Инам атанын – асиф атанын



Yüklə 39,95 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü39,95 Kb.
#27146


 

 

İNAM ATANIN – ASİF ATANIN 

MÜTLƏQƏ İNAM OCAĞI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BEŞİKBAŞI MƏRASİMİ 



 

(EVLƏNMƏ KURALLARI) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 

 

 

 

 

MÜTLƏQİMİZ, MÜQƏDDƏSİMİZ, 

ULU PEYĞƏMBƏRİMİZ 

İNAM ATAYA – ASİF ATAYA 

ALİ SƏCDƏ İLƏ! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

Mütləq  bugündə  nişanələriylə,  əbədi 



Sabahda  bütöv  mövcudluğuyla  aşkara  çıxan, 

nisbi  hadisələrin  daxilində  yaşayan,  ancaq 

onlara  sığmayan,  onları  özlərindən  kənara 

çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, 

İnsana  Ali  Daxili  Qüvvə,  İstiqamət  və  Meyar 

olan bir Qüdrətdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

 

ASİF ATA 

 

RUHANİ HÖKMLƏR 

(14-cü Müqəddəs Kitabdan) 

 

MÜQƏDDƏS MƏRASİM 

 

Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır. 



I.  Evlənənlər  Atanın  Xeyir-duasını  alır,  Ata  qarşısında  Ailə 

sədaqətinə and içirlər. 

II.  Gəlinin  Ər  evinə  gətirdiyi  Varidat  –  Qeyrətdir.  Cehiz 

ləyaqətsizliyinə  son  qoyulmalıdır.  Ruhaniyyatı  Maddiyyatla  ölçmək 

qəbahəti lənətlənməlidir. 

III.  «Qız  Sahibinə»  Maddi  Bəxşiş  verilməsi  –  gəlinin 

əşyalaşması, 

əmtəələşməsidir. 

Həmin 

murdarlıq 



Evlənmə 

Mərasimindən silinməlidir. 

IV.  Keyf  Məclisi  Evlənmə  Mərasiminin  Ülvi  ciddiyyətinə 

yaddır. Həmin bayağılıq Mərasimdən silinməlidir. 

Valideynlər,  Qohumlar,  Dostlar  Evlənənlərin  görüşünə  gəlir, 

onlara ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər. 

V.  Ailə  Ev  kimi  tikilir,  Ağac  kimi  bitir.  Ailənin  Bənnası  və 

Bağbanı – Evlənənlərdir. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

 



 

Ailə  –  Atalıq  və  Analıq  adlanan  ülvi,  möhtəşəm  qüdrətin  və 

sevginin  təsdiqidir.  Ailə  –  Ocaqdır  –  Yandıran,  Qandıran, 

İşıqlandıran.  

Ailə – Ruhani Bağçadır – Sabahlı bar yetirən.  

Ailə  –  İkinin  Bir  olması,  onun  qorunması  ucalığıdır.  İnsan 

özünəməxsusluğunun, 

bənzərsizliyinin, 

əvəzsizliyinin, 

Doğmalığının, Azadlığının Ruhani məkanıdır.  

Ailənin Təməlini ötəri, keçici, zahiri effektlərdən, əlamətlərdən 

arındırmaq gərəkdir. Ailəni əvvəl bəzəmək, sonra dağıtmaq həqarəti 

ənənələşib.  Xalqın  özülü,  əsası  ailədir.  Onun  qorunması  xalqın 

mənəvi varlığının şərtidir.  

Çağdaş  Avropa  mədəniyyətinin (əslində  mədəniyyətsizliyinin) 

Yurdumuza  gəlişi  hər  sahədə  mənfi  təsir  göstərdiyi  kimi,  ailə 

məzmununa da ciddi zərbə vurdu. Avropa mədəniyyətinin təsirindən 

toylarımız  restoran  görkəzmələri,  hay-həşiri  səviyyəsinə  endi. 

Pulçuluğun müqəddəsliyi üstələdiyi bir vaxtda xalqın sonuncu dayağı 

olan  Ailə  janrı  məhv  olmaqdadır.  Artıq  heç  kəs  buna  qarşı  əməli 

dirəniş  göstərmir;  xalqın  (əslində  kütlənin)  başladığı,  düçar  olduğu 

bu  ənənədən  kənara  çıxmağı  mümkünsüz  görürlər.  Əxlaqa,  mənəvi 

əsaslara  zidd  olan  vur-çatlasın  sürüçülüyü  xalqın  özünə 

yadlaşmasının  acınacaqlı  təzahürü  halına  gəlib.  Ruhaniyyatın  lağa 

qoyulması  əsasında  insan  həyatının  pozuntuya  uğradılması  ciddi 

düşünmə  tələb  edir.  Bu  mübarizənin  ən  birinci  mərhələsi  –  yad 

ənənələrdən  imtina,  milli  əxlaqi  dəyərlərimizə  söykənməklə  və 

onlara yaradıcı yanaşmaqla əməli addım atılmasıdır.  

Asif  Atanın  Mütləqə  İnam  Ocağı  bu  yolu  yaradıb,  özü  də  bu 

mübarizənin  önündə  gedir.  Biz  Ulusumuzu  iradə  və  ərdəmlik 

göstərməyə  çağırırıq.  Restorançılıq  qarın  mərasimidir.  Qarın  üçün 

gələnlər həm də gəlişlərini borc verirlər.  

Evlənmə  mərasimi  kef  məclisi  ilə  əvəz  olunur.  Süfrədə 

sürüləşmə,  rəqsdə  sürüləşmə  –  fərdi  keyfiyyətlərin,  özünəxaslığın 

itirilməsi 

ilə 


nəticələnir. 

Gəlinin 


yarıçılpaqlığa 

qədər 


soyundurulması,  müxtəlif  çeşiddə  rənglərlə  boyadılması,  hərcayi 


 

səviyyədə nümayiş etdirilməsi milli ruhumuzu təhqir etməklə yanaşı, 



həm də bir xalq olaraq taleyimizi sual altına alır.  

Ulusumuz üçün gözlənilən fəsadları nəzərə alıb ona «Beşikbaşı 

Mərasimi»  adlandırdığımız  Evlənmə  kurallarını  təqdim  edirik.  Bu 

qaydaya  (kurala)  görə  evlənənlər  ilk  dəfə  İnam  Evinə  gəlirlər  (bu 

yazının yazıldığı tarixdə Mütləqə İnam Ocağının yalnız bir İnam Evi 

var,  xalq  İnama  gəldikcə  bölgələrdə  İnam  Evləri  yaranacaq  və 

evlənənlər  öz  bölgələrindəki  İnam  Evlərinə  üz  tutacaqlar).  Ocaq 

Yükümlüsü,  yaxud  bölgələrdəki  Ruhani  Ailə  Yükümlüləri  İnam 

Atanın  Mütləqə İnam  Ocağı adından evlənənlərə xeyir-dua  verir  və 

yazılı Ruhani Sənəd təqdim edirlər. Bu sənəd nikahın ruhani təsdiqi 

sayılır. Evlənənlər Mütləqə İnam Ocağının Bayrağı altında bir-birinə 

sədaqət  andı  içirlər:  «Ata  Ruhu  qarşısında,  Mütləqə  İnam  Ocağı 

qarşısında and içirəm: - Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi 

dəyər  səviyyəsində  yaşatmağa  çalışacağam!»  Sonda  Bəylə  Gəlin 

Bayrağı öpürlər. 

Evlənənlərə beşik bağışlanır. 

Bundan  sonra  evlənənlər  qohumlarının,  yaxınlarının  evlənmə 

mərasimi üçün toplaşdıqları ünvana gedirlər.  

 

Qeyd  1:  Evlənənlər  İnam  Evinə  gələrkən  özləri  ilə  bir  neçə 

nəfər yaxınlarını da dəvət edə bilərlər.  

İnam  Evində  keçirilən  Beşikbaşı  Mərasimi  İnam  Evinin 

«Gündəliyi»ndə qeyd olunur. 

Toy keçirilən ünvanda  birinci  mərhələ Mərasim  səviyyəsindən 

ibarət  olur.  Bu,  təxminən  bir  saat  çəkir.  Aparıcı  evlənmənin  xəlqi, 

ruhani  mahiyyəti  barədə  söz  deyir,  evlənənlərin  yaxınları,  dostları 

ürək  sözlərini  yetirirlər.  Aparıcının  təklifi  ilə  bu  mərhələdə  muğam 

ifasına, yaxud saz çalğısına yer vermək olar. 

İkinci  mərhələdə  süfrəyə  meyvə,  şirniyyat,  çay,  yaxud  şirə 

gətirilir.  Bu  arada  muğam  və  ya  saz  çalğısına  yer  verilir.  Bu  da 

təxminən bir saat çəkir.  

Üçüncü  mərhələdə  süfrə  yığışdırılır  və  milli  rəqslərə  başlanır. 

Fərdi  –  qızla  oğlanların  ikilikdə  rəqslərinə  üstünlük  verilməsi 

məsləhət görülür.  



 

Təxminən 1 – 1,5 saatdan sonra aparıcı prosesi dayandırır, toy 



bitir. Evlənənləri tək buraxırlar. Yengə pusquçuluğu rədd edilir.  

 

Qeyd  2:  Gərəkli  sayılan  hallarda  Gəlinin,  könlü  istəyən  yaxın 

rəfiqələrinin əllərinə həna yaxması Beşikbaşı Mərasimindən öncə baş 

verir. Əlavə bəzəməçilik məsləhət görülmür. Nişan üzüyü taxmaq da 

olar, taxmamaq da.  

 

Qeyd  3:  Evlənənlər  Ocaqçıdırlarsa,  Beşikbaşı  Mərasimi  üçün 

gedişat yazısı yazılır. Bütün prosesləri Ocaq özü həyata keçirir.  

Evlənənlər  Ocaqçı  deyillərsə,  öz  arzuları  ilə  Beşikbaşı 

Mərasimini  İnam  Evindəki  mərhələdən  sonra  Ocaq  Evladlarından 

biri, yaxud bir neçəsi həyata keçirə bilərlər. 

 

Qeyd  4:  Evlənmə  Kurallarının  birinci  variantı  19-cu  ilin  Qar 

Ayında yazılmışdır. Son və kamil variant olaraq isə bu gün (Od ayı, 

28-ci  il)  yazdığımızı  qəbul  edirik.  Buna  qədər,  Asif  Atanın  Özünün 

yönəltdiyi Beşikbaşı Mərasimi də daxil olmaqla,  20-yədək  evlənmə 

əməli bu qayda ilə (Beşikbaşı Mərasimi qaydası ilə)  keçirilib.  

Evlənmə  –  Beşikbaşı  Mərasimləri  Mütləqə  İnam  Ocağının 

başqa  müqəddəs  əməlləri  səviyyəsində  həyata  keçirilir,  qorunur, 

sabaha çatdırılır.  

 

O.Y. Soylu Atalı 

 

15-16 Od Ayı, 28-ci il. Atakənd. 



 

 

 



Yüklə 39,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə