İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   2   3   4   5   6   7   8   9   10   ...   39

 
23 
1935-ci il yanvar ayının 28-də L. Daşkovski böyük rus drama-
turqu A. N. Ostrovskinin “Günahsız müqəssirlər” əsərini Rza Təh-
masibin tərcməsində tamaşaçılara təqdim etdi. 
“Tamaşada  rus  həyatının,  Kruçina  və  Neznamov  kimi  min-
lərlə günahsız müqəssirlərin faciəli həyat sürdükləri rus əyalət şəhə-
rinin real mənzərəsini yaradırdı” (9). 
Bu  tamaşada  A.  Gəraybəyliyə  və  Ə.  Ələkbərova  Murov  ob-
razı tapşırılmışdır. Murov-Ələkbərovun yaradıcılığında psixoloji ba-
xımdan çətin və  yeni  idi. Murov-Ələkbərov özünü nəzakətli,  sadə, 
səliqəli insan kimi göstərirdi. 
“Murov  gənc  olsa  da  mühit  onu 
böyüdüb kobudlaşdırır və kapital əsiri edir. 
Ələkbərov  obrazın  həyat  prosesində  baş 
verən  bu  təbəddülatı  ustalıqla  ifa  etməyə 
nail olurdu” (1). 
Murov-Ələkbərov  Otradinanın  təmiz 
məhəbbətini  ayaqlayır.  Əsərin  birinci  pər-
dəsinin  ikinci  gəlişində  Murov-Ələkbə-
rovun  Otradina  ilə  danışığında  özünü 
qayğıkeş  və  mehriban  göstərir.  O,  guya 
sevdiyi Otradinadan ayrılıb, səfərə getməyi 
özü üçün əzab sayır.  Sonralar məlum  olur 
ki,  Murov-Ələkbərov  bu  hərəkəti  O 
tradinanı aldatmaq üçün bir vasitədir. 
“Burada aktyorun səmimiliyi, təbiili-
yi  obrazın  mənəviyyatını  açmağa  imkan 
verir, onun emosional təsirini daha da artı-
rırdı.  Böyük  varidat  sahibi  olan  Murova  bəşəri  hisslərə  yaddır.  Bu 
keyfiyyəti məharətlə rəsm edən Ələkbərovun hər bir jesti, mimikası 
aydın  məna  ifadə  edirdi.  Aktyor  öz  mütəkəbbir  görkəmi,  zəhimli 
yerişi və arabir özündən razı halda gözlərini qıyaraq ətrafı süzməsi 
ilə Murovun mənəvi eybəcərliyini nifrət hədəsinə çevirirdi” (2). 
Ə. Ələkbərov Murov rolu ilə bir daha tamaşaçılara sübut etdi 
ki, o, əzəmətli, xarakterli və həmçinin komik rollar ifa etməklə  ya-
Ə.Ələkbərov – Murov 
rolunda 


 
24 
naşı, psixoloji obrazları da yüksək səviyyədə ifa edən böyük sənət-
kardır.  Onun  üçün  rolun  böyük-kiçikliyi,  mənfi  və  müsbət  olma-
sının fərqi yoxdur. Ə. Ələkbərov hər bir obrazı öz sənətkar qəlbinin 
süzgəcindən  kecirib,  xalqının  misilsiz  sərvəti  səviyyəsinə  qədər 
yüksəldə bilmişdir. 
1948-ci  il  aprel  ayının  11-də  Ə.  Şərifovun  quruluşunda  “Gü-
nahsız müqəssirlər” yenidən tamaşaya qoyulmuş və Murov obrazını 
yenə də Ə. Ələkbərov ifa etmışdir. 
1935-ci il aprel ayının 23-də Cəfər Cabbarlının “1905 ci ildə” 
pyesi  Rza  Darablının  quruluşunda  səhnəyə  qoyuldu  və  Ə.  Ələkbə-
rov general-qubernator obrazını ifa etdi. 
C.  Cabbarlının  üçüncü  tarixi  dramı  olan  “1905-ci  ildə”  pye-
sindəki general-qubernator Ə. Ələkbərovun ifasında öz gücünə ina-
nan,  mahir  diplomat,  fitnəkar  və  cəlladdır.  O,  əsarətdə  olan  insan-
ların zəif cəhətlərini bilən, onlardan məharətlə istifadə edən ikiüzlü 
bir  siyasətçidir.  Qubernator-Ələkbərov  ayrı-ayrılıqda  Salamovla, 
Ağamyanla,  Bahadır  bəylə  danışıqları  və  hər  dəfə  öz  mənafeyinin 
güdməsini diplomatik hərəkətlərlə göstərirdi. Qubernator-Ələkbərov 
hamıya çox nəzakətli görünürdü. 
M.  Hüseyn  və  S.  Rəhman  “Ədəbiyyat  qəzeti”  ndə 
(10.05.1935.)  yazırlar  ki;  “...  Ələkbərov  qubernatoru  daha  ağıllı, 
daha hiyləgər və ciddi göstərməyi bacarır... Ə. Ələkbərovun quber-
nator  obrazı  isə  hiyləgər  bir  müstəmləkəçinin  yırtıcı  timsalı  kimi 
diqqəti cəlb edirdi. O, xəzinə sahiblərini bir-birinin üstünə qaldırır, 
parçalayır və hakim kəsilirdi”. 
“Qubernator  rolunda  o  (Ələkbərov-İ.A.)  özgə  cəbhəni,  car 
mütləqiyyətinin  qəddar  və  ikiüzlü  siyasətini  gözəl  təmsil  və  gözəl 
də ifşa edir” (22). 
“Ə.  Ələkbərov  qubernatorun  hiyləgər  və  riyakar  varlığını 
açmağa müvəffəq oldu. Qubernator-Ələkbərov əlini belində çarpaz-
layıb,  aram-aram  yeriyərək  düşünür  və  sanki  öz  çirkin  əməllərini 
həyata  keçirmək  üçün  yeni-yeni  tədbirlər  hazırlayırdı.  O,  bütün 
fəaliyyətində  müstəmləkəçilərin  “parçala,  hökm  sür”  prinsipini 
nəzərə  çatdırırdı.  Qubernator-Ələkbərov  “dostları”  Salamov  və 


 
25 
Ağamyanla təkbətək danışarkər çox eyhamla və bəzən də pıçıltı ilə 
fikrini diktə edir, onların ehtirasını coşdurur, bir-birinin üstünə qal-
dırır və millət qırğını törədirdi. Belə hallarda qubernator-Ələkbərov 
hiyləgər  bir  siyasətçi  olmaqla  bərabər,  həm  də  xalqların  qəddar 
düşməni idi” (2). 
Ə. Ələkbərovun ifasında qubernator anbaan dəyişməyi bacarır. 
Qubernator-Ələkbərov  Volodinlə  danışanda  özünü  çox  mədəni, 
Salamovla danışarkən müsəlmanların dostu, Ağamyanla danışarkən 
isə özünü ermənilərin tərəfdarı kimi aparırdı. 
“Onun  (Ələkbərovun-İ.A.)  qubernator  obrazı  da  müvəffəqiy-
yətli idi, ciddi sənətkarlıq nümunəsi idi” (12). 
Ə.  Ələkbərovun  ifa  etdiyi  general-qubernator  dolğun,  real, 
canlı obraz idi. Aktyor qubernatoru bacarıqlı, ağıllı, hiyləgər göstər-
məyə müvəffəq olmuşdur. 
“Ə. Ələkbərovun belə rəngarəng xarakterlərlə üzləşməsi onun 
sənət palitrasını zənginləşdirmişdi. Qeyd etməliyik ki, o, hər bir ro-
lun  üzərində eyni  ciddiyyət  və fədakarlıqla çalışır, geniş  müşahidə 
etməyi  sevirdi.  Buna  görə  də  teatrın  rejissorları  25  yaşlı                   
Ə.  Ələkbərova  müxtəlif  və  çətin  rollar  tapşırmaqdan  qətiyyən 
çəkinmirdilər” (2). 
Azərbaycan səhnəsində  A. Korneyçukun “Donanmanın  məh-
vi” pyesindən sonra 1936-cı il yanvar ayının 3-də yenə həmin müəl-
lifin  “Polad  Qartal”  əsəri  Mustafa  Mərdanovun  və  Ülvi  Rəcəbin 
tərcüməsi  və  təbdilində  Adil  İsgəndərovun  (30-cu  illərin  ikinci 
yarsının  bəzi  afişa  və  proqramlarında  Adil  İsgəndərovun  adı  Ədil 
İsgəndərov  kimi  yazılırdı-İ.A.)  quruluşunda  tamaşaya  qoyuldu.  A. 
İsgəndərovun  diplom  tamaşası  olan  bu  əsərdə  Ə.  Ələkbərov  iki 
obraz  yaradırdı,  Nəsirov  və  Polad.  Tamaşanın  inkişaf  xətti  bu  iki 
obraz üzərində qurulmuşdur. 
Ə. Ələkbərovun ifasında Nəsirov son dərəcə mehriban, həssas, 
daima insanlarda müsbət cəhətlər axtarmağa çalışan insan idi. 
Sonralar aktyor Polad rolunu da ifa etmışdir. Onun ifa etdiyi 
Polad  təmkinli,  ağıllı  ziyalı  idi.  Aktyor  obrazın  daxilinə  düzgün 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə