 
Gürcüstanda vətəndaş müharibəsi zamanı knyazların məhvinə 
təsir  göstərən  “Knyaz”  əsəri  H.  Cavidin  ideoloji  tərəqqisində  mü-
hüm rol oynadı. 
Dramaturq  tərəfindən  mükəmməl  işlənmiş  Knyaz  obrazını          
Ə.  Ələkbərov  məharətlə  yaratdı.  Birinci  pərdədən  finala  qədər  bö-
yük  inkişaf  yolu  keçən  Knyazı  yaratmaqla  Ə.  Ələkbərov  yaradıcı-
lıqda irəli getdiyini sübut etdi. Aktyor çox böyük və mürəkkəb olan 
bu obrazı bacarıqla ifa edirdi. 
“Ələkbərovun Knyazı kefcil və mənəviyyatca pozğun bir şəxs 
idi. Aktyor Knyazın qəlbinə hakim olan iztirabları bacarıqla canlan-
dırırdı” (2). 
Knyaz  rolunu  müvəffəqiyyətlə  yaratmaq  üçün  Ələsgər  Ələk-
bərov çox əmək sərf etmiş, obrazın daxilinə düzgün nüfuz edə bil-
mişdir.  O,  Knyazın  daxili  və  zahiri  görkəmini  tamaşaçıya  dolğun 


 
19 
çatdırırdı. Aktyor xüsusən Knyazın dəlilik səhnəsini çox mürəkkəb, 
dərin bir yanğı hissi ilə ifa edirdi. 
1932-ci  ilin  dekabr  ayının  27-də  Bakı  Türk  İşçi  Teatrı  Azər-
baycan  K(b)PMK  və  Xalq  Komissarları  Sovetinin  qərarı  ilə  bütün 
yaradıcı heyət Gəncəyə köçürüldü. 
O  dövrdə  Gəncədə  hazır  teatr  binası  yox  idi.  İşçi  teatrının 
kollektivi bu müvəqqəti çətinlikdən ehtiyat edib fəaliyyətini dayan-
dırmadı, şəhərin fəhlə klubunda tamaşalar verməyi qərara aldılar. 
1933-cü  il  fevral  ayının  20-də  teatr  S.  Rüstəm  və  H.  Nəzər-
linin “Yanğin” tamaşası ilə fəaliyyətə başladılar. Bu tamaşa ictima-
yət tərəfindən böyük rəğbətlə qarşılandı. Ələsgər Ələkbərov Gəncə-
də  ilk  vaxtlar  “Hind  qızı”nda  ser  Bortel,  “Yanğın”da  Əhmədəli, 
“Qanlı səhra” da Baba, “Cancur Səməd” də Cancur Səməd və başqa 
rolları ifa etdi. 
1933-cü ildə Gəncə teatrı böyük faciə aktyoru A. M. Şərifza-
dənin quruluşunda H. Cavidin “Şeyx Sənan” faciəsini və A. Şirvan-
zadənin “Namus” əsərini tamaşaya qoydu. 23 yaşlı Ə. Ələkbərov bu 
əsərlərdə  Şeyx  Hadi,  Şeyx  Mərvan  və  Rüstəm  rollarını  məharətlə 
yaratdı. Gəncə Dövlət Dram Teatrı A. M. Şərifzadə kimi görkəmli 
sənətkarın  orada  fəaliyyətini  nəzərə  alaraq  V.  Şekspirin  “Otello” 
faciəsini  repertuara  salmış  və  bu  əsərə  quruluş  vermək  üçün             
Ş.  Rustaveli  adına  Tiflis  Dram  Teatrının  rejissoru  Ş.  Asxabadzeni 
teatra dəvət etmişlər. O, truppa ilə tanış olduqdan sonra Otello obra-
zını A. M. Şərifzadəyə, K. Ziyaya və Ə. Ələkbərova tapşırır. Lakin 
A. M. Şərifzadə və K. Ziya Bakı teatrlarına dəvət olunması ilə əla-
qədar olaraq Ş. Asxabadze böyük həvəslə çox gənc olan Ə. Ələkbə-
rovla  Otello  obrazı  üzərində  məşqlər  edir.  Lakin  1933-cu  ilin 
oktyabr  ayında  onu  da  Bakıya  Azərbaycan  Dram  Teatrına  (indiki 
Akademik Milli Dram Teatrı-İ.A.) dəvət etdikləri üçün bu iş yarım-
çıq qalır. 
1933-cü ilin axırlarında teatra qədəm qoyan Ə. Ələkbərov bu-
rada  çox  böyük  yaradıcı  kollektivlə  rastlaşır.  O  zaman  teatrın  baş 
rejissoru, xalq artisti A. A. Tuqanov idi. Teatrda M. A. Əliyev, Sid-
qi  Ruhulla,  A.  M.  Şərifzadə,  M.  Davudova,  K.  Ziya,  Ə.  Məmmə-


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə