İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
29 
boyalarla  ifa  edirdi  və  sübut  etdi  ki,  o,  gələcəkdə  Şekspir  qəh-
rəmanlarını böyük ehtirasla yaradacaqdır. 
“Maqduf rolunu ifa edən Ələsgər Ələkbərovun Maqbetlə üz-
üzə gəldiyi səhnə unudulmaz təsir oyadırdı. Burada tamaşaçı Maq-
duf-Ələkbərovun  yenilməz  olduğunu  hiss  edir,  onun  qalib  gələ-
cəyinə ürəkdən inanırdı” (30). 
“Ə.  Ələkbərov  əldə  olan  material  üzərində  ciddi  tədqiqat  işi 
apararaq  Maqdufun  mənəvi  həyatına  nüfuz  etmiş,  onun  mühiti  ilə 
ictimai  idealı  arasındakı  ziddiyyətləri  bütünlüklə  duymuşdu.  Ələk-
bərov  Maqduf  obrazı  ilə  tamaşaçılara  deyirdi  ki,  hakim  təbəqə  ilə 
xalq arasındakı sinfi ziddiyyətlər dərinləşdikcə ədalətsizlik və fəla-
kət  dalğası  güclənəcək,  ictimai  tərəqqini  ləngidəcəkdir.  Ələkbərov 
tamaşaçılarda istismara,  zülmətə, terrora qarşı etiraz hissi  oyatmaq 
üçün  Maqdufun  vətənpərvərlik  və  qəhrəmanlıqla  dolu  təbiətini, 
onun  Maqbetə  qarşı  çevrilmiş  coşqun  nifrət  və  qəzəbini  sənətkar-
lıqla rəsm etdirməyə nail olmuşdu” (2). 
Ə. Ələkbərovun Maqdufu tamaşaçılarda torpağa, vətənə sev-
gisi  və  xalqın  azadlığı  üçün  ölümdən  belə  çəkinməmək  hissi  aşıla-
yırdı. 
“Maqduf rolunu artistin müvəffəqiyyətlə ifa etməsi göstərirdi 
ki, o həmin surəti yaratmaq üçün doğurdan da nəzəri cəhətdən çox 
hazırlaşmış, öz fitri istedadına arxayın olmamışdır” (21). 
Beləliklə,  26  yaşlı  Ələsgər  Ələkbərovun  yaratdığı  Maqduf 
obrazı Azərbaycan teatrının qələbəsi idi. 
Ə. Ələkbərovun  yaratdığı  müxtəlif xarakterli zəngin  obrazlar 
öz dövrünə bağlı olan fərdi şəxsiyyətlərdir. Bu baxımdan aktyotun 
ifasında  M.  F.  Axundovun  “Aldanmış  kəvakib”  povesti  əsasında 
qələmə alınmış M. Cananın “Şahnamə” əsərində yaratdığı qəddar və 
zülümkar  hakim,  azadlıq  və  tərəqqipərvərliyin  qatı  düşməni  Şah 
Zeyir obrazı maraqlıdır. 
S. Rəhmanın tərcüməsində və İ. Hidayətzadənin quruluşunda 
1936-cı il may ayının 28-də tamaşaçılara göstərilən bu əsərdə müx-
təlif xarakterli dolğun obrazlar var idi. Və bu obrazlardan ən bitkini 
Ə.  Ələkbərovun  yaratdığı  Şah  Zeyir  obrazıdır  ki,  aktyor  öz  rolu 


 
30 
haqqında “Ədəbiyyat qəzeti”ndə (24.05.1936) yazır; “Bu çətin obra-
zı yaratmaq üçün mən rejissor İ. Hidayətzadənin yardımı ilə bir çox 
mənbələrdən  istifadə  etmişəm...  Mən  Şah  Zeyirin  simasında 
qaniçici, mövhumatçı, ölməyə doğru gedən bir sinfin nümayəndəsi 
olan bir şah obrazı yaratmalıyam”. Aktyor bu arzusuna çatdı. Onun 
Maqdufdan sonra ikinci böyük qələbəsi Şah Zeyir oldu. 
“Kommunist” qəzeti (09.06.1936) yazırdı; “Şah Zeyir rolunda 
Ələkbərov  qaniçici  cəllad  bir  şah  obrazını  real  və  qüvvətli  yarada 
bilən  bir  aktyor  olduğunu  isbat  etdi.  Ümumiyyətlə,  Ələkbərovun 
get-gedə  yüksələn  və  gələcəkdə  böyük  ümidlər  verən  bir  aktyor 
olduğunu qeyd etmək lazımdır”. 
“Aktyor  müstəbid  şahın  iç 
üzünü  məharətlə  açıb  tamaşaçı-
ların nifrət və qəzəb obyektinə çe-
virdiyi üçün tənqid onun bu böyük 
yaradıcılıq  qələbəsini  hərarətlə  al-
qışladı. Bu rolda Ələkbərovun hər 
bir kəlməsi aydın, hər bir hərəkəti, 
jesti  və  mimikası  mənalı  və  mən-
tiqli  idi.  Onun  qəzəblənməsi  və 
özünü müdafiə etmək üçün oğlunu 
və  arvadını  öldürməsi  səhnəsində 
Ələkbərov Şah Zeyirin rəzil, vəhşi 
təbiətli  bir  şah  olduğunu  açıb 
göstərirdi”(2). 
 “Gənc  aktyor  Ə.  Ələkbə-
rovun  oynadığı  Şah  Zeyir  tamaşa 
nın  görkəmli  obrazlarındandır. 
Aktyor,  feodalizmin  ən  mürtəce 
keyfiyyətlərini özündə toplamış, xalqa qarşı sonsuz nifrət və hiddət-
lə dolu qəddar şahın obrazını məharətlə rəsm edir” (22). 
Ə.Ələkbərov – Şah Zeyir 
rolunda 


 
31 
Ələsgər  Ələkbərov  Şah  Zeyirin  təbiətindəki  zülümkarlığı, 
eyni zamanda onun faciəsini bacarıqla göstərə bilmişdir. Ə. Ələkbə-
rov obrazın psixologiyasını dərindən duyaraq daxili aləminə düzgün 
nüfuz edib, onun həyatında baş verən 
gərginliyi tamaşaçılara dəqiq çatdırır-
dı. 
“Artıq  dövrün  sənət  tələblərini 
duyan,  yeni  yaranmaqda  olan  forma 
və  üslub  xüsusiyyətlərinə  yiyələnmiş 
Ələkbərovun ikinci bir yaradıcılıq qə-
ləbəsi  isə  feodal  adət-ənənələrinin 
müdafiəçisi,  mövhumatçı,  öz  səltənə-
tini uçuruma yuvarlandığını hiss edən 
qəddar Şah Zeyir (“Şahnamə” M. Ca-
nan,  1936)  Ələkbərovun  ən  böyük 
yaradıcılıq qələbəsi idi” (1). 
1933-cü  ildən  Akademik  Dram 
Teatrının  səhnəsində  bir  sira  maraqlı 
rollar  ifa  etməsinə  baxmayaraq  Şah 
Zeyir  Ə.  Ələkbərovun  yaradıcılıq  bi-
oqrafiyasında mühüm yer tutan bitkin bir obraz idi. 
1937-ci  il  yanvar  ayının  14-də  V.  Şekspirin  “Romeo  və  Cül-
yetta” faciəsini (tərcümə Ə. Cavad) A. A. Tuqanovun quruluşunda 
tamaşaya qoydu. Bu əsərdə Tibalt rolu Ə. Ələkbərova tapşırılmışdır. 
“Sərt və təkəbbürlü Tibalt rolunda gənc Ələkbərov valehedici 
bir ifa sənəti nümayiş etdirirdi”(9).
 
 
Yüksək sənətkarlıqla yaradılmış Tibalt rolunda Ə. Ələkbərov 
dəliqanlı,  dalaşqan  bir  insan  kimi  tamaşaçı  qarşısında  görünürdü. 
Tibalt-Ələkbərov  həmişə  əlini  qılınca  atırdı,  özündən  razı  halda 
hərəkətlər edirdi. 
“...  Romeoya  qudurğan  bir  feodalın  ikrah  hissi  ilə  “Sən 
gədasan!” deyə bağıran bu Tibaltı da yaddan çıxarmaq çətindir. Bu 
iki kəlmə sözü artist burnunu nifrətlə qırışdırıb, dodaqlarını büzərək, 
üz-gözünü  son  dərəcə  turşudub,  irəli  uzadılmış  əli  ilə  torpağı 
Ə.Ələkbərov –Tibalt  
rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə