İnformasiya-biBLİoqrafiya şÖBƏSİ 20 yanvar- şƏRƏf və QÜrur güNÜMÜz biblioqrafik icmal baki – 2016



Yüklə 59,53 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü59,53 Kb.
#26619


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 

İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ 

20 YANVAR- ŞƏRƏF VƏ QÜRUR GÜNÜMÜZ 

Biblioqrafik icmal 

BAKI – 2016 


20 Yanvar- Şərəf və Qürur Günümüz! 

(Ümumxalq hüzn günü ilə əlaqədar icmal) 

Tarixdə  elə  hadisələr  olur  ki,  baş  verən  kimi 

tarix  olur.  Öz  adıyla,  öz  ünvanıyla  qırmızı  və  ya 

qara  xətlə  tarix  səhifəsinə,  eləcə  də    xalqın  qan 

yaddaşına  həkk  olunur.  Azərbaycan  tarixinin    belə 

səhifələrindən  biri  1990-cı  ildə  erməni-rus  hərbi 

birləşmələrinin  xalqınıza  qarşı  xüsusi  amansızlıqla 

törətdiyi  20  Yanvar  faciəsidir.  Bəs  əslində  həmin 

gecə nə baş vermişdi? 

Yanvarın  20-də  qanlı  sovet  rejimi  Azərbaycan 

xalqına  qarşı  əvvəlcədən  düşünülmüş  və  plan-

laşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc 

əhaliyə  qarşı  tarixdə  misli  görünməmiş  cinayət 

törədildi:  dövlət  öz  vətəndaşlarına  -  əliyalın  mülki 

əhaliyə,  o  cümlədən  uşaqlara,  qadınlara,  qocalara 

silah  qaldırdı.  Ən  adi  və  qanuni  hüquqlarının 

pozulmasına - müqəddəs Vətən torpağı olan Dağlıq 

Qarabağın  zorla  əlindən  qoparılıb  alınmasına  dinc  yolla  etiraz  edən  əhaliyə 

qəddarcasına  divan  tutuldu.  Azərbaycanın  paytaxtında  və  rayonlarda  qan  su  yerinə 

axıdıldı. Bu dəhşətli hərbi cinayəti həyata keçirməzdən bir neçə gün əvvəl DTK-nın 

təxribat  maşını  işə  salındı,  «xüsusi  hazırlıq  işləri»  görüldü:  xəstəxanalar  boşaldıldı, 

Bakıda  xidmət  edən  rus  zabitlərinin  ailələri  ölkədən  çıxarıldı.  Milliyyətcə  rus  olan 

əhalinin  nümayəndələri  ölkəni  tərk  etməyə  başladı,  süni  surətdə  «rus  qaçqınları» 

problemi yaradıldı. Rəsmi dairələr kütləvi informasiya vasitələri ilə çıxış edib xalqı 

aldatdılar ki,  Bakıya  heç bir ordu hissələri  yeridilməyəcək.  Qırğından bir  neçə  saat 

əvvəl isə Azərbaycan televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldı. 

Xalqın ölkə daxilində və xarici aləmlə informasiya əlaqəsi kəsildi. Və əvvəlcədən heç 

bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun 

göstərişi,  güc  nazirləri  Yazov,  Bakatin  və  Kryuçkovun  bilavasitə  başçılığı  ilə 

müxtəlif  növ  ordu  hissələri  Bakıya  yeridildi.  Kommunist  diktaturası  1956-cı  ildə 

Macarıstana,  1968-ci  ildə  Çexoslovakiyaya  və  1979-cu  ildə  Əfqanıstana  qarşı 

törətdiyi  cinayətkar  hərbi  müdaxiləni  1990-cı  ildə  Azərbaycan  xalqına  qarşı  da 

həyata  keçirdi.  Lakin  bu  beynəlxalq  cinayət  öz  qəddarlığına  görə  kommunist 

diktaturasının  bütün  əvvəlki  cinayətlərindən  fərqlənirdi.  Fərq  onda  idi  ki, 

Azərbaycana  göndərilən  peşəkar  cəza  dəstələrinin  tərkibinə  Stavropol,  Krasnodar, 

Rostov  və  başqa  yerlərdən  səfərbərliyə  alınan  erməni  əsgər  və  zabitləri, 

Azərbaycandakı  sovet  hərbi  hissələrində  xidmət  edən  ermənilər,  hətta  erməni 

kursantlar  da  daxil  edilmişdi.  Beləliklə,  Rusiya  imperiyasının  və  çarizmin  milli 

münaqişələr  və  qırğınlar  törətmək  sahəsindəki  «zəngin»  tarixi  təcrübəsi  də  1990-cı 

ilin  20  yanvarında  Azərbaycan  xalqına  qarşı  törədilən  qırğın  zamanı,  bütünlüklə 




nəzərə alınmışdı. İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki «yeniliklər» 

də  tətbiq  etdi.  Zirehli  hərbi  texnikanın  müşayiəti  ilə  həyata  keçirilən  bütün  hücum 

istiqamətlərində qəflətən işıqlar söndürüldü. Öz dövlətindən güllə yağışı gözləməyən 

və buna görə də çaşqın vəziyyətə düşən əhali projektorların işıqları altında gülləbaran 

edildi,  xalqa  xüsusi  amansızlıqla  divan  tutuldu.  Nömrəsiz  tanklar,  zirehli  maşınlar 

birbaşa  kütlələrin  üzərinə  sürüldü.  Başlarına  xüsusi  maskalar  keçirmiş  quduzlaşmış 

cəza dəstələri ən adi beynəlxalq hüquq normalarına belə məhəl qoymadan qadınları, 

uşaqları, qocaları, özlərini yaralıların köməyinə yetirən ağ xalatlı tibb işçilərini, təcili 

yardım  maşınlarını,  eyvanlara  çıxan,  pəncərədən  baxan  dinc  əhalini,  xəstəxanaları, 

hətta uşaq xəstəxanasını da atəşə tutdular. Əliyalın əhali istifadəsi qadağan edilən və 

xüsusi  dağıdıcı  qüvvəyə  malik  olan  güllələrlə  güllələndi.  Küçələri,  meydanları  tərk 

edib gedən əhalini arxadan gülləyə basdılar. Bu ağır cinayətin izini itirmək və yaralı 

şahidlərin  sağ  qalmasına  yol  verməmək  üçün  can  üstündə  olanlar  da  süngüdən 

keçirildi, tankların, zirehli maşınların altına salınıb əzildi və tələsik yığılıb gizlədildi. 

Yanvarın  19-dan  20-nə  keçən  gecə  səhərədək  Bakı  küçələrində  qırğın  davam 

etdirildi, qan su yerinə axıdıldı. Yalnız cinayət başa çatdırıldıqdan sonra - ertəsi gün 

fövqəladə  vəziyyət  barədə  fərman  elan  edildi.  Bu  fərman  hərbi  radiostansiya 

vasitəsilə  xalqa  elan  olunarkən  artıq  öz  qanlı  «missiyasını»  başa  çatdırmış  cəza 

dəstələri  tələm-tələsik  Bakıdan  çıxarılmış,  şəhərə  yeni  nizami  ordu  hissələri 

yeridilmişdi. Bütün gecəni həyata keçirilmiş cinayətin izini itirmək üçün 20 yanvar 

günü  əhaliyə  küçəyə  çıxmaq  qadağan  olundu,  xalqın  guya  orduya  müqavimət 

göstərdiyini  «sübut  etmək»  üçün,  həm  də  əhalini  vahimədə  saxlamaq  məqsədilə 

hərbçilər  tərəfindən  süni  atışmalar  təşkil  edildi.  Həlak  olmuş  qohum-  əqrabasını, 

yaralılarını, itkin düşənlərini axtarmaq üçün küçələrə çıxmış, stress vəziyyətində olan 

sarsılmış vətəndaşlar günün günorta çağı güllələndilər..

 

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri 



amansızcasına  qətlə  yetirmiş,  20  nəfəri  ölümcül  yaralamışlar.  Fövqəladə  vəziyyət 

elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər 

öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də 

Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. 

Beləliklə,  qoşunların  qanunsuz  yeridilməsi  nəticəsində  Bakıda  və  respublika 

rayonlarında 131 nəfər (119 azərbaycanlı, 3 yəhudi, 3 tatar, 6 rus) öldürülmüş, 744 

nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 

200  ev  və  mənzil,  80  avtomaşın,  o  cümlədən  təcili  yardım  maşınları,  yandırıcı 

güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri 

və  milis  nəfərləri  olmuşdur.  SSRİ  Konstitusiyası,  Azərbaycan  SSR  Konstitusiyası 

kobudcasına  pozulmuş,  Azərbaycan  Respublikasının  suveren  hüquqları  tapdalan-

mışdır.  Qabaqcadan  düşünülüb  hazırlanmış  bu  təcavüzkarlıq  aksiyası  Azərbaycan 

xalqının  demokratiya  və  milli  azadlıq  uğrunda  mübarizəsini  boğmaq,  xalqı  təhqir 

edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin xalqlar həbsxanası olan 

imperiyanın  bu  azğınlığı  xalqımızın  gözünü  qorxutmadı.  Azərbaycanın  qəhrəman 




övladları tarixə daha bir qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. İllər keçəcək 

xalqımız tarixin bu şərəfli səhifəsini həmişə fəxr və qürur hissi ilə yad edəcək. 

 

Kitabxanalarda  da  hər  il  Qanlı  Yanvar  hadisələri  ilə  bağlı  bir  sıra  kütləvi 



tədbirlər  keçirirlər.  Tədbirləri  keçirməkdə  əsas  məqsəd  oxucularda  vətəndaşlıq  

hisslərinin  tərbiyə  edilməsi,  tarixin  ən  mühüm  hadisələri  haqqında  məlumat-

landırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının 

məhz 20 yanvardan başlanması haqqında məlumat verməkdir.  

Bu məqsədilə 20 Yanvar faciəsinə gair   kitabxanamızın  fondunda olan kitablardan 

bir neçəsinin icmalı : 



1.

 

Əliyev,  Heydər  Əiirza  oğlu.  20  Yanvar  faciəsinə  tam  

siyasi-hüquqi qiymət verilməlidir  / Əliyev, Heydər Əlirza oğlu. 

Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublər, 

müsahibələr  /  H.  Ə.  Əliyev;  bur.  məsul  R.  Ə.  Mehdiyev.  1-ci 

kitab: iyun 1993- may 1994.- Bakı: Azərnəşr, 1997.- S.326-333. 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əlirza  oğlu 

Əliyevin çoxcildlik əsərlərinin birinci cildinə bu dahi şəxsiyyətin 

xalqın istəyi və xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-

cü  ilin  iyunundan  1994-cü  ilin  may  ayına  qədər  dövrdəki 

çıxışları,  nitqləri,  bəyanatları,  müraciətləri,  müsahibələri  və  s.  toplanmışdır.  Bu 

materiallarda  ölkəmizin  həmin  dövrünün  ictimai-siyasi  həyatında  baş  vermiş 

mürəkkəb  proseslər  müdrikliklə,  obyektiv  şəkildə  təhlil  olunur.  Böyük  siyasi-tarixi 

və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının, 

inkişaf  etdirilməsinin  dahiyanə  praktiki  təcrübəsi  əksini  tapmış,  milli  dövlət 

quruculuğu  prosesinin  başlıca  istiqamətləri  dəqiqliklə  və  uzaqgörənliklə 

müəyyənləşdirilmişdir. 

Ümummilli  lider  Heydər  Əliyevin  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  bu 

cildində 12 yanvar 1994-cü il tarixdə 20  Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı 

tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasındakı tarixi 

əhəmiyyətli  çıxışı ilə da bu cilddə yer alıb. 

 

 

2.  Mehdiyev  Ramiz.  Mehdiyev,  Ramiz  Ənvər  oğlu



Azərbaycanlılara  qarşı  soyqırım  gerçəklikləri  =  Реалии 

геноцида  азербайджанцев  =  The  reality  of  the  genocide  of 

Azerbaijan  people  /  R.  Ə.  Mehdiyev  ;  məsul  red  F.  H. 

Abdullazadə. - Bakı : [n. y.], 2000. - 204,[38] s. : foto ; 22 sm. - 

Azərbaycan,  rus  və  ingilis  dillərində.  -  2000  экз.  -  (cildli)  : 

25000 man. 

 

R.Ə.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" 



adlı  qiymətli  araşdırmasında  20  Yanvar  qırğınının  tarixi,  bu 

dəhşətli cinayətin sosial-siyasi kökləri obyektiv elmi mövqedən işıqlandırılır. Əsərdə 




20 Yanvar cinayətinin bir sıra məqamları: faciə ilə bağlı hüquqi sənədlər, 1990-cı il 

20  Yanvar  faciəsi  ilə  əlaqədar  Azərbaycanın    daimi  nümayəndəliyində  1990-cı  il 

yanvarın 21-də keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı və 20 Yanvar faciəsini 

əks etdirən şəkillər toplanıb.  



3.  Bir  batalyonun  tarixi  :  hadisələr,  insanlar,  faktlar:  sənədli 

povest  /  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-

Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurası,  "Cəzaçəkmiş 

qadınların cəmiyyətə qayıdışı" İctimai Birlik QHT ; tərt.-müəl. Ə. 

Eyvazov,  ön  sözün  müəl.  E.  S.  Şükürova,  elmi  red.  L.  A. 

Məmmədova,  red.:  Y.  Sadıqlı,  X.  İ.  İsmayılova,  S.  Ə.  Abbasov.- 

Bakı: Nurlar, 2010.- 186 s. 

 Kitabda  Ümummilli  lider  Heydər  Əliyevin  1993-cü  il  2  noyabr  tarixində  xalqa 

müraciətindən  sonra  təşkil  olunmuş  Quba-Qusar  könüllülərindən  ibarət  batalyonun 

yaranması  və    erməni  təcavüzkarlarına  qarşı  apardıqları  döyüşlərdən  bəhs  olunur. 

Kitabda    həmçinin1990-cı  il  20  Yanvar  hadisələri  zamanı  şəhid  olan  quballılar 

haqqında mılumatlar da öz əksini tapıb.   



4.  Ələkbərzadə  Mehriban.  1990-cı  il  /  Ələkbərzadə  Mehriban. 

Tarixin bir günü və ya günün tarixi.- Bakı: Təhsil nəşriyyatı, 2005.- 

S.37-42. 

Tanınmış  yurnalist-tədqiqatçı  M.Ələkbərzadənin  bu  kitabı 

müəllifin son illərdə SPACE televiziyasında getmiş, böyük ictimai, 

elmi-ideoloji  maraq  doğuran  film-lərin  ssenari-mətnləri  əsasında 

hazırlanmışdır.  Kitabda  Azərbaycanın  ən  yeni  ta-rixinin  bir  sıra 

məqamları barədə yeni mənbələrə dayanaraq geniş elmi-publisistik 

şərhlər  verilir.  Belə  şərhlərdən  biri  də  xalqımızın    qəhrəmanlıq  və  igidlik  səhifəsi 

olan  1990-cı  il  20  Yanvar  faciəsi  haqqında  verilən  şərhdir.  Jurnalistin    kitabında 

1990-cı  ilin  yanvar  ayında  baş  verənlərli  bilmək  üçün  bu  kitaba  müraciət  edə 

bilərsiniz. 



5. XX əsr Azərbaycan tarixi. İki cilddə. II cild: dərslik.- Bakı: Təhsil, 2009.-560s.  

Dərslikdə  XX  əsrin  əvvəllərində  ölkəmizdə  kənd  təsərrüfatı  və  sənayenin  inkişafı, 

hökumətin verdiyi aqrar qanunlar, çarizmin köçürmə, həmçinin milli qırğın siyasəti, 

siyasi  partiyaların  və  siyasi  təşkilatların  yaranması,  1918-1920-ci  illərdə  fəaliyyət 

göstərmiş  Azərbaycan  Xalq  Cümhuriyyəti,  onun  daşnak-bolşeviklər  tərəfindən 

devrilməsi,  bolşevik  ağalığı  dövründə  Azərbaycanda  baş  vermiş  faciələr,  20-30-cu 

illərin repressiyaları, Vətən  müharibəsində  Azərbaycanın iştirakı əhatə olunmuşdur. 

XX  əsrin  son  30  ilinə  xüsusi  yer  verilmişdir.  SSRİ-nin  dağılması,  Azərbaycanda 




dövlətçiliyin bərpası, Qarabağ düyünü, Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun 

prezidentliyi dövründə daxili və xarici siyasət kitabda hərtərəfli işıqlandırılmışdır. 

Kitabın  “Azadlıq  hərəkatını  boğmaq  cəhdləri.  Qanlı  yanvar”    bölməsində    Azər-

baycanda  azadlıq  hərəkatının  vüsət  alması,  Xalq  Cəbhəsinin  təşkilatlanması,   

və1990-cı il 20 Yanvar hadisələri haqqında rəsmi məlumatlarla tanış ola bilərsiniz . 

 

 



6.  Tapdıqoğlu  Nazim.  Azərbaycan  faciələrinin  təqvimi.-  Bakı: 

Ərgünəş, 2011.-   316 s. 

Son dərəcə qiymətli, tədqiqat səviyyəli bu kitabda başı tarixən min 

bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi  fəlakət 

və  faciələrin  təqvim  tarixləri  toplanmışdır.  Kitabda  təqvimin 

xronoloji  ardıcıllıqla  düzülən  hər  bir  gününün  müxtəlif  faciəli 

hadisələri  əks  olunmuşdur.  Müəllif  hər  bir  təqvim  gününün 

Azərbaycan  xalqı  üçün  faciəvi  xarakter  daşıdığını  sübut  etməyə  çalışmış  və  buna 

demək olar ki, nail olmuşdur. Gərgin axtarışlar nəticəsində araya-ərsəyə gətirilən və 

geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda 20 Yanvar faciəsi də təqvim 

tarixinə uyğun yerləşdirilib. 

7.  İsrafilzadə,  Əlisahib  Qiyas  oğlu.  Erməni-daşnak  faşizmi  və 

Azərbaycan : bədii publisistika . - Bakı : Təhsil, 2007. - 412 s. 

 

Müəllif bu kitabında amansızlığı və  xüsusi  qəddarlığı ilə  seçilən 



şovinist  və  militarist,  Azərbaycan  türkünün  varlığına  qənim 

kəsilmiş  erməni-daşnak  faşizminin,  onun  aparıcı  siyasi  qüvvəsi 

olan daşnak ideologiyasının qatı faşist  mahiyyətindən bəhs edir. 

Qeyri-insani  məziyyətlərini  tam  çılpaqlığı  ilə  açıb  göstərir. 

Erməni-daşnak  faşistlərinin,  onun  silahlı  birləşmələrinin,  terror 

qruplarının,  təxribatçı  dəstələrinin  XIX  və  XX  əsrlərdə,  xüsusilə  son  100  ildə 

Azərbaycan  türkünə  qarşı  apardıqları  ardıcıl  və  məqsədyönlü  soyqırımı  və  etnik 

təmizləmə siyasətinin vəhşiliyindən söz açır.  

      Kitabın “20 Yanvar Bakı qırğınında erməni-daşnak izi” bölməsində faciənin baş 

verməsində  yenə  də  Rusiyanın  işğalçılıq  siyasətinin  erməni-daşnak  faşistlərinin 

çirkin,  məkrli  niyyətləri  ilə  uzlaşdığı  və  üst-üstə  düşdüyündən  bəhs  olunur.  Ətraflı 

məlumat almaq üçün bu kitab dəyərli mənbədir.

 

 

 



8. Əliyev, Əli. Əlincə yaddaşı.- Bakı: Elm və həyat, 2004.-  

316 s.


 

 

Ötən  əsrin  canlı  tarixi  olan  Əli  Əliyevin  bu  kitabı  Naxçıvan 



timsalında  bütövlükdə  Azərbaycanın  istiqlal  uğrunda  mübarizə 

həyatını  özündə  əks  etdirir.  Geniş  oxucu  kütləsi  üçün  nəzərdə 

tutulan, ali və orta təhsil məktəblərində tariximizə xüsusi maraq 

göstərən şagird və tələbələr üçün nəzərdə tutulan kitabın “Qanlı 




Yanvara doğru”  bölməsində 20 Yanvar faciəsinin baş verdiyi ictimai-siyası vəziyyət, 

qırğına aparan yol təfərrüatı ilə şərh olunub. XX əsrin canlı tarixi adlanan müəllifin 

bu kitabı 20 Yanvar hadisələrini araşdırmaq üçün  dəyərli məlumat mənbəyidir. 

  

9.  Zülfüqarlı  M.P.  Azərbaycan  tarixi:  İkinci  respublika  dövrünün  tarixşünaslığı.- 

Bakı: Çaşıoğlu nəşriyyatı.-312 s. 

 

Monoqrafiya  27  aprel  1920-  18  oktyabr  1991-ci  illərdə  mövcud 



olmuş  Azərbaycan  SSR-in  ictimai-siyasi  tarixinin  sovet 

tarixşünaslığının  tədqiqinə  həsr  olunmudur.  Kitabda  sovet 

tarixşünaslığı  xarici  ölkə  və  müstəqil  Azərbaycan  Respublikası 

tarixçilərinin əsərləri ilə müqayisəli şəkildə   təhlil edilmiş, onun 

nöqsanları  və  müsbət  cəhətləri  elmi  şəkildə  əsaslandırılmışdır. 

Azərbaycanın  XX  əsr  tarixinin  ən  mürəkkəb  və  ziddiyyətli 

dövrlərindən    biri  olan  1920-1991-ci  illəri  əhatə  edən  İkinci 

Respublika  dövrünün  ən  qanlı-qadalı  20  Yanvar  faciəsi,  onun  xronologiyası  və 

törənmə səbəbləri də kitabda geniş şərh olunmuşdur.  

 

10.  Qaraoğlu,  Fazil.  Ermənilər  və  həqiqətlər  :  rəsmi 

sənədlərlə  /  F.  Qaraoğlu.  III  cild  /  red.:  N.  Mehdiyeva,  B. 

Abdullayev. - Bakı : Nurlar NPM, 2009. - 344 s. 



 

F. Qaraoğlunun kitabının bu cildində Dağlıq Qarabağ proble-

minin  ermənilər  tərəfindən  uydurulmuş  olması,  ermənilərin 

azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, 20 yanvar hadi-

səsi,  Xocalı  soyqırımı  tarixi  dərinliklərə  gedilərək  incələnib 

müəllifin  şərhləri  ilə  oxucuların  diqqətinə  çatdırılır.  Kitabda 

20  Yanvar    və  Xocalı  faciəsini,  eləcə  də  Ermənistanın 

Azərbaycana qarşı işğalçı müharibəsinin yaratdığı vəhşilikləri 

əks etdirən fotoşəkillər verilmişdir. 

          Mən bu gün Sizə 20 Yanvar faciəsi ilə əlaqədar kitabxanamızın fondunda  olan 

kitabların  ancaq bir qismi haqqında məlumat verdim. Daha çox məlumat əldə etmək 

istəsəniz  kitabxanamızın xidmətindən istifadə edə bilərsiniz.   

 

                               İcmalçı:            İnformasiya-biblioqrafiya şöbəsinin 



                                                        böyük kitabxanaçısı Məmmədova Tamella 

                                                            19.01.2016-cı il 

Yüklə 59,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə