35
başqaları müxtəlif xarakterli obrazlar yaratmışdılar. Bu möhtəşəm
tamaşada Azərbaycan səhnəsinin ən qüdrətli sənətkarı Ələsgər
Ələkbərov da əsərin baş qəhrəmanı Vaqif rolunu ifa edirdi. Özü də
necə? Yüksək peşəkarlıqla, böyük sənətkarlıqla, dolğun, misilsiz,
qüsursuz bir obraz yaratdı. Düz 25 ilə yaxın bir müddətdə Vaqif
obrazı ilə 700-dəfədən artıq səhnəyə çıxan Ələsgər Ələkbərov
böyük şairin əzəmətli obrazını böyüməkdə olan gənc nəslə sevdirdi.
Ə. Ələkbərov Vaqif obrazı haqqında (“Bakinski raboçi”
11.10.1938) yazırdı; “Vaqifi necə təsəvvür edirəm? Onun simasında
mütəfəkkir şair və dövlət xadiminin xüsusiyyətləri çox gözəl şəkildə
birləşmişdir. O, böyük və parlaq bir zəkadır”.
Ə. Ələkbərov Vaqif rolu üzərində gərgin zəhmət və böyük
məsuliyyətlə çalışmışdır. O, bu görkəmli şairin həyatında baş verən
məşəqqətləri dolğun göstərməyə nail olmuşdur. Onun Vaqifi təbiət
vurğunu, gözəllik məftunu, düşmənə qarşı amansız olan bacarıqlı
dövlət xadimi idi.
Tamaşanın birinci şəklində Vaqif-Ələkbərov nikbin və müla-
yim idi. İlk baxışdan tamaşaçı Vaqifi romantik görürdü. Aktyorun
məlahətli danışığı, xoş siması, mənalı baxışları, dolğun hərəkətləri
insanın ürəyini sevinc hissi ilə doldururdu.
“...Vaqif aktyorun yaradıcılığında tamamilə yeni bir səhifədir.
Bir pyes olaraq “Vaqif” in ən gözəl cəhətlərindən biri əsas müsbət
qəhrəman surətinin qüvvətli verilməsidir. Bir tamaşa kimi də
“Vaqif” in ən qiymətli cəhətlərindən biri Vaqif surətinin Ələkbərov
tərəfindən ustalıqla ifa edilməsidır. Ələkbərov öz qəhrəmanının
nəcib və məğrur təbiətini, istedad və ağlını, böyük və sadəliyini ifa-
dəli və təsirli bir şəkildə canlandıraraq plastik cəhətdən çox səliqəli,
bütöv və yetkin bir surət yaradır.
Onun oynadığı Vaqif ciddi, təmkinli, etiqadı möhkəm, zülm-
karlara qarşı dərin nifrət bəsləyən bir insandır. O, həssas bir ata,
sadiq bir dost, dərindən sevən bir ərdir. Vaqif-Ələkbərov dövlət xa-
dimi olaraq, öz vəzifəsini xalqa xidmət etməkdə, vətənin mənafeini
qorumaqda görür. Lakin Vaqif-Ələkbərov tamaşaçını yalnız bunun-
la həyacanlandırmır. Onun Vaqifi daha mənalıdır. Yüksəldilmiş,
36
qaldırılmış bir səpgidə yaranan Vaqif, xalqın mənəvi qüvvəsini, ru-
hunu təmsil edir. Ələkbərovun oyunundakı gözəl xüsusiyyət də
bundan ibarətdir. Romantik bir vüsətlə yaradılmış şairanə Vaqif
surəti tamaşanın ümumi üslubuna tamamilə müvafiqdir“ (8).
Ələsgər Ələkbərovun ifasında Vaqif Azərbaycanın şair və
dövlət xadimlərinin ən tipik xüsusiyyətlərinə malik olan dolğun bir
obrazdır. Aktyor bu böyük şairin özünəməxsus xarakterini düzgün
vermiş, onu yüksək bədii səviyyəyə qaldıra bilmişdir.
A.Obrazçova “Sovetskoe iskusstva” qəzetində (02.08.1948)
yazır ki; “O, daim öz xalqının taleyi üçün düşüncələr içində yaşayır,
xalqın bədbəxtliyinin səbəblərini dərk etməyə cəhd edir. Bəli, Va-
qif-Ələkbərov, şübhəsiz mütəfəkkir şairdir, həm də namuslu, xeyir-
xah, təvazökar insandır”.
Görkəmli sənətkarın yaratdığı Vaqif rolu son dərəcə düşünül-
müş bir səhnə qəhrəmanıdır. O, Vaqifi qeyrətli ər, müdrük ata,
xalqını sevən bir dövlət xadimi kimi yarada bilmişdir.
A.Qasımzadə “Azərbaycan müəllimi” qəzetində (24.11.1960)
yazır ki; “Ə. Ələkbərov xalq şairi Səməd Vurğunun bütün fikirlərini
ifadə edərək, Vaqif obrazını XVIII əsrin böyük vətənpərvər şair və
dövlət xadimi kimi yaratdı”.
“... Ələkbərovun Vaqifi vüqarlı, əzəmətli, realizmlə üzvi
surətdə bağlı olan romantik vüsətinə görə seçilirdi. O, adi bir vətən-
daş, ata, xalq şairi olmaqla yanaşı, həm də mübariz qəhrəman,
mütəfəkkir dövlət xadimi kimi də qüvvətli idi. Bir tərəfdən mərdanə
təbiəti, ağıllı, tədbirli olub, sevən bir ər kimi faciələr keçirir, digər
tərəfdən isə ictimai ideal uğrunda mətanətlə mübarizə edir, bu yolda
həyatını belə əsirgəmirdi, Ələkbərov tamaşaçıda poetik bir münasi-
bətlə nikbinlik, azad gələcəyə inam hissi doğururdu” (2).
Ələsgər Ələkbərovun Vaqifi yüksək xarakterə malik canlı,
müxtəlif konflikt cərəyanında təqdim edilmiş tutarlı bir obrazdır.
Vaqif-Ələkbərov düşmənlərinin çərçivəsində olduqda belə tamaşacı
onun mərdliyinə, dönməzliyinə şahid olurdu.
“Xanla bir zamanlar barışıq axtaran Vaqif-Ələkbərov xanla
barışığın mümkün olmadığına, daha doğrusu, əbəs olduğuna inanıb
37
sarayı tərk edir. Burası maraqlıdır ki, saraydan ayrıldığı vaxtdan o,
bizim gözümüzdə dövlət xadimi kimi yüksəlir. Aktyor Vaqifi əsa-
sən və başlıca olaraq dövlər xadimi, maarifpərvər bir mütəfəkkir
olaraq yaradır. O, Vaqifin ata və şair simasını, şəxsi iztirablarını
unutmasa da hər halda, yuxarıdakı əsas keyfiyyətləri qabartmaq
üçün, onları müəyyən dərəcədə gölgədə saxlayır. O, lirik səhnələri,
ön plana çəkmir, çox yerdə rübabi duyğulardan, intonasiyadan vaz
keçir. Bir küll halında aktyor şair Vaqifdən çox dövlət xadimi və
mütəfəkkir Vaqifin obrazını yaradır. Aktyor tamaşanın əvvəlindən
axırına qədər bu əsas məqsədi gözləyir, obrazı məhz həmin istiqa-
mətdə inkişaf etdirir. Vaqif-Ələkbərov haqqın, ədalətin, xeyrin və
səadətin təntənəsinə əvəllər idealistcəsinə etiqad bəslədiyi halda, ta-
maşanın sonuna doğru ədalət və səadət uğrunda zalımlara və işğal-
çılara qarşı mübarizə əqidəsinə gəlib çıxır. Mündəricə və forma
vəhdətini duymaq cəhdi aktyora özü düşdüyü səpgidə bitkin və
kamil obraz yaratmaq imkanı verir” (22).
Ə. Ələkbərovun Vaqifi tamaşaçılarda xalqının keçmişinə,
onun həyatda apardığı mübarizəsinə qarşı yüksək duyğular aşılayır-
dı. Aktyorun yaratdığı Vaqif insanda xoş arzu və milli qürur
yaradırdı.
““Vaqif” pyesinin bu qədər məşhur olmasında Azərbaycan
teatrının fəxrı, SSRİ xalq artisti Ələsgər Ələkbərovun yaradıcılıq
əməyini xüsusi qeyd etmək lazımdır. O, öz qəhrəmanının təbiətin-
dəki lirizmi, poetik hissləri və fikirləri, eyni zamanda Vaqifin
yenilməzliyini, mübariz ruhunu misilsiz ustalıqla göstərirdi” (30).
“Ə. Ələkbərov ... Vaqif obrazında həm xalqın qəhrəmanlığını,
həm də poetik qüdrətini əks etdirirdi. Onda nikbin bir əhval-ruhiyyə
vardı. Mübarizə edən xalqın qüdrətini, əzəmətini və coşğunluğunu
əks etdirməsi Vaqif ifaçısı Ə. Ələkbərova tamaşaçı şöhrəti gətirmiş-
di. Vaqif həm də Ə. Ələkbərovun ifasında tez-tez dəyişən, psixoloji
cəhətdən müxtəlif hallara düşən, əsl dost və xalq adamı idi” (18).
Dostları ilə paylaş: |