67
“Bakı fəhləsi Eyvaz inqilab hərəkatının önündə gedən, dostu-
nu və düşmənini artıq yaxşı tanıyan, xalqlar dostluğu uğrunda, fəhlə
sinfinin azadlığı yolunda çar mütləqiyyəti və yerli kapitalistlərlə
mübarizə aparan bir inqilabçıdır. Eyvazın-Ələkbərovun səhnə həya-
tında bu
siyasi mövqe, inqilabi şüur aşkar görünürdü” (22).
Ə. Ələkbərov Eyvazın məhkəmə səhnəsini xüsusi bacarıqla
ifa edirdi. O, Eyvazın bütün daxilini tamaşaçılara var qüvvəsi ilə
göstərməyə çalışırdı: “-Mən düşmənəm, mən düşmənəm sizin qan
içində üzən təxtü-tacınıza! Mən düşmənəm sizin insan əti yeyən iki-
başlı qartalınıza! Mən düşmənəm sizin süngü və pulemyot üstündə
duran hökmranlığınıza! Mən düşmənəm sizin ikiüzlü qanlı məhkə-
mələrinizə! Bu gün bir məni asmaqla siz özünüzü tarixin amansız
səhifəsindən poza bilməyəcəksiniz. Mən əzdiyiniz milyonlardan
biriyəm. Bu gün deyilsə sabah o milyonlar torpaqdan baş qaldıracaq
və sizin qanlı təxtü-tacınızı başınıza çevirəcəkdir. Mən buna öz
varlığım kimi inanıram” (C. Cabbarlı, “Əsərləri”, (IV ciliddə), 2
cild, Bakı, Yazıçı, 1983, s. 286).
Eyvazın bu məşhur monoloqunu daxili hərarətlə söyləyən
Ə. Ələkbərov nə qədər igid və cəsur görünürdü.
“Tamaşanın yeni cəhətlərindən biri də o idi ki, bu quruluşda
Eyvaz rolunda Ə. Ələkbərov çıxış edirdi... Aktyor Eyvaz üçün la-
zım olan boyaları, cizgiləri tapa bilirdi: onun yaratdığı Eyvaz inqi-
lab əsgəri, mətin və sərt bir insan mücəssəməsi təsiri bağışlayırdı”
(12).
Ə. Ələkbərovun yaradıcılıq məhsulu olan Eyvaz həqiqət uğ-
runda gizli iş aparan bir insan idi. O, zəhmətkeş və sadə insanların
təfəkkürünün necə inkişaf etdiyini azadlıq uğrunda mübarizə
apardığını dəstəkləyirdi.
“Ələkbərovun Eyvazı haqsızlığa və özbaşınalığına qarşı
barışmaz olan mübariz bir inqilabçı idi” (2).
Fəhlələri mübarizəyə səsləyən Eyvaz-Ələkbərov azad həyat
qurmaq naminə çalışırdı.
A. Axundov “Azərbaycan gəncləri” qəzetində (09.03.1962)
yazır ki; “Cəfər Cabbarlının “1905-ci ildə” pyesində Eyvaz, general