İnfeksiya



Yüklə 1,46 Mb.
səhifə1/15
tarix17.09.2017
ölçüsü1,46 Mb.
#218
  1   2   3   4   5   6   7   8   9   ...   15

Yoluxucu xəstəliklər ixtisası üzrə nümunəvi test suallarının toplusu
Ümumi hissə və kəskin bağırsaq infeksiyaları
1) Klinik təzahür edən infeksiyanın əsas formaları hansılardır?

A) silinmiş forma

B) infeksiyadaşıyıcılıq

C) latent forma

D) subklinik forma

E) kəskin və xroniki forma


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 - 558 с.
2) Göstərilən yoluxucu xəstəliklərdən hansı ləng infeksiyalar qrupuna aiddir?

A) proqressivləşən məxmərək panensefalit

B) sitomeqalovirus infeksiyası

C) toksoplazmoz

D) xlamidioz

E) brusellyoz


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 - 558 с.
3) «Beynəlxalq tibbi-sanitar qaydaların»a aid edildiyi yoluxucu xəstəliklərdən biri hansıdır?

A) İİV infeksiya

B) tulyaremiya

C) taun


D) qara yara

E) difteriya


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
4) Yoluxucu xəstəliklərdə rast gələn patoqnomonik əlamətlər hansıdır?

A) tenezm

B) diarreya

C) qicolma

D) hidrofobiya paroksizmi

E) polilimfadenopatiya


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
5) Yoluxucu xəstəliklərdə rast gələn istinadedici diaqnostik əlamətlər hansıdır?

A) qara ciyər və dalağın böyüməsi

B) ulduzvari hemorragik səpgi

C) əzələ-oynaq ağrıları

D) ümumi zəiflik

E) baş ağrısı


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
6) Yoluxucu xəstəliklərdə rast gələn ümumi intoksikasiya əlaməti hansıdır?

A) səpgi


B) opsitotonus

C) hərarətin yüksəlməsi

D) öskürək

E) Filatov-Koplik ləkələri


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
7) Yoluxucu xəstəliklərdə spesifik laborator-instrumental müayinə üsulu hansıdır?

A) histoloji

B) hemoqramma

C) biokimyəvi

D) rektoromanoskopiya

E) bakterioloji


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
8) Yoluxucu xəstəliklərdə etiotrop müalicə vasitəsi hansıdır?

A) vitaminoterapiya

B) hormonoterapiya

C) dezintoksikasiya

D) hemoterapiya

E) antibakterial


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
9) Yoluxucu xəstəliklərdə patogenetik müalicə vasitəsi hansıdır?

A) faqoterapiya

B) seroterapiya

C) vaksinoterapiya

D) rehidratasiya

E) virus əleyhinə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
10) Qarın yatalağı və paratif A, B-nin törədiciləri hansılardır?

A) viruslar

B) Salmonella tiyphi və paratif A, B

C) ibtidailər

D) leptospiralar

E) rikketsiyalar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
11) Qarın yatalağı, paratif A və B-nin yoluxma yolları hansılardır?

A) perkutaneum

B) su

C) parenteral



D) hava-damcı

E) fekal-oral


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
12) Qarın yatalağı, paratif A və B-nin başlanğıc əlamətləri hansılardır?

A) zəiflik

B) qaşınma

C) hərarətin kəskin yüksəlməsi

D) üşütmə

E) baş ağrısı, yuxusuzluq


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.


13) Qarın yatalağı, paratif A və B-də ürək-damar sisteminin pozulması necə təzahür edir?

A) bradikardiya ilə

B) taxikardiya ilə

C) A/T-nin yüksəlməsi ilə

D) təngnəfəslik ilə

E) aritmiya ilə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
14) Qarın yatalağı, paratif A və B-də mərkəzi və vegetativ sinir sisteminin pozulması necə özünü göstərir?

A) ensefalit əlamətləri

B) oyanma

C) huşsuzluq

D) profus tərləmə

E) ətrafa laqeydlik


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
15) Qarın yatalağı, paratif A və B zamanı hərarət əyriləri hansılardır?

A) subfebril

B) qayıdan

C) fasiləli

D) daimi və ya trapesəbənzər

E) hektik


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
16) Qarın yatalağı, paratif A və B zamanı dəridə baş verən dəyişikliklər necə olur?

A) dəridə qırışlar olur

B) dəri hiperemiləşmiş olur

C) rozeol xarakterli səpgilər əmələ gəlir

D) qansızmalar

E) dəridə pustulyoz elementləri olur


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
17) Qarın yatalağı, A və B paratifli xəstələrin qara ciyər və dalağı nə kimi dəyişikliklərə məruz qalır?

A) ağrılı olur

B) qara ciyər kələ-kötürdür

C) qaraciyərin atrofiyası

D) qara ciyər və dalaq normal

E) qara ciyər və dalaq böyüyür


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.


18) Qarın yatalağı, A və B paratifli xəstələrdə mədə-bağırsaq pozulması necə təzahur edir?

A) təbaşir dil

B) qıcqırma və qurultu

C) dili şişkin, ərplidir

D) epiqastral nahiyədə ağrı

E) dili nəm və təmizdir


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
19) Qarın yatalağı və paratif A, B zamanı gözlənilən fəsadlar hansıdır?

A) pnevmoniya

B) bağırsaq qanaxması

C) blefarit

D) otit

E) ensefalit


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.


20) Qarın yatalağı və paratif A, B-də xarakterik hemoqramma necə olur?

A) EÇS-in yüksəlməsi

B) hemoqlobulinin azalması

C) neytrofilyoz

D) limfositoz leykopeniya ilə

E) leykositoz


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
21) Qarın yatalağı və paratif A, B zamanı zəruri laborator müayinə üsulu hansıdır?

A) hemokultura

B) virusoloji müayinə

C) endolumbal mayenin müayinəsi

D) rektoromanoskopiya

E) biokimyəvi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
22) Qarın yatalağı və paratif A, B paratifli xəstələrə hansı müalicəni məsləhət görərsiniz?

A) simtomatik

B) etioloji

C) qammaqlobulin

D) duz məhlulları

E) kimyəvi terapiya


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
23) Paratif A-ya xarakterik simptomlar hansılardır?

A) zökəm və öskürək

B) intoksikasiya kəskin olur

C) xəstəliyin dövrü uzun olur

D) dəridə səpgilər olmur

E) baş gicəllənmə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
24) Paratif B-yə məxsus simtomlar hansılardır?

A) başlanğıc tədricən olur

B) qarında sancılar

C) qəbizlik

D) titrəmə və tərləmə baş verir

E) ürəkbulanma, qusma


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
25) Vəba üçün xarakter olan simptom hansıdır?

A) qusma


B) nəcis duru və iysiz

C) qarında ağrı

D) qusmadan əvvəl ishal

E) dəri turqorunun aşağı düşməsi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
26) Vəbada xəstəliyin ağırlıq dərəcəsi nəyə görə müəyyən edilir?

A) izotonik dehidratasiyaya görə

B) törədicinin selikli qişada invaziyasına görə

C) intoksikasiya əlamətlərinə görə

D) nəcisin xarakterik görünüşü

E) yüksək hərarət


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
27) Vəbada hipovolemik şok üçün xarakter olmayan əlamət hansıdır?

A) hipotermiya və ya hərarətin normada olması

B) oliqouriya

C) A/T-nin yüksəlməsi

D) ikigörmə

E) qanın nisbi sıxlığının artması


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
28) IV dərəcəli susuzlaşma algid forma vəbada bədən çəkisinin neçə faizinin itməsidir?

A) 10%-dən çox

B) 3%-dən yuxarı

C) 4-6%-ə qədər

D) 3%-ə qədər

E) 7-9%-ə qədər


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
29) Vəba vibronlarını harada tapmaq olar?

A) onurğa beyini mayesində

B) qanda

C) sidikdə

D) tüpürcəkdə

E) nəcisdə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
30) Vəba zamanı diarreyaya səbəb olan əsas patogenetik mexanizm hansıdır?

A) bakteriemiya

B) vibrionun enterositlərə daxil olması

C) xolerogenin təsirindən enterositlərdə adenilsiklazanın aktivləşməsi

D) bağırsaq selikli qişasının iltihablaşması

E) bağırsaqda maye sorulmasının pozulması


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
31) Qarın yatalağı zamanı antibiotikoterapiya normal temperaturun neçənci gününədək aparılır?

A) üçüncü

B) onuncu

C) yeddinci

D) onaltıncı

E) iyirmi ikinci


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya, Bakı, 2007
32) Qarın yatalagı və paratiflərin profilaktikasina hansı aiddir?

A) deratizasiya

B) dezinseksiya

C) dezinfeksiya

D) spesifik vaksinasiya

E) sanitar –maarifi işi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
33) Vəba infeksiyası üçün səciyyəvi olan əlamət hansıdır?

A) algid vəziyyət

B) duru nəcis ifrazı

C) paltaryuyanın əli

D) qıcolmalar

E) epiqastral nahiyədə sancışəkilli agrılar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
34) Törədicinin növünə görə hansı qida toksikoinfeksiyasi üçün ishal xarakterik deyildir?

A) C.perfringens

B) Stafilokkok

C) P.vulqaris

D) C.botulinum

E) Bak cereus


Ədəbiyyat: N. N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
35) Qida toksikoinfeksiyasının diaqnozu dəqiqləşəndən sonra müalicə məqsədilə ən əvvəl nə etmək lazımdır?

A) antibiotiklər vurulmalıdır

B) mədə yuyulmalıdır

C) bakteriofaq verilməlidir

D) duz məhlulları köçürülməlidir

E) peros dərman verilməlidir


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
36) B virus hepatitinin xolestatik formasına aid səciyyəvi simptom hansıdır?

A) duru nəcis ifrazı

B) qarında sancışəkilli ağrılar

C) dəridə səpgilər

D) dayanıqlı dəri qaşınması

E) dəri və skleranın subikterikliyi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
37) Qarın yatalağı və paratiflər zamanı mədə yuyulması və təmizləyici imaləyə ehtiyac olurmu?

A) bəzi hallarda

B) xeyir

C) əksər hallarda

D) mütləq deyil

E) bəli
Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.


38) İnfeksiyanın manifest(klinik biruzə verən) forması hansıdır?

A) kəskin forma

B) fulminant forma

C) latent forma

D) bakteriyagəzdirmə

E) subklinik forma


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
39) Qarın yatalağı və paratiflər zamanı immunitetin xarakteri necə olur?

A) möhkəm,ömürlük

B) az gərginlikli,tez aradan qalxan

C) zəif


D) davamsız

E) qısa müddətli


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
40) Yoluxucu xəstəliyin qızğın dövrü hansıdır?

A) stadium akme

B) stadium dekrementi

C) stadium rekonvalessensi

D) stadium fastiqi

E) stadium inkubasii


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
41) Aşağıdakılardan hansı mötədil hərarətin göstəricisidir?

A) 39º-40ºC

B) 37º-dən 39º-yədək

C) 37º-yədək

D) 38º-dən 39º-yədək

E) 40º-41º


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
42) Qarın yatalağında birincili regionar yoluxma dövrü xəstəliyin hansı klinik dövrünə uyğun gəlir?

A) inkubasiya dövrü

B) qızğın dövr

C) rekonvalessensiya dövrü

D) prodromal dövr

E) əlamətlərin sönmə dövrü


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
43) Qarın yatalağında patomorfoloji dəyişikliklərin neçə dövrü var?

A) 3 dövrü

B) 5 dövrü

C) 4 dövrü

D) 7 dövrü

E) 2 dövrü


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
44) Qarın yatalağında səpgilər xəstəliyin neçənci günü meydana çıxır?

A) 12-15 günlər

B) 1-2 gün

C) 4-7 gün

D) 8-10 günü

E) 3-5 gün


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
45) Vəba üçün xarakter olmayan əlamət hansıdır?

A) hepatosplenomeqaliya

B) paltaryuyanın əli

C) epiqastral nahiyədə sancışəkilli ağrılar

D) yüksək hərarət

E) tenezmlər


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
46) III dərəcəli susuzlaşma zamanı vəbada hansı rehidratasiya terapiyası aparılmalıdır?

A) diuretiklər ilə

B) reopoliqlükin ilə

C) duz məhlulları ilə

D) 10%-li qlükoza məhlulu ilə

E) hemodez ilə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
47) Vəba xəstəliyinin törədiciləri hansılardır?

A) spiroxetlar

B) ibtidailər

C) bakteriyalar

D) rikketsiyalar

E) viruslar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
48) Vəba xəstəliyində infeksiya mənbəyi nədir?

A) həşəratlar

B) ev quşları

C) xəstə insan və ya vibriongəzdirən

D) gəmiricilər

E) iri buynuzlu heyvanlar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шаханина И.Л. руководство по эпидемиологии инфекционных болезней, М., Медицина, 1993, т.1, 192 с.
49) Vəba xəstəliyinin diaqnozunu təsdiq etmək üçün hansı müayinə həlledici rol oynayır?

A) ödün bakterioloji müayinəsi

B) nəcisin ümumi müayinəsi (koproqramma)

C) nəcisin bakterioloji müayinəsi

D) qanın biokimyəvi müayinəsi

E) sidiyin müayinəsi (urinoqramma)


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с.
50) Vəbanın spesifik terapiyasında hansı preparatları vermək olar?

A) nitrofuran törəmələri

B) xinqamin

C) tetrasiklin

D) ftorxinolon preparatları

E) immunostimulyatorlar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
51) Vəba xəstəliyində orqanizmin susuzlaşması üçün xarakter olmayan obyektiv əlamətlər hansılardır?

A) qanın ümumi kütləsinin azalması

B) qanda atipik monositlərin olması

C) diarreya sindromu

D) eritrositlərin və leykositlərin sayının artması

E) hematokrit göstəricisinin yüksəlməsi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
52) Vəba xəstəliyində ağırlaşmalar hansılardır?

A) infeksion-toksiki şok

B) ağciyər absesi

C) hepatoensefalopatiya

D) sepsis

E) kəskin böyrək çatışmazlığı


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
53) Vəba xəstəliyinə ən çox kimlər yoluxur və onlarda xəstəliyin ağır forması baş verir?

A) travmadan sonra

B) diabet xəstəliyi olanlar

C) böyrək xəstəliyi olanlar

D) hipo-antasid qastriti olan şəxslər

E) hipertoniyalı xəstələr


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шаханина И.Л. руководство по эпидемиологии инфекционных болезней, М., Медицина, 1993, т.1, 192 с.
54) Dizenteriya infeksion xəstəliklərin hansı qrupuna aiddir?

A) tənəffüs yolu infeksiyalarına

B) xarici örtük infeksiyalarına

C) zoonoz infeksiyalarına

D) bağırsaq infeksiyalarına

E) transmissiv infeksiyalara


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
55) Salmonelyoz zamanı aşağıdakı hansı fermentlərin aktivliyi artır?

A) aspartataminotransferaza

B) kreatinfosfokinaza

C) adenilsiklaza

D) alaninaminotransferaza

E) amilaza


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
56) Sapronoz infeksiyalar hansılardır?

A) parenteral yolla keçən

B) təmas-məişət yolu ilə keçən

C) hava, su, torpaq ilə keçən

D) dəridən keçən

E) alimentar yolla keçən


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шаханина И.Л. руководство по эпидемиологии инфекционных болезней, М., Медицина, 1993, т.1, 192 с.
57) Dizenteriya törədiciləri mikroorqanizmlərin hansı növünə aiddir?

A) ibtidailərə

B) spiroxetlərə

C) rikketsiyalara

D) bakteriyalara

E) viruslara


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
58) Dizenteriya zamanı aşağıdakı sistemlərdən ən çox hansı zədələnir?

A) sinir sistemi

B) ürək-damar sistemi

C) mədə-bağırsaq sistemi

D) sidik-cinsiyyət sistemi

E) tənəffüs sistemi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
59) Dizenteriyanın infeksiya mənbəyi nədir?

A) vəhşi heyvanlar

B) xəstə insan

C) ev heyvanları

D) gəmiricilər

E) quşlar


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
60) Dizenteriyada yoğun bağırsağın daha çox hansı hissəsi zədələnir?

A) yoğun bağırsağın enən hissəsi

B) köndələn çənbər bağırsaq

C) yoğun bağırsağın qalxan hissəsi

D) yoğun bağırsağın distal hissəsi

E) kor bağırsaq


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
61) Dizenteriyada ağrılı-yalançı çağırışlar və tenezmlərin səbəbi nədir?

A) siqmayabənzər və düz bağırsaq əzələlərinin qıcşəkilli yığılması

B) nazik bağırsağın hərəki funksiyasının artması

C) yoğun bağırsağın total spazmı

D) yoğun bağırsağın atoniyası

E) çənbər bağırsağın hərəki funksiyasının artması


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
62) Dizenteriya zamanı yoğun bağırsaq zədələnməsinin neçə mərhələsi müşahidə edilir?

A) beş mərhələsi

B) üç mərhələsi

C) səkkiz mərhələsi

D) dörd mərhələsi

E) on mərhələsi


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
63) Kəskin dizenteriyanın tipik variantı hansıdır?

A) qastroenterokolitik

B) enteritik

C) kolitik

D) qastroenteritik

E) enterokolitik


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
64) Kəskin dizenteriyanın kolitik variantının klinikasındakı əsas sindrom hansıdır?

A) sarılıq sindromu

B) enteritik sindrom

C) kolitik sindrom

D) hepatolienal sindrom

E) dispepsik sindrom


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.

Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
65) Dizenteriyanın tipik klassik gedişində qarında ağrıların xarakteri və lokalizasiyası necə olur?

A) daimi, sağ qalça çuxurunda

B) yandırıcı, göynədici, epiqastral nahiyədə

C) tutmaşəkilli, sancışəkilli, sol qalça çuxuru nahiyəsində

D) kəsici, mezoqastral nahiyədə

E) küt şəkilli, hipoqastral nahiyədə


Ədəbiyyat: N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə