46
çevik, temperamentliyi onun tək oğlan donuna girdiyi səhnələrdə
deyil, o öz hissləri, dərdi və fikirləri ilə tək-tənha, üzbəüz qalan
səhnələrdə də özünü biruzə verir.
Viola-Şəkinskaya çox böyük
müvəffəqiyyət qazanıb. B. Şəkinska-
ya ifasında bu rol, sözün əsl məna-
sında Şekspir obrazıdı”.
Akademik Milli Dram Teatrı
75 illik yubileyi ilə əlaqədar olaraq
1948-ci il avqust 20-dən-sentyabrın
5-nə qədər Moskva şəhərində qastrol
səfərində oldular. Teatr qastrol müd-
dətində altı tamaşa nümayiş elətdirdi
ki, bunların içərisində “On ikinci ge-
cə” komediyası da var idi.
M.
Morozovun
fikirlərini
T. Yusifbəyli “Şekspir Əzizbəyov
adına teatrın səhnəsində” (1964) adlı
monoqrafiyasına daxil edərək göstə-
rir ki; “Özünə məxsus Şekspir surə-
tini yaradan Barat
Şəkinskaya fövqə-
ladə müvəffəqiyyət qazanan Viola...
sizin yaxşı “Violanız” var! Bu barədə heç bir şübhə ola bilməz!
Mən dünyada çox “Viola”lar görmüşəm. Sizin Viola gördüklərim
Violaların ən yaxşısıdır”.
M. Mərdanov (1959) yazır ki; “Barat Şəkinskaya Violanın
Orsinioya olan məhəbbətini incə cizgilərlə səhnədə canlandırdı.
Onun Violası haqqında “İzvestiya”qəzeti belə yazırdı:
“Şekspir komediyası üzərində aparılan səmərəli iş nəticəsində
yeni xüsusiyyətlər nümayiş etdirildi. Violla rolunun ifaçısı B.
Şəkinskayanı xüsusi qeyd etmək lazımdır. Tamaşaçı onu Cülyetta
və Kordeliya kimi rollardan yaxşı tanıyır. Hələ 10 il bundan əvvəl
onun yaratdığı Cülyetta obrazı tamaşaçılarda unudulmaz bir təsir
B.Şəkinskaya – Viola
(Sezario) rolunda