İmran Qasımov və Həsən Seyidbəylinin «Uzaq sahillərdə» povesti az zaman içində



Yüklə 24,67 Kb.

tarix21.06.2018
ölçüsü24,67 Kb.


QİYMƏTLI ƏSƏR

 

İmran  Qasımov  və  Həsən  Seyidbəylinin  «Uzaq  sahillərdə»  povesti  az  zaman  içində 



oxucularımızın  hüsn-rəğbətini  qazanmışdır.  Povestdeki  hadisələr,  əsasən,  Böyük  Vətən 

müharibəsi illərində cərəyan edir. O zaman sovet ordusu bəşəriyyət tarixində misli görünməmiş 

bir qəhrəmanlıqla ölkəmizi azğın faşist qəsbkarlarından təmizləyirdi. Avropa xalqlarına azadlıq 

və  istiqlaliyyət  gətirirdi.  Partizan  hərəkatı  getdikcə  güclənərək  böyük  bir  qüvvəyə  çevrilir, 

düşmənə arxadan zərbə endirirdi. 

Əsərin  qəhrəmanı  Mehdi  Hüseynzadə  müəlliflərin  fantaziyasında  yaranmış  bir  şəxsiyyət 

deyildir. O, Bakıda doğulub böyümüş, rəssamlıq məktəbini qurtarmış, sonra Leninqradda xarici 

dillər institutunda təhsil alarkən faşist qəsbkarlara qarşı vuruşan ordu sıralarına daxil olmuşdur. 

Mehdi  Hüseynzadə  1942-ci  ildə  Stalinqrad  cəbhəsindəki  vuruşmalardan  birində  yaralanaraq, 

düşmən  mühasirəsində  qalır  və  əsir  düşməmək  üçün  özünü  həlak  etməyə  təşəbbüs  edir.  Lakin 

onun  gənc  və  möhkəm  səhhəti  ölümə  qalib  gəlir.  Nəhayət,  Mehdi  Hüseynzadə  böyük  bir 

qəhrəmanlıqla  faşistlərin  əlindən  xilas  olub  qaçır,  Triest  yaxınlığındakı  İtaliya  partizanlarına 

qoşulur. Bu zamandan etibarən onun bir əfsanə kimi dillərə düşən fəaliyyəti başlayır. 

Biz  povestdə  Mehdi  Hüseynzadəni  ilk  dəfə,  öz  yaxın  döyüş  yoldaşı  Vasya  ilə  birlikdə, 

əyinlərində alman libası, Triestin küçələrilə gedən görürük. Onlar faşist zabitlərinin məkanı olan 

«Doyçe  Saldaten  hayın»  binasına  girib,  özlərilə  gətirdikləri  partlayıcı  maddəni  böyük  bir 

məharətlə orada yerləşdirərək çıxıb gedirlər. Bir az sonra bina partlayaraq içərisindəki faşistlərlə 

birlikdə  göyə  sovrulur.  Həmin  bu  vaxt  bir  nəfər  naməlum  şəxs  Mehdiyə  yaxınlaşaraq, 

partizanlarla  görüşmək  istədiyini  ona  bildirir.  Mehdi  həmin  şəxsi  partizanların  qərargahına 

gətirir.  Qərargah  rəisi  Karranti  heç  gözlənilmədiyi  halda  bu  naməlum  şəxsi  güllələyir.  Daha 

sonra Karranti, Mehdi tərəfindən tanınıb ifşa olunduğunu hiss edərək, onu ağır surətdə yaralayıb 

qaçır. 


Beləliklə,  əhvalat  getdikcə  qızışaraq  daha  gərgin  və  daha  mürəkkəb  bir  hal  almağa  başlayır. 

Povestdə  oxucunun  nəzər-diqqətini  hər  kəsdən  çox  cəlb  edən  Mehdidir.  Müəlliflər  Mehdi 

surətini  ustalıqla  yarada  bilmişlər.  Oxucu  onun  taleyini  böyük  bir  maraqla  izləyir,  düşdüyü 

çətinliklərdən  necə  qurtaracağını  həyəcan  və  səbrsizliklə  gözləyir.  Oxucu  onu  sevir,  hər  bir 

vuruşdan salamat qurtarmağını arzu edir. 

Mehdi  Azərbaycan  gənclərinə  məxsus  mətinlik,  cəsurluq,  təhlükədən  qorxmamaq,  lazım 

gəldikdə,  misilsiz  fədakarlıqlar göstərmək kimi  nəcib sifətlərə  malikdir. Əsərdə onun bir surət, 

bir  xarakter  olaraq  inkişafı  çox  düzgün  verilmişdir.  Mehdi  əvvəllər  həddindən  artıq  qızğınlıq 

göstərir,  tələsir,  özünü  yersiz  təhlükələrə  məruz  qoyur.  Lakin  zaman  keçdikcə,  Mehdinin 

xarakteri də mübarizə alovları içində bərkiyir. O, hər şeyi ağlı və səbrlə görən, ən çətin anlarda 

belə ruhi müvazinətini itiraıəyən, gələcəyin uzaq üfüqlərini aydm surətdə seçən, özünün və özü 

kimi  milyonlarla döyüşçünün taleyini  dərindən  hiss  edən kamil  bir qəhrəman olur.  Ölümündən 

bir az əvvəl onun İtaliya kəndlisi Tinti ilə olan söhbəti nə qədər təsirlidir. 

Əsl sənəti rəssamlıq olan Mehdi əsgərin müharibədən qələbə ilə evə döndüyünü təsvir edən bir 

şəkil  yaratmaq  fikrindədi. Povestin əvvəllərində o, həmin qəhrəmanın evə qayıtmağını olduqca 

şən, işıqlı boyalarla rəsm etməyi düşünürdü. Sanki bu qəhrəman öz yolundakı bütün maneələri 

ləğv edərək qayıdırdı. Lakin povestin axırlarında Mehdi öz əsərini tamamilə başqa cür yaratmaq 

qərarına  gəlir.  Mehdi  hiss  edir  ki,  mübarizə  hələ  qurtarmamışdır.  Sülhün  bütün  dünyada 

möhkəmlənməsi üçün hələ çox iş görmək lazımdır. Uzaq sahillərdə vuruşan Mehdi öz vətənini 

ən  qızğm,  ən  incə  bir  məhəbbətlə  sevir.  Onun  öz  xalqına  məxsus  istiqanlılığı,  səmimiyyəti, 

dostluqdakı  etibarı  oxucunu  dərindən  mütəəssir  edir.  Onun  həlak  olması  oxucunun  gözlərini 

yaşardır. 

Əsərdəki  Vasya  və  Ancelika  surətləri  də  oxucuda  səmimi  məhəbbət  hissləri  oyadır.  Onlar 

Mehdinin ən yaxın döyüş yoldaşlarıdır. İtaliyalı Ancelika hərarətli qəlbə malik, şən, fədakar bir 

qızdır.  O,  Mehdini  sevir.  Sadə,  səmimi,  zarafatcıl  və  cəsur  bir  döyüşçü  olan  gənc  Vasya  da 

Ancelikanı  sevir.  Bir  gün  təhlükəli  bir  tapşırığı  icra  etmək  üçün  getdikləri  zaman  Vasya  öz 

qəlbini  Ancelikaya  açır. Bu çətin  səfərdə Vasyanı ölüm qorxusu gözlədiyini  bilən  Ancelikanın 



ürəyi kövrəlir və qız gənc Vasyanın boynunu qucaqlayaraq onu öpür. Vasya isə həmin səfərdə 

qəhrəmanlıqla həlak olur. 

Mehdi ilə Vasya və Ancelikanın dostluğu bir vəhdət təşkil edir. Sanki onlar bir ürəyin ayrı-ayrı 

hissələridirlər,  bir  yerdə  doğulub  böyümüşlər.  Onların  bu  mübariz  dostluğunda  unudulmaz  bir 

həyat sevgisi, vətən və azadlıq sevgisi var. 

Povestdə  düşmən  cəbhəsindən  olan  adamlar  Amerika  kəşfıyyatçısı  Karranti,  Uoll-stritin 

nüməyəndəsi Stoun, gestapo rəisinin köməkçisi Şults, amerikalıların Triestdəki rezidenti Mazeli 

və başqalarından ibarətdir. 

Müəlliflər bu quldur dəstəsinin iyrənc sifətini bacarıqla açıb göstərirlər. Lakin bunların içərisində 

ən güclü surət, heç şübhəsiz ki, Karrantidir. Agent olan Karranti insanlıq simasını çoxdan itirmiş, 

hissiz, duyğusuz bir cavandır. O, öz murdar niyyətinə çatmaq üçün heç bir rəzalətdən çəkinmir. 

Onun üçün vicdan deyilən şey yoxdur. Müəlliflər Karrantinin yırtıcı təbiətini çox real ştrixlərlə 

açırlar. Karranti nə qədər hiyləgər, nə qədər xəbis bir vəhşi də olsa, yenə də, Mehdinin qarşısında 

məğlub olur. Müəlliflər tələyə düşmüş bu quduz canavarın ölüm səhnəsini çox gözəl və orijinal 

təsvir etmişdir. 

Povestdə iki alman əsgəri - Erix və Hans da təsvir edilmişdir. Erix öz vətənində piano kökləyən, 

Hans  isə  bənna  idi.  Onların  hər  ikisi  faşistlər  tərəfindən  zorla  müharibəyə  gətirilmişdir.  Onlar 

müharibənin  dəhşətləri  içində  faşizmin  nə  demək  olduğunu  daha  yaxından  görüb  dərk  edir, 

həqiqətin harada olduğunu bütün aydınlığı ilə başa düşürlər. Ona görə də, baş götürüb qaçaraq 

partizanların yanına gəlirlər. 

Müəlliflər  Erix  ilə  Hansın  şəxsində  Almaniyanın  namuslu,  zəhmətkeş  vətəndaşlarını  təsvir 

etmişlər. 

«Uzaq  sahillərdə»  povesti  bədii  macəra  əsərləri  ruhunda  yazılmışdır.  Müəlliflər  bəzən 

hadisələrin  maraqlı  və  cəlbedici  olmasına  uyaraq,  xarakterlərin  dərindən  açılmasına,  psixolqji 

anlara  az  fikir  vermişlər.  Bunun  nəticəsində  də,  yuxarıda  qeyd  etdiyim  kimi,  bəzi  partizan 

surətləri arzu olunan dərəcədə tamamlanmamışdır. Buna baxmayaraq, «Uzaq sahillərdə» dəyərli 

bir əsərdir və ədəbiyyatımızda müsbət hadisədir. Əsəri oxuyarkən, İtaliyanın gözəl mənzərələri, 

İtaliya şəhərlərinin, kəndlərinin quruluşu, oradakı binaların arxitekturası gözlərimiz qarşısından 

gəlib-keçir.  Müəlliflər  hər  bir  detalın  düzgün  və  həqiqətə  uyğun  olmasına  diqqət  etmişlər. 

Qəhrəman  Mehdi  Hüseynzadənin  şərəfli  həyatından  bəhs  edən  «Uzaq  sahillərdə»  əsəri 



oxucularımıza gözəl bir hədiyyədir. 

«Ədəbiyyat və incəsənət» qəzeti, 13 fevral 1954-cü il. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

: gotovie knigi -> megaleler edabiyet incesanet
megaleler edabiyet incesanet -> ƏDƏBİ TƏnqidimiz barəDƏ BƏZİ FİKİRLƏR
megaleler edabiyet incesanet -> Bir neçƏ SÖZ
gotovie knigi -> Uşaqlıqda bir bahar səhəri biz üzümüzə çilənən sərin sudan diksinərək gözümüzü açıb, əlində
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ» «Azərbaycan gəncləri»
gotovie knigi -> Yazırdı. Radio «Nəhəng tikinti»
gotovie knigi -> Orfey quyudan çixandan sonra nə GÖRDÜ Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət»
gotovie knigi -> «MÜhariBƏ» romani haqqinda
megaleler edabiyet incesanet -> Nikolay ostrovski (Anadan olmasının 50 illiyi münasibətilə)
megaleler edabiyet incesanet -> Yazı manerasmdakı sadəlik, şairanəlik və xalq ruhu mənə bir oxucu, bir yazıçı kimi xoş gəlir, hiss edirəm ki, o


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə